Məhkəmə qərarları › İş №1(102)-56/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-56/2025

20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-56/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə Bakı Ap ellyasiya Məhkəməsinin 2 avqust 2022-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum AR CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib AR CM-in 206.3.2-ci maddəsi ilə 06 il müddətə, AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən topla nılmaqla ona qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edib Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-ci il tarixli qərarı ilə Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Həmin qərardan Məhkum apellyasiya şikayəti verib hökmün ona təqdim edilmədiyini, heç bir sənədə imza atmadığını, üzrlü səbəblərin nəzərə alınmadığının qeyd edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2022-c i il tarixli qərarının ləğv edilməsini, məhkəmənin hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilərək hökmdən verilmiş apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(103)-1545/2022 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair 30 dekabr 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməməsinə dair həmin məhkəmənin 31 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(103)1545/2022 saylı qərarından Məhkum kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(103)-1545/2022 saylı qərarı ilə Məhkum Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 1(103)1545/2022 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair vəsatəti təmin edilməmişdir. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 1(103)-1525/2022 saylı qərarından kassasiya şikayəti verilərək qərarın ləğv edilməsi və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş dir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən ona ağır cəza təyin edilmiş və ailə vəziyyəti nəzərə alınmamışdır. Qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarının ləğv olunmasını və Bakı Apellyasiya Məhkəməsinin 2 avqust 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və kassasiya şikayətinin təmin edil məməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 409.1.1-ci maddəsinə əsasən, məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi kassasiya şikayəti vermək hüququna malikdirlər. 410.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla), 411.5, 520.7 və 524.8-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından - onların çıxarıldığı, bu M əcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətində verilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, bu Məcəllənin 410.1-1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apellyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: “411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; 411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 411.3-cü maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi məsələsi apellyasiya instansiyası məhkəməsinin yekun qərar çıxarmış məhkəmə tərkibi (bu mümkün olmadıqda, digər hakimlərdən ibarət məhkəmə tərkibi) tərəfindən həll edilir. Həmin Məcəllənin 411.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi müddətinin bərpa olunması haqqında vəsatəti rədd etdikdə, bu qərardan apellyasiya instansiy ası məhkəməsi vasitəsi ilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsinin iş üzrə qəbul etmiş olduğu məhkəmə qərarı elan olunduğu andan qanunla müəyyən edilmiş müddətlərdə kassasiya protesti və ya şikayəti verilə bilər. Həmin müddətin axımı qərarın elan olunduğu vaxtdan hesablanmağa başlayır. Həmin müddətdən sonra kassasiya şikayəti və ya protesti verilərsə, prosessual müddətin bərpasına dair vəsatət də verilməlidir. Kassasiya şikayətinin (protestinin) verilmə müddəti üzrlü səbəblərə görə buraxıldıqda prosessual müddət bərpa edilməlidir. Buna görə də kassasiya şikayətini (protestini) verən şəxs vəsatətində prosessual müddətin bərpasına dair vəsatətində müddətin buraxılmasının üzrlü səbəblərini göstərməli və əsa slandırmalıdır ki, onun iradəsindən asılı olmayan səbəblərdən müddət buraxılmışdır. Çünki buraxılmış müddətin bərpa edilməsi üçün əsas kassasiya şikayəti vermək hüququ olan şəxsin səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulmalı və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmamalı, yaxud da fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verməli idi. Bu iki haldan hər hansı birinin baş verməsi kassasiya şikayəti verilməsi müddətinin bərpasının üzrlü hesab edilməsi üçün əsasdır. Şəxsin iradəsindən asılı olmayan halın olması, şəxs həmin müddət ərzində özündən asılı olmayan səbəblərə görə kassasiya şikayəti vermək imkanının olmamasını ehtiva edir. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 02 avqust 2022ci il tarixli, 1(103)-1545/2022 saylı mübahisələndirilən qərarı məhkuma təqdim edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmiş, həmin qərar 22 avqust 2022-ci il tarixdə məhkuma rəsmi qaydada təqdim edilmiş, qərardan şikayət vermək hüququ və qaydası həmin qərarın nəticəvi hissəsində də öz əksini tapmışdır. Məhkum müvafiq ərizəni və kassasiya şikayətini 25 may 2024-cü il tarixdə imzalamış, şikayət xx.xx.2024-cü il tarixdə cəzaçəkmə müəssisəsi tərəfindən qeydə alınaraq aidiyyatı üzrə məhkəməyə ünvanlanmışdır. Göründüyü kimi, kassasiya şikayəti mübahisələndirilən qərar məhkuma rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində yox, 01 (bir) il 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün sonra verilmişdir. Məhkumu bu müddət ərzində kassasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir halın mövcud olması iş materialları ilə müəyyən olunmamışdır. Göründüyü kimi, Məhkum kassasiya şikayəti verə bilməsinə mane olan yuxarıda qeyd edilən hallardan hər hansı biri olmamışdır. Məhkum vəsatətində prosessual müddəti ötürməsinin səbəbini hüquqi savadsızlığı və təyin edilmiş cəzanın ağırlığından keçirdiyi psixoloji gərginliklə əlaqələndirsə də, buna dair hər hansı sənəd təqdim etməmiş, həmin hal və hüquqi savadsızlıq müddətin bərpası üçün əsaslı səbəb olmamışdır. Ona görə də kassasiya şikayətində qeyd edilən dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 2 avqust 2022-ci il tarixli qərarından qanunla müəyyən edilmiş müddət ərzində, yəni 1 ay müddətində kassasiya şikayəti vermək hüququ olmuş, 1 (bir) il 9 (doqquz) ay 29 (iyirmi doqquz) gün keçdikdən sonra, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən edilən vaxtın bitməsindən 1 il 8 ay 29 gün sonra kassasiya şikayəti verildiyindən və iş materialları ilə onun müddəti üzrlü səbəbdən buraxması müəyyən olunmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bil dirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419. 10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2 avqust 2022-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar