Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-564/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) 24 may 2023-cü il tarixli hökmü ilə xx.xx.1983-cü ildə Zərdab rayonununKörpükənd kəndind Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Onun CPM-in 56 və 63-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi nət icəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və izah edilmişdir. O, CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 6 (altı) ay 20 (iyirmi) gün CM-in 69.3-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, 1 (bir) il 1 (bir) ay 10 (on) gün ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 10 (on) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin başlanğıcı on un cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Onun üzərinə cəza çəkdiyi müddət ərzində (fövqəladə halların baş verməsi, özünün və ya ailə üzvlərinin xəstələnməsi ilə bağlı müayinə və müalicə zərurəti və s.) istisna edilməklə yaşadığı Zərdab rayonunun ərazisini, eləcə də saat 22:00dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan X yerləşən evinin ərazi hüdudlarını tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi, habelə spirtli içkilərin qəbulundan çəkinmək, habelə spirtli içkil ərə aludəçiliyin aradan qaldırılması istiqamətində müalicə olunmaq kimi əlavə vəzifə qoyulmuş, cəzasını yaşayış yeri üzrə çəkməsi və hökmün icrasına nəzarətin onun yaşayış yeri üzrə icra və probasiya şöbəsinə tapşırılması, barəsində seçilmiş həbs qətimkan tədbirinin polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilməsi və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Səmədov Xəqani Hacı oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə) 6 senty abr 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı, ədliyyə müşaviri Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 may 2023-cü il tarixli, 1(091)101/2023 saylı hökmü baxılmış apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.3 və 177.2.1-ci maddələri ilə irəli sürülmüş ittihama əsasən o, xx.xx.2022-ci il tarixdə, saat 16:20 radələrində X, həmin kənd sakini Şahid1 yaşadığı evin yaxınlığında həmkəndlisi, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla, iradəsin ə zidd olaraq qarnından qucaqlayıb əlləri ilə ağızından tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəyərkən Zərdab rayonunun Körpükənd kənd sakini Şahid1 gəlməsini görüb Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamış və bununla da iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək adam oğurluğuna cəhd göstərmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində tanışı xx.xx.1986cı il təvəllüdlü Zərdab rayonunun Körpükənd kənd sakini Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək X Zərərçəkmiş şəxs2 məxsus yaşadığı evdən 25 metr məsafədə Kür çayının sol sahilində yerləşən bir ədəd 130 manat dəyərində "Schıche” markalı su matorunu oğurlamış, yəni gizli olaraq talamışdır. Kassasiya protestinin dəlillə ri: Protest müəllifi qeyd edir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 dindirilməsi zamanı aparılmış videoçəkilişdən göründüyü kimi sonuncu sərbəst şəkildə, ardıcıl, biri digəri ilə uzlaşan ifadə verərək Məmmədin onu qucaqlayıb 2-3 metr yulğunluğa doğru apardığını, qışqırdığı vaxt Məmməd ağzını tutduğu üçün Məmmədin sağ əlini dişlədiyini, onun səsinə Məsudinin yaşadığı evdən çıxdığını, Məmmədin Məsudini görüb onu buraxıb qaçdığını, Məsudinin ondan nə baş verdiyini soruşduğunu, baş verənlər barədə Məsudinə məlumat verdikdən sonra Məsudinin velosipedə minib Məmmədin dalınca getdiyini göstərmişdir. Cinayət işində olan istər ekspertiza rəyləri, istərsə də ifadələrdən də görünən faktiki işin halları ondan ibarətdir kit təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs iradəsinə zidd olaraq yaxınlıq dakı kolluq əraziyə aparılmaq istənilmiş, lakin həm kənar şəxsin yaranmış səs-küyə evdən bayıra çıxması, həm də zərərçəkmiş şəxsin aktiv müqaviməti sayəsində təqsirləndirilən şəxs özü iradəsindən asılı olmayaraq 10 yaşlı qız uşağını oğurlamaqdan ibarət əməlini başa çatdıra bilməmişdir. Əgər həmin vaxt təqsirləndirilən şəxsə mane ola biləcək hər hansı şəxs olmasaydı və ya zərərçəkmiş şəxs tərəfindən müqavimət göstərilə bilməsəydi bəlkə də təqsirləndirilən şəxs azyaşlı uşağı kolluq əraziyə apara biləcək və orada hansısa əxlaqsız niyyətini həyata keçirəcəkdi. Çünki onsuz da spirtli içkinin təsiri altında olan təqsirləndirilən şəxsin hansısa 10 yaşlı qız uşağını izləməsi, daha sonra öpməyə çalışması və son olaraq ağzını əli ilə tutaraq başqa əraziyə aparmaq istəməsinin hansısa xoş niyyətlə əla qəli olmasını demək qeyri- mümkündür. Bu tip hallarda hansı faciəvi hadisələrin baş verməsi istər ibtidai istintaq istərsə də məhkəmə təcrübəsində baxılmış işlərdə dəfələrlə görülmüşdür. Məhkum ilkin izahatında göstərmişdir ki, hadisə vaxtı sərxoş olduğundan azyaşlı Raziyəyə qarşı nə etdiyi yadında olmamış, ola bilər ki, əmisinin arvadı Şahid2 onun barəsində şikayət ərizəsində qeyd etdiyi kimi, onun nəvəsi Raziyəyə qarşı küçədə xoşagəlməz hərəkətlər etmişdir, lakin dəqiq hansı xoşagəlməz hərəkətləri etdiyi yadında deyildir, əmisinin arvadı Zivərin onun belə hərəkətlər etməyi barədə yalan məzmunda şikayət etməyəcəyinə əmin olduğundan azyaşlı Raziyəyə qarşı xoşagəlməz hərəkətlər etdiyini fikirləşir. Məhkəmə hökmdə Məhkum məhkəmə kollegiyasının iclasında ibtidai istintaq zamanı müdafiəçinin i ştirakı ilə verdiyi ifadələrin doğru olmasını təsdiq etməsindən çıxış edərək həmin ifadələrin doğruluğuna inandığını, bu ifadələrin ona CM-in 29, 144.3-cü maddəsilə irəli sürülən ittihamın sübuta yetməməsi barədə gəldiyi qənaətinin əsasına qoyduğunu, həmin ifadələrin CPM-in tələblərinə uyğun əldə edildiyini, ardıcıl və məntiqli olduğunu, Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri ilə uzlaşdığını, iş üzrə toplanmış digər sübutlarla təsdiq olunduğunu göstərsə də, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələr Zərərçəkmiş şəxs1 və Şahid1 ifadələri ilə nəinki uzlaşmır, tamamilə ziddiyyət təşkil edir, Məhkum ibtidai istintaq zamanı vermiş olduğu ifadələri ardıcıl və məntiqli hesab edən məhkəmə həmin ifadələrdə göstərilənlərin iş üzrə toplanmış bütün sübut növləri ilə təkzib olunmasına baxmaya raq Məhkum ifadələrinin digər sübutlarla təsdiq olunduğunu göstərmiş, məhkəmənin istinad etdiyi “digər sübutların” nədən ibarət olmasını aydınlaşdırmaq mümkün olmamışdır. İş üzrə işin faktiki hallarını nəzərə almayan məhkəmə CM-in 29, 144.3-cü maddəsinin tərkibinin yaranmasını zəruri edən Məhkum tərəfindən törədilən əməlin cinayət- hüquqi nəticələrinə düzgün hüquqi qiymət verməmiş, irəli sürülmüş ittiham üzrə ona həmin maddə ilə bəraət verməklə əməlin tövsifinin hüquqi əhəmiyyətini itirməsinə, Məhkum məsuliyyətdən kənarda qalmasına səbəb olmuşdur ki, bununla da Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi mümkün olmamış, Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin konstitusion prinsip lər pozulmuşdur. Məhkəmə kollegiyası sübutları qiymətləndirərkən əsasən 40 yaşlı təqsirləndirilən şəxsin deyil, 10 yaşlı qız uşağının yalana meyilli olması və fikirlərini tam ifadə edə bilməməsi mövqeyindən məsələyə yanaşmışdır. Lakin kollegiya öz qərarında 10 yaşlı zərərçəkmiş şəxsin hansı səbəbdən təqsirləndirilən şəxs barəsində böhtan xarakterli ifadə verə biləcəyini əsaslandıra bilməmişdir. Apellyasiya kollegiyası məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs1 öpdükdən sonra hansısa istiqamətə aparmasını dəqiq görmədiyini ön plana çıxararaq yekun olaraq sübutları da bu istiqamətdə qiymətləndirmişdir. Lakin zərərçəkmiş şəxs öz ifadəsində baş verənlərin ani anda olmasını və təqsirləndirilən şəxsin də Şahid1 bayıra çıxdıqdan sonra on u buraxıb getməsini göstərməsini yekun qərar qəbul edərkən nəzərə almamışdır. İstər birinci instansiya məhkəməsi istərsə də apellyasiya məhkəməsi təqsirləndirilən şəxsin hərəkətlərinə qiymət verərkən təqsirləndirilən şəxsin ifadələrində öz niyyətini ifadə etməməsi və zərərçəkmiş şəxsin dayanmış olduğu yerdən çox uzağa aparılmaması baxımından istintaq orqanının düzgün mövqedə olmaması, təqsirləndirilən şəxsin hərəkətlərində CM-in 29, 144.3-cü maddənin tərkib əlamətlərinin olmaması baxımından çıxış etmişlər. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1 və 29, 144.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yenidən apellyasiya instansiyas ı məhkəməsində baxışa təyin edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protes tinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə ki, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutl arın araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunubolunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. A zərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yen idən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dai r məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Qanunun məzmununa görə, məhkəmə öz nəticələrini şərh edərkən iş üzrə toplanılan, lakin məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Şərh edilən beynəlxalq və milli qanunvericiliyin normaları, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin izahları ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin Məhku m Cinayət Məcəlləsini 29,144.3-cü maddəsi ilə bəraət verilməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına cavab verdiyi müəyyən olunur. Belə ki, kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsə əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Apellyasiya məhkəməsi ittihamın əsasını təşkil edən sübutları mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi orqanı tərəfindən Məhkum ittiham verilməsi üçün qəbul edilmiş və məhkəmədə tədqiq olunmuş sübutları tədqiq edib həmin sübutlara düzgün huquqi qiymət vermiş və qanuni və əsaslı nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhəmməd Dadaşovun təqsirliliyi ilə bağlı məsələyə baxarkən CPM-nin 144 və 145-ci maddələri ilə müəyyən edilmiş, cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmalı olmasına, onların qarşılıqlı surətdə təhlil olunmasına və bir-biri ilə müqayisə edilməsinə, sübutların mənbəyinin mötəbərliyinin müəyyən olunmasına, onların mümkünlüyünə, mənsubiyyətinə və bütün sübutların məcmusuna ittihamın həlli üçün kifayət etməsinə əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməli olmasına dair tələblərə əməl etmişdir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə istintaqı zamanı araşdırılmış sübutlardan görünür ki: Birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əmisi nəvəsidir. Dükandan gələn zaman yolda uşağın qolundan tutaraq kimin qızı olduğunu soruşmuşdur, başqa heç bir niyyəti olmamışdır. Daha sonra təqsirləndirilən şəxs Məhkum ona verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 ancaq söz soruşmuşdur, ancaq əllərilə ağızını tutub, qucağına almamışdır. Zərərçəkmiş şəxs1 oğurlamağa çalışmamış, sadəcə söz soruşmuşdur. Raziyədən söz soruşmuşdur, başqa niyyəti olmamışdır. Raziyə ilə düşmənçiliyi yoxdur. CM-in 29,144.3-cü maddəsi ilə təqsirli deyil. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs Məhkum ifadəsində bildirmişdir ki, CM-in 29, 144.3 və 177.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. X5 əmisi Şakirin arvadı, Zərərçəkmiş şəxs1 isə nəvəsidir. xx.xx.2022-ci il tarixdə qardaşı Hüseynlə evdə 250 qramlıq araq içmişdir. Daha sonra isə həmkəndlisi Fərid adlı şəxsin mağazasından 700 qramlıq araq alıb evdə narla içmiş və sə rxoş olmuşdur. Zərərçəkmiş şəxs1 qucaqlayıb ağızıdan tutaraq aparmaq istəməyi yadına gəlmir. Sərxoş olduğundan həmin hadisəni xatırlamır. Həmçinin, əvvəllər Zivər və ailəsi ilə aralarında heç vaxt narazılıq olmamışdır. Konkret olaraq heç yerdə işləmir, fərdi şəkildə günəmuzd fəhləlik edir. İçkiyə meyilli bir adam olub, fəhləlik edib adamlara ot yığır və yorğunluğu çıxsın deyə, spirtli içki qəbul edir; Qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ingilis dili üzrə hazırlıq kursundan qayıdırmış. O, saat 15:00-da hazırlığa gedib 16:00-da hazırlıqdan qayıdırmış, görmüşdür ki, Məmməd yolun qırağında durub. O, başını aşağı yoluna davam etmişdir. Onun həmin günü heç kim xətrinə dəyməyib. Dərslərini yaxşı oxumuşdur. Test işləmiş dir. 10 sualdan 6-na düzgün cavab vermişdir. Ona görə də müəllimə onu danlamamışdı. 10 sualdan 4-nə düzgün cavab yazmadığı üçün pis olmamışdır. Suallara cavab olaraq bildirdi ki, qiymətləri 4-5-dir. Böyüyəndə bağça müəlliməsi olacaqdır. Azərbaycan dili, İngilis dili və Riyaziyyat fənnləri üzrə hazırlıq kurslarına gedir. İlgilis dili üzrə hazırlıq kursundan qayıdırmış. Orada şəhidlər bulağı tikilirmiş. O, saat 15:00-da hazırlığa gedib 16:00-da hazırlıqda qayıdırmış. Görmüşdür ki, Məmməd yolun qırağında durub. O, başını aşağı salıb yoluna davam etmişdir. O, Məmmədi üzdən tanımış, Məmmədi küçələrində bir oğlanla həmişə gəzdiyini görmüşdür. Ona görə də onu tanımışdır. Məmmədin arxasınca gəldiyini görüb öz küçələrinə dönmüş, sağa sola getmiş ki, Məmməd onu ötüb keçsin. Ancaq Məmməd onu ötüb keç məmişdir. O, qorxmuş, getməyə davam etmiş, birdən görmüşdür ki, arxadan Məmməd sağ əli ilə onun ağzını tutmuşdur. Məmmədin onun ağzını sağ əli ilə tutmasını araşdırma zamanı ona demişlər. Birinci qışqırmışdır. Sonra ondan soruşmuşdur ki, adın nədir. Demişdir ki, adı Raziyədir. Sonra ondan soruşmuşdur ki, kimin qızıdır. O, cavab vermişdir ki, Eşqinin qızıdır. Sonra onun əlini dişləmişdir. Sonra qışqırmışdır. Məmməd onun ağzını tutsa da, bir addım belə kənara atmamış, onu qucağına alıb harasa aparmaq istəməmiş, əli ilə heç bir yerinə toxunmamışdır. Məmməd Məsudini görüb tez onu buraxıb qaçmışdır. O, da tez ağlayaağlaya Məsudinin yanına qaçmışdır. Məsudin soruşmuşdur ki, nə olubdur. O, da demişdir ki, Məmməd arxasıyca gəlirmiş. Onu tutub kimin qızı olmasını və adını soruşmuşdur. O da baxmışdı r ki, Məmməd orada yoxdur. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilərn Zərərçəkmiş şəxs1 ifadə verərək bildirmişdir ki, ingilis dili hazırlığından qayıdanda, yolda "şəhidlər bulağı” adlandırılan yerdə, Məmməd durmuşdur. Daha sonra Məmməd arxasınca gəlməyə başlamışdır. Ona yaxınlaşaraq kim olduğunu və atasının adını soruşmuşdur. O, Məmmədi görüb qışqırmış, Məmməd isə əli ilə ağızıı tutmuş və onu yulğunluğa tərəf aparmaq istəmişdir. O, Məmmədin əlini dişləməyə cəhd etmişdir. Daha sonra Məsudin qapıdan çıxmış və Məmməd onu görüb qaçmışdır. O, baş verənləri Məsudinə danışmışdır. Daha sonra zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Məmməd arxasınca bi raz yol gəlmişdir. Məmməd əlilə ağızıı tutduğu üçün onun əlini dişləmək istəmiş, amma tam dişləyə bilməmişdir. O, qorxusundan qışqırmışdır. Məmməd onu yulğunluğa sürümək istəmiş, amma o, getmək istəməmişdir. Məmməd ondan adını və atasının adını soruşmuşdur. Səsinə Məsudin çıxmışdır. Məmməd Məsudini görəndə qaçıb getmişdir. Məmməd onu yulğunluğa tərəf təxminən 2-3 metr aparmışdır. Ancaq qucağına götürməmişdir, ayağı yerdə olmuşdur. Məmmədi tanıyır, ancaq evlərində qonaq kimi görməmişdir, qohumluqları yoxdur. Qonşularının evinə gəlib-getmişdir. Hadisədən əvvəl Məmməd onunla söhbət etməmişdir. Yulğunluq onların evindən uzaqdır. Məmmədin onun ağızıı tutduğu yerlə yulğunluq arasında olan məsafə təxminən 200 metr olar. Yulğunluq tərəfdə Məsudingilin evləri var. Məmməd ona başqa heç nə deməmişdir. O, çönüb arxaya baxanda hələ də Məmmədin gəlməkdə davam etdiyini görmüşdür. Məmmədlə a ralarında məsafə çox az olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, sahəyə mal-qaranı örüşdən gətirmək həyətdə velosipedə minib, darvazaya yaxınlaşan vaxt bir neçə dəfə qışqırtı səsi eşitmişdir. Qapını açıb çıxmış və havada yüngül meh olduğu üçün qapını möhkəm vuraraq çəkmişdir. Başını sola döndərəndə Məmmədin arxası ona durduğunu onun qabağından zərərçəkmiş şəxsin fırlanaraq ona tərəf ağlaya-ağlaya qaçdığını görmüşdür. Məmməd isə kəndin yolunda kafe istiqamətə irəliləməyə başladığını görmüşdür. Suallara cavab olaraq bildirdi ki, ola bilsin ki, Məmmədin arxası ona tərəf olduğu üçün onun uşağı tutmasını və buraxmasını görməmişdir. Uşaq onun tərəfə ağlaya-ağlaya gələrək Məmmədin onun ağzından tutduğunu, yulğunluğa tərəf aparmaq istədiyini bildirmişdir. Uşaq ona yax ınlaşanda ağlayırmış. O, da Məmmədin ona nə etdiyini soruşmuşdur. Birinci sualı Məmmədin ona nə etdiyi olmuşdur. Məmmədi tez-tez spirtli içki içən şəxs kimi tanıyır. Kənddə dava salmasını görməmişdir. Ondan sonra Raziyə ağlayaağlaya evə tərəf getmişdir. O, da velisopetdən düşərək Məmmədi bir neçə dəfə səsləmişdir. Elə bilmişdir ki, qarşıdakı kafeyə getmişdir. Ora baxmış, oradan yoxa çıxmışdır. Məmmədlə onların aralarında heç bir söz-söhbət mübahisə olmamışdır. Yulğunluq onların dayandığı yerdən 3-4 metr aralıda olub. O, qapıdan çıxanda Məmmədin arxası ona tərəfə olub. O, Məmmədi görəndə uşaq onun qarşısından fırlanmışdır. Məmmədi görəndə ayaq üstə olub. Uşaq ondan aralanan kimi Məmməd hərəkət etməyə başlamışdır. O Məmmədi onu çağırandan sonra surətini artırmağa başlamışdır, ancaq qaçmayıb. Uşağı birinci görəndə qorxu hissi keçirtdiyini görmüşdür. O, istintaqda deməmişdir ki, Məmmədin uşağı yulğunluğa apardığını görmüşdür. Uşağın dediyini deyir. O, Məmmədin uşağı yulğunluğa apardığını görməmişdir. Birinci məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi ilə hazırkı məhkəmə iclası zamanı vermiş olduğu ziddiyətli ifadənin, yəni "Məhkum Zərərçəkmiş şəxs1 yulğunluğa aparmasını görməsi”ni dəqiqləşdirilməsi ilə bağlı vermiş olduğu suallara cavab olaraq bildirdi ki, hadisədən 1 il keçibdir. Uşağı yulğunluğa aparmasını görməmişdir. O, iş materialında olan ifadə kimi ifadə verməmişdir. 100 metr aralıdan Məmmədi tanımışdır. Onunla tez-tez rastlaşdığı üçün onu tanımışdır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, 03 noyabr 2022-ci il tarixdə, saat 16:15 radələrində heyvanları evə gətirmək üçün yaşadığı evdən çıxıb, örüş sahəsinə getmişdir. Həyətin içərisində olan zaman möhkəm qışqırıq səsi eşitmişdir. Həmin səsin uşaq səsi olması hiss olunmuşdur. Həyətin əl qapısını açıb çölə çıxmışdır. O, küçəyə tam çıxdıqda, arxası onun tərəfə olan bir şəxsin kimisə tutduğunu görmüşdür. Həmin şəxs ya qapının açılıb-bağlanma səsini eşidib ya da onun üzünü görüb deyə, uşağı buraxmış və arxaya dönmədən üzü əks istiqamətə doğru getməyə başlamışdır. Onun qapıdan küçəyə çıxması ani olduğundan, həmin şəxsin qapının səsinə reaksiyası ona nisbətdə gec olmuşdur. O, həmin adamın kənd sakini Məhkum olduğunu bilmişdir. Məmmədi həmkəndlisi olduğu üçün tanıyır. Həmin zaman uşağın qonşusu olan azyaşlı Raziyə olmasını görmüşdür. Raz iyə ağlayaraq onun üzərinə gəlmişdir. O, nə olduğunu tam anlamadan "o, neyləmək istəyirdi?” deyə sual vermiş, Raziyə isə ağlayaraq "ağızmdan tutub məni yulğunluğa tərəf aparmaq istəyirdi” demişdir. Bundan sonra o, Məmmədin arxası ilə qaçıb çağırmış, lakin Məmməd cavab verməmiş və qaça-qaça getmişdir. Bundan sonra velosipedini götürüb Məmmədin arxası ilə getmiş, lakin tapa bilməyərək geriyə qayıtmışdır. Şahid daha sonra ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, çölə çıxanda Məmmədin arxası ona tərəf olmuşdur və başa düşmüşdür ki, o, Raziyəni tutub. Məmmədi arxadan görmüşdür, amma əmindir ki, həmin şəxs Məmməd olmuşdur. Raziyə ona baş verənləri danışdıqdan sonra Məmmədi səsləmişdir ki, dayansın, lakin o, getmişdir. Raziyəni buraxandan sonra o, iti addımlarla getmiş, Raziyə ona ol anları danışdıqdan sonra isə qaçmağa başlamışdır. Apellyasiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmamış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, Məhkum bəraə t verilməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Məhkum ona görə CM-in 29, 144.3-cü maddəsilə ittiham irəli sürülmüşdür ki, o, X, həmin kənd sakini Şahid1 yaşadığı evin yaxınlığında həmkəndlisi, xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla, iradəsinə zidd olaraq qarınından qucaqlayıb, əlləri ilə ağızıdan tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəyərkən Zərdab rayonunun Körpükənd kənd sakini Şahid1 gəlməsini görüb, Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamış və bununla da iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək adam oğurluğuna cəhd göstərmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum CM-in 29, 144.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə ilə razılaşma yan apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayır və qeyd edir ki, Məhkum təqsirli bilindiyi əməl CM-in 29,144.3-cü maddəsinin dispoziyasında "Adam oğurluğu (iki və ya daha çox şəxs barəsində törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan yaxud silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə; tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) bu Məcəllənin 144.1 və 144.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikd ə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” kimi formulə edilmiş, yəni qanunverici adam oğurluğunu birbaşa qəsdlə törədildikdə cinayət məsuliyyətinə səbəb olan əməl kimi təsbit etmişdir. CM-in 25.1 -ci maddəsinə əsasən, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət vəya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur (CM-in 25.2-ci maddəsi). Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etmə miş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur (CM-in 25.3-cü maddəsi). Göründüyü kimi, Məhkum CM-in 29, 144.3-cü maddəsilə təqsirləndirildiyi üçün CPM-in 139-cu maddəsinə əsasən, bu əməlin CM-in 25.2-ci maddəsində təsbit edilmiş birbaşa qəsdi xarakterizə edən zəruri əlamətləri, yəni Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs1 oğurlamağı qabaqcadan görüb bunu arzu etməsi və yaxud CM-in 25.3-cü maddəsində dolayı qəsdi xarakterizə edən zəruri əlamətləri, yəni Zərərçəkmiş şəxs1 oğurlamağı arzu etməsə də, həmin nəticəni (əməlinin adam oğurluğu ilə nəticələnə biləcəyini) qabaqcadan görməsi və bu nəticənin baş verməsinə şüurlu surətdə yol verməsi baxılan işin sübut etmə predmetini təşkil edən hallarıdır və bu səbəbdən onlar ( cinayətin birbaşa və ya dolayı qəsdlə törədilməsi) CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada işə aid olan, mümkün və mötəbər sübutların məcmusu ilə kifayət qədər (inandırıcı şəkildə) sübuta yetirilməlidir. Lakin Məhkum qarşı irəli sürülmüş ittihamın faktik məzmununa və müvafiq olaraq istintaqın müəyyən edilmiş saydığı Məhkum əməlini təşkil edən faktik hallara (cinayətin təsvirinə) baxdıqda, aydın olur ki, ibtidai istintaq orqanı CM-in 25.2 və 25.3-cü maddələrində təsbit edilmiş əlamətləri müəyyən etmədən (hər halda onları cinayətin təsvirində göstərmədən) Məhkum Zərərçəkmiş şəxs1 məhz qəsdən oğurlamağa cəhd etməsi barədə nəticəyə gəlmişdir. Belə ki, cinayətin təsvirinə görə, Məhkum yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs1 zorla, iradəsinə z idd olaraq qarnından qucaqlayıb əlləri ilə ağızıdan tutaraq yaxınlıqda yerləşən yulğunluq istiqamətində aparmaq istəyərkən Zərdab rayonunun Körpükənd kənd sakini Şahid1 gəlməsini görüb Zərərçəkmiş şəxs1 buraxaraq oradan qaçmağa başlamış və bununla da iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməyərək adam oğurluğuna cəhd göstərmişdir. Cinayət işinin materiallarından göründüyü kimi Məhkum hadisənin səhəri günü, yəni 4 noyabr 2022-ci ildə ilk dəfə izahat verərkən xx.xx.2022-ci il tarixdə nahar vaxtı qardaşı ilə, sonra isə tək özü xeyli miqdarda spirtli içki içdiyi üçün hadisə vaxtı sərxoş olduğunu və bu səbəbdən nə etdiyinin yadında olmadığını bildirmişdir. Lakin buna baxmayaraq, istintaq təqsirləndirilən şəxsin bu dəlilinin yoxlanılması üçün heç bir tədbir görməmiş, iş üçün mühüm əhəmiyyətə malik olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün onun tibbi müayinədən keçirilməsini təmin etməmiş, bununla bağlı heç bir araşdırma aparılmadan sübutların qiymətləndirilməsi haqqında qərarda Məhkum Zərərçəkmiş şəxs1 oğurlamağa cəhd edən zaman sərxoş olması və heç bir şey xatırlamamasını özünü müdafiə xarakteri daşıyan vəsatət kimi qəbul edərək rədd etmişdir. CPM-in 289.3.1-ci maddəsinə əsasən, cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilməlidir. Həmin Məcəllənin 353.2.1-ci maddəsində isə göstərilir ki, cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri məhkəmənin ittiham hökmünün təsv iri-əsaslandırıcı hissəsində göstərilməlidir. Göründüyü kimi, qanunverici əhəmiyyətini nəzərə alaraq cinayətin motivinin göstərilməsini həm ittiham aktının, həm də məhkəmə hökmünün tərtib edilməsində zəruri şərt kimi göstərmişdir. Apellyasiya məhkəməsi tərəfindən cinayət işi üzrə müəyyən edilmiş hallara əsasən: -Təqsirləndirilən şəxsə qarşı irəli sürülən adam oğurluğu cinayətinin də qisas, tamah, qısqanclıq xuliqanlıq və s. niyyətlə törədilməsi istisna edilmir. Lakin konkret halda Məhkum Zərərçəkmiş şəxs1 qarşı etdiyi bu hərəkətin hansı motiv, məqsəd və niyyətlə etməsi müəyyən edilməmişdir. Halbuki, motivin müəyyən edilməsi əməlin tövsif edilməsinin ən zəruri elementidir. Zərərçəkmiş şəxs1 xx xxxx 2013-cü ildə doğulmuş və hazırda on yaşı vardır. Bu onu göstərir ki, təqsirləndirilən şəxsin onu ailə qurmaq motivi və niyyətilə oğurlamaq fikri olmamışdır. -Hər iki şəxs bir kənddə yaşasalar da, onların özlərinin və ailələrinin arasında hər hansı ədavət və düşmənçiliyin olması barədə heç bir məlumat yoxdur. Əksinə, təqsirləndirilən şəxsin deməsinə görə, zərərçəkmiş şəxs Raziyə onun əmisinin nəvəsidir. Zərərçəkmiş şəxsin, nənəsi və atasının ifadələrindən onların geniş maddi imkanlara malik olmaları müəyyən edilmir. Eyni zamanda, ailələr arasında hər hansı qısqanclıq yaradan bir halın mövcudluğu aşkar edilmir. Zərərçəkmiş şəxsin, habelə Şahid1 ifadəsindən hadisə zamanı təqsirləndirilən şəxsin cəmiyyətə qarşı xuliqanlıq hərəkətləri etməsi görünmür. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 qarşı etmiş olduğu həmin əməlində adam oğurluğu cinayətin in motivinin olması və onun hansı niyyətlə bu hərəkəti etməsi bilinmir, aydın deyil və işdə olan sübutlarla da bunu müəyyən etmək olmur. Məhkum 3 noyabr 2022-ci il qardaşı Hüseynlə evdə 250 qramlıq, sonra isə həmkəndlisi Fərid adlı şəxsin mağazasından 700 qramlıq araq alıb içərək sərxoş olması və həmin hadisəni xatırlamadığını bildirməsi, istintaqın bunun əksini sübut edə bilməməsi, əvvəllər ümumiyyətlə Zərərçəkmiş şəxs1 tanımaması, özü və onun ailəsilə hər hansı münasibətinin olmaması, zərərçəkmiş şəxsin onu görüb qorxaraq qışqırmasından sonra onu qucaqlaması və zərərçəkmiş şəxs qışqıran kimi buraxıb qaçması və ən başlıcası, təqsirləndirilən şəxsin bu əməli məhz hansı niyyət, motiv və məqsədlə etməsinin müəyyən edilməməsi ona qarşı irəli sürülən ittihamın tam sübuta yetirilmiş hesab edilm əsinə imkan vermir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə görə dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1 -ci hissəsinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilər kən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 1.3-cü maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Həmin Məcəllənin 10.1 -ci maddəsinə görə məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkə mələr Məhkum təqsirləndirildiyi Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verməklə qanuni və əsaslı qərar qəbul etmişlər. Belə ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirlən dirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyin ə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqi liyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Kassasiya məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr cinayət işi üzrə təqdim olunmuş sübutları əlaqəli şəkildə təhlil edərək düzgün olaraq cinayət təqibi orqanı tərəfindən verilmiş ittiham üzrə Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə CPM-in 42.1.1-ci maddəsinə əsasən ona CM-in 29,144.3-cü maddəsi ilə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuşdur. Dövlət ittihamçısının kassasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla mübahisələndirən qərarın ləğv olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Beləliklə apellyasiya instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə ittihamın verilməsinin əsası kimi çıxış edən subutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi kifayət qədər şübhə doğurur. İttiham tərəfinin Məhkum təqsirliliyinə dair əldə etdiyi sübutlar Azərbaycan Respublikası CPM-in 125-ci maddəsində sadalanan tələblərə cavab vermir və belə bir sübut əsasında onun barəsində ittiham hökmünün çıxarılması məhkəmənin nüfuzunu sonradan bərpası mümkün olmayacaq dərəcədə sarsıda bilər. İbtidai araşdır ma orqanının Məhkum CM-in 29,144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilməsinə dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndiril ən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyas ının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin i craatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın Məh kum CM-in 29,144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələni tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas vermir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təq sirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci m addəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2023-cü il tarixli qərarında cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında Məhkum CM-in 29,144.3-cü maddəsi ilə təqsirsiz olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya müraciətlinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin CM-in 29,144.3-cü maddəsi ilə ittihamın sübuta yetirilməməsi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiy ası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,144.3-cü maddəsi ilə bəraət verilməsinə, onun həmin Məcəllənin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 se
Məhkəmə qərarları › İş №1(102)-564/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-564/2024
06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver