Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-562/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X11 iştirakı ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024-cü il tarixli hökmündən Dövlət ittihamçısı3 tərə findən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-851/2024 saylı, 9 iyul 2024-cü il tarixli (hakimləri X16 (sədrlik edən), X8 və X4 qızından ibarət tərkibdə) hökmü ilə 03 oktyabr 1998-ci il tarixdə Tovuz rayonunun Ağdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Ağdam kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabuncu rayonu, E.Mehdiyev küçəsi nömrəsiz evdə yaşayan, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilmiş və ona həmin maddə ilə bəraət verilmişdir. Hökmlə həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X13 və X3 ibarət tərkibdə) 1(103)-1892/2024 saylı, 27 avqust 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 9 iyul 2024-cü il tarixli, 1(101)851/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Bəraət almış şəxs X12 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən o, 28 iyun 2023-cü il tarixdə saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Bi nəqədi qəsəbəsində Məscidin yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 10 manat müqabilində qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda 5,195 qram çəkidə ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini əldə edərək üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:45-də “X25” şirkətinin mühafizəçiləri tərəfindən şirkətin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Binəqədi-Xırdalan yolu, İ Mədəndəki “Həkəri” kafesinin qarşısında yerləşən inzibati ərazisində iki nəfər şübhəli şəxsin saxlanılmasına dair Binəqədi RPİ-nin 43-cü PB nə daxil olmuş məlumat əsasında qeyd olunan əraziyə gələn Binəqədi RPİ-nin 43-cü PB nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 1 ünvanında yerləşən 43-cü polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 5,195 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1892/2024 saylı, 27 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, aşağıda şərh edilənlərə görə hesab edirəm ki, həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən Nahid Məmmədov saxlanılmasının etiraf etmişdir. Belə olan halda məhkəmə həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılarkən ganunsuz olmadığını bildirmişdir və törətdiyi cinayət əməlini kəmə şəxsin tutulmasının əsaslılığını yoxlamış və qanunsuz hallar müəyyən etmədiyi üçün şəxsin barəsində həbs qətimkan tədbiri seçmişdir. Odur ki, X1, tutulması, üzərində şəxsi axtarış və götürmə aparılması tam qanuni aparımış, ona qarşı qanunsuzluğun olması nə ibtidai istintaq zamanı, nə də məhməkəmə zamanı öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 30 iyun 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan müəyyən olunur ki, Nahid Məmmədovun üzərində 1 bükümdə təmiz çəkisi 5,195 qram ps ixotrop maddə metafetaminə bənzər kütlələr olmuşdur. Ən nəhayət, tədqiq olunan Həmin protokolun məzmunundan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş aparılmaqla həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən bir ədəd DVD-R formatlı disk protokola əlavə edilmişdir. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəmə iclası zamanı şahid qismində dindirilmiş "X25" şirkətinin əməkdaşları olan növbə rəisi Şahid6 Müşviq oğlu və mühafizəçi Şahid5 “məlum hadisə vaxtı X20 Hüseynzadəni şirkətin ərazisindən yararsız 2 ədəd boru oğurlamaq cəhdlərinə görə saxladıqlarını, bu vaxt bu şəxslərin sərbəst olmalarını, eğurluğa cəhdlə bağlı çağırılan polis əməkdaşlarının gəlişinədək onların əllərini bağlamadıqlarını, sonurcuların üzərlərində hər hansı bir qanunsuz ə şya olduğu təqdirdə onları üzərlərindən kənarlaşdırmağa tam imkanları olmalarını, polis əməkdaşlarının posta gəldikdə bu iki şəxsin onların iştirakı ilə üzərlərinə baxış keçirmələrini, sonunculardan yalnız bıçaq və alışqan aşkar olunduğunu, başqa heç bir əşya olmadığını" məzmunlu ifadələrinə istinad etməklə əsİ həqiqətdə Nahid Məmmədovun saxlanılan və üzərinə şəxsi axtarış keçirilən zaman üzərində psixotrop maddə metafetamin olmaması qənaətinə gəlməklə N.Məmmədovun təqsirsiz olmasına bəraət qazandırmasında haqlı mövqe sərgiəməmişdir. Ona görə ki, X25" şirkətinin əməkdaşları olan Şahid6 Müşviq oğlu və Şahid5 ifadələrində Nahid Məmmədovu neft şirkətinin ərazisində 30 iyun 2023-cü il tarixdə saxladıqdan sonra bu barəde ərazi polis bölməsinə məlumat verildiyini, polislər əməkdaşları gələndən sonra Nahid Məmmədovun üzərində hər hansı qanunsuz əşya və ya vasitə olmadığını göstərmələri Nahid Məmmədovun üzərində psixotrop maddə metafetaminin olmamasına dəlalət etmir. Nahid Məmmədov ilkin ifadəsində və üzərinə şəxsi axtarış keçirilən zaman verdiyi ifadədə saxlanılan zaman onda özünün şəxsi istifadəsi üçün metafetaminin olmasını bildirmişdir. Qeyd edilən sübutlara əsaslanaraq o nəticəyə gəlmək olar ki, X12 narkotik vasitə və psixotrop maddələrlə əlaqəsinin olmadığını bildirməsinə baxmayaraq bu hal onun ilkin etirafedici ifadəsi, ekpert rəyi və şahid ifadələri ilə təkzib olunmuşdur. Bu hal Nahid Məmmədovun ibtidai və məhkəmə istintaqı zamanıtəkzib edilməz sübutlar olmasına baxmayaraq özünü müdafiə xarakterli ifadələr verməsinə dəlalət edir. İttihamı təsdiq edəcək yetərincə sübutun o lmasına baxmayaraq məhkəmə kollegiyası həmin sübutları yox, müdafiə tərəfinin sübutlara "düzgün olmayan yanaşmasını" əsas götürməklə bəraət hökmünü dəyişdirmədən saxlamışdır. Yuxarıda qeyd edilənlərə əsasən iş üzrə əldə edilmiş sübutlar (şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol, polis əməkdaşlarının şahid qismində verdikləri ifadələr, ekspertiza rəyləri) öz mötəbərliyini itirməmiş və şəxsin təqsiri kifayət qədər sübuta yetirmişdir. Göstərilənlərə əsasən, iş üzrə ibtidai istintaq zamanı toplanılmış və məhkəmə baxışında sair dəlillərlə də bir daha təsdiq olunmuş sübutlara əsasən X6 qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə edib, saxlamaqla daşıması məhkəmə baxışında dindirilmiş şahid ifadələri və iş üzrə digər sənədlərlə tam sübuta yetirilmiş dir. "Məhkəmə hökmü haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. İş materiallarında Nahid Məmmədovun satış məqsədi olmadan külli miqdarda psixotrop maddə əldə etməsi, saxlaması və daşımasını təsdic edən kifayət qədər sübutlar mövcud olmuş, lakin məhkəmə kollegiyası həmin sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, əsassız olaraq hökmündə işin faktiki hallarına uyğun olmayan nəticələrə gəlmiş, təqsirləndirilən şəxsin və şah idlərin istintaqa verdiyi ilkin ifadələrini mötəbər saymamasının əsaslarını göstərməməklə yanlışlığa yol vermişdir. Kassasiya protestində X7 Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edi lməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bi lməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan R espublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, X7 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyi iddia edilərək, faktiki olaraq mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən X7 Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın həlli üçün zəruri olan ziddiyyətləri aradan qaldıraraq əsaslı yekun nəticəyə gəlmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlar a əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyan ın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəməsi şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhə li və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyrimötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etməsi, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından X7 bəraət verilməsi barədə əsaslı nəticəyə gəlmişdir. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş sübutlardan görünür ki: Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təqsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət işində olan raportdan görünür ki, polis əməkdaşları “X25” şirkətinin ərazisinə yaxınlaşdıqdan sonra özlərini təqdim edərək Nahid Məmmədov və digərini bölməyə dəvət etmiş, bu zaman onlar üzərilərində narkotik vasitə olduğunu etiraf etmiş, həmin tarixdə saat 14:20-də saxlanılaraq bölməyə gətirilmişdir. Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı polis mayoru Rza Nəzərov tərəfindən “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Binəqədi rayonu 1-ci mədən ərazisində yerləşən “X25” şirkətinin ərazisinə oğurluğa cəhd hadisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə saat 13:50-dən saat 14:15-dək baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilən zaman müəyyən edilmişdir ki, oğurluğa cəhd edən iki şəxs şirkətin işçisi tərəfindən saxlanılmış və polis əməkdaşına təhvil verilmiş, həmin şəxslər Nahid Məmmədov və Yusif Hüseynzadə olmuş, hər iki şəxs saxlanılaraq 43-cü PB-ni n növbətçi hissəsinə təhvil verilmişdir. X21 və digəri iştirak etməmişdir. Göründüyü kimi, “hadisə yerinə baxış keçirilməsi barədə” protokolda Nahid Məmmədovun saat 13:50-dən əvvəl 43-cü PB-nin növbətçi hissəsinə təhvil verilməsi öz əksini tapdığı halda, onun saat 14:20-də saxlanılaraq bölməyə gətirilməsi barədə raport həqiqəti əks etdirməmişdir. Nahid Məmmədovun xx.xx.2023-cü il tarixdə saat 13:50-dən daha əvvəl saxlanılması onun özü ilə yanaşı şahid ifadələri ilə də müəyyən edilir. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid6 Müşviq oğlu və Şahid5 ifadələrində Nahid Məmmədovun xx.xx.2023-cü il tarixdə saat 10- 11 radələrində saxlanıldığı, polisə xəbər verildiyi, təxminən 30-40 dəqiqədən sonra Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən iki nəfər mülki geyimli polis əməkdaşın ın “Kia Optima” markalı avtomobi ilə ora yaxınlaşdıqlarını, orada üzərinə baxış keçirdiklərini və sonra polis bölməsinə apardıqlarını göstərmişlər. Bundan əlavə, şahidlər Şahid6, Şahid5 ifadələrindən görünür ki, polis əməkdaşları gəldikdən sonra məhz “X25” şirkətinin ərazisində Nahid Məmmədovun üstünü yoxlamış, bir ədəd bıçaq və bir ədəd alışqandan başqa hər hansı əşya aşkar edilməmişdir. Polis əməkdaşı Şahid1 ifadəsində bu halı təsdiq edərək göstərmişdir ki, “X25” şirkətinin ərazisində saxlanılan Nahid Məmmədova üzərində olan əşyaları masanın üzərinə qoymasını təklif etmiş, sonuncu və digəri masanın üzərinə bir ədəd bıçaq və bir ədəd alışqan qoymuş, həmin əşyaların aşkar edilməsi ilə bağlı sənədləşma aparılmamışdır. Bütün bunlar onu göstərir ki, Nahid Məmmədovun ifadəsində göstərdiyi xü susatlar ittiham tərəfinin iddia etdiyi kimi əsassız olmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsinin sorğusu əsasında əldə edilmiş X12 və digərinin Binəqədi RPİ-nin 43-cü PB-nin MSY-də saxlanılmasını təsdiq edən qeydiyyat kitabında olan çıxarışlardan kitabda sıra sayı 864 olan qeydlərə görə X12 narkotik və oğurluqda şübhəli bilindiyi üçün xx.xx.2023-cü il tarixdə saat 14:30-da əməliyyat müvəkkili Şahid2 tərəfindən bölməyə gətirilmiş, CM-nin 234.1-1-ci maddəsi ilə sənədləşdirildiyi (izahatı alınıb buraxıldığı qeydi var), xx.xx.2023-cü il tarixdə saat 18:10-da azad edildiyi göstərilmişdir. Cinayət işinin materiallarından isə Nahid Məmmədovun 30 iyun 2023-cü il tarixdə azad edilməsi müəyyən edilmir. CPM-in 148.6-cı maddəsinə əsasən cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulma sı, bu Məcəllənin 148.7-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 48 saatdan artıq davam edə bilməz. Həmin müddət keçənədək tutulmuş şəxsə ittiham elan edilməli, həbslə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəməyə gətirilməli, məhkəmə təxirə salmadan işə baxmalı və həmin şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya onun azad edilməsi haqqında qərar çıxarmalıdır. Cinayət təqibi orqanı bu qanunsuzluğu aradan qaldırmaq və pərdələmək üçün 02 iyul 2023- cü il tarixli qərar qəbul etsə də, bu uğursuz olmuşdur. Belə ki, cinayət işinin materiallarında olan 02 iyul 2023-cü il tarixli qərardan görünür ki, müstəntiq X26 Məmmədovu Binəqədi RPİ-nin müvəqqəti saxlama yerindən azad etmiş, bunu ona ittiham elan edilməyin mümkün olmaması ilə əsaslandırmışdır. Halb ki, bir gün son ra Nahid Məmmədova elə CM-in 234.1-1-ci maddəsi ilə ittiham elan etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırmanın ilkin mərhələsində Nahid Məmmədova müdafiəçinin təyin edilməsi də öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamışdır. 30 iyun 2023-cü il tarixdə 11 saylı vəkil Bürosunun Vəkili Vahid X15 təqdim edilmiş, sonuncu hüquqlarının Vahid Məmmədov tərəfindən müdafiə edilməsinə etiraz etməmiş, Nahid Məmmədov müdafiəçinin iştirakı ilə tutulmuşdur. Cinayət işinin 22-ci səhifəsində olan protokoldan görünür ki, Nahid Məmmədovun üzərinə şəxsi axtarış keçiriləcəyi barədə müdafiəçi Vahid Məmmədova məlumat verilmiş, o, iştirak etməyəcəyini və iştirakı olmadan Nahid Məmmədovun üzərinə şəxsi axtarış keçirilməsini bildirmi şdir. Ümumiyyətlə müdafiəçinin müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina etməsi qanuni olmamış, şəxsi axtarış və götürmə istintaq hərəkəti Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə zidd olmuş, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması da yolverilməz olmuşdur. Şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalması CPM-in 90.11.2-ci maddəsində hər bir tutulma halını müşayiət edən şübhəli şəxsin daşıdığı vəzifə olaraq təsbit edildiyindən, müdafəçinin tutulmanın rəsmiləşdirilməsində iştirak etməsi onun bundan sonra həyata keçirilən (tutulma üzrə prosedurun tərkib elementi kimi çıxış edən, bir n öv onun davamı olan) şəxsi axtarışda da iştirakını qaçılmaz etmişdir. Bunlardan əlavə, cinayət işi materiallarına əsasən, Nahid Məmmədov xx.xx.2023-cü il tarixdə, saat 14:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi BinəqədiXırdalan yolu, İ Mədəndəki “Həkəri” kafesinin qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 43-cü polis bölməsinə gətirilmiş, həmin bölmənin təhqiqatçısı tərəfindən saat 15:00-da tutulmuş və üzərinə saat 16:45-də şəxsi axtarış keçirilməyə başlanılmışdır. Yuxarıda qeyd edildiyi kimi, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər Şahid6 Müşviq oğlu və Şahid5 ifadələrində isə Nahid Məmmədovun xx.xx.2023-cü il tarixdə saat 10-11 radələrində saxlanıldığı, polisə xəbər verildiyi, təxminən 30-40 dəqiqədən sonra Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-dən ik i nəfər mülki geyimli polis əməkdaşının “Kia Optima” markalı avtomobi ilə ora yaxınlaşdıqlarını, orada üzərinə baxış keçirdiklərini və sonra polis bölməsinə apardıqlarını göstərmişlər. “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol da Nahid Məmmədovun saat 13:50-dən əvvəl 43-cü PB-nin növbətçi hissəsinə təhvil verilməsini müəyyən edir. X24 saxlanıldıqdan sonra üzərinə baxış keçirilmiş, hər hansı qanunla qadağan edilmiş maddə aşkar edilməmişdir. Nahid Məmmədovun həmin gün üzərinə baxış keçirildiyi və yoxlanıldığı halda, eyni gün polisin nəzarəti altında olan Nahid Məmmədovun şalvarının sağ cibindən psixatrop maddənin aşkar edilməsi Nahid Məmmədovun iddialarının əsassız olmadığını göstərir. Göründüyü kimi, Nahid Məmmədov tutulduqdan, üzərinə baxış keçirildikdən təxminən üçdörd saat sonra üzərində yenidən axtarış keçirilməyə başlanılmış, sonuncunun saxlanılması ilə baxışın keçirilməsi arasında bu qədər vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddət Nahid Məmmədov tamamilə polisin nəzarəti altında olmuşdur. Bunlardan əlavə, protest müəllifi apellyasiya protestinin dəlili qismində təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması ilə bağlı birinci instansiya məhkəməsinin öz hökmündə istinad etdiyi halları mübahisələndirmiş, Nahid Məmmədovun istintaq təcridxanasına keçirilərkən müayinə zamanı onun bədənində aşkar edilmiş xəsarətlərlə bağlı müvafiq prokurorluq orqanında zəruri araşdırma aparıldığı və yekun qənaətə gəlindiyi, həmin araşdırma zamanı sözügedən xəsarətlərin təqsirləndirilən şəxsin həbs olunmamışdan əvvəl yarandığının aşkar edilməsi bildirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması ilə bağlı iddialarında uyğunsuzluq görmür. Çünki, birinci instansiya məhkəməsinin sorğusu ilə əlaqədar X2, polis bölməsinə gətirildiyi və polis bölməsində olduğu zaman ona qarşı fiziki zor və ya psixoloji təzyiq tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar İdarəsi tərəfindən araşdırma aparılmış araşdırma zamanı Nahid Məmmədov, Binəqədi RPİ-nin əməkdaşları və digər şəxslərin izahatları alınmış, Nahid Məmmədov barəsində məhkəmə-tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. X14 saxlanılan tarixdə polis bölməsində döyüldüyünü, törətmədiyi cinayəti etiraf etməyə məcbur olunduğunu göstərmişdir. Məhkəmə nəzərə alır ki, prokurorluqa a parılan araşdırma məhz birinci instansiya məhkəməsinin müraciətindən sonra baş vermiş, hadisədən bir il sonra ekspertiza təyin edilərək rəy alınmışdır. Bir il müddətində xəsarətlərin sağalması və aşkar edilməsi isə gözlənilən olmuşdur. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə ba xılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmətibb eksperti üçün xəsarətlərin səbəbləri və onla rın yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə kollegiyası Nahid Məmmədovun polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Nahid Məmmədovun ibtidai araşdırmanın ilkin mərhələsində etirafedici ifadələr verməsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, əvvala, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas olmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cin ayət Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlar ının pozulması ilə. Beləliklə, apellyasiya instansiyası məhkəməsi cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından apellyasiya instansiya məhkəməsi tərəfindən X7 bəraət vermişdir. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şüb həli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası ibtidai və məhkəmə istintaqı zamanı toplanmış və apellyasiya icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, X6 təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlə r və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Apellyasiya məhkəməsinin göstərilən mövqeyini ilə razılaşaraq hesab edir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X6 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək ücün ciddi əsas y aradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə görə, həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Həmin Məcəllənini 21.3-cü maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bimə z və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X10 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cina yət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altı na almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4 19.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1892/2024 saylı, 27 iavqust 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-562/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-562/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver