Məhkəmə qərarları › İş №1(102)-562/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-562/2019

23.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-562/2019 23.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 28 noyabr 2018ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Habil Məmmədov) 23 oktyabr 2018-ci il tarixli hökmü ilə 22 avqust 1991-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2nvanda yaşayan; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirli bilinib, 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancından 20 faiz məbləöində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, 20 dekabr 2017-ci il saat 13 radələrində “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Chery T11” markalı, **-EB-*** dövlət nömrə nişanlı avtomobillə ünvan 1 ünvanda yerləşən "xxxx" klinikasının əsas binasının arxasında yerləşən köməkçi binanın qarşısında, avtomobillərin park edilməsi üçün nəzərdə tutulan yerdə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13cü hissəsinin tələblərini pozmuş, yəni sürücünün nəqliyyat vasitəsinin geriyə hə rəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın, lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda buna əməl etməməsi nəticəsində avtomobili arxa-arxaya "xxxx" klinikasının köməkçi inzibati binası istiqamətində 10 km/saat sürətlə hərəkətdə olan zaman ehtiyatsızlıqdan həmin yollun ortası ilə asta yerişlə köməkçi binanın girişinə tərəf gedən piyada Zərərçəkmişi avtomobilin arxa tərəfi ilə vurması nəticəsində sonuncunun sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının hemartrozu və posttravmatik sinoviti, baş sol alın, sol said və sağ diz oynağı nahiyələrində hematomalar, bel və sol bud nahiyələrinin qançırları xəsarətləri ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığım u zun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirilməsinə səbəb olmaqla yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), S.A.Mirzəyev və F.A.Qasımovdan ibarət tərkibdə) 28 noyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 noyabr 2018-ci il tarixli qərarı ləğv olunsun və onun barəsində bəraət hökmü çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, birinci instansiya məhkəməsinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndini əsas gətirməsinə əks arqument olaraq, "Yol hərəkəti haqqında " Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinin İ hissəsinin 1-ci, 2ci, 6-cı bəndlərinin, eyni maddənin İİ hissəsini tələblərinin pozulması hallarını əsas gətirir. Zərərçəkmiş Zərərçəkmiş şəxs özünün verdiyi ifadəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd olunan maddə və bəndlərinin tələbləri pozulmuşdur. Baş vermiş bu nəqliyyat hadisəsi zamanı “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 40-cı maddəsinin dörd bəndinin tələbləri pozulması halı açıq aşkar baş versə də məhkəmə və istintaq 40-cı maddənin 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinin şərtlərinə əməl edilməməsini əsassız və qeyri obyektiv şəkildə əsas götürmüşdür. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən heç də yol nəqliyyat hadisələri zamanı hər zaman sürücü günahkar deyil, məlum hadisədə "Yol hərəkəti haqqında " Azərbaycan Respublikası Qanunun 40-cı maddəsinin İ hissəsinin 1-ci, 2-ci, 6-cı bəndlərinin, eyni maddənin 11 hissəsini şərtlərinin pozulması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb yaradır. Yəni, sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olması ilə nəticələnən yol nəqliyyat hadisəsi kimi qiymətləndirilməlidir. Göründüyü kimi hadisənin bütün aspektlərində, hətta zərərçəkmişin öz ifadəsi ilə belə məlum olur ki, hadisə sürücünün yox, piyadanın ehtiyatsızlığı nəticəsində baş vermiş, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun yuxanda 40-cı maddəsinin İ hissəsinin 1-ci, 2-ci, 6-cı və eyni zamanda İİ hissəsinin 1-ci bəndinin tələblərinin pozulması ilə baş verən nəqliyyat hadisəsi hesab olunmalı idi. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, k assasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiya sı apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməlin y uxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinin başlıca dəlili onun əməlində cinayət tərkibi olmaması və günahsız olduğundan barəsində bəraət hökmünün çıxarılmamasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayət törədilməsində aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs törətdiyi cinayət əm əlini məhkəmə istintaqı zamanı etiraf etməsə də, onun qeyd edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, ekspertizaların rəyləri ilə və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinin verdiyi 25 may 2018-ci il tarixli 58/1129 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının hemartrozu və posttravmatik sinoviti, başın sol alın, sol said və sağ diz oynağı nahiyələrində hematomalar, bel və sol bud nahiyələrində qançırlar bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmiş, müddəti müayinədən bir necə saat əvvəl olma qla, müayinə olunanın göstərdiyi və tibbi sənədlərdə qeyd olunan 20 dekabr 2017-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsiri nəticəsində əmələ gələ bilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə (uç həftədən çox) pozulmasına səbəb olan sağlamlığa az ağir zərər vurmaya aiddirlər. Həmçinin iş materialında olan məhkəmə iclasında tədqiq olunmuş məhkəmə avtotexniki ekspertizasının 11 iyun 2018-ci il tarixli, 14048 saylı rəyindən görünür ki, “Chery T11” markalı **EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısınını almağa texniki imkanı olmuşdur. Bundan əlavə iş materialında olan məhkəmə iclasında tədqiq olunmuş məhkəməavtotexniki ekspertizasının 24 iyul 2018-ci il tarixli, 17396 saylı rəyindən görünür ki, “Chery T11” markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısınını almağa texniki imkanı olmuşdur. Həmçinin mövcud metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik təl əb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 43-cü hissəsinə əsasən yol-nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitəsinin hərəkəti prosesində baş verən adamların ölməsinə və ya müxtəlif dərəcəli xəsarət almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Qeyd edilir ki, «Yol» və «Avtomobil yolu» anlayışlarını eyniləşdirmək olmaz. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu bütün hərəkət iştirakçılarının yollardakı hərəkətinin qaydalarını tənzimləyir. «Yol hərəkəti haqqındakı» Azərbacan Respublikası Qanunun Kommentariyasına əsasən «Yol» anlayışı yaşayış məntəqələrinin bütün növ küçə və prospektlərini, yaşayış məntəqələri arasındakı müxtəlif kateqoriyalı yolları, habelə müxtəlif məntəqələri (təsərrüfat obyektlərini, istirahət yerlərini və s.) birləşdirən asfalt- beton, çınqıl və ya torpaq örtüklü yolları əhatə edir. «Yol-nəqliyyat hadisəsi» və «Yol» anlayışlarına əsasən mövcud hadisə, yəni ünvan 1 ünvanda yerləşən “xxxx” klinikasının həyətində baş verən Chery T11” markalı avtomobillə piyadanın vurulması hadisəsi yol-nəqliyyat hadisəsidir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərli yini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan əlavə, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs X4 oğlunun əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində məhkumun bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n məhkum Təqsirləndirilən şəxs barəsindəki 28 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs bərəsindəki 28 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar