Məhkəmə qərarları › İş №1(102)-564/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-564/2023

16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-564/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRAR Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və Məhkum müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ba kı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsi, ev 82, mənzil 83-də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli, 1(103)-1804/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 1(101)-1092/2022 nömrəli hökmü ilə ( hakimlər S.İ.Əliyev (sədrlik edən), C.İ.Hüseynov və E.H.ismayılov ) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 yanvar 2022-ci il tarixdən hesablanmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü verilmiş apellyas iya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 05 (beş) ilə endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə etmək üçün həmin şəxslə qanunsuz olaraq satış məqsədilə əldə etdikləri Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə hesab edilən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7,510 qram heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,512 qram psixotrop maddə metamfetamini üstündə saxlayıb daşıyarkən, xx.xx.2022-ci il tarixdə saat 12:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat təbdiri nəticəsində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nərimanov rayon Polis idarəsinin inzibati binasına gətirilmiş, polis şöbəsinin xidməti otağında üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin narkotik və psixotrop maddələr onun əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 7,510 qram narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 2,512 qra m psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, sübutlar müqayisəli formada təhlil edilməmiş, yalnız formal mülahizələrə əsaslanan ittiham irəli sürülmüş, nəticədə Məhkum əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, məhkum edilmişdir. Müdafiəçi əlavə olaraq qeyd edir ki, həyata keçirilmiş cinayət təqibi üzrə müdafiə tərəfinin vermiş olduğu vəsatətlər təmin edilməmiş, həmçinin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar yəni əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin əsasların olub-olmaması məsələsi məhkəmə nəzarəti qaydasında yoxlanılmamasına baxmayaraq həmin hala qiymət verilməmişdir. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şi kayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın çıxarılması haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin t ələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşmış apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, Məhkum məhkəmədə dindirilərkən onda ittiham aktında göstərilən psixotrop və narkotik vasitələrin aşkar olunmasını inkar etmiş, ittihamın qanunsuz yolla ondan alınmış ifadə və digər həqiqəti əks etdirməyən sübutlar üzərində qurulduğunu iddia etmişdir. Məhkəmələr Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın Məhkum ibtidai istintaqın ilkin mər hələsində verdiyi ifadələri, eləcə də əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində və ibtidai istintaq zamanı toplanaraq məhkəmədə tədqiq edilmiş digər sübutlarla, şahidlər - Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyatçıları ifadələri ilə təsdiq olunması haqqında nəticəyə gəlmişlər. Lakin Məhkum ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrindən imtina etməklə yanaşı, narkotik vasitənin götürülməsi haqqında 25 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolu, əməliyyat-axtarış tədbirini keçirmiş polis əməkdaşlarının ifadələrinin, ümumiyyətlə işdə olan sübutların həqiqəti əks etdirmədiyini, ittihamın saxtalaşdırılmış sübutlar üzərində qurulduğunu iddia etmişdir. Belə vəziyyətdə (nə qədər ki, Məhkum ona is nad edilən cinayətin necə baş verməsi barədə məlumat yükü daşıyan etirafedici ifadəsindən imtina etmiş və digər sübutların saxtalaşdırıldığını iddia etmişdir), ittihamın düzgün həlli üçün həmin mümkünlüyünün, mötəbərliyinin araşdırılması mühüm əhəmiyyət kəsb edirdi. sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarında olan Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili polis polkovnik leytenantı Şahid4 tərəfindən qəbul olunmuş 25 yanvar 2022-ci il tar ixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərardan aydın olur ki, operativ şəkildə lazımi qabaqlayıcı tədbirlər görülmədiyi halda Məhkum tərəfindən onda saxlanılan narkotik vasitənin qısa müddətdə realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalını nəzərə alaraq, yaradılmış əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə hakimin qərarı olmadan qanunvericiliklə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərarda Cinayət Prossesual Məcəlləsinin 445-ci maddəsinə və “Əməliyyat axtarış fəaliyyəti haqqında” AR Qanununun 10-cu maddəsinə istinad olunmuşdur. Həmçinin baş əməliyyat müvəkkili tərəfindən qəbul edilmiş 25 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445.2-ci maddəsinin tələblərinə əməl olunmaqla müvafiq olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Lakin öyrənilmiş cinayət işinin materiallarından aydın olur ki, 25 yanvar 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılıbyoxlanılmaması barədə müvafiq qərar iş materiallarına əlavə edilməmiş və məhkəmələr tərəfindən müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilməsi araşdırmamışdır. Halbuki “Məhkəmə hökm ü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyataxtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə (əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılıb-yoxlanılmaması araşdırılmadığı halda) Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarı həmin qərarın qan uni və əsaslandırılmış olmasını zəruri edən qanunçuluq prinsipi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşan qərar kimi qiymətləndirilməsini istisna edir. Digər tərəfdən birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olub, bir qrup şəxs halında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olub qazanc əldə etmək üçün həmin şəxslə qanunsuz olaraq satış məqsədilə əldə etdikləri Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan olunmuş narkotik vasitə hesab edilən külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7,510 qram heroin və bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,512 qram psixotrop maddə metamfetamini üstündə saxlayıb daşıyarkən, xx.xx.2022-ci il tarixdə saat 12:30 ra dələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Nərimanov rayon Polis idarəsinin inzibati binasına gətirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 31-ci maddəsi iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən “qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur”. Bu maddədə iki və ya daha çox şəxsin “qabaqcadan razılaşması” dedikdə, onların əvvəlcədən, yəni cinayətin obyektiv cəhətini təş kil edən hərəkətlərin yerinə yetirilməsinə başlayana qədər (cinayətə hazırlıq mərhələsində) cinayətin birgə törədilməsi barədə razılığa gəlmələri başa düşülür. Belə (qabaqcadan) razılaşmanın olmadığı iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət isə Cinayət Məcəlləsinin 34.1-ci maddəsində “bir qrup şəxs” tərəfindən törədilmiş cinayət kimi təsnif edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №-li Qərarın 11-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəs tə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi il ə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.” Öyrənilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi təqsirli bilməsi üçün əsas sonuncun istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olub - 7,510 qram heroin və 2,512 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsindən (saxlayıb daşıyarkən) ibarət olmuşdur. İbtidai araşdırma orqanı tərəfindən şəxsiyyəti müəyyən edilməmiş şəxs tərəfindən qeyd edilən narkotik vasitələrin əldə edilməsi, daşınması və sair qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərində Məhkum iştirak etməsi, eləcə də Məhkum narkotik vasitələri həmin şəxsdən pulla aldıqdan sonra sonuncunun Məhkum əldə edilmiş narkotik və psixotrop vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə iştirakının konkret nədə ifadə olunması məhkəmələr tərəfind ən ümumiyyətlə araşdırmamış və göstərilən bu hala heç bir qiymət verilməmişdir. Halbuki “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarın 29-cu bəndində qeyd olunur ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi göstərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləş mələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Həmin qərarın 31-ci bəndində göstərilir ki, cinayət iştirakçılıqla törədilmişsə iştirakçılığın forması, hər bir iştirakçının hərəkətlərinin və yaxud hərəkətsizliyinin nədə ifadə olunması əks etdirilməklə onların rolları hökmdə təsvir edilməlidir. Göründüyü kimi məhkəmələr tərəfindən formal olaraq Məhkum istintaqla müəyyən olunmamış şəxslə qabaqcadan əlbir olması qeyd olunsa da, sonuncunun iştirakçılıqda hərəkətlərinin nədə ifadə olunması qəbul edilmiş yekun məhkəmə aktlarında təsvir edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özün ün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəf li və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələrinin Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən irəli gələn araşdırmanın həyata keçirmələri öyrənilmiş cinayət işi materiallarından müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, apellyasiya şikayətinə onun məzmununa və irəli sürülmüş apellyasiya tələbinin xarakterinə adekvat olan prosedurda – ətraflı məhkəmə istintaqı aparılmaqla təkrarən baxılmalıdır. Odur ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla mübahisləndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Müdafiəçi, habelə şikayətin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 03 oktyabr 2022-ci il tarixli, 1(103)-1804/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya qaydasında baxılması üçün yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X5 barəsində olan 03 oktyabr 2022-ci il tarixli, 1(103)-1804/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar