Məhkəmə qərarları › İş №1(102)-560/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-560/2021

17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-560/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X3 və məhkumun müdafiəçisi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərar ından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Beyləqan rayonu, M.Müşviq küçəsi ev 22-də qeydiyyatda olan; Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1 və 322.1-ci maddələri ilə təqsirli bilinib, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 322.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, 1 (bi r) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Bakı.şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 1(006)-225/2017 nömrəli hökmü ilə təyin edilmiş aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasənhəmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə, Məhkum1 qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsi müddətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmış və ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla narkomaniyadan məcburi müalicə təyin edilmiş, xx xxxxxx 1992-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Ağdam rayonunun Novruzlu kəndində qeydiyyatda olan; Məhkum2 Azərbaycan Respublikası CM-in 234.1 və 322.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azər baycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 qəti olaraq 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müdətinin əvvəli xx xxxxx 2019-cu il tarixdən hesablanmış və ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla narkomaniyadan məcburi müalicə təyin edilmişdir İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X4 məhkum olunmuşdur ona görə ki, o, 2018-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs borc verdiyi 10.000 manat məbləğində pulun geri qaytarılmasına nail olmaq üçün qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfində n təkzib edilən hərəkətləri özbaşına törədərək, yəni 2019- cu ilin mart ayında tanışı Məhkum2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Qədim Məkan” adlı kafedə Zərərçəkmiş şəxslə görüşüb ondan borclu olduğu 10.000 manat məbləğində pulu qaytarmasını tələb etmış, sonuncu pulu olmadığını bildirdikdən sonra borc tələbinin qanuni yolla mübahisələndirilməli olduğu halda, Məhkum2 ilə bir qrup şəxs halında qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən özbaşına hərəkətlər edərək, yəni həmin gün sonuncunun istifadəsində olan 16.500 manat dəyərində “KİA Optima” markalı **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 11/22-də yerləşən “X8”ın salonundan götürüb idarə edib oradan uzaqlaşmaqla qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs mühüm ziyan zurmaqla özbaşınalıq cinayətini törətmişdir.Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 3,275 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 5,383 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz daşımaqla saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfind ən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxx 2019-cu il tarixdə saat 23:25-də ünvan 1 ünvanında yerləşən “Bakı” restoranının qarşısında saxlanılarkən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı və polis əməkdaşlarının təklifinə əsasən təqdim etdiyi dörd ədəd polietilen bükümlərdə 3,275 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və dörd ədəd polietilen bükümlərdə olmaqla 5,383 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 məhkum olunmuşdur ona görə ki, o, 2018-ci ilin sentyabr ayında tanışı Zərərçəkmiş şəxs borc verdiyi 8,500 manat məbləğində pulun geri qaytarılmasına nail olmaq üçün qanunla v ə digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hərəkətləri özbaşına törədərək, yəni 2019-cu ilin mart ayında tanışı Məhkum1 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Qədim Məkan” adlı kafedə Zərərçəkmiş şəxslə görüşüb ondan borclu olduğu 8,500 manat məbləğində pulu qaytarmasını tələb etmış, sonuncu pulu olmadığını bildirdikdən sonra borc tələbinin qanuni yolla mübahisələndirilməli olduğu halda, Məhkum1la bir qrup şəxs halında qanunla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş Zərərçəkmiş şəxs tərəfindən təkzib edilən özbaşına hərəkətlər edərək, yəni həmin gün sonuncunun istifadəsində olan 16.500 manat dəyərində “Hyundai Elantra” markalı **-XR-*** dövlət qeyd iyyat nişanlı avtomobilin açarını Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi 11/22-də yerləşən “X8”ın salonundan götürüb idarə edib oradan uzaqlaşmaqla qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs mühüm ziyan vurmaqla özbaşınalıq cinayətini törətmişdir.Bundan başqa o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 5,324 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,252 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İİ siyahısına daxil olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz daşımaqla saxlamış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx xxxxx 2019-cu il tarixdə saat 23:30-da ünvan 3 A ünvanında yerləşən binanın qarşısında saxlanılarkən qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı və polis əməkdaşlarının təklifinə əsasən təqdim etdiyi beş ədəd polietilen bükümlərdə 5,324 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üç ədəd polietilen bükümlərdə olmaqla 3,252 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki qara rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Qədim Babayev (sədrlik edən və məruzəçi), Əli Seyf əliyev və Rəşad Abdulovdan ibarət tərkibdə) 1(103)942/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmış, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı2 verdiyi kassasiya protestində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini Dövlət ittihamçısı2 onunla əsaslandırır ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsi nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıdan məhrum etmə cəzası təyin edilməsi tam qanunsuz və əsassızdır. Belə ki, Məhkum1 və Məhkum2 törətdikləri Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. Məhkum1 4 bükümdə təmiz çəkisi 3,275 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 4 ədəd bükümdə təmiz çəkisi 5,383 qram “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metafetamin əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. Məhkum2 isə 5 b ükümdə təmiz çəkisi 5,324 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 ədəd bükümdə təmiz çəkisi 3,252 qram “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan olunmuş psixotrop maddələr”-in İ siyahısına daxil edilmiş psixotrop maddə sayılan metafetamin əldə edərək üstündə saxladığını dərk etməklə həmin əməli birbaşa qəsdlə törətmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün heroinin və metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yu xarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Göründüyü kimi, Məhkum1 əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 22 dəfə, külli miqdardan isə təxminən 2 dəfə, həmçinin, üzərində əlavə olaraq 4 ədəd bükümdə təmiz çəkisi 5,383 qram metafetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 36 dəfə, külli miqdardan isə təxminən 3 dəfə artıq olmuşdur. Məhkum2 əldə edərək üzərində saxladığı narkotik vasitə olan heroinin miqdarı şəxsi istehlak miqdarından təxminən 35 dəfə, külli miqdardan isə təxminən 3 dəfə, üzərində əlavə olaraq 3 ədəd bükümdə təmiz çəkisi 3,252 qram metafetaminin miqdarı şəxsi istehlak miqdarından təxminən 22 dəfə, külli miqdardan isə təxminən 2 dəfə artıq olmuşdur. Məhk um1 və Məhkum2 üzərlərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metafetaminı şəxsi istehlak miqdarından cüzi artıq (məsələn, 0,30 qram və sair) olmaqla əldə edib üzərində saxlamaqla daşımış şəxsə təyin edilə biləcək cəza ilə uyğun cəza (çox aşağı həddə azadlıqdan məhrum etmə) təyin edilməsi artıq bu qəbildən olan işlər üzrə cəza təyini ilə bağlı formalaşmış məhkəmə təcrübəsinə zidd olmaqla yanaşı, ədalətlilik prinsipinin pozulması deməkdir və cəzanın fərdiləşdirilməsi prinsipinə ziddir. Məhkəmələr isə hazırki işə baxarkən cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarını nəzərə almamışlar Göründüyü kimi, məhkəmələr tərəfindən Məhkum1 və Məhkum2 təyin olunmuş aşağı hədd ə azadlıqdan məhrumetmə cəzası nə cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, nə onun törədilməsi şəraitinə, nə də təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Lakin məhkəmələr Məhkum1 və Məhkum2 münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmamış bir sıra halları (təqsirlərini boynuna alaraq əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslə barışmalarını və sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Məhkum1 münasibətdə əlavə olaraq nümunəvi davranışına görə Bakı İstintaq Təcridxanasının rəisinin əmrinə əsasən barəsində “Təşəkkür” elan edilməsini) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, qeyd edilən halların yüngülləşdirici hal kimi qəbul edilməsini hökmdə ə saslandırılmamışdır. Birinci instansiya məhkməsi tərəfindən “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verilməmiş, Bakı Apelyasiya Məhkəməsi tərəfindən həmin hala diqqət yetirilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi hökmdə Məhkum1 və Məhkum2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Məhkum1 nümunəvi davranışına görə Bakı İstintaq Təcridxanasının rəisinin əmrinə əsasən barəsində “Təşəkkür” elan edilməsini yüngülləşdirən hal kimi nəzərə alındığını göstərsə də, həmin halın hansı meyarla nəzərə aldığını əsaslandırmamış, bununla da, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4-№-li Qərarının qeyd olunan tələblərinə əməl etməmişdir. Bakı Apelyasiya M əhkəməsi də əsassız olaraq həmin hökmü dəyişdirmədən saxlamışdır. Hesab edirəm ki, şərh olunan yüngülləşdirici halların bəziləri mövcud olsa da, bunlar heç də məhkəmənin göstərilən nəticəyə gəlməsi üçün əsas ola bilməz. Məhkəmələr bütün bunları nəzərə almayaraq, Məhkum1 və Məhkum2 yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. İş materiallarından görünür ki, Əsədov X5 rayon məhkəməsinin xx.xx.2017 tarixli hökmü ilə CM-nin 221 2.2-ci maddəsi ilə təqsirli bilinib 15% dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmişdir. Həmin məhkumluğu ödənilməmişdir. Məhkəmələr Məhkum1 s atış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayətini törədən Məhkum1 əvvəllər qəsdən xuliqanlıq cinayətini törətməsini, məhkumluğunun ödənilməməsini və həmin halın onun şəxsiyyətini xarakterizə edən hal olmasını nəzərə almadan ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmamışlar. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Məhkum2 Gəncə hərbi məhkəməsinin xx.xx.2016 tarixli hökmü ilə CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Məhkum2 həmin məhkumluğu ödənilsə də həmin hal onun şəxsiyyətini xarakterizə edən haldır. Məhkəmələr Məhkum2 şəxsiyyətini xarakterizə edən qeyd olunan halı nəzərə almadan ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmamışlar. Güründüyü kimi, məhkəmələr yuxarıda şərh olunan normaların tələblərini nəzərə almamış, Məhkum1 və Məhkum2 cəza təyin edərkən onlara təqsirli bilindikləri CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmayan, maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəli lik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması i lə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiyası məhkəməsi müvafiq olaraq hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 barələr ində təqsirlərini boynuna alaraq əməllərindən peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslə barışmalarını və sonuncunun onlara qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Məhkum1 münasibətdə əlavə olaraq nümunəvi davranışına görə Bakı İstintaq Təcridxanasının rəisinin əmrinə əsasən barəsində “Təşəkkür” elan edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq onlara təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası (1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 322.1-ci maddəsinin sanksiyası (10xx xxxxxxxx 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlə r və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza tə yin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Hökmdən görünür ki, məhkəmə Məhkum1 və Məhkum2 təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarında da Məhkum1 və Məhkum2 cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun ol duğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum1 və Məhkum2 cəmiyyətdən qismən təcrid edilməklə islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli Məhkum1 və Məhkum2 haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli Məhkum1 və Məhkum2 haqqındakı qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən sa

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar