Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-562/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, R R Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X24, bəraət almış şəxs X25 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmünə əsasən X14 Azərbay can Respublikası CM-nin 32.4, 313 və 294.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim: X6) 03 dekabr 2019-cu il tarixli hökmü ilə 09 dekabr 1979-cu ildə Biləsuvar rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu ödənilmiş, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, S.Salayev küçəsi, 363-364-cü məhəllə, 60 saylı ev, 53 saylı mənzil yaşayan, ********* nömrəli cinayət işi üzrə barəsində "həbs” qətimkan tədbiri seçilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) -376/2019 saylı hökmü üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə, CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə, CM-nin 66.3-cü maddəsinə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X25, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4 313 və 294.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinərək, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X29 (sədrlik edən və məruzəçi), X19 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasi ya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X14 qarşı irəli sürülmüş ittihama görə o, X25 təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxsi rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsinə sair şəxsi niyyətlə təhrik etmiş, mülki iş üzrə işdə iştirak edən şəxs kimi qeyrisinin köməkliyi ilə sübutları saxtalaşdırmışdır. Belə ki, o, 16.06.2007- ci il tarixdə birgə nikaha daxil olduğu X4 onunla "nikahın pozulması, uşaqların himayəsində qalmaları, aliment tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair” 01.09.2016-cı il tarixli iddia ərizəsi əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan 2(001)-1335/2018 nömrəli mülki iş üzrə cavabdeh qismində öz xeyrinə qətnamə qəbul edilməsinə, yəni gələcəkdə nikahın pozulması nəticəsində əmlakın bölünməməklə özündə qalmasına nail olmaq məqsədilə, həmin məhkəmənin "xxxx” MMC-yə ünvanladığı 14 fevral 2017-ci il tarixli, 2(001)- 5173/2017 nömrəli sorğusuna cavab olaraq qeyd olunan Cəmiyyət tərəfindən inşa edilmiş ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 53 saylı mənzilini 29.10.2006-cı il tarixli 29 saylı müqavilə əsasında "xxxx” MMC-dən almasına və mənzilin dəyərini 29.12.2006-cı il tarixdə tam ödəməklə həmin ünvanda ailə üzvləri, yəni həyat yoldaşı O O F F, uşaqları Tuncay Məcidzadə və Rəqimə Məcidzadə ilə birlikdə 2017-ci ilədək yaşamasına baxmayaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətin faktiki rəhbəri olmaqla cəmiyyətin idarə edilməsi, onun fəaliyyətinə cari nəzarətin həyata keçirilməsi, cəmiyyətin təmsil edilməsi, maliyyə vəsaitinin xərc istiqamətlərinin müəyyən edilməsi və digər təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs X20 ilə dostluq münasibətlərinə görə sonuncudan etdiyi xahişi əsasında onunla sövdələşməklə həmin mənzilə dair 29.10.2006-cı il tarixli 29 saylı müqaviləyə guya 02.06.2007-ci il tarixli "paydan imtina ilə bağlı” ərizəsinə əsasən xitam verilməsi və həmin mənzilə görə pay üzrə ödənilmiş 44642 manat vəsaitin 04.06.2007-ci il tarixdə Cəmiyyətin kassasından ona geri qaytarılması, 04.06.2007-ci il tarixdən sonrakı dövr ərzində "xxxx” MMC-də adına heç bir pay olmaması ilə bağlı Q Q Q Q tərəfindən tanışlıq münasibətlərinə görə şəxsi niyyətlə ünvan 2 ünvanında məzmununa bilə-bilə yalan məlumatlar daxil edilməklə hazırlanmasına və imza lanaraq Cəmiyyətin möhürü ilə təsdiq edilməsinə nail olduğu arayışı 28.02.2017-ci il tarixdə sonuncu vasitəsilə ünvan 3 ünvanında yerləşən poçt şöbəsinə təqdim edilməklə həmin məhkəməyə göndərilməsi ilə Q Q Q Qi vəzifə saxtakarlığı cinayəti törətməyə təhrik etmiş, eyni zamanda Q Q Q Qin cinayət törədilməsi üçün vasitələr vermək və ya maneələri aradan qaldırmaqla etdiyi yardımı ilə mülki iş üzrə iştirak edən cavabdeh şəxs kimi sübutları saxtalaşdırmışdır. Bununla da, X25 Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 294.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. X26 21 yanvar 2018-ci il tarixdə saat 23 radələrində əmisi oğlu X25, tanışları X9, X2 və X12 ilə birlikdə əylənmək məqsədilə ünvan 4 ünvanında yerləşən “X - Klub” adlı gecə klubuna gedərək orada istirahət edən zam an müştəri kimi gecə klubuna gəlmiş Şəmkir rayon sakinləri X21, X15, X16, X7, X22 və X11 yalnız üzərləri yoxlanıldıqdan sonra içəri daxil ola biləcəklərinin mümkün ola biləcəyi barədə gecə klubunun mühafizəçiləri ilə Şəmkir rayonundan olan D D D D arasında yaranmış mübahisə zamanı həmin söhbətə müdaxilə edib D D D Da kəskin formada və yüksək səs tonu ilə “Niyə mühafizəçinin qanuni tələbinə riayət etmirsiniz? O, da sizin kimi cavan oğlandır, günü 10 manata işləyib ailəsini dolandırır” deyə söyləyib iradını bildirməsi səbəbindən sonuncu ilə arasında sözlü mübahisə yaranmış, onların biri-birilərinin ünvanına qarşı hədə məzmunlu sözlər işlətmələri və hərəkətlər etmələri sonda vəziyyətin daha da gərginləşməsinə və aralarında əlbəyaxa davanın baş verməsinə səbəb olmuşdur. R.D Dun yanında olan ta nışı K K K Kun onun üzərinə hücum çəkib vuracağını zənn edib bunun qarşısını almaq və onu qabaqlamaq üçün öz üstünlüyünü fiziki güc tətbiq etməklə göstərmək qərarına gəlib ictimai yer olmaqla ətrafda çoxsaylı müştərilərin, həmçinin, klubun işçilərinin olmasına və onun qanuna zidd hərəkətlərini müşahidə etmələrinə məhəl qoymayaraq, insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək klubun iş fəaliyyətini uzun müddət pozub heç bir əsaslı səbəb olmadan yumruğu ilə sonuncunun sifət nahiyəsinə zərbə endirib fizi ki ağrı yetirdikdən sonra bununla kifayətlənməyib özünün müstəsna şəxsiyyət və digər şəxslərdən üstün olduğunu bir daha göstərmək üçün klubun içərinə keçib əmisi oğlu E E E Ei və onunla birlikdə kluba gəlmiş digər tanışları-X9, X2 və X1 çağırmış, onlarla birlikdə bir qrup şəxs halında ictimai yerdə, ətrafda onların qanuna zidd hərəkətlərini müşahidə edən çoxsaylı insanların olmasına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək sonda tərəflər arasında əlbəyaxanın baş verməsinə səbəb olmuş, əlbəyaxa zamanı ona fiziki dəstək üçün orada olan qrupun üzvlərindən U U U U əlindəki taxta parçasından silah qismində istifadə etməklə K K K Ku n baş nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ göz nahiyəsində hematoma və qansızma kimi xəsarətlər yetirmiş, qrupun digər üzvü P L təpiyi ilə Y T sağ ayayğından iki dəfə vuraraq ona fiziki ağrı yetirmiş, qrupun digər üzvü İlkin İsmayılov isə təpiklə Q Q R Run sağ ayayğından vuraraq ona fiziki ağrı yetirdikdən sonra başlanmış əlbəyaxa dava zamanı özünün digərlərindən daha hünərli olduğunu nümayiş etdirmək üçün D D D Dun mübahisənin başlanğıcında etdiyi təhqiredici hərəkətləri özünü şəxsiyyətinin aşağılanması kimi qiymətləndirib bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan üzərinə hücum çəkib ona xuliqanlıq niyyətilə 2010-cu ildə istintaqa məlum olmayan mənbədən tapıb daima qanunsuz olaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 217 mm olan soyuq silah hesab edilən ümumi təyinatlı kəsici-deşici xassəyə malik qatlanan tipli bıçaqdan silah qismində istifadə edərək eyni məzmunlu xuliqanlıq hərəkətlərini davam etdirib onu vurmağa həmlələr etmiş, həmin vaxt ictami borcunu yerinə yetirən K K L üzərinə gəldiyindən xuliqanlıq niyyəti ilə onun qarın nahiyyəsindən bıçaqla bir dəfə qəsdən vurub ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarının ön divarının sol qalça nahiyəsinin daxilə nüfuz edən böyük piyliyin və nazik bağırsağın çoxsaylı zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirmişdir. Kassasiya protestinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarınd an Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilərək həmin qərarın ləğv edilməsi işin yeni Apellyasiya baxışına təyin edilməsi xahiş olunmuşdur. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, hər iki məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halla araşdırılmamış, gəlinən nəticələr işin faktiki hallarına uyğun olmamış, cinayət qanunu normas düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmündən görünür ki, məhkəmə hökmə təqsirləndirilən şəxsin ifadəsini tam həcmdə köçürsə də, müdafiə tərəfinin dəlillərini hökmdə müzakirə etməmiş, onlara münasibət bildirməmiş, bu dəlilləri ittihamın sübutları ilə müqayisəli şəkildə təhlil etməmiş, apelyasiya instansiyası məhkəməsi isə apelyasiya protestində gətir ilmiş dəlilləri lazımınca araşdırmadan, göstərilən halların ətraflı və obyektiv araşdırılmasını təmin etmədən həmin bəraət hökmünü dəyişdirmədən saxlamış, bununla da birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Apelyasiya məhkəməsinin işin mühüm əhəmiyyətli faktiki halları barədə qənaəti sübutların CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmır. Belə ki, hər iki məhkəmə instansiyası F F O Onin əvvəllər E E E Eun arvadı olmasını, sonradan isə nikahları pozulduğundan ailə münasibətlərinin pisləşməsini əsas götürərək, X4 və atası X5 ifadələrini mötəbər hesab etməməklə, faktiki olaraq, məhkəmənin qanunla müəyyən edilmiş ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxaraq müdafiə tərəfinin m övqeyinə keçməklə cinayət mühakimə icraatının çəkişmə prinsipinin (cinayət prosesi tərəflərinə bərabər münasibət və aradakı tarazlığın qorunması) tələblərini pozmuş, əksinə E E E Eun özünün onlara qarşı qərəzli olmasına, aralarında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisəsini uduzmamaq, mübahisəli əmlakı itirməmək kimi təkzib olunmaz niyyətinə heç bir hüquqi qiymət verməmiş və əsaslandırma aparmamışlar. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməmiş, bunun nəticəsi olaraq X14 əsassız olaraq CM-nin 32.4,313 və 294.1-ci maddələri ilə bəra ət verilməsinə dair hökm qanuni qüvvəsini almışdır. CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən məhkəmənin bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Dövlət ittihamçısı qeyd olunanların nəzərə alınması, kassasiya protestinin təmin olunması və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi xahiş edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassas iya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin və müdafiəçisinin, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstər ilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkum X13 əsassız olaraq CMnin 32.4, 313 və 294.1-ci maddələri ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarix li qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Cinayət-Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq toplanılmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilərək, iş üzrə mühüm əhəmiyyət kəsb edən faktiki hallar araşdırılaraq əsaslı şəkildə X13 barəsində bəraət hökmü çıxarılmışdır, gəlinən nəticə işin faktiki hallarına tam uyğundur. İş materiallarından da görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzili «xxxx» MMC ilə X25 arasında bağlanmış mənzil tikintisi barədə 29 oktyabr 2006-cı il tarixli 29 nömrəli müqavilə və bununla bağlı 29 dekabr 2006-cı il tarixli maliyyə arayışına əsasən əldə edilmişdir. ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzilinə dair «xxxx» MMC-i ilə X25 arasında mənzil tikintisi barədə 03.08.2008-ci il tarixdə müqavilə bağlanmamışdır. X25 həmin tarixdə 29 oktyabr 2006-cı il tarixli 29 nömrəli müqaviləyə əsasən ona məxsus olan ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzilinə order verilməsi və bunun əsasında mənzilin daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması, özünün və ailə üzvlərinin həmin mənzilə yaşayış yeri üzrə pasport qeydiyyatına alınmaları, məqsədi il ə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın alınmasına görə Bakı şəhər İcra Hakimiyyətinə arayış verilməsi üçün «xxxx» MTK-ya müraciət etmiş və 05.08.2008-ci il tarixli məktub verilmişdir. X25 tərəfindən ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın 53 nömrəli mənzilinə dair «xxxx» MMC-nin rəhbərliyinə hər hansı bir şəkildə təzyiq, hədə-qorxu,ələ alma halları olmamışdır. X25 «xxxx» MMC-nin rəhbərliyində təmsil olunmamış, Cəmiyyətin strukturunda heç bir vəzifə tutmamışdır. Onun Cəmiyyət tərəfindən hər hansı bir qərarın qəbul edilməsində, dəyişdirilməsində və ya ləğv edilməsində iştirakının olması heç bir halda sübuta yetirilməməsi barədə birinci nstansiya məhkəməsinin gəldiyi nəticə tam əsaslıdır. Məhkəmə kollegiyası kassasiya protestinin E E E Ea əsassız yerə bəraət verilməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq hesab edir ki, məhkəmələr tərəfindən E E E Eun Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 294.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu, şahidlərin ifadələri, ekspertizaların rəyləri və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası həmin sübutların təkrar sadalanmasını məqsədə müvafiq hesab etmir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestinin ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X14 Azərbaycan Respublikası CM-nin 32.4, 313 və 294.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhk əməsinin 01 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-562/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-562/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver