Məhkəmə qərarları › İş №1(102)-560/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-560/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-560/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs x iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarından X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ilə (sədrlik edən: M.Ş.A slanov) X Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, mənəvi zərərlə bağlı iddia isə baxılmamış saxlanılmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs X, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X4 tərəfindən ayrı ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarı ilə (hakimlər: M.Ə.Bağırov,(sədrlik edən), İ.H.Əhmədov və E.İ.Əliyev) X, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılmasına xitam verilmiş, Xnun Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmü ləğv edilmiş və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli ilkin baxış qərarından X tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən xüsusi ittihamçı X ilə 13 may 2021-ci il tarixdə ünvan 1 ünvanda görüşməklə məhkəmə prosesi ilə bağlı olaraq məhkəmədə vəkil olaraq təmsil etməsi və hüquqlarının müdafiə etməsi barədə danışıq aparmışlar. Aparılmış danışıq əsasında X həmin işə görə onu məhkəmədə təmsil etmək üçün 3000 manat pul ödəməli olduğunu bildirmişdir. H əmin vaxt onun qardaşı Şahid3 Xə 2000 manatı nağd sayıb vermiş, X isə yerdə qalan 1000 manatı isə 10 gün müddətində ona çatdırmayacağı təqdirdə məhkəmə proseslərində iştirak etməyəcəyini bildirmişdir. Razılaşmadan və qardaşı X11 2000 manat pulu nağd şəkildə verməsindən sonra Xlə birlikdə Lənkəran rayon vəkil bürosuna gedib büronun rəhbəri X2in yanında müqavilə bağlamış və həmin vaxt X ona hesab nömrəsi verərək 210 manat pulu həmin bank hesabına ödəməli olduğunu demişdir. O, 210 manat pulu MİLLİÖN ödəniş sistemi vasitəsilə həmin hesaba ödəyib ödəniş qəbzini Xə vermişdir. Xdən müqavilənin bir surətinin ona verilməsini istədikdə isə X müqavilənin surətini verməkdən imtina etmiş və qəbzlərin və müqavilənin yalnız onda qalmalı olduğunu bildirmişdir. 10 gün sonra Bakı şəhərində həyat yoldaşı X3 800 manat pulu vermişdir. X birinci instansiya məhkəməsində onun vəkili ola-ola etdiyi məhkəmə çıxışlarında və proseslə bağlı qarşı tərəfə verdiyi suallardan və ümumiyyətlə vəkil kimi davranışından hiss olunmuşdur ki, X dolayısı ilə onu deyil, qarşı tərəfi müdafiə edir. Həmin müddət ərzində də məhkəmə işi ilə əlaqədar olaraq Xdən nəsə soruşanda və işin gedişatı ilə bağlı olaraq sual verdikdə isə kobud və qeyri əxlaqi sözlərdən istifadə etməklə onun işinə qarışmamağını tələb etmişdir. Vəkillik fəaliyyətindən narazı olduğunu X bildirəndə isə sonuncu ailə üzvlərinin yanında onu təhqir etməyə başlamış, həmin vaxt ondan şikayət edəcəyini bildirəndə isə "mən vəkil adamam kim cürət edib mənim barəmdə olan şikayəti araşdıra bilər” deyib heç kimdən və heç nədən qorxmadığını demişdir. Xüsusi ittiham çı barəsində çıxarılmış qətnamədən narazı olduğundan və məhkəmənin hakiminin qeyri-obyektiv araşdırma aparması barədə məhkəmə hüquq şurasına şikayət etmək üçün getdiyindən Xə zəng vurub məhkəmə qətnaməsinin nəticə hissəsinin xüsusi ittihamçıya göndərilməsini xahiş etmiş və X həmin vaxt xüsusi ittihamçının barəsində "Ay tərbiyyəsiz..., Ay dələduz... Sən kimsən ki mən sənə nəsə göndərim. Bundan başqa, X həmin danışıq zamanı hazırki ərizəyə yaza bilmədiyi təhqiramiz ifadələr işlətmişdir. Xüsusi ittihamçının özünü və yaxın qohumlarını söyüb qurtarandan sonra vəfat etmiş atasını da təhqir edəndən sonra əlaqəni kəsmişdir. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə xüsusi ittihamçının qardaşı oğlu və əri evdə olmuş, Xin bu təhqirlərini onlar da eşitmişlər, yoldaşı telefonu ondan alıb Xə iradını bil dirdikdə isə X yoldaşının da ünvanına nalayiq ifadələr işlətməklə təhqir və təhdid etməyə başlamışdır. Bundan sonra xüsusi ittihamçı xx.xx.2022ci il tarixdə Xin barəsində Vəkillər Kollegiyasının sədrinin qəbulunda olmuş və Xin qanunsuz hərəkətləri ilə bağlı etdiyi şikayət əsasında onun barəsində tədbir görülməsini xahiş etmiş, şikayəti Kollegiyanın İntizam Komissiyasına göndərilmişdir. Bundan sonra X12 şəhəri, Taryel Abdullayev küçəsi ev 2-də yaşayan xüsusi ittihamçının qardaşı Şahid3 evinə gedərək "Ağzımdan lazımsız sözlər çıxıb, x3 gəlsin ondan üzr istiyəcəm”. Qardaşı X4 bu barədə ona bildirəndən sonra o, Xin səmimi olmadığını bildiyi üçün buna etiraz etmiş, lakin qardaşının sözü yerə düşməsin deyə xx.xx.2022-ci il tarixdə Lənkərana qardaşının evinə getmişdir. Həmin vaxt qardaşı X15 zəng etmiş və sonuncu saat 19:00 radələrində X4in evinə gəlmişdir. X evə girər-girməz onu qardaşının ailəsinin və evdə olan qonaqların yanında nalayiq ifadələrlə təhqir etməyə başlamış, X həmin vaxt ucadan danışdığı üçün qonşular və məhəllədəki sakinlər də onun sözlərinə şahid olmuşlar. O, Xə verdiyi pulu geri qaytarmasını tələb edəndə, sonuncu bildirmişdir ki, "Sizin başınız xarabdı?, siz mənə pulu sənədlə vermisiz bəyəm mənə nəsə sübut edə bilərsiz. Get istədiyin şəxsə və yerə şikayət elə, heç kim mənə heç nə edə bilməz”. Xin bu sözlərindən sonra onun səhhəti pisləşdiyindən evdən çıxıb həyətə düşmüş, həyətdə olanda da X ərinin və mərhum atasının ünvanına dilə gətirə bilmədiyi təhqirlər səsləndirməyə başlamışdır. Bundan sonra o, Xin barəsində müxtəlif orqanlara şikayətlər etmiş, lakin şikay ətlərinə baxılmamış, ona xüsusi ittiham qaydasında şikayət etməyi məsləhət görmüşlər. Xin təhqiramiz məlumatları yayması onda əsəbi vəziyyət və stress yaratdığından ağır mənəvi sarsıntı keçirmişdir. Buna görə mənəvi zərəri də ödəməlidir. Kassasiya şikayətinin dəlilləri: X kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq tədqiq edilməmiş, həmçinin məhkəmələr onun barəsində olan xüsusi ittiham qaydasında işinə qərəzli baxılmış, sənədlər saxtalaşdırılmış, maddi və prosessual maddələr isə pozulmuşdur. Kassator hesab edir ki, barəsində xüsusi qaydasında işinin birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yox idi. Belə ki, apellyasiya məhkəməsi özü işə baxıb bəraətverici əsaslarla cinayət təqibinə xitam v erməli və onun işində pozuntulara yol vermiş şəxslər qanun üzrə məsuliyyətə cəlb edilməlidilər. X kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarın ləğv edilməsini və işin apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiya sı məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X verdiyi kassasiya şikayətində məhkəmələrin xüsusi itti ham qaydasında şikayət üzrə icraata aid cinayət-prosessual normaların tətbiqi üzrə hüquqi mövqeyini mübahisələndirdiyindən, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyası Xin kassasiya şikayətində istinad etmiş olduqları prosessual pozuntular (barəsində olan işinin yenidən birinci instansiyası məhkəməsində araşdırılmasına etməsi və iş üzrə yekun nəticəni apellyasiya instansiyası məhkəməsinə verilməsi) ilə bağlı dəlillərini baxıla n işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, kassasiya müəlliflərinin iddialarının əsassız olduğu müəyyən olunur. Belə ki, Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmündən narazı qalan məhkum edilmiş X, onun müdafiəçisi Müdafiəçi və xüsusi ittihamçı X4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş və 21 iyun 2023-cü il tarixdə ilkin baxışı iclası zamanı X məhkəməyə vəsatətlə müraciət edərək, verilmiş apellyasiya şikayətlərinin hərəkətsiz saxlanılmasını, birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarına verilmiş qeydlərə baxılması üçün iş materiallarının həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2023-cü il tarixli, 1(106)438/2023 nömrəli qəra rı ilə X tərəfindən verilmiş vəsatət təmin olumuş, verilmiş apellyasiya şikayətləri hərəkətsiz saxlanılmış, X tərəfindən məhkəmə iclas protokollarına verilmiş qeydlərə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə Xnun barəsində olan iş üzrə məhkəmə iclas protokoluna verdiyi qeydlər əsassız olduğu üçün qəbul edilməmiş və iş üzrə materiallar apellyasiya məhkəməsinə qaytarılmışdır. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli qərarı ilə, Xnun v əsatətləri əsasında (birinci instansiya məhkəmə baxışı iclasının audioyazısının iş materiallarına əlavə edilməsi üçün) iş materialları Lənkəran Rayon Məhkəməsinə qaytarılmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət təyin edilmişdir. Lakin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə xüsusi ittiham qaydasında şikayət üzrə iş materialları Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələb yerinə yetirilmədən Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmış və səbəb kimi audioyazısının aparılması üçün zəruri avadanlıqların tam şəkildə quraşdırılmamasını və Elektron Məhkəmə İnformasiya Sistemində inteqrasiya edilmədiyindən məhkəmə iclasları nın audioyazısını qeydə almaq mümkün olmamasını göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51.6-cı maddəsinə əsasən prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlə nildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir. Həmin Məcəllənin 51.6-1-ci maddəsinə görə isə məhkəmə iclasında sədrlik edən iclasların fasiləsiz audioyazısının aparılmasını təmin edir, cinayət prosesinin tərəflərini və cinayət prosesində iştirak edən digər şəxsləri audioyazının aparılması barədə xəbərdar edir. Məhkəmə iclasının protokolu məhkəmə iclasının audioyazısına uyğun tərtib edilir və audioyazı barədə məlumat məhkəmə iclasının protokolunda göstərilməklə elektron və ya digər məlumat daşıyıcılarında ona əlavə olunur. Məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsinə görə cinayət işind ə məhkəmə iclasının protokolu və məhkəmə iclasının audioyazısı olmadıqda apellyasiya instansiyası məhkəməsi həmin nöqsanın aradan qaldırılması üçün cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Həmin Məcəlləsinin 391.8-ci və 391.8.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. CPM-nin 391.9-cu maddəsinə əsasən bu Məcəllənin 391.8 və 391.8-1-ci madd əsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə: 391.9.1. məhkəmə baxışının nəticələri məhkəməsinin hökm və ya qərarını ləğv edir; üzrə çıxarılmış birinci instansiya 391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Öyrənilmiş materiallardan müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 iyul 2023-cü il tarixli qərarı ilə Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün 10 (on) gün müddət müəyyən edilməklə xüsusi ittiham qaydasında şikayət üzrə iş materialları Lən kəran Rayon Məhkəməsinə qaytarılmışdır. Lənkəran Rayon Məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 391.6.4-cü maddəsində nəzərdə tutulmuş tələb yerinə yetirilməmiş, 21 avqust 2023-cü il tarixli məktub ilə müvafiq materiallar Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmış və səbəb kimi audioyazısının aparılması üçün zəruri avadanlıqların tam şəkildə quraşdırılmamasına və Elektron Məhkəmə İnformasiya Sistemində inteqrasiya edilmədiyindən məhkəmə iclaslarının audioyazısını qeydə almaq mümkün olmamasına istinad edilmişdir. Apellyasiya Məhkəməsi yuxarıda sadalanmış cinayət prosessual qanunvericiliyinin imperativ tələblərindən çıxış edərək, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audioyazısının olmamasını kobud prosessual pozuntu kimi dəyərləndirmiş və aşağıdakı halların müəyyən edilməsinə maneə kimi qiymətləndirmişdir. _ müdafiə tərəfinin məhkəmə iclas protokoluna verilmiş qeydlərin əsaslı olub olmamasına, _ müdafiə tərəfinin keçirilmiş məhkəmə iclasında proses iştirakçılarının vermiş olduqları ifadələrin təhrif edilməsi ilə bağlı iddialarının həqiqəti əks etdirib etdirməməsinə, Öyrənilmiş iş materiallarından müəyyən olunur ki, X dəfələrlə Lənkəran Rayon Məhkəməsinə iş materialları ilə tanış olmaq üçün müraciət etsə də, həmin məhkəmə tərəfindən ona iş materialları ilə tanış olmaq şərait yaradılmamış və müraciətlərinə baxılmamışdır. Digər tərəfdən ilkin baxış iclasında Xnun müdafiəçisi Müdafiəçi dəfələrlə israrla vurğulamışdır ki, hazırki iş üzrə məhkəmə iclas protokoluna verilmiş qeydlərin (71 səhifədən ibarət qeydlər) həqiqəti əks etdirməsinə b axmayaraq, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əsassız olaraq protokola verilən qeydlər qəbul edilməmişdir. Həmçinin ilkin baxış iclası zamanı məhz barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında müdafiəçisi ilə birlikdə dəfələrlə məhkəmə iclaslarının audioyazısının aparılmasını tələb etdiklərini, buna baxmayaraq işə baxan hakimin bunun üçün texniki imkanların olmadığını bildirdiyini, eləcə də müdafiə tərəfinə məhkəmə iclaslarının audioyazısının aparılmasına mane olduğunu qeyd etmişdir. Eyni zamanda Lənkəran Rayon Məhkəməsinin sədri x tərəfində Şirvan Apellyasiya Məhkəməsinin sədri x ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda müvafiq mərkəzi icra aparatına məhkəmə iclas zallarında a udioyazısının aparılması üçün zəruri avadanlıqların tam şəkildə quraşdırılmaması ilə bağlı bir neçə dəfə şifahi və yazılı müraciət edildiyi göstərilsə də, həmin müraciətlərin özü və verilmiş cavablar müstəqil sənəd olaraq qeyd olunan məktuba qoşma kimi əlavə edilməmişdir ( göstərilən haldan çıxış edərək məhkəmə qeyd olunan məktubu obyektiv halları təsdiq edən sübutlara söykənməyən subyektiv mülahizə əks etdirən sənəd kimi qiymətləndirilmişdir). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş qüsur və çatışmamazlıqlar - xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı cinayət prosessual qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasına dəlalət edən hallardır. Bu isə öz növbəsində qeyd olunan pozuntular fonunda a pellyasiya icraatı qaydasında məhkəmə baxışının (tərəflərin vermiş olduqları apellyasiya şikayətlərin hərtərəfli, tam və obyektiv araşdırılması) keçirilməsini qeyri mümkün edir. Cinayət mühakimə icraatının əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.5-ci maddəsinə görə, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Yuxarıda sadalanmış əhəmiyyətli halları nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin apellyasiya şikayətlərinə baxılmasına xitam verilməsi, Xnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 1(049)-30/2023 nömrəli hökmünün ləğv edilməsi və cinayət işi yenidən baxılması üçün birinci instansiya məhkəməsinə məhkəmə baxışı mərhələsinə qaytarılması ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd olunan nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası müdafiə tərəfinin kassasiya şikayətində apellyasiya məhkəməsinin xüsusi qaydasında işinin birinci instansiya məhkəməsinə qaytarmadan, işə baxıb bəraətverici əsaslarla cinayət təqibinə xitam verməli olması ilə bağlı dəlilərinə münasibətdə qeyd edir ki, əslində şikayətdə irəli sürülmüş tələb özü özlüyündə müdafiə tərəfinin apellyasiya icraatı qaydasında nümayiş etdirdikləri mövqe ilə təzad təşkil edir. Belə ki, öyrənilmiş məhkəmə iclas protokollarından müəyyən olunur ki, məhkəmə iclasında çıxış edən X çıxışında birinci instansiya məhkəməsində məhkəmə iclaslarının audioyazısının aparılmamasının barəsində olan iş üzrə şikayətlərin hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə kimi qiymətləndirmiş və bu əsasla apellyasiya şikayətlərinin məhkəmə baxışına təyin edilməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Xnun kassasiya şikayətinin təmin edilməsi haqqında çıxışını dinləyib, yuxarıda şərh edilən əsaslara görə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Xnun ver diyi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Xnun verdiyi kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 1(106)-438/2023 nömrəli ilkin baxış qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar