Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-560/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, xx xxxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Güney kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, əvvəllər məhkum olunmamış, xxxx yaşayan, hal hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə mə hkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)251/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 1(101)-121/2023 nömrəli hökmü ilə (hakimlər C.İ.Hüseynov (sədrlk edən) E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə, Cinayət Məcəlləsinin 144-3.4-cü maddəsi ilə 2 (iki) il müddətinə, Azərbaycan Respublikasının Cinay ət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə sonuncu qəti olaraq 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 20 noyabr 2023-cü il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarı ilə, (hakimlər: H.H.Əhmədov (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimlidən ibarət tərkibdə) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlan ılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vəsitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini, yəni Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 1443.4-cü maddələri ilə nəzərdə t utulan cinayət əməlini törətmişdir. Belə ki, Məhkum tamah məqsədilə 2013-cü ilin may ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə mobil telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının Yalova şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 14 iyun 2013-cü il tarixdə, saat 02:40-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqs ədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 18 iyun 2013-cü ildən 10 iyul 2013-cü il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqdəsilə, 2013-cü ilin avqust ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən "Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb onun 18 iyun 2013-cü il tarixdən 10 iyul 2013-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 25 avqust 2013-cü il tarixdə saat 20:27-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 27 avqust 2013-cü il tarixdən 20 sentyabr 2013-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2013-cü ilin sentyabr ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən "Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb onun 27 avqust 2013-cü il tarixdən 20 sentyabr 2013-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi i lə hədələyərək hədəqorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 oktyabr 2013-cü il tarixdə, saat 20:56-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 06 oktyabr 2013-cü il tarixdən 30 oktyabr 2013-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tam ah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2014-cü ilin yanvar ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən "Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 02 fevral 2014c ü il tarixdə saat 19:15-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 04 fevral 2014-cü il tarixdən 01 mart 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2014-cü ilin mart ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə y aşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının Yalova şəhərindən "Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 02 aprel 2014cü il tarixdə, saat 20:16-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəx s3 məxsus pasportu götürüb saxlamaqla 04 aprel 2014-cü il tarixdən 30 aprel 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2014cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, K.Kazımov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının Yalova şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 may 2014-cü il tarixdə, saat 20:15-də Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 19 may 2014-cü ildən 09 iyun 2014-cü il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2014-cü ilin may ayının əvvəllərində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının Yalova şəhərində yüksək maaşlı işə düzəldəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 16 may 2014-cü il tarixdə, saat 20:19-da Azərbaycan Respublikasının dövlət sərhədinin Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 19 may 2014-cü ildən 13 iyun 2014-cü il tarixədək olan müddət ərzində qeyd olunan şəhərin müxtəlif yerlərində pul qarşılığında kişi müştərilərinə cinsi əlaqədə olması üçün təqdim etməklə cinsi istismar edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2014-cü ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 08 iyul 2014-cü il tarixdə, saat 20:12-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 10 iyul 2014-cü il tarixdən 04 avqust 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2014-cü ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 10 noyabr 2014-cü il tarixdə, saat 20:07-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri m əqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 12 noyabr 2014-cü il tarixdən 07 dekabr 2014-cü il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə, 2015-ci ilin yanvar ayının əvvəllərindı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 19 may 2014-cü il tarixdən 09 iyun 2014cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilər lə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 19 yanvar 2015-ci il tarixdə saat, 19:29-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 22 yanvar 2015-ci il tarixdən 17 fevral 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödəniş i müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə, 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayıb onun 19 may 2014-cü il tarixdən 13 iyun 2014-cü il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlə t sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 mart 2015-ci il tarixdə, saat 20:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarətburaxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, t amah məqsədilə, 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 22 yanvar 2015-ci il tarixdən 17 fevral 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 mart 2015-ci il tarixdə, saat 20:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət -buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2015-ci il tarixdən 17 aprel 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2015-ci ilin mart ayının ortalarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyac larını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 27 mart 2015cü il tarixdə, saat 20:01-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 30 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən, insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə, 2015-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon əlaqəsi saxlayıb onun 30 mart 2015-ci il tarixdən 25 aprel 2015-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbayca n Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 avqust 2015-ci il tarixdə, saat 20:52də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus pasportu götürüb saxlamaqla 05 avqust 2015-ci il tarixdən 28 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndiri lən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2015-ci ilin iyul ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 03 avqust 2015-cü il tarixdə, saat 20:55-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kira yə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 05 avqust 2015-ci il tarixdən 28 avqust 2015-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə, 2017-ci ilin yanvar ayının əvvələrində Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 30 mart 2015-ci il tarixdən 17 aprel 2015ci il tarixədək olan müddət ərzində Türkiyə Respubli kasının Yalova şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcburetmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 17 yanvar 2017-ci il tarixdə, saat 18:53də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus pasportu götürüb saxlamaqla 20 yanvar 2017-ci il tarixdən 16 fevral 2017-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Məhkum təkrarən, tamah məqsədilə 2018-ci ilin iyul ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 20 iyul 2018-ci il tarixdə, saat 18:12-də Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla 22 iyul 2018-ci il tarixdən 18 avqust 2018-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum təkrarən, tamah məqsədilə 2018-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə telefon əlaqəsi saxlayıb maddi ehtiyaclarını ödəmək üçün Türkiyə Respublikasının Yalova şəhərində fahişəliklə məşğul olmağı təklif edərək maddi imkansızlığı ilə əlaqədar zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 28 avqust 2018-ci il tarixdə, saat 19:16-da Azərbaycan Respublikasının dövlət sərhədini Şıxlı nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının Yalova şəhərinə aparıb orada kirayə götürdüyü mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götü rüb saxlamaqla 30 avqust 2018-ci il tarixdən 28 oktyabr 2018-ci il tarixədək olan müddət ərzində həmin şəhərdə istintaqa məlum olmayan müxtəlif ünvanlarda pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edərək tamah niyyəti ilə iki və daha çox şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdılar ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində 3 qız övladının olmasını, ilk məhkumluğunu, əməlindən peşman olmasını nəzərə alınmamış və ona həddindən artıq ağır və ədalətsiz cəza təyin edilmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli qərar ının dəyişdirilməsini, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının alternativ cəza növü ilə əvəz edilməsi (Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə) və ya təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kas sasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını, nəticədə CM-in 62ci maddəsinin tətbiq edilməsi üçün əsasların olmasına baxmayaraq onun həddindən artıq ağır və ədalətsiz cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə təyin olunmuş cəzanın CM-in 62-ci maddəsinə əsasən dəyişdirilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkum tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasın ın 25 yanvar 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinay ət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, o cümlədən cinayətin ictimaitəhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan CM-in 62-ci maddəsinin nəzərdə tutduğu müstəsna hallar, və ya cəzanı ağırlaşdıran hallar müəyyən edilmədiyi təqdirdə CM-in 60-cı maddəsinin təsbit etdiyi cəzanı yüngülləşdirən hallar və yaxud da CM-in 65.2-ci maddəsinin nəzərdə tutduğu cinayətlərin residivi, təhlükəli residivi, xüsusilə təhlükəli residivi kimi hallar olduqda, həmin maddələrdə nəzərdə tutulmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın əda lətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən əsaslar müə yyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 58.3-cü maddəsində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci m addəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların fonunda və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Belə ki, məhkum ona təyin olunmuş cəzanın həddindən artıq ağır olması haqqında iddianı və birinci instansiya məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi barədə tələbi apellyasiya məhkəməsi qarşısında da irəli sürmüş, apellyasiya məhkəməsi həmin iddia ilə razılaşmayıb və tələbi təmin etməyib, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələri ilə (cinayətlərin məcmusu ilə) 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 1(101)-121/2023 nömrəli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cə zanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 və 144-3.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində (CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-ci maddələrinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 144-3.4-cü maddəsinin sanksiyasında iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) təyin etməklə, Məhkum cəzasını yüngülləşdirən hallar kimi Məhkum qadın olmaqla 1962-ci il təvəllüdlü olmasını, qardaşının şəhid olunmasını (öyrənilmiş cinayət işi materiallarında kassasiya şikayətində iddia olunan az yaşlı uşaqlarının olmasını təsdiq edən məlumat yo xdur), cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Mahiyyət etibarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti ilə üst-üstə düşən kassasiya şikayətində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi zamanı müəyyən edilib nəzərə alınmış halları Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən Məhkum cəzasının yüngülləşdirilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Yuxarıda qeyd olunanlar Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçıs ı X3 çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)-251/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 yanvar 2024-cü il tarixli, 1(103)-251/2024 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-560/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-560/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver