Məhkəmə qərarları › İş №1(102)-565/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-565/2019

01.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-565/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X2 iştirakı ilə 23 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay,orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən,Sumqayıt şəhəri, ************************-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Betonzavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsininəhatə etdiyi ərazidə yerləşən 458 saylı e vdə yaşamış,hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.3-cümaddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən: C.İ.Hüseynov, hakimlər: E.H.İsmayılovvə S.İ.Əİiyev) Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək,10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 iyul 2016-cı il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum və onun müdafiəçisitərəfindən apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı ilə (hakimlər:F.G.Zeynallı (sədrlik edən),V.C.Cəfərov vəE.M.Əhmədov) verilmiş apelyasiya şikayətlərti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 ildən 9 ilə endirilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 25 may 2016-cı il tarixdə, saat 15 radələrində dostluq münasibətlərində olduğu Sumqayıt şəhər sakinləri X9, X6, X3 və zərərçəkmiş şəxs X7 ilə birlikdə sonuncunun idarə etdiyi **-- *** dövlət qeydiyyat nişanlı, ağ rəngli VAZ-2107 markalı "Jiquli" avtomobili ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən pivə barına gələrək orada təxminən 3-4 saat ərzində özü spirtli içki qəbul etməsə də, onunla birlikdə gələn 4 nəfərin hər biri, o cümlədən zərərçəkmiş şəxs R6 3-4 bokal pivə və 3-4 stəkan çaxır içməklə sərxoş vəziyyətə düşmüşlər. Vət. Z6 ayrılıb oradan getdikdən sonra təqsirləndirilən şəxs Məhkum sonuncunun arxasınca danışdığı üçün zərərçəkmiş R6 ona iradını bildirdiyindən, aralarında mübahisə yaranmışdır. Bundan sonra təqsirləndirilən şəxs Məhkum, A6, X6 və zərərçəkmiş şəxs R6 sonuncunun idarə etdiyi **--*** dövlət qeydiyyat nişanlı avtomobillə, saat 19 radələrində "xxxx" ASC-nin qarşısına gəlmiş, orada davam edən mübahisə zamanı zərərçəkmiş R6 nalayiq ifad ələr işlədib, təqsirləndirilən şəxs Məhkum başı ilə vurmasına cavab olaraq sonuncu yumruqla zərərçəkmiş R6 sifət nahiyəsinə bir dəfə zərbə vurduqdan sonra bel nahiyəsindən qucaqlayaraq yolun kənarındakı betonun üzərinə yıxıb təpiklə döyərək zərərçəkmiş R6 qapalı onurğa beyni sütunu travması, kiçik çanaq funksiyalarının ləngimə tipli pozulması ilə müşayiət olunan onurğa beyninin 6-7-ci boyun fəqərəsi səviyyəsində əzilməsi və 6-7-ci boyun fəqərələrinin dislokasiyası, aşağı paraplegeya, yuxarı dərin paraparez (ətrafların hərəkət funksiyasının və koordinasiyasının kəskin təzahürlü pozulması) və sol paraorbital hematoması kimi, ümumilikdə, sonradan ölümlə birbaşa səbəbli əlaqədə olmuş sağlamlığa ağır zərər vurmaya aid xəsarətləri yetirməsi zərərçəkmiş R6 aldığı xəsarətlərdən ağırlaşmaların qanu na uyğun inkişafı nəticəsində daxili orqanlarda baş vermiş patoloji dəyişikliklər-ağ ciyərlərin pnevmoniyası, qara ciyərdə, böyrəklərdə baş vermiş distrofik dəyişikliklər, böyrək çatışmazlığı ilə nəticələnmiş, zərərçəkmiş R6 25.10.2016-cı il tarixdə, saat 16 radələrində yaşadığı Sumqayıt şəhəri 1 nömrəli beton zavod ərazisindəki fərdi evdə ölmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, Məhkum əməlinin CM-nin 126.3-cü maddəsindən 131.2-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində cəza təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Müdafiəçinin fikri ncə, hüquqlarını müdafiə etdiyi Məhkum əməlində CM-nin 126.3-cü maddəsinin tərkibi yoxdur. Belə ki, Məhkum lazımı diqqət və ehtiyatlılıq göstərərək öz hərəkətinin zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirə biləcəyini qabaqcadan görməli olduğu və görə biləcəyi halda, görməmişdir. Həmçinin hesab edir ki, zərərçəkmiş şəxsin ölümü ilə ona yetirilmiş xəsarət arasında heç bir səbəbli əlaqə yoxdur. Belə ki, məhkəmə-tibb ekspertinin rəyindən görünür ki, zərərçəkmiş şəxsin ölümü onun aldığı xəsarətlərlə birbaşa bağlı deyil, bu xəsarətlərin ağırlaşmasının qanuna uyğun inkişafı nəticəsində daxili orqanlarda baş vermiş patoloji dəyişikliklərdir. Bu isə Məhkum təqsiri ilə əhatə olunmur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı İ.Yusifovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və möv cud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsinə, şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanu nvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Verilmiş şikayətdə məhkumun əməlinin əsassız olaraq CM-nin 126.3-cü maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdi r. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası həmçinin bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb o lan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum verdiyi ifadələrin bir h issəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 126.3cü maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqi ndən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6- cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaəti ndədir. Azərbaycan Respublikası CM-nin 126.3-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmanı nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 131.2- ci maddəsi isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmanı özündə ehtiva edir. İş materiallarında olan, məhkəmə-tibb ekspertizasının 23 iyul 2016-cı il tarixli, 935 saylı rəyindən görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər - qapalı onurğa beyni sütunu travması, kiçik çanaq funksiyalarının ləngimə tipli pozulması ilə müşayiət olunan onurğa beyinin 6-7-ci boyun fəqərəsi səviyyəsində əzilməsi və 6-7-ci boyun fəqərələrinin dislokasiyası, aşağı paraplageya, yuxarı dərin paraparez (ətrafların hərəkəti funksiyasının və koordinasiyasının kəskin təzahürlü pozulması) və sol paraorbital hematoma küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti 25 may 2016-cı il tarixə uyğun gəlir və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir (iş və rəqə: cild İ, səh. 87-90). Məhkəmə-tibb ekspertizasının 28 noyabr 2016-cı il tarixli, 134 saylı rəyindən görünür ki, X4 meyiti üzərində aşkar edilmiş xəsarətlər - onurğa beyninin boyun şöbəsinin qapalı travması, Vİ-Vİİ boyun fəqərələrinin dislokasiyası, onurğa beyninin boyun şöbəsinin əzilməsi, aşağı ətrafların paraplegeyası, yuxarı ətrafların paraparezi, onurğanın boyun şöbəsinin cərrahi müdaxilədən sonrakı repozisiyası, hər iki ağ ciyərin pnevmoniyası, emfizema və atelektaz ocaqları, böyrəklərin diffuz nefriti, miokardın, qara ciyərin, böyrəklərin distrofik dəyişiklikləri, baş beynin ödemi, beynin yumşaq qişasının ocaqlı qansızmaları küt əşya təsirindən törənmiş, müddəti 25.05.2016-cı il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlam lığa ağır zərərvurmaya aid edilir, onun ölümünə səbəb isə almış olduğu xəsarətlərin ağırlaşmalarının qanuna uyğun inkişafı nəticəsində daxili orqanlarda baş vermiş patoloji dəyişikliklər - ağ ciyərlərin pnevmoniyası, qara ciyərdə, böyrəklərdə baş vermiş distrofik dəyişikliklər, böyrək çatışmazlığı olmuşdur. Tədqiq olunan həmin rəydən görünür ki, mərhum X4 ölümünə səbəb almış olduğu xəsarətlərin ağırlaşmalarının qanuna uyğun inkişafı nəticəsində daxili orqanlarda baş vermiş patoloji dəyişikliklər - ağ ciyərlərin pnevmoniyası, qara ciyərdə, böyrəklərdə baş vermiş distrofik dəyişikliklər, böyrək çatışmazlığı olmuşdur (iş vərəqə: cild İİİ, səh. 34-40). İş üzrə təyin olunmuş, kompleks- təkrar- komisyon-məhkəmə-tibb ekspertizasının 12 may 2017-cı il tarixli, T-128/2017 saylı rəyindən görünür ki, X5 onurğa sütununun boyun şöbəsinin qapalı travması, 6-7-ci boyun fəqərələrinin dislokasiyası, onurğa beyinin həmin səviyyədə əzilməsi, kiçik çanaq orqanları funksiyasının ləngimə tipli pozulması, yuxarı ətrafların paraparezi, aşağı ətrafların paraplegeyası və sol göz ətrafında hematoma olmuşdur. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla 25 may 2016cı il tarixə uyğun gəlməklə dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Yetirilən xəsarətlərdən uzun müddət keçdikdən sonra ölüm baş versə də qeyd edilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə vardır. Belə ki, bu ağır travma nəticəsində innervasiya pozulduğundan orqanizmin normal fəaliyyət qabiliyyətinin dəyişməsi hesabına daxili üzvlərdə distrofi k dəyişikliklər, poliorqan çatmamazlığı yaranır, orqanizmin tükənməkdə olan resurslarının surətlə azalmasına səbəb olur. Məhz yuxarıda qeyd edilən və iş üzrə toplanmış digər sübutların məcmusu belə bir nəticəyə gəlməyə əsas verir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 131.2ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində əks edilən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Res publikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyatşəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkəmə Məhkum barəsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət q ədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və apellyasiya instansiya məhkəməsi onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində o nun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin 15 may 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar