Məhkəmə qərarları › İş №1(102)-563/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-563/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-563/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkumun iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində azyaşlı uşağı olan, işsiz, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum edilmə sinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(106)-2157/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Hümbətova Şəhla Knyaz qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 1(101)-1069/2023 nömrəli hökmü ilə (hakimlər C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.S.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Birinci inst ansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi Hümbətova Şəhla Knyaz qızı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1069/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarından müdafiəçi Hümbətova Şəhla Knyaz qızı tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum naməlum vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq xalis çəkisi 11,024 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəaliyyət göstərən "Xəyal” ticarət mərkəzinin qarşısınadək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 01 dekabr 2022-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində fəa liyyət göstərən "Xəyal” ticarət mərkəzinin qarşısında saxlanılıb Baş İdarəyə gətirilərək üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda 1,768 qram, 4,578 qram və 4,678 qram olmaqla ümumilikdə külli miqdarda 11,024 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi Məhkum yuxarıda təsvir edilən külli miqdarda olan psixotrop maddənin satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinin, saxlamasının, habelə daşımasının sübut olunmaması haqqında nəticəyə gəlib onun əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə dəyişmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Hümbətova Şəhla Knyaz qızı kassasiya şikayətini on unla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi iddia edir ki, ittihamda və məhkəmə qərarlarında göstərilən psixotrop maddəyə Məhkum aidiyyəti olmamış, iş üzrə sənədlər polis əməkdaşları tərəfindən saxtalaşdırılmışdır. Müdafiəçi Ş.K.Hümbətova kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Ş.K.Hümbətova kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edi lməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1- 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əmə lin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dis pozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilmə li hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarı ilə təqsirli bilindiyi hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətləri ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə etmə, saxlama, daşıma cinayətini törətməsi və həmin əməllə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirliliyi qeyd olunan məhkəmə tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Kollegiya hesab edir ki, Məhkum külli miqdarda olan 11,024 qram metamfetamin psixotrop maddəni əldə edib üzərində saxlaması və daşıması (Cinayət Məcəlləsinin 234.11-ci maddəsində göstərilən cinayəti törətməsi) barədə qənaət sübutlara və cinayət-hüquq normasının düzgün tətbiq edilməsinə əsaslanan nəticədir. Belə ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyalarına görə həmin normalar (hazırki işin kontekstində) şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsinə, saxlanılmasına, daşınmasına görə cinayət məsuliyyəti nəzərdə tutmu şdur. «Şəxsi axtarış aparılması və götürmə» haqqında 01 dekabr 2022-ci il tarixli protokolda şübhəli şəxs Məhkum qeyd olunan maddənin götürülməsi əksini tapmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2022-ci il tarixli, 6/6849 saylı rəyinə görə kütləsi 11,024 qram olan həmin maddə psixotrop maddə hesab edilən metamfetamindir. Adı çəkilən 2005-ci il 28 iyun tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”ya (İ siyahıya) əsasən metamfetaminin kütləsi 0,15 qram təşkil etdikdə xeyli miqdarda, 2 qram olduqda isə külli miqdarda psixotrop maddə hesab olunurlar. Məhkəmə-narkoloji ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 7327 nömrəli rəyindən görünü r ki, təqsirləndirilən şəxs Məhkum psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə şahid qismində dindirilmiş Məhkum saxlanılmasında və baxışın keçirilməsində iştirak etmiş polis əməkdaşları, birinci instansiya məhkəməsində dindirilərkən sonuncudan psixotrop maddənin götürülməsini təsdiq etmişlər, həmçinin ibtidai istintaq zamanı Məhkum özü ondan aşkar edilmiş psixotrop maddənin əldə edilməsi və miqdarı ilə bağlı qismən etirafedici ifadə vermişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən və işin digər faktiki hallarından irəli gələn qənaətinə görə ittihamda təsvir edilən külli miqdarda psixotrop maddənin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı olan cinayət hadisəsi və Məhkum hərəkətlərində həmin cinayətin tərkibi ilə ehtiva olunan bütün zəruri əlamətlər mövcud olmuşdur. Odur ki, məhkəmə kollegiyası nə apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş sayılan işin faktiki hallarını, nə də ki, həmin faktlardan hasil edilmiş hüquqi nəticəni, o cümlədən Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması, onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə yekun qənaəti şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən “törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəza nı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama Cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsbit edilmişdir. Həmin maddənin sanksiyasında aşağı həddi 3 ildən olmaqla yuxarı həddi isə 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsinin qərarından görünür ki, baxılan işdə Məhkum himayəsində olan 3 uşaqdan ikisinin azyaşlı olmasını, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, eyni zamanda onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Lakin, Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi (halbuki birinci instansiya məhkəməsi Məhkum CMin 234.4.3-cü maddəsi ilə təqsirli bilib 5 il yəni minimum həddə cəza təyin edir) onu göstərir ki, əslində məhkəmə tərəfindən Məhkum himayəsində azyaşlı uşaqlarının olması formal olaraq cəzanı yüngülləşdirən hal k imi qiymətləndirilmiş, cəzanın müəyyən edilməsinə real təsiri olan xüsusat kimi nəzərə alınmamışdır. Məhkum evli olmasını işin qeyd olunan halı ilə birlikdə götürməklə nəzərdən keçirdikdə görünür ki, məhkəmə Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin ziddinə olaraq təyin edilən cəzanın təqsirkarın ailəsinin həyat şəraitinə nə dərəcədə təsir etməsinə də kifayət qədər əhəmiyyət verməmişdir. Məhkəmə Məhkum evli olması ilə yanaşı həm də onun əvvəllər məhkum olunmamasını da şəxsiyyətini səciyyələndirən hallar sırasında müəyyən etmiş, bununla belə Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 2, 3-cü bəndlərində verilmiş izahlara g örə nə üçün Məhkuma yol verdiyi əməlinə münasibətdə CM-nin 234.1-1-ci maddəsi 4 il həddində azadlıqdan məhrumetmə cəzasının təyin etməyi məqsədəuyğun bildiyini (məhz Məhkum şəxsiyyətinə və törətdiyi cinayətə aid olan konkret dəlillər gətirməklə) əsaslandırmalı olduğu halda, bunu etməmişdir. Bu üzdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, sözügedən cəzanı yüngülləşdirən və təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Məhkum hökmlə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 ildən 3 ilə endirilməlidir. Məhkəmə kollegiyası Cinayə t Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərindən, o cümlədən cəzanın cinayət törətmiş şəxsə münasibətdə islahedici, digərlərinə münasibətdə xəbərdaredici rolunun təmin edilməsi zərurətindən çıxış edərək məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, təsvir olunanları kassasiya şikayətinin qismən təmin edilməsini, mübahisələndirilən qərarın kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halın mövcud olması kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumu n müdafiəçisi Hümbətova Şəhla Knyaz qızının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 13 dekabr 2023-cü il tarixli, 1(106)-2157/2023 nömrəli qərarı dəyişdirilərək sonuncuya həmin qərarla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 03 (üç) ilə endirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Hümbətova Şəhla Knyaz qızının kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 1(106)-2157/2023 n ömrəli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) ildən 03 (üç) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar