Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-561/2021 21.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Hacıyev Ziya Əli oğlunun və məhkum Məhkum müdafiəçisi Nurəliyev Kamal Elfak oğlunun iştirakları ilə, Bakı Şəhəri Nəsimi Ray on Məhkəməsinin 01 may 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum, xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 0 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 21 (iyirmi bir) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, 1 ünvanında yaşamış, CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 71.5-ci maddəsinə əsasən barəsində tətbiq edilmiş cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən ona Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəza sının çəkilməmiş qalan 3 (üç) ay 21 (iyirmi bir) gün hissəsi hazırki hökmdə təyin olunmuş cəza ilə əhatə edilməklə ona qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 iyun 2018-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 25 nömrəli ünvanın qarşısında Bakı şəhər sakini Zərərçəkmiş şəxs8 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «*****» markalı **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sürücüsünün avtomobildən düşüb yaxınlıqda yerləşən mağazaya getməsindən istifadə edib avtomobilin yan pəncərəsindən əlini salonun içərisinə salıb telefon qabının içərisində olan Zərərçəkmiş şəxs8 məxsus 1 ədəd 300 manat dəyərində «Samsung» markalı J3 modelli mobil telefon aparatını və həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 055 *** ** ** Bakcell GSM nömrəni, cəmi 305 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 iyul 2018-ci il tarixdə saat 07 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində yerləşən Səməd Vurğun bağının qarşı tərəfində Bakı şəhər sakini Zərərçəkmiş şəxs5 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «******s» markalı **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sürücüsünün avtomobildən düşüb şəxsi işi ilə əlaqədar kənara aralaşmasmdan istifa də edib avtomobilin yan pəncərəsindən əlini salonun içərisinə salıb surətlərin ötürücü qutusunun yanında olan Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 100 manat dəyərində «Samsunq» markalı telefon aparatını, həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 055 *** ** ** Bakcell və 1 ədəd 077 *** ** ** Azerfon GSM; nömrələrini, cəmi 110 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 iyul 2018-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində Bakı şəhər sakini Zərərçəkmiş şəxs6 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «******» markalı **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sürücüsünün avtomobildən düşüb şəxsi işi ilə əlaqədar kənara aralaşmasından istifadə edib avtomobilin yan pəncərəsindən əlini salonun içərisinə salıb surətlərin ötürücüsü qutusunun yanında olan Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd 300 manat dəyərində «Samsung Galaxy» markalı, A3 modelli telefon aparatını, həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 055 *** ** ** Bakcell və 1 ədəd 077 *** ** ** Azerfon GSM nömrələri, cəmi 310 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 iyul 2018-ci il tarixdə saat 18 radələrində ünvan 4 ünvanın qarşı tərəfində Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «****» markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sürücüsünün avtomobildən düşüb kənara aralaşmasından istifadə edib avtomobilin açıq pəncərəsindən əlini salonun içərisinə salıb avtomobilin alın şüşəsinin ön tərəfində olan Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd 312 manat dəyərində «Xiomi Redmi» markalı, A5 modelli telefon aparatını, həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 070 *** ** ** Azerfon GSM nömrəni, cəmi 317 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 avqust 2018-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 32 nömrəli ünvanın qarşısında Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «******» markal ı **-****-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sükanının arxasında olan sürücü Zərərçəkmiş şəxs7 yuxulu vəziyyətdə olmasından istifadə edib avtomobilin qabaq açıq pəncərəsindən əlini salonun içərisinə salıb surətlərin ötürücü qutusunun yanında olan Zərərçəkmiş şəxs7 məxsus 1 ədəd 400 manat dəyərində «Honor» markalı C7 modelli mobil telefon aparatını və həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 070 *** ** ** Bakcell GSM nömrəni, cəmi 405 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 avqust 2018-ci il tarixdə saat 06 radələrində ünvan 8 ünvanın qarşısında Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 məxsus hərəkətsiz vəziyyətdə saxlanılm ış «******» markalı **-***-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sükanının arxasında olan sürücü Zərərçəkmiş şəxs3 yuxulu vəziyyətdə olmasından istifadə edib, avtomobilin açıq yan pəncərəsindən əlini salonun içərisinə salıb alın şüşəsinin ön tərəfində olan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 103 manat dəyərində «Samsung» markalı S4 modelli mobil telefon aparatını, həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 055 *** ** ** Bakcell və 1 ədəd 5 manat dəyərində 050 *** ** ** Azercell GSM nömrələri, cəmi 110 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 avqust 2018-ci il tarixdə saat 04.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr ospekti 35 nömrəli ünvanın qarşısında Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus hərəkətsiz, vəziyyətdə saxlanılmış «******» markalı ******* dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sükanının arxasında olan sürücü Zərərçəkmiş şəxs1 yuxulu vəziyyətdə olmasından istifadə edib avtomobilin qabaq pəncərəsindən əlini salonun içərisinə salıb qabaq oturacağın üstündə olan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 140 manat dəyərində “Samsung” markalı «SMG532F» modelli mobil telefon aparatını və həmin telefon aparatının içərisincə olan 1 ədəd 5 manat dəyərində 070 *** ** ** GSM nömrəni və 1 ədəd 5 manat dəyərində 077 *** ** ** GSM nömrəni, cəmi 145 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ta lama məqsədilə 07 avqust 2018-ci il tarixdə saat 04.50 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 28 May metrostansiyasının qarşı tərəfində Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus hərəkətsiz vəziyyətdə saxlanılmış «********» markalı ************ dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb, qeyd olunan avtomobilin sükanının arxasında olan sürücü X12nun yuxulu vəziyyətdə olmasından istifadə edib avtomobilin qabaq pəncərəsindən əlini salonun içərisinə salıb qabaq oturacağın üstündə olan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 300 manat dəyərində “Samsung” markalı J2 modelli mobil telefon aparatını və həmin telefon aparatının içərisində olan 1 ədəd 5 manat dəyərində 050 *** ** ** GSM nömrəni, cəmi 305 manat dəyərində özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Hökmd ən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qurbanov Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 18 sentyabr 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və hökm dəyişdirilirək Məhkum CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) il 03 (üç) ayadək endirilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən isə həmin cəza Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 3 (üç) ay 21 (iyirmi bir) müddətində hissəsi ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 04 (dörd) ay m üddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin edilmiş cəzanı yüngülləşdirməklə apellyasiya instansiyası məhkəməsinin qərarının bu əsasla dəyişdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəmələri onun barəsində qərar qəbul edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almamışdır. Məhkum öz kassasiya şikayətində bildirir ki, o, törətdiyi əməllərindən peşmandır, zərər çəkmiş şəxslərlə barışmış və sonuncuncuların ona qarşı heç bir şikayətləri yoxdur. Buna görə kassasiya şikayətinin müəllif i göstərilənlərə əsaslanaraq ona təyin edilmiş cəzanı yüngülləşdirilməsini və bu əsasla barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasında naməlum səbəblərdən iştirak etməmişlər. Məhkəmə kollegiyası cinayət prosesi iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş şəxslərin iştirakla rı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində ona cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegi yası məhkumun şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası mə hkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə sinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Qanunvericiliyin təsvir edilən tələblərinə əsaslanaraq kassasiya şikayətinin dəlillərinə cavab verən məhkəm ə kollegiyası qeyd edir ki, həmin şikayətin məzmununa görə, Məhkum öz şikayətində iş üzrə sübutların natamam araşdırılması, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktları, onun ittiham olunduğu cinayət əməllərini törətməsinin sübuta yetirilib-yetirilməməsini və bu əməllərin hüquqi tövsifini mübasiləndirmir və yalnız cəza təyini ilə bağlı apellyasiya instansyası məhkəməsi tərəfindən onun barəsində qeyri-humanist və ədalətsiz qərarın qəbul edilməsini iddia edir. Bununla belə, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq bu şikayətlə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum, zərər çəkmiş şəxslə rin və şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun olaraq araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlllərini törətməsinin tam sübuta yetirilməsi barədə nəticəyə gəlib onun həmin əməlini CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq bu nəticələrlə razılaşmışdır. Məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların, habelə onun əməlinin hüquqi tövsifi ilə bağlı məsələnin şərh edilməsini zəruri h esab etmir və məhkumun barəsində cəza tədbirinin seçilməsi ilə bağlı ilk növbədə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin tələblərindən göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələ rində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CMnin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Re spublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hə r bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipind ən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası yuxarıda şərh edilənlərlə yanaşı həmçinin vurğulayır ki, onun törətdiyi cinayət əməllərinə görə CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Nəsimi Rayon Məhkəməsi tərəfindən Məhkum CM-nin 177.2.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini azaldarkən, həmin məhkəmədən fərqli olaraq onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hallarını (əməlindən peşman olmasını), habelə onun qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məh kum olunmasına baxmayaraq məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətməsini və bu halın cinayətlərin residivini yaradan cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Məhkum təqsirli bilindiyi CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin etmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 (üç) ay 21 (iyirmi bir) gün müddətində hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq, cəzanı n çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə dövründə, yəni məhkumluğu ödənilmədən (götürülmədən) yenidən qəsdən az ağır cinayət törətmiş və bu hal CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmışdır. Göründüyü kimi, Məhkum birinci məhkumluğundan sonra Binəqədi Rayon Məhkəməsi tərəfindən onun barəsində güzəştli qərar qəbul edilərək ona islah yoluna qədəm qoymaq, cəmiyyətə qovuşmaq, ictimai faydalı əməklə məşğul olaraq özünün və ailəsinin maddi tələbatını təmin etmək, öz davranışı ilə islah olunmasını sübuta yetirmək üçün kifayət qədər imkanlar yaradılmış, lakin o, bu imkandan istifadə etməyərək cinayətkar fəaliyyətlə məşğul olmağa üstünlük vermiş və məhkəmələr ona CM-nin 177.2.2-ci maddəsi ilə cəza təyin edərkən həm bu halı, həm də qanunvericiliyin aşağıd akı tələblərini kifayət qədər nəzərə almışlar. Belə ki, CM-nin 83.1-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. İş materiallarından, o cümlədən Məhkum elan olunmuş və təqsirli bilindiyi ittihamın məzmunundan görünür ki, o, 24 iyun 2018-ci il tarixdən başlayaraq, yəni əvvəlki hökm üzrə təyin olunmuş c əzanı çəkib qurtarmamış, 07 avqust 2018-ci il tarixədək müxtəlif oğurluq cinayətləri törətmişdir ki, bu hal da onun məhkumluğunun ödənilməsi müddətinin axımının kəsilməsinə və onun hərəkətlərində cinayətlərinin residivinin müəyyən edilməsinə əsas olmuşdur. CM-nin 61.1.1-ci maddəsində cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuşdur. CM-nin 65.2-ci maddəsi isə tələb edir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, həm təhlil edlən cəzanı ağırlaşdıran halı, həm məhkumun əvvəllər də cinayət törətməsini, həm də iş üzrə cəzanı yüngüllə şdirən halları kifayət qədər nəzərə almış, kassasiya şikayətinə məhkəmə baxışı zamanı cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-nin 416.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməməsini qeyd edərək və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, həmin şikayətin təmin olunması haqda məhkumun müdafiəçisinin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdi rilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə barəsindəki cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2020-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-561/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-561/2021
21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver