Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-564/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Anar Ələsgər oğlunun, müdafiəçi Qasımlı Anar Elman oğlunun iştirakları ilə, Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə məhkum 1nun Azərbaycan Respublikası CM-nin 204.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt ApellyasiyaMəhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından müdafiəçi Qasımlı Anar Elman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmü ilə (hakim: B.R.Ələkbərov) xx.xx.1972-ci ildə Şamaxı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan məhkum 1 Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 2 (iki) gün müddət, Azərbay can Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin 28 mart 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məməd oğlu və Zeynallı Fərmayıl Gülmalı oğlundan ibarət tərkibdə) 11 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi Qasımlı Anar Elman oğlu kassasiya şikayəti verərək məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, məhkum 1 məhkum edilmişdir ona görə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi hal-hazırda Azərbaycan Respublikasında dövriyyədə olan, Azərbaycan manatı əskinasına oxşar, printer vasitəsilə çap olunaraq hazırlanmış, eyni növ pul əskinasları üçün qəbul olunmuş standartlara uyğun olmayan Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı “A” seriyalı “ 07292866” nömrəli həq iqi pul əskinasından açıq-aşkar hiss olunan formada fərqlənməyən 11 ədəd 100-lük, saxta pul vahidlərindən 6 ədədini 11 mart 2018-ci il tarixdə Sumqayıt şəhərindən Ağsu rayonunda yerləşən heyvan bazarına gedərək həmin gün səhər saat 04:00 radələrində orada əvvələr tanımadığı x2na ödəniş vasitəsi kimi təqdim edərək aldadıb, əvəzində 600 manat dəyərində 5 baş xırda buynuzlu qoyun almışdır. Bundan başqa o, təkrarən, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi hal-hazırda Azərbaycan Respublikasında dövriyyədə olan, Azərbaycan manatı əskinasına oxşar, printer vasitəsilə çap olunaraq hazırlanmış, eyni növ pul əskinasları üçün qəbul olunmuş standartlara uyğun olmayan Azərbaycan Respublikası Mərkəzi Bankının 2005-ci il buraxılışlı “A” seriyalı “07292866” nömrəli həqiqi pul əskina sından açıqaşkar hiss olunan formada fəqlənməyən özündə saxladığı 5 ədəd 100-lük saxta pul vahidlərini isə 18 mart 2018-ci il tarixdə saat 08 radələrində Bakı SDK beton yolunun Siyəzən rayonu ərazisindən keçən 103-cü kilometrliyində yerləşən “Balıq Bazarı” adlanan ticarət köşkündə balıq satışı ilə məşğul olan X3na ödəniş vasitəsi kimi təqdim edərək aldadıb, əvəzində 460 manat dəyərində müxtəlif növ balıq məhsulları və 40 manat nəğd qalıq pul əldə etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum 1 əməlini etiraf edib səmimi peşmançılıq hissi keçirmiş, cinayət hadisəsinin açılması üçün istintaqa yaxından köməklik etmiş, əvvəllər məhkumluğu olmamış, hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə bu tipli cinayət hadisəsi törətmiş, vuru lmuş zərər tam ödənilmiş, zərərçəkmiş şəxslərlə barışıq əldə olunmuşdur. Ailəlidir. Himayəsində azyaşlı övladı var, ailənin yeganə qazanc gətirənidir. Qeyd olunanları nəzərə alaraq məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsin ə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəl ir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, cinayət işi üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallar və əməlin hüquqi tövsifi, yəni Məhkum 1 tərəfindən CM-nin 204.1-ci maddəsi ilə göstərilən cinayət əməlini törətməsi mübahisələndirilməmişdir. Kassasiya şikayətinin dəlilləri təyin edilmiş cəzanın ağırlığı və məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədədir. Siyəzən Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən məhkum 1nun səmimi etirafını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbinin olmamasını Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, məhkum 1nun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. H əmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiy yətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb qeyd edir ki, məhkum 1nun cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar da müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: məhkum 1nun məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 oktyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlansın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-564/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-564/2019
09.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver