Məhkəmə qərarları › İş №1(102)-564/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-564/2021

14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-564/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X5, Məhkum və məhkumun müdafiəçisi X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarix li qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüsal Qurbanov) 1(005)114/2020 nömrəli 18 iyun 2020-ci il tarixli hökmü ilə xx xxxx 2000-ci ildə Füzuli rayonu, Aybasanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi, 5 saylı Yataqxana, ev 306 ünvanında yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü madd əsinə əsasən onun ibtidai istintaq zamanı saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkməsinin əvvəlinin 18 iyun 2020-ci il tarixdən hesablanmışdır. X1 da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, tanışı X6 oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək 21 oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi 114 ünvanı qarşısında vətəndaş Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən içərisində özünə məxsus üzərində təxmin ən 130 manat dəyərində və balansında pul olmayan ***-***-**-** nömrəsi və 80 manat dəyərində, balansında 7 manat olan ***-***-**-** nömrəsi olan və dəyəri 700 manat olan “Samsung A7 plus” markalı mobil telefon, dəyəri 90 manat olan 1 ədəd “Nikoil” banka məxsus plastik kart, dəyəri 40 manat olan 1 ədəd “Expres” banka məxsus plastik kart olan 170 manat dəyərində 1 ədəd tünd göy rəngli üzərində “Armani” markalanma yazısı olan pul kisəsini götürdükdən sonra qaçaraq özgənin əmlakını açıq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1217 manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər E.Rəhimov (sədrlik edən və məruzəçi), F.Qasımov və K.Əkbərovdan ibarət tərkibdə) 1(103)-681/2020 nömrəli 12 noyabr 2020-ci il tarixli qərarı ilə Bakı şə həri Nərimanov Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 03 (üç) il müddətə endirilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət (22-24 oktyabr 2019-cu il) ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (il) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2020-ci il tarixdən hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi4 Əhraman oğlu verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunması barədə qərar qəbul edilsin. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması 14 aprel 2021-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılarkən Məhkum məhkəmə prossesində, yəni 14 aprel 2021-ci il tarixdə məhkəmə kollegiyasına ərizəsini (vəsatətini) təqdim etmişdir. Həmin ərizədə məhkum göstərmişlə r ki, müdafiəçisi Müdafiəçi4 Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 noyabr 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 Əhraman oğlu tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar