Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-565/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakları ilə xx xxxx 1987-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olmaqla yaşamış, hal hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1cimaddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, Gəncə şəhəri, 01 saylı Vəkil Bürosunun vəkili Abdullayev Ramiz Hümbət oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr2019-cu il tarixli hökmü ilə (hakimlər: M.Ə.Bağırov (sədrlik edən), D.H.İmanov və N.T.Əliyev) Məhkum – Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019 -cu il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr2019-cuil tarixli qərarı ilə (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən), T.A.Muxtarov və Ə.G.Abdullayev) verilmiş apellyasiya protesti təmin edilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Hökmdən CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəalar çıxarılmış və Məhkum təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, xx xxxxxx 2018-ci il tarixdə saat 23:50 radələrində Bərdə rayon Mirzəxan inzibat i ərazi dairəsi üzrə Köbər kəndinin ərazisində kənd sakini Cahid Quliyevin yaşadığı evin qarşısında həmin kənd sakini Zərərçəkmiş şəxs onun idarə etdiyi "Huindai GETZ" markalı avtomobilin altına "petard" partlayıcı maddə atmasına görə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun sinəsindən təpiklə vuraraq hadisənin baş verməsinə şərait yaratmış, bundan sonra o, idarə etdiyi "Huindai GETZ" markalı avtomobildən götürdüyü soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan tipli turist bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsindən bir dəfə zərbə vuraraq sonuncuya enən çənbər bağırsağın müsariqəsinin və nazik bağırsağın çoxsaylı dəlib-keçən yaralanması ilə döş qəfəsinin sol aşağı yan divarının daxilə keçən kəsilmiş-deşilmiş yarası, sol əlin ovu c səthinin kəsilmiş yarası, İİİ, İV, V barmaqları bükən vətərlərin kəsilməsi xəsarətləri ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan qəsdən sonuncunun sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətlinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı təqsirləndirilən şəxs Məhkum təyin edilən cəzanın ağırlığı baxımından və birinci instansiya məhkəməsinin hökmündən CM-nin 62-ci maddəsinin müddəalarının xaric edilməsi hissəsində əsassız və ədalətsizdir. Belə ki, birinci instansiya məhkəməs i işdə olan yüngülləşdirici halları, yəni təqsirləndirilən şəxsin səmimi etirafı, əməlindən peşman olması, zərərçəkmişə vurulmuş ziyanı ödəməklə onunla barışıq əldə edilməsi, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini və s. nəzərə almaqla və bu halları məcmu halında qiymətləndirməklə barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsini zəruri hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə öz qərarını onunla əsaslandırmışdır ki, cəzanı yüngülləşdirən halların olması heç də həmişə müstəsna hal kimi qiymətləndirilə bilməz. Müdafiəçi hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarında istinad edilən arqument, yəni “yüngülləşdirici hallar o zaman müstəsna hal kimi nəzərə alına bilər ki, həmin halların cinayətin ictimai təhlükəliliyini ə həmiyyətli dərəcədə azaldan hallar olması təsdiq edilsin” arqumenti qeyri-müəyyəndir və onunla razılaşmaq olmaz. Müdafiəçinin fikrincə, qanuni əsaslar olduğu halda, apellyasiya məhkəməsinin qeyrimüəyyənliyə əsaslanaraq real yüngülləşdirici halları nəzərə almaması işin mahiyyəti üzrə obyektiv və ədalətli qərar qəbul edilməsini istisna edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayəti təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, məhk um kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlar ının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, ekspert rəyləri və işdə olan digər sənədlər, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində Azərbaycan Respublikası CMin 62-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsində qeyd edilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-in 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişd ir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli qərarında göstərilir ki, cəzanın tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmçinin məhkəmə k ollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-nin cəzanın təyin edilməsinin ümumi əsaslarını müəyyən edən 58-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan R espublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin i ctimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası il ə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təy in olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən cəza təyinin ümumi prinsiplərini pozmuş və iş üzrə bir sıra xüsusatları nəzərə almayaraq məhkuma ağır cəza təyin etmişdir. Belə ki, iş materiallarından görünür ki, Məhkum törətdiyi cinayət hadisəsini səmimi etiraf edərək əməlindən peşman olmuş, cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətmiş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, İ qrup əlil olan bibisi X4 onun himayəsindədir və əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyas ı hesab edir ki, qeyd edilən bu xüsusatlar Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiqinə əsas verir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cuil tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası nın müddəti 3 (üç) ildən 2 (iki) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-565/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-565/2020
17.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver