Məhkəmə qərarları › İş №1(102)-563/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-563/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-563/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Əliyev İlham Yəhya oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəm əsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev İlham Yəhya oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.Ə.Məcidov, hakimlər Z.Q.Ağayev və S.S.Hüseynovdan ibarət tərkibdə) xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Ünvan1 ünvanda qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmdən Məhkumun müdafiəçisi S.Kərimov tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim S.A.Mirzəyev, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət tərkibdə) 23 may 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il t arixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Əliyev İlham Yəhya oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 05 avqust 2018-ci il tarixdə saat 23:17 radələrində Zərərçəkmiş şəxs3 məxsus, etibarnamə əsasında alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Kia Optima” m arkalı **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, R.Məmmədov küçəsi ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqolun istifadə edilməsi nəticəsində nəqliyyat vasitəsini idarə etməməli, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli və yolun kənarında quraşdırılmış 2.4 “Yol verin” üstünlük nişanının tələbinə riayət etməklə baş verə biləcək hər hansı bir yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bu qayd alara əməl etməmiş və alkoqol sərxoşluğu vəziyyətində saatda 80-90 km sürətlə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə "Mercedes Benz C230” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillə R.Məmmədov və A.Mustafayev küçələrinin kəsişməsində toqquşmuş, məhz onun ehtiyatsızlığı nəticəsində “Mercedes Benz C230” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 sol bazu və sol said nahiyələrinin sıyrıqları, sol bud və diz oynağı nahiyələrinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən, "Mercedes Benz C230” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı av tomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 başın sağ gicgah-təpə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan əzilmiş-cırılmış yarası, sağ körpücük-akromial (çiyin çıxıntısı) oynağının yerdəyişmiş tam çıxığı, sağdan İİ, İİİ, İV qabırğaların qopma xarakterli sınığı, qarın nahiyəsinin qançırı kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, “Mercedes Benz C230” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs4 baş beynin sağ gicgah-alın-təpə və sol gicgah-təpə payında yumşaq qişalara və beyin toxumasına qansızmalar, sağ gicgah-alıntəpə nahiyəsinin subdural hematoması, sol gicgah-təpə nahiyəsinin epidural hematoması, beyinciyin, uzunsov beyinin və varol körpüsü nün toxumasına qansızma, kəllə tağı və kəllə əsası sümüklərinin sınıqları, sağ gicgah-alın-təpə və sol gicgah-təpə nahiyəsində yumşaq toxumalar altına qansızma, hər iki gicgah əzələsinə qansızmalar, hər iki ağciyərin qansızmaları, soldan İİ qabırğanın körpücük xətti üzrə, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların onurğayani xətt üzrə sınıqları və qabırğarası əzələlərə qansızmalar, büzdüm nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz qapaqlarının qançırı kimi həyati, ölümlə birbaşa səbəbli əlaqələri olan və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan, sağlamlığma ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan 12 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs4 ölümünə, habelə hadisə nəticəsində Zərərçəkmiş şəxs3 məxsus “Kia Optima” markalı 99- NU-205 dövlət qeydiyyat nişanlı və Zərə rçəkmiş şəxs2 məxsus 'Mercedes Benz C230” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobillər zədələndiyindən, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs3 10500 (on min beş yüz) manat, Zərərçəkmiş şəxs2 isə 6090 (altı min doxsan) manat maddi ziyan vurulmasına səbəb olmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Əliyev İlham Yəhya oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə tərəfi olaraq, Məhkum barəsində apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə əsassız və ədalətsizdir. Belə ki, Məhkum evli olmaqla 3 uşağı vardır. Uşaqlarından ikisi azyaşlı, biri isə yetkinlik yaşına çatmayandır. Ailəsində yeganə qazanc gətirən şəxsdir. Himayəsində xəstə və qulluğa ehtiyacı olan valideyni vardır. Məhkum atası o, məhkum olunduqdan so nra dözməyərək vəfat etmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhəri Baş Səhiyyə İdarəsi 16 saylı Şəhər Poliklinikasının 280 nömrəli 07 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Məhkum 18.07.1996-cı il tarixdən “Şəxsiyyətin emosional davamsız pozuntusu (impulsiv tip) özünü kəsmələrlə “psixiatr kabinetinin qeydiyyatındadır və 3-cü dərəcəli əlildir. Həmçinin, Məhkumun əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. O, avtonəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerindən qaçmamışdır. Bundan başqa, onun törətmiş olduğu cinayət əməli ehtiyatsızlıqdan törədilmiş cinayətlər kateqoriyasına aiddir. Odur ki, göstərilənləri nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apelyasiya Məhkə məsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarını dəyişdirməklə Məhkum barəsində təyin olunmuş cəzanın şərti hesab edilməsi və yaxud daha yüngül cəza ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən Məhkumun müdafiəçisi Əliyev İlham Yəhya oğlu kassasiya şikayətində qeyd olunan xüsusatları bir daha vurğulayaraq şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdi rilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən a zından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, lakin, məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyət lərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə r azılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində məhkəmələr tərəfindən yüngülləşdirici halların nəzərə alınmadığı, məhkuma ağır cəza təyin edildiyi, təyin edilmiş cəzanın onun törətmiş olduğu cinayət əməlinin ədalətli nəticəsi olmadığı iddia edilmiş, məhkumun barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi və yaxud Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilmişdir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində gö stərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkumun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yo xdur, bu səbəbdən də birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişlər. Kassasiya şikayətində göstərilən hallar da Məhkum barəsində şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (həmçinin kassasiya şikayətində göstərilən hallar), cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, M əhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkumun müdafiəçisi Əliyev İlham Yəhya oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əliyev İlham Yəhya oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Mə hkəməsinin 27 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2019-cu il tarixli qərarı Məhkumun müdafiəçisi Əliyev İlham Yəhya oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar