Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-563/2019 02.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)563-/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 02 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Nəsibova Samirə Cavid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 iyul 2017-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 283-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-682/2017 saylı, 03 iyul 2017-ci il tarixli hökmü ilə (hakimlər: X8 (sədrlik edən hakim), X12 və X3 ibarət tərkibdə) Məhkum- xx xxxxxxx 1985-ci ildə ******** rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 5 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2aşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Azərbaycan Respublikasının vətəndaşları ilə birlikdə 2015-ci ilin iyun ayının 23-dən dekabr ayının 4-dək olan müddət ərzində dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda, Suriya Ərəb Respublikası və İraq Respublikası ərazilərində fəaliyyət göstərən «İŞİD» adlı silahlı birləşmənin tabeçiliyində olan “Türkmən camaatı" adlı silahlı qrupun tərkibində döyüş təlimlərində iştirak etmişdir. Belə ki, Məhkum dini məzhəbləri yaymaq, dini ayi nlərin erası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda Suriya Ərəb Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 21 iyun 2015-ci il tarixdə Bakı şəhərində yerləşən X11 Hava Limanından təyyarə ilə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Qaziantəp şəhərinə gedərək, şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə Suriya Ərəb Respublikasının dövlət sərhədini qanunsuz yolla keçərək, həmin dövlətin Rakka şəhərinə getmişdir. O, həmin şəhərdə «İŞİD» adlı silahlı birləşmənin təşkil etdiyi dini təlimlərdə iştirak etdikdən sonra İraqın Telafer şəhərinə gedib, orada həmin silahlı birləşmənin tabeçiliyində olan "Türkmən camaatı" adlı silahlı qrupun tərkibinə daxil olaraq, 2015-ci ilin dekabr ayının 4-də k olan müddət ərzində həmin silahlı qrupun tərkibində "Kalaşnikov" markalı avtomat silahından istifadə etməklə döyüş təlimlərində, daha sonra isə qeyd olunan silahlı qrupun nəzarətindəki ərazilərin mühafizəsində iştirak etmişdir. 4 dekabr 2015-ci il tarixdə Suriya Ərəb Respublikası istiqamətindən Türkiyə Respublikasının dövlət sərhədini qanunsuz yolla keçmək istəyərkən Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkum Türkiyə Respublikasının Hatay şəhərində yerləşən müvəqqəti saxlama təcridxanasında 6 ay saxlanıldıqdan sonra 3 iyun 2016-cı il tarixdə sərbəst buraxılmış və 8 yun 2016-cı il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. Hökmdən məhkumun müdafiəçisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə) 1(103)-1424/17 saylı, 14 sentyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi qızı kassasiya şikayəti verərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Məhkum eyni əmələ görə iş materiallarına əlavə qanuni qüvvəsini almış Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 17.05.2016-cı il tarixli qərarı ilə cinayət məsuliyyətinə cəlb edilməsi, təqsirli bilin məsi, cəzalandırılması və cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına qayıtmasına əhəmiyyət və düzgün hüquqi qiymət verilməsinə dair apellyasiya şikayətinin dəlillərinə əhəmiyyət verilməmişdir. Bununla da müdafiə hesab edir ki, məhkəmə Azərbaycan Respublikası CM-in 12-ci, CPM-nin 141.1.3 və 142-ci maddələrinin tələblərini pozmuşdur. Hazırki cinayət işinin materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış, icra edilmiş Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 2015/384 saylı, 17.05.2016-cı il tarixli hökmü ilə müəyyən edilmişdir ki, Məhkum 21.07.2015-ci il tarixdən 04.12.2015-ci il tarixədək olan müddət ərzində hərbi terror təşkilatı İŞİD-ə qoşulmaq məqsədi ilə Türkiyə ərazisindən keçərək İŞİD-in Suriyadakı düşərgələrində iştirak etmiş, orada siyasi və ideolo ji təhsil almış, bir müddət hərbi terror təşkilatında fəaliyyət göstərdikdən sonra Türkiyə Respublikasına daxil olarkən Alsancak Polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş, aparılan telefon danışıqlarından şübhəli şəxsin telefonunda İŞİD-ə aid bir çox sənədin olduğunu, şübhəli şəxs özünün müdafiəsində aldadılaraq təşkilatın olduğu yerə gətirdiyi və peşiman olduğu üçün təşkilatdan qaçdığını bildirməsi ilə hərbi terror təşkilatına üzv olma cinayətini törətmişdir. Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsi Məhkum qeyd edilmiş hökmü ilə Türkiyə CM-in 314/2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, həmin cəza Terror təşkilatı 3713 saylı qanunun 5-ci maddəsinə uyğun olaraq ½ nisbətində artırılaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəza sına məhkum etmiş, həmin hökmlə Məhkum gecə vaxtı Türkiyəyə girməyə çalışarkən tutulduğunu və hərbi qulluqçular tərəfindən alınan ifadəsində açıq şəkildə İŞİD təşkilatına qoşulduğuna dair məlumat verdiyini, əməlindən peşman olduğunu deməsi, şübhəlinin təşkilatda qalma müddəti və İŞİD ilə bağlı verdiyi məlumatları dəyərləndirdiyində, təşkilatın adından hərəkatda iştirak etdiyini göstərən sübutun olmadığını, təşkilata qoşulma və çıxma mərhələlərini təfərrüatı ilə danışmasını, təşkilatla bağlı məlumatlar verdiyini, əməlindən peşman olduğu müəyyən edilərək ona Türkiyə Respublikası CM-in 221/4-cü maddəsində əsasən cəza 2/5 nisbətində azaldılaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, şübhəlinin məhkəmə iclasında davranışları və fikirləri də onun lehinə dəyərləndirilərə k 5237 saylı Türkiyə CM-in 63-cü maddəsi ilə cəzası 1/6 nisbətində azaldılaraq o, 3 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza şərti hesab edilərək azadlığa buraxılmışdır. Məhkum İŞİD terror təşkilatına üzv olma, bir müddət hərbi terror təşkilatında fəaliyyət göstərmə kimi əməllərinə görə qəbul edilmiş, qanunun qüvvəsini almış, artıq icra edilmiş Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 17.05.2016-cı il tarixli, 2015/384 saylı hökm mövcud olduğu və həmin hökm Azərbaycan Respublikasında predisial əhəmiyyətə malik olduğu halda, onun eyni əmələ görə təkrarən Azərbaycan Respublikasında AR CM-in 283-1.3-cü maddəsi ilə aparılmış cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb edilməsi, cəzalandırılması Azərbaycan Respublikası CPM-in 8.2, 141.1.3 və 142-ci maddəsinin tələblərinə zidd olduğundan qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin Məhkum münasibətdə çıxarılmış qərarın qeyri-qanuniliyi ondan ibarətdir ki, məhkəmə kollegiyası artıq Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 17.05.2016-cı il tarixli, 2015/384 saylı hökmü ilə Məhkum münasibətdə müəyyən edilmiş sübutları və halları təkrar araşdıraraq birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş halları yenidən qiymətləndirərək işin həqiqi hallarına və qanunun tələblərinə zidd olan qərar qəbul etmişdir. Hesab edir ki, kassasiya instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara diqqət yetirməklə Azərbaycan Respublikası CPM-in 8.2, 141.1.3 və 142-ci maddəsinin tələblərinə əsas götürməklə Məhkum ba rəsində qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14.09.2017-ci il tarixli, qərarın və həmin qərara bağlı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin Cinayət Kollegiyasının 03.07.2017-ci il tarixli hökmün ləğv edilməsi, işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəsizlik dərəcəsinə uyğun hesab etməkdə də haqlı olmamışdır. Məhkəmə kollegiyası Məhkum cəza təyin edərkən Suriya Respublikasına aldadılaraq aparıldığını anladıqdan sonra əməlindən peşman olaraq Türkiyə Respublikasına qayıtmasına, himayəsində 5 azyaşlı uşağının, həyat yoldaşının və xəstə anasının olmasına, cəzanı ağırlaşdıra n halların olmamasına əhəmiyyət verilmədən olduqca ağır olan 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Qeyd olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsini, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə b axaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayətin törədilməsində iş üzrə təqsirləndirilən şəxs Əhmədov X10 Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 17.05.2016-cı il tarixli, 2015/384 saylı hökmünə əsasən, Türkiyə Respublikası CM-nin 314/2-ci maddəsi ilə “silahlı terror təşkilatına üzv olma” cinayət əməlini törətməkdə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrum edilmiş, Türkiyə Respublikasının 3713 saylı qanununun 5-ci maddəsinə görə müvafiq olaraq cəza müddəti ½ nisbətində artırılaraq 7 il 6 ay müddətinə uzadılmış, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin 221/4-cü maddəsinə əsasən cəzasının müddəti 4 il 6 ay müddətinə azaldılmış, son olaraq Tü rkiyə Respublikasının 5237 saylı qanununun 62-ci maddəsinə əsasən cəzanın müddəti 3 il 9 ay müddətinə azadlıqdan məhrum edilmiş, hökm qanuni qüvvəsini almış və icra edilmişdir. Həmin hökmdə ittiham tərəfin mövqeyi belə ifadə edilmişdir: Məhkum İŞİD terror təşkilatının sıralarında olduğu Suriyada, İraqda İŞİD-in nəzarət etdiyi yerlərdə olduğu, tapşırıq aldığı, silah təlimləri keçirdiyini və dini təhsil aldığını etiraf etdiyini, Türkiyə ərazisinə qeyri-qanuni yollarla daxil olduğu zaman saxlandığı, təqsirləndirilən şəxsin silahlı terror təşkilatının üzvü olmaq cinayətini törətdiyi müəyyən edilmişdir. Hökmün cinayətin təsnifatı hissəsində göstərilir ki, məhkəməmizin iş materiallarında olan təqsirləndirilən şəxs Məhkum cinayət törətdiyi tarixdən əvvəl silahlı terror təşkilatı olan İŞİD-ə iştir ak etmək üçün axtarışda olduğu, sonra ölkə sərhədlərini keçərək terror təşkilatı olan İŞİD-in Suriyada yerləşən düşərgəsinə getdiyi, burada siyasi və ideoloji təhsil aldığı, bir müddət silahlı terror təşkilatı əsasında fəaliyyət göstərdikdən sonra ölkəmizə X14 Postunun nəzarət etdiyi sahədə daxil olduğu zaman xidmətdə olan əsgərlər tərəfindən saxlandığı, keçirilən telefon yoxlamalarında təqsirləndirilən şəxsin telefonunda da çox sayda İŞİD-ə məxsus təşkilat sənədi aşkarlandı, təqsirləndirilən şəxsin özünü müdafiəsində təşkilat tərəfindən aldadılmaqla ora getdiyi, peşiman olduğu üçün təşkilatdan qaçdığını bildirdiyi nəzərə alındıqda, silahlı terror təşkilatına üzv olmaq cinayətini törətdiyi müəyyən edildi. Cinayət işinin materiallarına əlavə olunmuş baxılan cinayət işi üzrə məhkəmə qərarlar ının və ittiham aktının əsasını məhkumun Suriya Ərəb Respublikasının Terrorla Mübarizə haqqında qanununun 4-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi üzrə cinayət məsuliyyəti yaradan silahlı təlim keçmə ilə bağlı cinayət əməlinə görə əvvəllər məhkum olunmaması təşkil edir. Azərbaycan Respublikasının CM-nin 8.2-ci maddəsinə əsasən heç kəs eyni cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlət in qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət işinin materiallarında olan Suriya Ərəb Respublikası Xalq Şurasının 28.06.2012-ci il tarixdə qəbul etdiyi “Terrorla Mübarizə” Qanununun 1-ci maddəsində təsbit edilmişdir ki, Terror fəaliyyəti: İnsanlar arasında qorxu və təşviş yaratmaq, ümumi təhlükəsizliyi pozmaq və dövlətin əsaslarına və infrastrukturuna zərər yetirmə məqsədi güdən fəaliyyətlər. Həmçinin silah, partlayıcı və yanıcı maddələr, zəhərli qazlar, növündən asılı olmayaraq epidemioloji və bioloji amillərdən və eyni məqsədə qulluq edən digər vasitələrdən istifadə etməklə həyata keçirilən fəaliyyətlər. Terror təşkilatı: üç və ya daha çox şəxsdən i barət olan və bir və ya daha çox terror aktı törədən qruplaşma. Həmin qanunun 3-cü maddəsində: 1) Terror təşkilatını quran, təşkil edən və rəhbərlik edən hər bir şəxs 10 ildən 20 ilə qədər ağır işlərə səbəb olma ilə cəzalandırılır; 2) Terror təşkilatına qoşulan və digər şəxsləri də qoşulmağa təhrik edən (təhdid və zorakılıqla) hər kəs ən azı 7 il müddətinə ağır işlərlə cəzalandırılır. Həmin qanunun Terror fəaliyyətinin maliyyələşdirilməsi və təlim keçirilməsi adlanan 4-cü maddəsinin 2-ci bəndində təsbit edilmişdir ki, terror fəaliyyətləri məqsədilə müxtəlif növ silah-sursatlar, partlayıcılar həmçinin kommunikasiya vasitələrinin istifadəsi və hərbi döyüş sənəti üzrə təlim almaq və ya bir və dava çox şəxsə təlim keçməyə görə 10 ildən 20 ilə qədər ağır işlərə cəlb olunma ilə cəzalandırılır. G öründüyü kimi Suriya Respublikasının Terrorla mübarizə qanunu Terror təşkilatını quran, təşkil edən və rəhbərlik edən və Terror təşkilatına qoşulan və digər şəxsləri də qoşulmağa təhrik edən cinayət tərkiblərini bir-birindən ayırdığı kimi, terror fəaliyyətləri məqsədilə hərbi döyüş sənəti üzrə təlim almaq və ya bir və dava çox şəxsə təlim keçmə əməllərini də müstəqil cinayət tərkibi kimi nəzərdə tutmuşdur. Ona görə də Məhkum Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 17.05.2016-cı il tarixli, 2015/384 saylı hökmünə əsasən, Türkiyə Respublikası CM-nin 314/2-ci maddəsi ilə “silahlı terror təşkilatına üzv olma” cinayət əməlinə görə məhkum edilməsi onun həm də terror fəaliyyətləri məqsədilə hərbi döyüş sənəti üzrə təlim almaq əməlini əhatə etməsi kimi qiymətləndirilməməlidir. Ona görə də onun Suriya Ərəb Respublikası Xalq Şurasının 28.06.2012-ci il tarixdə qəbul etdiyi “Terrorla Mübarizə” Qanununun 4-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş terror fəaliyyətləri məqsədi ilə hərbi döyüş sənəti üzrə təlim almaq əməlinin əlamətləri Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinə uyğun gəlir və o həmin əmələ görə əvvəllər məhkum edilməmişdir. Göstərilənlərə əsasən Məhkum Türkiyə Respublikası Kilis Ağır Cinayətlər Məhkəməsinin 17.05.2016-cı il tarixli hökmünə əsasən “silahlı terror təşkilatına üzv olma” cinayət əməlinə görə məhkum edildiyini nəzərə alaraq, hazırkı iş üzrə onun məhkum edilməsinin eyni cinayət əməlinə görə təkrar məhkum edilməsi kimi qiymətləndirilməsi və ona görə barəsindəki cinayət təqibinə xitam verilməsi barə də kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmələrin cinayət işi üzrə təqsirliliklə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Cəza təyini məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrində nəzərdə tutulmuş əsasları, o cümlədən kassasiya şikayətində göstərilən halları nəzərə almaqla qanunla müəyyən edilmiş sanksiyanın orta həddində ədalətli cəza təyin etmişdir. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kass asiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 sentyabr 2017-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-563/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-563/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver