Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-561/2023 19.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1- ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, X14 və X6 ibarət tərkibdə) 30 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmış və qəti olaraq 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(003)-184/2020 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış və qəti olaraq 09 il müddətə azadlıqdan məhrum etmə cəzas ı təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmışdır. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 oktyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə digər şəxs Məhkum1 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Həsən Hüseyn oğlu Əhmədovun sədrliyi və məruzəsilə, X9 və X4 ibarət tərkibdə) 14 iyul 2022-ci il tarixli qərarı ilə məhkumlar Məhkum1 və Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayət ləri təmin olunmamış, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli hökmü Məhkum2 münasibətdə dəyişdirilmişdir. Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaların qismən toplanılması və Məhkum2 qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 1(003)-184/2020 saylı hökmü ilə Məhkum2 qəti olaraq təyin edilmiş 3(üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum2 qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 2019-cu ilin sentyabr ayında Azərbaycan Respublikasının vətəndaşı Məhkum1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr in əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsi barədə cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, Məhkum2 Məhkum1lə birlikdə istintaqla müəyyən edilməmiş şəraitdə X5 tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda-23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri sifariş vermiş, buna uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və X1 üzvü tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda- 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri malların aşkar edilmə sini çətinləşdirən üsullardan istifadə etməklə digər mal görüntüsünü verilməsi məqsədilə üzərində "puzzle” sözü yazılmış 3 ədəd oyuncaq qutuda yerləşdirib saxlamaqla gizlətmiş və "EMS” poçt daşımaları şirkəti vasitəsi ilə ölkə ərazisində Məhkum2 adına və ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etməklə ünvanına göndərilməsi üçün 22 oktyabr 2019-cu il tarixdə ABŞ-ın Mayami ştatında poçt şöbəsinə təhvil verərək qanunsuz daşınmasını təşkil etmiş, öz növbəsində Məhkum2 izləmə kodu EZ163064535US olan həmin göndərişin hərəkət trayektoriyasını internet vasitəsilə izləmiş və 27 noyabr 2019-cu il tarixdə saat 16 radələrində tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklərin poçtla Azərbaycan Respublikasının gömrük sərhədindən g ömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, 28 noyabr 2019-cu il tarixdə saat 11 radələrində Bakı şəhərinin Nəsimi rayonu, Droqal dongəsi məhəllə 702 ünvanında yerləşən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Poçt Göndərişləri” gömrük postunda qaçaqmalçılıq yolu ilə keçirilmiş tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklər gömrük nəzarəti zamanı aşkar edilərək gömrük qanunvericiliyinə uyğun götürülmüş, elə həmin tarixdə qeyd olunan bağlamanın çatmasına dair Məhkum2 məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə "Azərpoçt” MMC-dən SMS daxil olduqdan sonra Məhkum2 bu barədə Məhkum1 məlumat vermiş, cinayətkar bölgüyə uyğun olaraq qrupun üzvü Məhkum1 Məhkum2 məxsus şəxsiyyət vəsiqəsi ilə həmin tarixdə saa t 17 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Poçt Göndərişləri” gömrük postuna getmiş və içərisində narkotik vasitənin yerləşdirilərək saxlanıldığı bağlamanı satış məqsədi ilə qanunsuz olaraq əldə edərkən gömrük əməkdaşları tərəfindən saxlanılmış, Məhkum2 isə Məhkum1 saxlanılması barədə onun özündən məlumat aldıqdan sonra həmin gün saat 19 radələrində ölkə ərazisindən qaçmağa çalışarkən X12 Hava Limanında steril zonada gömrük əməkdaşları tərəfindən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə ədalətli, qanuni və əsaslı olmamışdır. Məhkum2 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində ona verilmiş ittihamlarla özünü təqsirli bilməmiş, məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Lakin həm Bakı Ağır Cinayətlər Məhkəməsi, həm də Bakı Apelyasiya Məhkəməsi isə verilmiş ittiham üzrə onun təqsirli olması qənaətinə gələrək cəza təyin etmişdir. Müdafiə tərəfi olaraq təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamla, barəsində çıxarılan hökmlə, eləcə də qərarla qətiyyən razılaşmır. Məhkum2 heç bir cinayət əməli törətməmişdir və ona qarşı verilmiş ittiham tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarət ittihamdır. Məhkəmələr də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu ittihamı öz hökm və qərarı ilə təsdiq edərək Məhkum2 təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin təqsirliliyi heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. Məhkəmə yalnız digər təqsirləndirilən şəxs Məhkum1 sonradan həm ibtidai istintaq zamanı və üzləşmə həm də birinci instansiya məhkəməsində icraat zamanı təkzib etdiyi həqiqətə uyğun olmayan, sübut kimi qəbulu yolverilməz olan ilkin etirafedici izahatını əsas götürülərək Məhkum2 ağır ittihamda təqsirli bilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Məhkum2 verilən ittiham sübuta yetirilmir. Təqsirləndirilən şəxs Məhkum1 bütün ifadələrində və üzləşdirmə istintaq hərəkətində sifarişin onun tərəfindən olunduğunu və Orxanın bağlamada narkotik vasitənin olmasından xəbəri olmadığını bildirir. Bağlamada olan müştüklərin xüsusi elektron siqareti mövcuddur, hansı ki Azərbaycan Respublikasında satışda yoxdu r. Yani satış məqsədindən söz gedə bilməz, cünki o müştükləri Azərbaycan Respublikasında alıb istifadə edəcək şəxs yoxdur. Göründüyü kimi məhkəmə CPM-nin 138, 143-146 və 351-ci maddələrinin tələbinə əhəmiyyət verməyərək təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və məhkəmə istintaq zamanı ifadələri, habelə digər sübutlar arasında kəskin ziddiyyətlərin olmasına, Məhkum1 ibtidai istintaq zamanı bağlamanın Məhkum2 tərəfindən sifariş olunması ilə bağlı ilkin ifadəsini məhkəmə istintaqı zamanı qəti olaraq inkar etməsinə, inkar etməsinin səbəbini açıq və aydın şəkildə izah etməsinə baxmayaraq nəyə görə həmin ifadəni qəbul etmədiyini, həmin halların hansı mötəbər və mümkün sübutlarla təkzib olunmasını, eləcə də yaranmış ziddiyətlərlə bağlı ittihamın sübuta yetirilməsində əmələ gələn şüb hələrin hansı əsasla təqsirləndirilən şəxsin xeyrinə şərh edilməməsi və hansı digər mötəbər sübutla təsdiqini tapmasını əsaslandırmamışdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 iyul 2022-ci il tarixli 1(103)-576/2022 saylı qəranını ləğv edib Məhkum2 barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tət biqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə k ollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında gös tərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü m addəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törət məkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum2 təqsirsiz olması mübahisələndirilməklə ona bəraət verilməsi xahiş olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum2 Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindəd ir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, aşağı instansiya məhkəmələri cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və şəxsin cinayət əməllərinin hüq uqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Məhkum2 Azərbaycan Respublikası CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişlər. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş: 29 noyabr 2019-cu il tarixli, 29595 saylı məhkəmə ekspertizası rəyindən görünür ki, müayinə zamanı tədqiqata təqdim edilmiş 8 (səkkiz) ədəd ağ rəngli, üzərlərində "FUEL 420” və "Marijuana Product” sözləri olan kiçik ölçülü paketlərdəki qırmızı rəngli maddələrin tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinol vardır.Tədqiqata təqdim edilmiş ümümi sayı 45 (qırx beş) ədəd siqaretlər üçün müştüklərin içərisində ümümi çəkisi 23,805 qram olan maddələr narkotik vasitə həşiş qatranıdır. Qeyd: Təqdim olunmuş iki ədəd müştüklərdəki həşiş qatranı tədqiqata sərf edildi. Ümumi çəkisi -23,805 qram, cəmi tədqiqata sərf edildi 1,058 qram, qalıq 22,747 qramdır. Bir ədəd ağ rəngli paketdə olan qırmızı rəngli maddə tədqiqata sərf edildi. Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd ağ rəngli, üzərlərində "FUEL 420” və "Marijuana Produst” sözləri olan kiçik ölçülü paketlərdəki qırmızı rəngli maddələrin tərkibində narkotik tərkibli çətənə (kannabis) bitkisinə məxsus narkotik aktivliyə malik tetrahidrokannabinol vardır. Tədqiqata təqdim edilmiş ümumi sayı 45 (qırx beş) ədəd siqaretlər üçün m üştüklərin içərisində ümumi çəkisi 23,895 qram olan maddələr narkotik vasitə həşiş qatranıdır; 06 mart 2020-ci il tarixli, 7/14 saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci kağız paketdəki (vət. Məhkum2 adına göndərilən poçt bağlamasında olan) siqaretlər üçün müştüklərdə və ikinci kağız paketdə (vət. Məhkum2 baqajında olan) bir ədəd siqaret üçün müştükdə olan həşiş qatranları tərkiblərinə görə eynidirlər; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair 04 dekabr 2019-cu il tarixli, 2839 saylı rəyindən görünür ki, müayinə zamanı Məhkum2 ÇƏTƏNƏ bitkisi preparatlarından və narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələrə aid olan tramadoldan sui-istifadə edilməsi ilə nə ticələnən ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; CN23 saylı beynəlxalq poçt göndərişləri gömrük bəyannaməsindən görünür ki, X5 "EMS” poçt daşımaları şirkəti vasitəsi ilə daxil olmuş, üzərində alıcının ünvanı Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 8; alıcının adı isə Məhkum2 kimi göstərilmiş, telefon nömrəsi +**********49 olan, ümumi çəkisi 3.150 kq, izləmə kodu EZ163064535US olan poçt bağlamasının içərisində olan əşyaların sənədlər, uşaq oyuncaqları, rəngli qələmlər, pazldan ibarət olduğu qeyd olunmuşdur; Məhkum2 istifadəsində olmuş 050-212-4049 saylı mobil telefon nömrəsindən aparılan telefon danışıqlarına dair məlumatlara baxış zamanı müvafiq operatorda qey d olunmuş anten məlumatlarının dəqiq ünvanının müəyyən edilməsi üçün internet elektron resurslarına və hadisə yerinə baxış keçirilməsi haqqında 12 oktyabr 2020-ci il tarixli və 13 oktyabr 2020-ci il tarixli protokollardan görünür ki, Məhkum2 hadisə baş verən tarixdə yəni, 28 noyabr 2019-cu il tarixdə 16:37-16:49 saatları arasında anten məlumatları üzrə olduğu "Bakı şəhəri, PDM Droqal dongəsi məhəllə 702” ünvanınının - "Poçt göndərişləri” gömrük postunun ünvanının yəni, PDM (X17), Droqal dongəsi məhəllə 702-də olduğu müəyyən olunmuşdur. Beləliklə, hadisə baş verən tarixdə yəni, 28 noyabr 2019-cu il tarixdə 16:3716:49 saatları arasında Məhkum2 anten məlumatlarından onun həmin tarixdə hadisə ərəfəsində "Poçt göndərişləri” gömrük postuna narkotik tərkibli müştükləri götürmək üçün Məhkum1lə bir gə gəldiyi və hadisə ərəfəsində hər ikisinin orada olduqları yəni, Məhkum1 anten dairəsi 28 may, Dəmir yolu Vağzalı, Poçt Daşınma İdarəsi yəni, "Poçt göndərişləri” gömrük postunda olduğunu göstərərkən, həmin vaxtda Məhkum2 də anten dairəsindən onun PDM (X17), Droqal dongəsi məhəllə 702-də yəni, "Poçt göndərişləri” gömrük postunda olduğunu, Məhkum1 poçt şöbəsinə daxil olarkən, Məhkum2 də poçt şöbəsinin yanında onu gözlədiyini təsdiq etmişdir; X5 göndərilmiş bağlamaların fotoşəkillərinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, fotoşəkillərə baxış zamanı narkotik tərkibli 45 ədəd elektron siqaret üçün müştüklərin üzərində "puzzle” sözü yazılmış 3 ədəd qutunun içərisində yerləşdirildiyi yəni, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə bir mala digər bir mal g örüntüsü verilməklə həmin müştüklərin uşaq oyuncaqları qutusunun içərisinə qoyulduğu müşahidə olunur. izləmə kodu EZ163064535US olan poçt bağlamasına dair internet elektron resurslarında hər hansı məlumatların olub-olmamasının yoxlanılması məqsədilə internet elektron resurslarına baxış keçirilməsi haqqında 28 avqust 2020-ci il tarixli protokoldan görünür ki, "trackingmore.com” internet adresində izləmə kodu EZ163064535US olan poçt bağlamasının 22 oktyabr 2019-cu il tarixdə ABŞ-da Mayami şəhərində poçta təhvil verildiyi, 23 2019-cu il tarixdə oradan göndərildiyi, 29 oktyabr 2019-cu il tarixdə Nigeriyaya çatdırıldığı, 12 noyabr 2019-cu il tarixdə oradan göndərildiyi, 23 noyabr 2019-cu il tarixdə tranzit qaydada Rusiya Federasiyasına çatdırıldığı və həmin tarixdə oradan göndərildiyi, 27 noyab r 2019-cu il tarixdə isə Azərbaycan Respublikasına çatdırıldığı müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxslərin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkum2 isə özünü təqsirli bilməməsi barədə verdiyi ifadələr iş üzrə mötəbər sübutlarla təkzib olunur və həmin ifadələr özlərini müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir. Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli 10 saylı qərarının birinci bəndinin ik inci abzasında qeyd edilir ki, nəzərə alınmalıdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətində GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və bu məcəllədə nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. X15 13-cü bəndinə əsasən, şəxs Azərbaycan Respublikasının gömrük sərhədindən Azərbaycan Respublika sının Cinayət Məcəlləsinin 206.2-ci maddəsində sadalanan əşyaların qeyri-qanuni yolla keçirilməsi ilə yanaşı narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən, zəhərli, zəhərləyici, partlayıcı maddələr və qurğular, radioaktiv maddələr, odlu silah, döyüş sursatı (yivsiz ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, onların hazırlanmasında istifadə oluna bilən materialların və avadanlıqların qeyri-qanuni dövriyyəsi ilə bağlı cinayət əməlləri törətdiyi halda, bunun üçün əsasların olması şərti ilə təqsirkar şəxsin hərəkətləri cinayətlərin məcmusu ilə-Cinayət Məcəlləsinin 206-cı maddəsi və həmin Məcəllədə qeyd olunmuş əşyaların qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə (məsələ n,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228, 234, 240-cı və sair) tövsif olunmalıdır. X10 19-cu bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikasının 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, Azərbaycan Respublikasının Cinayət Məcəllsinin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yan aşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda d a təqsirkarların hamısının əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifed ici əlamətlərdən asılı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əm əlləri cinayətin predmetinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.1, 206.3.3 və ya 206.3.4- cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olubolmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanun suz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11 -ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vas itələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04 mart 2011 -ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, "narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düz gün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X15 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X15 11 -ci bəndinin 3-cü abzasına əsasən,Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum2 təqsirsiz olması baədə kassasiya şikayətinin dəlilləri hər hansi hüquqi əsasa söykənməyən dəlillər olmaqla aşağı instansiya məhkəmələrində cinayət işinin halları ilə müqayisəli şəkildə araşdırılmış və məhkum edilmiş şəxsin istinad etdiyi hallar iş üzrə istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, maddi sübütlarla, tam təkzib olunduğundan düzgün olaraq iş üzrə məhkəmədə araşdırılmış onun bu ifadələrinin özünün müdafiəsinə yönələn cəhdi kimi qiymətləndirilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə təqsirkar şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilərək göndərilməsi barədə cinayət əlaqəsinə girərək əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq X5 tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdar ından artıq miqdarda - 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri sifariş verməsi, buna uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti istintaqla müəyyən edilməmiş və X1 üzvü tərkibində həşiş qatranı narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından artıq miqdarda- 23,805 qram təşkil edən ümumilikdə 45 ədəd elektron siqaret üçün müştükləri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə digər mal görüntüsünü verilməsi məqsədilə üzərində "puzzle” sözü yazılmış 3 ədəd oyuncaq qutuda yerləşdirib saxlamaqla gizlətməsi və "EMS” poçt daşımaları şirkəti vasitəsi ilə ölkə ərazisində Məhkum2 adına və ona məxsus ***-***-**-** saylı mobil telefon nömrəsini qeyd etməklə ünvanına göndərilməsi üçün 22 oktyabr 2019-cu il tarixdə ABŞ-ın Mayami ştatında poçt şöbəsinə təhvil verərək qanunsuz daşınmasını təşkil etməsi, öz növbəsində Məhkum2 izləmə kodu EZ163064535US olan həmin göndərişin hərəkət trayektoriyasını internet vasitəsilə izləməsi və 27 noyabr 2019-cu il tarixdə saat 16 radələrində tərkibində 23,805 qram həşiş qatranı narkotik vasitəsi olan 45 ədəd elektron siqaret üçün müştüklərin poçtla Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olması kimi hallar müəyyən edilmişdir ki, bu isə öz növbəsində Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1ci maddələri ilə vermiş ittihamın təsdiq olunması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəm ələr tərəfindən Məhkum2 CM-nin 206.3.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək düzgün hüquqi nəticəyə gəlinmişdir. Belə ki, Məhkum2 istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiq indən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini CM-in 206.3.2 və 234.4.1-ci maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Kassasiya şikayətinin təqsiri olmadığından məhkuma bəraət verilməsi ilə bağlı dəlilləri ilə əlaqədar ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum2 bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübu tlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139 -cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkumun təqsirli bilinməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, müdafiəçinin kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 iyul 2022-ci il tarix li qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-561/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-561/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver