Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-562/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs x1 və nümayəndəsi x2nun iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x3 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs x1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Bağırov Nurəddin Abuzər oğlu) x3- xx.xx.1965-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, x1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bil inərək 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən x3 xx.xx.2019-cu il tarixdən-xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutularaq 03 (üç) gün həbsdə saxlanılmasının 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, təyin olunmuş 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından 06 (altı) gün çıxılmış və onun üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən x3 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, xx xxxx 2018-ci il tarixdə tanışı Sabirabad rayon Həşimxanlı kənd sakini x4 məxsus iribuynuzlu heyvanlarını et ibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 18 radələrində sonuncunun yaşadığı evə gedərək 4000 manat dəyərində 3 baş inək və 2 baş buzov heyvanını almaq istədiyini və ertəsi gün həmin məbləği ödəyəcəyini vəd edərək aldadıb inandırmaqla həmin iribuynuzlu heyvanları alıb tanışı x5 idarə etdiyi “Qazel” markalı 10-BL-xxx dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək yaşadığı x1 yerləşən evinə aparmış, daha sonra həmin iribuynuzlu heyvanları İmişli rayonu Otuziki kəndində yerləşən «Mal-qara» bazarında əldə etdiyi məbləğdən aşağı qiymətə satmış, lakin həmin iribuynuzlu heyvanların pulunu zərərçəkmiş şəxsə ödəməyərək 4000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən 2018-ci ilin avqust ayının əvvələrində tanışı Sabirabad rayon Həşimxanlı kənd sakini x1na məxsus iribuynuzlu heyvanlarını etibardan sui-istifadə etməklə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə həmin gün saat 11 radələrində sonuncunun yaşadığı evə gedərək 11000 manat dəyərində 8 baş cöngə heyvanını almaq istədiyini və həmin gün axşam radələrində həmin məbləği ödəyəcəyini vəd edərək aldadıb inandırmaqla 8 baş cöngə heyvanını x1 oğlu x6 alıb oğlu x7 idarə etdiyi “Uaz” markalı 65-BA-xxx dövlət qeydiyyat nişanlı avtomobilə yükləyərək yaşadığı x1 yerləşən evinə aparmış, daha sonra həmin iribuynuzlu heyvanları İmişli rayonu, Otuziki kəndində yerləşən «Mal-qara» bazarında əldə etdiyi məbləğdən aşağı qiymətə satmış, lakin həmin iribuynuzlu heyvanların pulunu zərərçəkmiş şəxslərə ödəməyərək xeyli miqdarda, yəni 1100 0 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxs x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Novruzov Ələsgər Əli İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Soltanov Fuad Kamil oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından zərərçəkmiş şəxs x1 kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilərək məhkum x3 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanunsuzdur. Apellyasiya instansiya məhkəməsində məhkum edilmiş şəxs x3 törətdiyi əməli etiraf etməmiş və məni onun barəsində Sabirabad rayon Polis Şöbəsinə şikayət verdiyim üçün ittiham etmişdir. Bundan əlavə bildirmək istəyirəm ki, apellyasiya instansiya məhkəməsi 6 dəfə məhkəmə iclasını təxirə salaraq məhkum edilmiş şəxsə mənə vurmuş olduğu ziyanı tam ödəməsi üçün şərait yaratsa da, hər dəfə məhkəmə iclası təxirə salındıqdan sonra x3 Sabirabad rayon prokurorluğuna şikayət verərək mənə vurmuş olduğu ziyanı tələb etdiyim üçün guya onu hədələdiyimi bildirmişdir. Mən bu barədə apellyasiya instansiya məhkəməsinə bildirmişəm və məhkəmə iclaslarının təxirə salınmamasını və x3 barəsində tədbir görülməsini xahiş etmişəm. Bundan əlavə bildirmək istəyirəm ki, apellyasiya instansiya məhkəməsi x3a bütün məhkəmə iclaslarında xəbərdarlıq edərək mənə vurmuş olduğu ziyanı ödəməyəcəyi halda onun həbs ediləcəyini bildirirdi. Lakin yekunda məhkəmənin hansı əsasla tərəfimdən verilmiş apellyasiya şikayətini təmin etməməsi mənim üçün çox gözlənilməz oldu. Apellyasiya instansiya məhkəməsi x3 məhkəmə iclasında mənə vurmuş olduğu ziyandan 1000 manat ödəməsini və son məhkəmə iclasında mənə 500 manat təklif etməsini yüngülləşdirici hal kimi nəzərə almışdır. Qeyd etmək istəyirəm ki, x3 məhkəmə iclasında mənə 1000 manat təklif edərkən məndə məhkəmə kollegiyasına bildirdim ki, x3 iki ilə yaxın müddətdir ki, mənim 13 nəfərlik ailəmi n yeganə ümid yeri olan dəyəri 11.000 manat olan 8 baş iribuynuzlu mal-qaranı dələduzluq yolu ilə əldə etmiş və bu müddətdə ərzində mənə heç bir məbləğ ödəməmişdir və bu səbəbdən də mən x3un mənə təklif etdiyi 1000 manat pulu qəbul etmədim. Lakin məhkəmə kollegiyası 1000 manat pulun qəbul edərəmsə bunun heç bir yüngülləşdirici hal daşımayacağını bildirdikdən sonra mən qeyd edilən pulu qəbul etdim. Sonuncu məhkəmə iclasında x3 mənə 500 manat pul təklif etdikdə mən qəti etiraz edərək x3un məni və eləcə də ona etimad göstərən məhkəmə kollegiyasını ələ saldığını bildirdim. Lakin çox təəssüf ki, apellyasiya instansiya məhkəməsi təxminən 6 ay ərzində məni və eləcə də məhkəmə kollegiyasını hər dəfə müxtəlif bəhanələrlə aldadan şəxsin mənafeyini müdafiə etmiş, heç bir günahı olmayan, yalnız 13 nəf ərlik ailə üzvlərinə dəymiş ziyanı tələb edən zərərçəkmiş şəxs kimi mənim sözlərimə məhəl qoymamışdır. Qeyd etmək istəyirəm ki, x3 ələ keçirdiyi mal-qaranı satmaqda məqsədim oğlum və onun 4 nəfərlik ailəsi üçün ev tikmək idi. Lakin x3 törətdiyi dələduzluq cinayəti nəticəsində oğlumun ailəsi dağıldı. Mən bu barədə apellyasiya instansiya məhkəməsində dəfələrlə bildirsəm də, məhkəmə kollegiyası bu məsələyə biganə yanaşaraq şikayətimi təmin etmədi. Apellyasiya instansiya məhkəməsinin qərarında sadaladığı “x3un himayəsində 1 yetkinlik yaşına çatmayana övladının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması” kimi yüngülləşdirici hallar cinayət qanunverciliyində cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmamışdır. Apellyasiya instansiya məhkəməsi hansı əsasla mənə vurulmuş ziyanı tələb etd iyim üçün apellyasiya şikayəti vermiş zərərçəkmiş şəxsdən hər dəfə müxtəlif hüquq-mühafizə orqanlarına şikayət verən şəxsin əməlindən peşmançılıq hissi keçirməsi qənaətinə gəlməsi başa düşülən deyil. Həmçinin məhkəmə qərarında qeyd etmişdir ki, cinayət qanunverciliyinin əsas prinsiplərindən biri humanizm prinsipidir və bu səbəbdən də x3a qarşı humanist yanaşmışdır. Lakin yeganə qazanc mənbəyindən məhrum edilən zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə qarşı ədalətsizlik etməsi məhkəmənin diqqətindən yayınmışdır. Bunları nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilərək məhkum x3 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edirəm. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şi kayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin və nümayəndəsinin, dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiya sı məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətində göstərmişdir ki, məhkum Tahir Hüseynov apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında 6 ay ərzində dəfələrlə vurulmuş zərəri ödəyəcəyi barədə yalan vədlər verib onu və apellyasiya instansiyası məhkəməsini ald atmışdır. Cinayət nəticəsində vurulmuş zərərin cüzi hissəsini ödədiyinə baxmayaraq məhkəmə bu halı cəzanı yüngülləşdirən hal kimi qiymətləndirmiş, digər cəzanı yüngülləşdirən halları da kifayət qədər əsaslandırmadan məhkuma yüngül cəza təyin etmişdir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, məhkum tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərdən birinə x1na vurulmuş ziyan qismən aradan qaldırılmış, ziyanın az bir hissəsi ödənmişdir. Digər zərərçəkmiş şəxsə isə vurulmuş ziyandan ödəmə olmamışdır. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında dəfələrlə vurulmuş ziyanı ödəyəcəyi barədə yalan vədlər verərək yerinə yetriməmiş, süründürməçilik yaratmışdır. Bütövlükdə cinayət nəticəsində vurulmuş maddi ziyanın cüzi bir hissəsi ödənmişdir. x3un Şirvan Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının məhkəmə iclasında zərərçəkmiş şəxsə və məhkəmə kollegiyasına dəfələrlə məhkəmə iclasının təxirə salınması barədə vəsatətlər verərək ziyanı ödəyəcəyi barədə yalan vədlər verib yerinə yetirməməsi, onları yenidən dəfələrlə aldatması hallarının olduğu vəziyyətdə x3 əməlindən peşimançılıq hissi keçirməsi barədə birinci instansiya məhkəməsinin nəzərə aldığı cəzanı yüngülləşdirən hal əsaslı hesab edilməməlidir. x3 ailə üzvləri özündən başqa 1977-ci il təvəllüdlü həyat yoldaşı, 1995-ci il təvəllüdlü oğlu və 2003-cü il təvəllüdlü qızından ibarətdir. Belə olduğu halda məhkumun ailəsində özündən başqa bütün ailə üzvləri əmək qabiliyyətli və fəaliyyət qabiliyyətli olduqları halda məhkəmənin onun ailənin yeganə qazancgətirəni olması barədə nəzərə aldığı cəzanı yüngülləşd irən hal hər hansı mötəbər sübutla əsaslandırılmamışdır. Bundan başqa Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsində cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi x3 himayəsində 2003-cü il təvəllüdlü 17 yaşlı qızının olmasını da cəzanı yüngülləşdirən hal hesab etmişdir. Lakin, bu halın hansı əsasla cəzanı yüngülləşdirən hallara aid olduğu, bu halın mövcudluğunun dələduzluq cinayət törətmiş şəxsin iştimai təhlükəliliyini azaltmasının nədə ifadə olunduqu əsaslandırılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən müəyyən edilmiş və nəzərə alınmış cəzanı yüngülləşdirən hallar qanunda nəzərdə tutulduğu qaydada əsaslandırılmamış və həmin halların mövcudluğu mötə bər sübutlarla təsdiq edilmir. Qısa müddət ərzində fərdi təsərrüfatla məşğul olan, başqa yerdən qazancı olmayan iki nəfər zərərçəkmiş şəxslərə qarşı təkrarın onların fərdi təsərrüfatinda olan 5+8=13 baş ev heyvanlarını dələduzluq yolu ilə ələ keçirməsi və cinayət nəticəsində vurulmuş ziyanın tam aradan qaldırılmaması cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar kimi nəzərə alınmalı olduğu halda hökmdə ümumi formada cinayətin ictimai təhlükəliliyinin nəzərə alındığı göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanmış birinci instansiya məhkəməsinin hökmü ilə nəzərə alınmış cəzanı yüngülləşdirən halların əsaslandırılmaması Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi əsasına uyğundur. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bu qanunun mənasına görə x3na birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən nəzərə alınmış cəzanı yüngülləşdirən hallar əsaslandırılmadığından və bunun nəticəsində həmin hallar nəzərə alınaraq məhkuma yüngül cəza təyin edildiyindən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x3 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti təmin edilərək qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxs x1kassasiya şikayəti təmin edilsin. x3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-562/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-562/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver