Məhkəmə qərarları › İş №1(102)-562/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-562/2024

14.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-562/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, bəraət almış şəxs X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-140/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarında Dövlət ittihamçısı4 tər əfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X8 05 yanvar 1970-ci il tarixdə Göyçay rayonu Cəyirli kəndində anadan olmuş, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla x2ndə yaşayır. 2. 31 avqust 2020-ci il tarixli ittiham aktına əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 02 may 2020-ci il tarixdə, saat 18 radələrində etibarnamə ilə idarə etdiyi, faktiki olaraq Zərərçəkmiş şəxs5 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Gentra” markalı, **- NO-*** qeydiyyat nişanlı avtomobillə Göyçay-Bərgüşad yolunun Göyçay rayon Cəyirli kəndi ərazisindən keçən hissəsində üzü Ucar rayon istiqamətində hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisə nin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun bu tələblərinə riayət etməməsi səbəbindən “Cəyirli” mağazasının yaxınlığında qarşı əks hərəkət zolağı ilə üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkətdə olan Zərərçəkmiş şəxs1 mülkiyyətində olan və X1 vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi “VAZ-21011” markalı, **-EJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşduqda “VAZ-21011” markalı, **-EJ-*** qeydiyyat nişanlı avtomobil sola istiqamətlənərək yolun sol kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs4 məxsus “VAZ-21104” markalı, X733BH123 qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsindən dəymiş, nəticədə ehtiyatsızlıqdan X5 idarə etdiyi avtomobili yararsız hala salıb Zərərçəkmiş şəxs1 2000 manat ziyan, “VAZ-21104” markalı, X733BH123 qeydiyyat nişanlı avtomobilin mülki yyətçisi Zərərçəkmiş şəxs4 1050 manat, “Daewoo Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs5 8874 manat ziyan vurmaqla “VAZ-21011” markalı, **-EJ-*** qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 baş və boyun nahiyəsinin əziyi, gərilməsi ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Zərərçəkmiş şəxs3 sağ dirsək oynağı ətrafı nahiyənin çapıqları fonunda sağ dirsək oynağında hərəkətin bir qədər ağrı ilə müşahidə edilməsi və sol baldırın orta 1/3-nin iç səthində hematoma və damar partlaması ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, sürücü X5 qapalı kəllə beyin travması, baş beynin yumşaq toxumalarına, mədəciklərə qansızmalar, döş qəfəsin in sağ tərəfində İİİ-İV qabırğaların yerdəyişmiş qapalı sınıqları, sağ alın-təpə nahiyəsində yumşaq toxumaların əzilmiş-cırılmış və burun tağı nahiyəsinin yaraları, döş qəfəsinin ön, sağ dirsək oynağı, sağ saidin arxa səthlərinin və sağ diz oynağı nahiyəsinin dəri altı qansızmaları, sağ çiyin üstü və sağ bazunun yuxarı 1/3-nin arxa səthinin, sol mil-bilək və sol əl barmaqları proyeksiyalarının, gövdənin arxa səthində belin sağ iç hissəsinin və sol diz oynağı nahiyəsinin sıyrıqları ilə nəticələnən ölümünə səbəb və sonuncunun idarə etdiyi avtomobildə qabaq sağ oturacaqda əyləşmiş X2 qapalı kəllə-beyin travması, ağır dərəcəli beyin əzilməsi, beyin ödemi, serebral koma, beyin qişaları altına, toxumasına və mədəciklərinə qansızmalar, sağ çənə və hər iki baldır sümüklərinin qapalı yerdəyişmiş sı nıqları, sağ alın-qaş-gicgah nahiyəsində və sağ qulaq seyvanında yumşaq toxumaların əzilmiş-cırılmış yaraları, sağ gözün yuxarı qapaq nahiyəsinin hematoması ilə nəticələnən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur. 3. 24 sentyabr 2020-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X8 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-2/2022 nömrəli, 14 mart 2022-ci il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi hökm edilmiş, digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməs inin qeyd edilən hökmündən Dövlət ittihamçısı3 apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 1(091)-2/2022 nömrəli hökmünün ləğv edilməsini və cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-190/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-2/2022 nömrəli, 14 mart 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə ləğv edilmiş, X3 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 0 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 14 iyun 2022-ci il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkum X3 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)226/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-190/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli hökmünün X3 həbsə alınmasına dair müddəalar istisna olmaqla ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara a lınmışdır.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-140/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı3 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-2/2022 nömrəli, 14 mart 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı4 kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya protestində qeyd edilir ki, X8 ibtidai istintaq zamanı ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəmə istintaqında özünü müdafiə etmək, cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi ilə ifadəsini dəyişib təqsirini inkar etmişdir. Eləcə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadələrini dəyişmiş, ibtidai istintaq dövründə bildirdiklərindən fərqli ifadələri səsləndirməklə R.Abdullayevə məsuliyyətdən kənar qalması üçün şərait yaratmış, apellyasiya instansiyası məhkəməsi isə həmin ifadələrə əsaslanmaqla sonuncunun Azərbaycan Respublikası CMnin 263.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verib işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.3-cü maddələrində nəzə rdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)140/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mö vcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiya sı məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə X4 Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə bəraət verilməklə əsassız və qanunsuz hökm qəbul edildiyini iddia edib, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.

18. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-140/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Azərbaycan Respublikası CPM-nin 19.7 və 91.5.10-cu maddələrinə görə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiy yətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqlarının sahibidir.

20. Qanunvericinin təqsirləndirilən şəxsə aid etdiyi bu hüquqların əsasında cinayətprosessual qanunvericiliyinin təməl prinsiplərindən birini təşkil edən, insan hüquq və əsas azadlıqlarının məcmusuna daxil olan və Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində əksini tapan təqsirsizlik prinsipi dayanır ki, həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.

21. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən müddəalarından göründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzə rinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyən etmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir.

22. Əlbəttə, təfsir edilənlər ona əsas yaratmır ki, məhkəmə yekun qərarını qəbul edərkən, təqsirləndirilən şəxsin cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrindən bu və ya digərini sərbəst seçiminə görə nəzərə alsın.

23. Təfsir edilən məsələ üzrə vahid məhkəmə təcrübəsinin formalaşması məqsədi ilə qəbul etdiyi müvafiq Plenum qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamal ı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” qərarı, № 15, § 33, 24 dekabr 2021-ci il).

24. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikası CPM-nin Vİİİ-ci fəslində zərərçəkmiş şəxs ittiham tərəfində çıxış edən cinayət prosesinin tərəflərinə aid edilmiş, həmin Məcəllənin 32.2.3-cü maddəsinə görə isə cinayət hadisəsinin baş verməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyəti, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyü ittiham tərəfi sübut etdiyindən, real həqiqətə uyğun olmadığı halda zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəsinə yönələn hər hansı hərəkətlərin edilməsində maraqlı şəxs deyildir.

25. Zərərçəkmiş şəxsin cinayə t təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrinin üstünlüyü dərəcəsinə gəldikdə isə məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) yanaşmasına istinad etməyi zəruri hesab edir.

26. Belə ki, Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, çəkişmə əsasında aparılan ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, ittiham tərəfinin təqdim etdiyi şahidin məhkəməyədək dövrdə aparılmış dindirmə protokolu ilə müqayisədə məhkəmələr daha çox sonuncunun bilavasitə onlar qarşısında iclasda verdiyi ifadəsinə əhəmiyyət versinlər. Digərləri ilə yanaşı bunun səbəbi ondan ibarətdir ki, ibtidai istintaq dövründə dindirmə nəticəsində əldə edilmiş ifadə ittiham tərəfinin məhkəmədə ittihamı müdafiə etmək üçün topladığı məlumatların hissəsini təşkil edir, məhkəmə istintaqını aparan tribunalın vəzifəsi isə müttəhimin təqsirinin məhkəmədə faktiki olaraq təqdim edilmiş bütün sübutların bilavasitə tədqiqinə əsaslanan ədalətli qiymətləndirmə nəticəsində müəyyən edilməsindən ibarətdir (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyul 2011).

27. Eləcə də məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

28. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

29. Azərbaycan Respublikası CPM-nin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

30. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının istər proses iştirakçılarının cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələri arasında rəqabət qaydaları, istərsə də sübutetməyə aid normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 14 5-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

31. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən X4 ona görə ittiham verilmişdir ki, o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayan ma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyib avtomobili yaşayış məntəqəsi daxilində 80 km/saat sürətlə idarə edərək, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, Qanunun bu tələblərinə riayət etməməsi səbəbindən “Cəyirli” mağazasının yaxınlığında qarşı əks hərəkət zolağı ilə üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkətdə olan X5 idarə etdiyi VAZ-21011 markalı **-EJ-*** qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə iki nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədərək yol hərəkəti qaydalarını pozmuşdur.

32. İbtidai araşdırma orqanının gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Ruslan Abdullayev onun üçün təhlükə yaranan anda, yəni “VAZ 21011” markalı avtomaşının onun hərəkətdə olduğu yola çıxdığı andan toqquşma nöqtəsinə kimi 42,2 metrdən artıq, yəni 60 metr məsafədə olduğuna görə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin nəticə üzrə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutların siyahısında 02 may 2020-ci il tarixli hadisə yerinə baxış protokolu, ona əlavə olunmuş sxem və fotoşəkillər, məhkəmə yol-nəqliyyat ekspertizasının 28 iyul 2020-ci il tarixli ekspertiza rəyi, məhkəmə-tibbi ekspertizasının rəyləri, zərərçəkmiş şəxslərin və şahidlərin ayrı-ayrılıqda verdikləri ifadələri təşkil etmişdir.

33. Lakin birinci instansiyası məhkəməsində məhkəmə araşdırması zamanı, toqquşmadan əvvəl Göyçay şəhəri istiqamətində hərəkətdə olan X5 idarə etdiyi “VAZ21011” markalı, **-EJ-*** qeydiyyat nişanlı avtomobilin qarşısında yük avtomobilinin olduğu, Ələkbər Babayevin qəfildən idarə etdiyi avtomobili həmin yük avtomobilinin arxasından əks yola istiqamətləndirməsi və bunun nəticəsində Bakı şəhəri istiqamətində hərəkətdə olan X3 idarə etdiyi “Daewoo Gentra” markalı, **-NO-*** qeydiyyat nişanlı avtomobillə toqquşduğu müəyyən edilmişdir.

34. Qeyd edilən yeni hal, X3 məhkəmə araşdırması zamanı verdiyi, ibtidai istintaqda göstərdiklərindən fərqli olan ifadəsi ilə yanaşı, həmçinin, digər proses iştirakçılarının məhkəmə istintaqı dövründə bildirdikləri əsasında aşkar edilmişdir.

35. Belə ki, birinci instansiya məhkəməsinin qarşısında verdiyi və apellyasiya baxışı zamanı təkrarladığı ifadəsində X8 hadisənin baş vermə şəraiti ilə bağlı bildirmişdir ki, “Yuxarı Şirvan” kanalını keçib “Cəyirli” marketin qarşısına çatdıqda qarşıdan üzü Göyçay şəhəri istiqamətinə doğru hərəkət edən yük avtomaşının arxasından “VAZ 21011” markalı avtomobil təxminən 10 metr məsafədən ani bir vaxtda sükanı sola burub, “Cəyirli” market istiqamətinə dönmüş, bu zaman heç bir tədbir görə bilməyərək ancaq avtomobili sağa doğru çəkmiş, lakin buna baxmayaraq idarə etdiyi avtomobilin qabaq tərəfi “VAZ 21011” markalı avtomobilin sağ yan tərəfi ilə toqquşmuşdur.

36. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, hadisə zamanı Ə.Babayevin ida rə etdiyi “VAZ 21011” markalı avtomaşının qarşısında yük avtomobili olduğunu, Ə.Babayevin yük avtomaşınının arxasından idarə etdiyi avtomobili işə salmadan və sürət qutusunu dəyişmədən sola, yəni “Cəyirli” marketə dönmək üçün ani bir vaxtda qarşı hərəkət yoluna çıxmışdır.

37. Zərərçəkmiş şəxs2 apellyasiya instansiyası məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, Ə.Babayevin qarşılarında olan “Kamaz” markalı avtomobilə çatan zaman sağa doğru döndüyü yerdə qəflətən fikrini dəyişdirərək yola baxmadan maşını sol tərəfə döndərmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, “Kamaz” markalı avtomobilin olub-olmaması barədə onlara sual verilmədiyi üçün istintaq zamanı bununla bağlı heç bir söz deməmişdir, lakin “Kamaz” markalı avtomobil dəqiq orada olmuşdur.

38. Birinc i instansiya məhkəməsinin iclasında ifadə vermiş digər Zərərçəkmiş şəxs3 da Zərərçəkmiş şəxs2 ifadəsini təsdiqləmişdir.

39. Sadalanan şəxslərlə yanaşı, birinci instansiya məhkəməsində əlavə şahid qismində dindirilmiş X11 həmçinin bildirmişdir ki, hadisə zamanı o, “Cəyirli” marketin qarşısında dayanmış, yük avtomobilinin arxasında bir avtomobilin hərəkət etdiyini və döndüyünü görmüşdür.

40. Təsvir edilənlərdən göründüyü kimi, bəraət almış şəxs X3 cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrindən məhz məhkəmə istintaqı dövründə bildirdiklərinə üstünlük verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti istər cinayət işinin müəyyən edilmiş digər halları, istərsə də vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin töv siyələrinə uyğun olmuşdur ki, həmin ifadələr həm ittiham tərəfində çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həm də ki, cinayət işinin nəticəsində hər hansı marağı olmayan kənar şəxs - şahid X6 ifadələri ilə təsdiqlənmişdir.

41. Belə olan halda isə apellyasiya instansiyası məhkəməsinin bəraət almış şəxs X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bilavasitə məhkəmə qarşısında verdiyi ifadələrini əsas götürməkdə səhvə yol verməsi, eləcə də bu ifadələri əsas götürüb Ruslan Abdullayevin Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi barədə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlməsi haqda kassasiya protestinin dəlilləri əsaslı hesab edilə bilməz.

42. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

43. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-140/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. X8 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)140/2023 nömrəli, 22 avqust 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar