Məhkəmə qərarları › İş №1(102)-562/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-562/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-562/2022 07.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Rüstəmova – Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkil X7 iştirakları ilə xx xxxx 1998-ci il tarixdə Ermənistan Respublikası, Gümrü şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda ola n, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 228.3 və 318.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Məmmədov Mübariz Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 228.3-cü maddəsi ilə 5 (beş ) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 318.2-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın çəkilməsinin əvvəli 13 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 Muşeqoviç, X5, X2, X9, X11, X6, X12, X15, X10, X3, X13 və X14 də Azərbaycan Respublikası CM-nin 228.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), E.E.Rəhimov və K.H.Əkbərov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Ermənistan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2, Ermənistan Respublikasının vətəndaşları X5, X2, X9, X11, Təqsirləndirilən şəxs1 Muşeqoviç, X6, X12, X15, X10, X3, X13, X14 və qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmiş, həmçinin qeyriləri ilə qabaqcadan əlbi r olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Belə ki, X5, X2, X9, X11, Təqsirləndirilən şəxs1, X6, X12, X15, X10, X3, X13, X14, Təqsirləndirilən şəxs2 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 27 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının dövlət sərhədini müvafiq sənədlər olmadan dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında mütəşəkkil dəstə halında 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində odlu silah hesab olunan AKM tipli avtomat silahlarla, həmin silahlardan atəş açmaq üçün istifadə olunan döyüş su rsatı hesab edilən patronlarla, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz olunub, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edib, saxlayıb, daşıyıb, gəzdirmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və məhkum Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 228.3 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibinin olmaması əsası ilə barəsində bəraətverici əsaslarla məhkəmə qərarının qəbul edilməsi xahiş olunur. Müdafiəçi hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ədalətsiz və qanun suzdur. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri həmçinin “mütəşəkkil dəstə” ifadəsi çıxarılmışdır. Belə olan halda, mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 228.3cü maddəsi ilə və mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyət nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilməsi qanunsuz olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi A.Hüseynovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillə rindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Verilmiş şikayətdə məhkum Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 228.3 və 318.2-ci maddələri il ə nəzərdə tutulan cinayətlərin tərkibinin olması mübahisələndirilir və barələrində bəraətverici əsaslarla məhkəmə qərarının qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 228.1 və y a 228.2-ci maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə — beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 318.1-ci maddəsində “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə — beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətlər i ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Şikayətdə göstərilən dəlillərlə ra zılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs2 əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırki qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. İş materiallarından gör ünür ki, Təqsirləndirilən şəxs2 qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə yanaşı, məhkəmə-ballistik ekspertizasının 15 aprel 2021-ci il tarixli, 3/307; 3/308 nömrəli rəyi, 23 dekabr 2020-ci il tarixli fotoşəkil üzrə tanınma protokolları, 14 aprel 2021-ci il tarixli baxış protokolu, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilir. Məhkumun heç bir cinayət törətməməsi barədə kassasiya şikayətində əks edilmiş mövqe isə həqiqəti əks etdirmir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası, kassasiya şikayətinin “mütəşəkkil dəstə” tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 228.3-cü maddəsi ilə və mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyət nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilməsi hissəsində məhkəmələrin gəldikləri nəticənin qanunsuz olması ilə b ağlı dəlili ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Müdafiəçi qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri həmçinin “mütəşəkkil dəstə” ifadəsi çıxarılmışdır. Belə olan halda, mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə məsuliyyət nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 228.3-cü maddəsi ilə və mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövl ət sərhədinin nəzarət- buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyət nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 təqsirli bilinib məhkum edilməsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə olan cinayət işinin xitam edilməsinin əsası dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etməsi olmuşdur. Azərbaycan Respublikası CPM-nin 314.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Azərbaycan Respublikası CPM-nin 4 3.1.1-ci maddəsində göstərilir ki, dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Həmin Plenum qərarında həmçinin müəyyən olunmuşdur ki, məhkəmə ittiham funksiyasını öz üzərinə götürə bilmədiyinə görə, ictimai ittiham üzrə məhkəmə baxışı zamanı dövlət ittihamçısının əməlin cinayət qanununun daha yüngül cəza nəzərdə tutan norması ilə tövsif edilməsi təklifi məhkəmə tərəfindən dövlət ittihamçısının təklifində irəli sürüləndən daha ağır cəza nəzərdə tutan cinayət qanunu norması üzrə məhkəmə aktı qəbul olunmasını istisna edir. CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı gedişində dövlət ittihamçısının ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən (ittihamın müdafiəsindən) imtina etmə si məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsilə (CPM-in 43.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) nəticələnməlidir. Məhkəmə kollegiyası göstərilən cinayət-prosessual qanunvericilik normalarına, Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə, habelə hazırkı iş üzrə məhkəmədə müəyyən olunan hallara əsasən aşağı instansiya məhkəmələrinin gəldikləri nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq dövlət ittihamçısının çıxışında göstərdikləri ittihamdan qismən imtinası kimi qəbul edilmiş və həmin imtina tamamilə tam təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri üzrə cinayət təqibinə xitam verilmişdir. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır. Belə ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3 və 279.2-ci maddələri ilə olan ittihamdan dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etməsinə dair müraciətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ermənistan Respublikasının dövlət orqanlarının vəzifəli şəxslərinin təzyiqi və təsiri nəticəsində cinayətə cəlb olunmuşdur. Ermənistan Respublikasının dövlət orqanlarının vəzifəli şəxslərinin barəsində ibtidai araşdırm a orqanı tərəfindən cinayət işi ayrılmış və istintaq olunmaqla təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün tədbirlər görülür. Məhkəmə kollegiyası qeyd edilənləri, habelə cinayətin törədilməsi zamanı və sonradan Təqsirləndirilən şəxs2in davranışını onun törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində qeyd edilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azə rbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədil məsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da m üəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbayc an Respublikası CM-in 318.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 10 (on) aya endirilsin, Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 228.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ildən 1 (bir) ilə endirilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 1 (bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başa çatması ilə əlaqədar dərhal cəzaçəkmə müəssisəsindən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar