Məhkəmə qərarları › İş №1(102)-561/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-561/2024

13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-561/2024 13.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Zərərçəkmiş şəxs2 iştirakları ilə x xxx 1987-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2l-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Gülsüm Əliyeva) Məhkum - Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum şübhəli şəxs qismində tutulduğu 19 oktyabr 2022-ci il tarixdən 21 oktyabr 2022-ci il tarixədək, 2 (iki) gün müddət nəzərə alınm aqla, onun üzərində qəti olaraq 3 (üç) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 17 fevral 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Naxçıvan MR Ali Məhkəməsinin Cinayət kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: İ.M.Mirzəyev (sədrlik edən), Ə.N.Novruzov və F.M.Abbasov) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinin 17 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 2020-ci ilin noyabr ayının ortalarında asan gəl ir əldə etmək üçün, qəsdən, tamah məqsədi ilə X2 ilə danışaraq ona vəzifədə hörmətli adamının olduğunu, həmin şəxsin adını verə bilməyəcəyini, onun bir kəlmə sözü ilə qızı X3 4500 manat müqabilində Naxçıvan şəhərində yeni açılacaq 8 №-li uşaq bağçasında metodist kimi, özünü isə 2000 manat müqabilində həmin uşaq bağçasında aşbaz kimi işə düzəldə biləcəyi adı ilə aldadaraq qəsdən, vahid niyyətlə Zərərçəkmiş şəxs1 6500 manat, yəni xeyli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa o, qəsdən, tamah məqsədilə, təkrarən, 2022-ci ilin fevral ayında, əvvəllər hərbi xidmətdə olarkən tanıdığı, xidmət yoldaşı olmuş Babək rayon Şəkərabad kənd sakini Zərərçəkmiş şəxs2 xidmət zamanı ağ ciyər xəstəliyinin olduğunu bildiyindən ona dayısının həkim olduğunu bildirərək, hərbi xidmətdə ol arkən keçirdiyi xəstəliklə əlaqədar onu təqaüdə çıxara biləcəyinə inandırıb, onu aldadaraq onun 2150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Həmçinin Məhkum 2022-ci ilin sentyabr ayının əvvəllərində qəsdən, tamah məqsədilə, təkrarən əvvəllər qonşusu olmuş, Zərərçəkmiş şəxs3 yaşadığı Naxçıvan şəhəri, X10, ev 26 ünvanında yerləşən evinə gedərək onunla danışıb, ona Naxçıvan Şəhər İcra Hakimiyyətində əvvəllər sürücü işlədiyini, orada tanışının olduğunu deyib, oğlu X4 Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan şəhər Xətai məhəlləsinin İƏDÜ nümayəndəsi kimi işə düzəldə biləcəyinə inandıraraq Zərərçəkmiş şəxs3 aldadıb onun 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və törətdiyi cinayət əməlləri nəticəsində Zərərçəkmiş şəxs1 6500 manat məbləğində, yəni xeyli miqdarda, Zərərçəkmi ş şəxs2 2150 manat məbləğində, Zərərçəkmiş şəxs3 isə 4000 manat məbləğində maddi ziyan vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ədalətsiz və əsassızdır. Belə ki, məhkəmələr ona cəza təyin edərkən barəsində olan yüngülləşdirici halları, o cümlədən himayəsində 3 nəfər azyaşlı uşağının olmasını, ilk dəfə məhkum olunmasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını kifayət qədər nəzərə almamışdır. Hüquqi məsəl ələr: Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs2 və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, c inayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Kassasiya şikayə tində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kas sasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəra itinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağı rlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətb iq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, o cümlədən himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə məhkum olunmasını cəzasının yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar tapmamışdır. Məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi t əcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3.məhkumun şəxsiyyəti 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası Məhkum barəsində C M-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41. 1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi həmin iş üzrə cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər i btidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Naxçıvan MR Ali Məh kəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü i il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar