Məhkəmə qərarları › İş №1(102)-560/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-560/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-560/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Müdafiəçi – Yevlax Şəhər Vəkil Bürosunun vəkili Bərxudarov Zaur Saməddin oğlunun iştirakları ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxx xx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim: T.Qubadov) xx xxxxxx 1970-cı il tarixdə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zərdab rayonunun Şahhüseynli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqs irli bilinib cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Ə.Əliyev, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 03 il müəyyən edilmişdir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, məhkum tə rəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur, ona görə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə aşkar sürətdə ona məlum olan 16 yaşına çatmamış, xx xxxxx 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə xx xxxx 2016-cı ildə, saat 20 radələrində Zərdab rayonunun Şahhüseynli kəndində olan fərdi yaşayış evinin həyətində qızı X1in nişan mərasimi zamanı, evinin yataq otağında təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, sonra xx xxxxxx 201 6-ci ildə, saat 19 radələrində qızı X1in toy mərasimində yenə də öz evində və 2018-ci ilin may ayında, saat 11 radələrində Zərdab rayonunun Şahhüseynli kəndində Zərərçəkmiş şəxs yaşadığı evlərində sonuncu ilə təbii yolla cinsi əlaqədə olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin hökmü və Şəki Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və məhkum Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, məhkəmələr tərəfindən işə obyektiv, hərtərəfli yanaşılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs CM-nin 152.1-ci madd əsində nəzərdə tutulan cinayət əməlini törətmək niyyəti olmamışdır. Belə ki, 13 yaşlı qızın xeyir iş olduğu evdə qızlıq pərdəsinin tamlığı pozulması və bu olanlardan nişana gələnlərin heç birinin xəbərinin olmaması, sonradan da, 13 yaşlı həmin qızın heç nə olmamış kimi tam sərbəst və sağlam vəziyyətdə, yəni, heç bir ağrısız məclisdə iştirak etməsi nişan diskində əks olunmuşdur. Video görüntüdən də görünür ki, xeyir iş olan həyət və ev bütünlüklə gəlib gedənlərlə, qonaqlarla dolu olmuş, otaqlar həmin gün daim girişli-çıxışlı olmuşdur ki, bu vəziyyətdə nəinki cinsi əlaqə, heç gizli söhbət etmək də mümkün deyildir. Başqa bir ziddiyyət odur ki, xeyir iş olan həmin gün X2 axşama qədər nişana gələn qonaqların içərisində olmuş, danışıb-gülmüş, hətta oynamış, vəziyyətində heç bir qeyri-adilik müşa hidə edilməmişdir. Eyni zamanda, məhkəmə-tibbi ekspertizasının xx xxxx 2019-cu il tarixli, 39 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı bir xəsarət aşkar olunmamışdır, qızlıq pərdəsinin tamlığı pozulmuşdır, müddəti müayinədən 2-3 həftə əvvələ uyğundur. Ona görə də, tam əminliklə belə qənaətə gəlmək olur ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı 2015-ci ilin dekabr ayında və yaxud 2016-cı ilin yay aylarında Təqsirləndirilən şəxs tərəfindən deyil, məhz 2019-cu ilin fevral ayında zərərçəkmiş tərəfin şüurlu olaraq planlı şəkildə istintaqdan gizlətdiyi qeyri bir şəxs tərəfində pozulmuşdur. Bütün bunlar bir daha onu göstərir ki, məhkum Təqsirləndirilən şəxs qərəzli olaraq şərin və böhtanın qurbanı olmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında müdafiəçi Bərxudarov Zaur Saməddin oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, yuxarıda qeyd olunan halları bir daha qeyd edərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkumun qeyd olunan cinayət əməlini törətməsinin sübutlarla təsdiq olunduğu, ona görə də, apelly asiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və müdafiəçinin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Z.S.Bərxudarov tərəfindən verilmiş kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirliliyi sübuta yetirilmədiyi təqdirdə məhkəmələr tərəfindən yolverilməz sübutlara istinad edilməklə barəsində əsassız ittiham hökmü çıxarıldığını və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilir, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisi Z.S.Barxudarovun kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya i nstansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş “on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli hərəkətlər etməsi” ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Müdafiəçi Z.S.Barxudarov kassasiya şikayətində Təqsirləndirilən şəxs verilmiş ittihamların onunla heç bir əlaqəsinin olmaması, məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq məhkum olunması, nəticədə sübutetməyə dair maddi və proses sual normaların pozulduğu, buna görə də, ona bəraət verilməsinə dair dəlillərə istinad etmişdir. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ona hökmlə istinad edilən, cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunm ası haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsinin qərarında həmin dəlillər və əməlin tövsifi ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: “...Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasıcinayət işinin materiallarını verilmiş apellyasiya şikayətinin dəlilləriilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlmişdir ki, məhkum Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməməsinə baxmayaraq, onun tərəfindən həmin cinayətin törədilməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə; baxış, götürmə və digər istintaq hərəkətlərin protokolları ilə; iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilm olunmuş digər çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsiməhkum Təqsirləndirilən şəxsöz ifadəsində özünü cinayəti törətməkdə təqsirli bilməməsi, hər hansı bir qanunsuz hərəkətlərə yol verməməsi və bu səbəbdən on altı yaşına catmamış şəxslə cinsi əlaqədə olmaması barədə irəli sürdüyü dəlillər yuxanda göstərilən tədqiq edilmiş çoxsaylı sübutlarla təkzib edildiyindən və öz təsdiqini tapmadığından, ifadələrinə tənqidi yanaşaraq, göstərdiyi dəlilləri yalnız cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyasıməhkum Təqsirləndirilən şəxsifadələrini istintaqda və məhkəmədə z ərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə əlaqəli şəkildə tədqiq etməklə hesab edir ki, onun tərəfindən Cinayət Məcəlləsinin 152.1-ci maddəsindənəzərdə tutulmuş cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və onun hər hansı bir mötəbər və təkzibedilməz sübutlara əsaslanmayan ifadələri ittihamı təkzib edən sübutlar kimi qəbul edilə bilməz, onun irəli sürdüyü dəlillərə istinad etməklə qurduğu müdafiəsi isə göstərilən cinayət əməlini törətməsini istisna etmir və bu səbəbdən onun həmin ifadələri yalnız cinayət məsuliyyətindən yayınmağa onun cəhd kimi qiymətləndirilməlidir”. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxıb müəyyən etdi ki, apellyasiya məhkəməsi ittihamın təsdiq edilməsi və əməlin tövsifi məsələləri üzrə gəldiyi nəti cəni işin hallarına və qanunun tələblərinə uyğun əsaslandırmış, eyni zamanda apellyasiya şikayətinin bütün dəlillərinə qiymət vermişdir. Bu nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində elə bir dəlilə istinad edilməmişdir ki, Təqsirləndirilən şəxs təqsirinin (ittihamının) təsdiq edilmədiyini və ona bəraət verilməli olduğunu göstərsin. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum Təqsirləndirilən şəxs təqsirinin, mötəbərliyi şübhə doğurmayan sübutlarla (həmin sübutların məcmusu ilə) təsdiq olunduğuna dair nəticə iş materiallarına uyğundur. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azə rbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Təqsirləndirilən şəxs təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayət ində göstərilən məhkumun əməlində cinayət tərkibinin əlamətləri olmadığından ona bəraət verilməsi ilə bağlı dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri də tamamilə əsassızdır. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.1.3-cü mad dəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlardan, ekspert rəylərindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona ittiham olunduğu CM-in təqsirli bilindiyi maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini məhkumu müdafiə xarakterli, məsuliyyətdən boyun qaçırmaq məqsədilə göstərilmiş əsassız dəlillər hesab edir. Şikayətdə cinayət və cinayət-prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların və izahların tələbləri pozulmamışdır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları (ilk dəfə cinayət törətməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olması) cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublik ası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfi ndən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəx s barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Bərxudarov Zaur Saməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar