Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-565/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Vidadi Cəfər oğlu Cəfərov və Rəşad Məhərrəm oğlu Abdulovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 f evral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin (hakim Zaman İmanov) xx.xx.2021-ci il tarixli, 1(076)80/2021 nömrəli hökmü ilə xx xxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonu, Şahvəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olub ünvan 1 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Məhkum 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 5 ay müddət CM-in 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi, məhkəmə iclas zalından dərhal həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 02 iyun 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən tə qsirləndirilən şəxs Məhkum tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində vahid niyyətlə ünvan 2 ünvanda yerləşən, Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq arxa divara bərkidilmiş bir ədədinin qiyməti 150 manat olan Cənubi Korea istehsalı “Supermax” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 300 manat dəyərindəki 2 ədəd split kondisionerin kompressor mühərriklərini, zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq genaratorunun dəyərinin təxminən 50 faiz ini təşkil edən 200 manat dəyərindəki mühərrikini, 1 ədəd “Marius MKP62” markalı, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki gidrafonlu su mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan 240 manat dəyərindəki kabeli, 1 ədəd 1300 manat dəyərindəki “Toshiba” markalı noutbuku, 1 ədəd 150 manat dəyərindəki alüminium materialdan hazırlanmış qapını, 1 ədəd 450 manat dəyərindəki “HP” markalı printeri, 1 ədəd 2016-cı il buraxılışlı 250 manat dəyərindəki “Simens” markalı əldə gəzdirilən telefon aparatını, 1 ədəd 10.000 manat dəyərindəki internet və təhlükəsizlik kameralarının serverini, 1 ə dəd 1000 manat dəyərindəki 102 ekran manitorunu, 1 ədəd 1300 manat dəyərindəki “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, bir ədədinin qiyməti 15 manat olan 12 ədəd tavan üçün 180 manat dəyərindəki 60 x 60 ölçüsündə, xarici görünüşünə görə istismar olunan tavana quraşdırılması üçün tam komplektli elektrik “Led” lampalarını, 1 ədəd “Samsung, Ultra Slim” markalı, xarici görünüşünə görə uzun müddət istismar olunmuş 40 manat dəyərindəki televizoru, bir ədədinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərindəki taxtadan hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 50x30 sm ölçüsündə, söykənəcəyi olmayan, üstü parça ilə üzlənmiş 4 ədəd oturacaqları, bir ədədinin qiyməti 15 manat olan cəmi 120 manat dəyərindəki 8 ədəd “Digital Color ccd Camera” markalı istismar olunmuş düzbucaq forma lı kameraları, 1 ədəd dairəvi formalı “Telemax” firmasına məxsus xarici görünüşünə görə istismar olunmuş 12 manat dəyərindəki kameranı, 1 ədəd üzərində “Night, model İR–49N, made in Korea” markalanma yazıları olan xarici görünüşünə görə istismar olunmuş 25 manat dəyərindəki kameranı, 1 ədəd televizor üçün nəzərdə tutulan 1x1 m ölçüdə qara rəngli taxta materialından sex üsulu ilə hazırlanmış xarici görünüşünə görə istismar olunmuş 15 manat dəyərindəki masanı, 1 ədəd “EchoSpace FTA 8585” markalı, xarici görünüşünə görə istismar olunmuş istifadəyə yararlı 20 manat dəyərindəki krosno aparatını, 1 ədəd “Supermax” markalı dairəvi formalı, xarici görünüşünə görə istifadə olunmuş 5 manat dəyərindəki digital antenanı, 2 ədəd “CHNT 100” markalı xarici görünüşünə görə istismar olunmuş cəmi 60 manat d əyərindəki 3 fazalı elektrik ayrıcısını, 1 ədəd “Həsənoğlu” firmasına məxsus taxta materialından hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 80 x 40 sm ölçülü, 40 manat dəyərindəki 3 çəkməcəli tumbanı, 1 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 5 manat dəyərindəki saçqurudan feni, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, bir gözü elektrik ilə, digər 3 gözü qazla işləyən, xarici görünüşünə görə istismar olunmuş 200 manat dəyərindəki masa üstü sobanı, 1 ədəd “PYRAMİS” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş dairəvi formalı 40 manat dəyərindəki əl-üzün yuyan moydadırı, 1 ədəd “ Hotpoint Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki havatəmizləyicini, 4 ədəd “Həsənoğlu” firmasına məxsus, gövdəsi metaldan, üst hissəsi plastik kütlədən hazırlanmış 80x80 sm ölçüdə xarici görünüşünə görə istismar olunmuş, cəmi 160 manat dəyərindəki oturacaqları, bir ədədinin qiyməti 4 manat olan cəmi 60 manat dəyərindəki 15 ədəd “Sipp” firmasına məxsus elektrik ayrıcılarının və razetkaların üzlüyünü, 1 ədədinin qiyməti 4 manat olan cəmi 20 manat dəyərindəki “Gevess” firmasına məxsus elektrik razetkalarını, bir ədəd “Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş, 80 manat dəyərindəki 120 litrlik su qızdırıcısını, 100 metr uzunluğunda plastik materialdan olan 300 manat dəyərindəki naqil qoruyucu borunu, bir ədədinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərindəki 2 ədəd “ECE” firmasına məxsus istifadədə olmuş unitazları, “ECE” firmasına məxsus nerj (paslanmaz) materialından olan istifadəd ə olmuş 150 manat dəyərindəki duş dəstini, bir ədədinin qiyməti 3 manat olan cəmi 90 manat dəyərindəki 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını, mansarda yerləşən mərkəzləşdirilmiş “Supermax” firmasına məxsus havalandırma sisteminin 8 metr uzunluğunda 525 manat dəyərindəki 16 mm-lik mis borularını, cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakını gizli talayıb, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Teyyub Muxtarov (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Elçin Xasməmmədovdan ibarət tərkibdə) 06 sentyabr 2021-ci il tarixli, 1(104)-389/2021 nömrəli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1 (076)-80/2021 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum irəli sürülmüş ittihamdan 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq genaratorunun dəyərinin təxminən 50 faizini təşkil edən mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan kabeli, 1 ədəd “Toshiba” markalı noutbuku, 1 ədəd aliminium markalı qapının, 1 ədə d “HP” markalı printeri, 1 ədəd təhlükəsizlik kameralarının serverini, 1 ədəd 102 ekran manitorunu, 1 ədəd “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, 2 ədəd ayaqyolundan “ECE” firmasına məxsus istifadədə olmuş unitazları və 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını oğurlamalarına dair hissə xaric edilmiş, Məhkum irəli sürülmüş ittihamdan Azərbaycan Respublikasının CM-in 177.2.4-cü maddəsi xaric edilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci i l tarixədək ev dustaqlığında saxlandığı 5 (beş) ay müddət və hazırki hökmlə 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) ay 4 (dörd) gün müddət cəmi 8 (səkkiz) ay 4 (dörd) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və Məhkum üzərində 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Tahir Kazımov (sədrlik edən və məruzəçi), Əziz Seyidov və Ələsgər Novruzov) 16 mart 2022-ci il tarixli, 1(102)-354/2022 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2021-ci il tarixli, 1(104)-3 89/2021 saylı qərarı ləğv edilmiş, cinayət işi Gəncə Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Kassasiya protesti qismən təmin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Şamil Rzaquliyev (hakimlər və məruzəçi) Rafiq Cəfərov və Fikrət Mehtiyev) 17 fevral 2023-cü il tarixli, 1(104)-10/2023 nömrəli qərarı ilə Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(076)-80/2021 saylı hökmü cəza hissəsində dəyişdirilmiş, Azərbaycan Respublikası CMin 69.3-cü maddəsinə əsasən Məhkum 06 oktyabr 2019-cu il tarixdən 22 yanvar 2020-ci il tarixədək həbsdə, habelə 22 yanvar 2020-ci il tarixdən 06 mart 2020-ci il tarixədək ev dustaqlığında saxlandığı 5 ay müddət, 02 iyun 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə saxlandığı 3 ay 4 g ün müddət, cəmi 8 ay 4 gün müddət həbsdə və ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 sentyabr 2021-ci il tarixli 1(104)-389/2021 saylı qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilmiş 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddəti azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 3 (üç) ay 26 (iyirmi altı) gün müddət, ümumilikdə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hökmlə Məhkum təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin cəza “8 Noyabr-Zəfər Günü münasibətilə Amni stiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən 6 (altı) ay azaldılmış və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 17 fevral 2023-cü il tarixdən hesablanmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarının dəyişdirilməsini və ona təyin edilmiş cəza müddətinin yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, törətdiyi əməldən peşm an olduğunu, 22 oktyabr 2022-ci ildə evlərinin yandığını, himayəsində xəstə anasının olduğunu, kredit və digər kommunal borclarının olduğunu nəzərə alaraq, onun cəzasının daha da yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yaln ız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun t əqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Kassatorun kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkuma ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq e dilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə tə siri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumlar ı islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalarda n daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum təqsirli bilindiyi maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsi əsaslı və CM-in 58.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən, işin halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almışdır. Belə ki, iş materiallarından göründüyü kimi zərərçəkmiş şəxsə cinayət nəticəsində vurulmuş maddi ziyan ödənilməmiş, törədilmiş cinayətin ictimai təhlükə nəticələri aradan qaldırılmamış qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin edilmiş cəza onun törətdiyi cinayət əməllərini n ictimai təhlükəlilik dərəcəsinə və işin hallarına uyğun gəlir, həmin cəzanı həm sərtliyinə, həm yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cəza məqsədlərinə uyğun olmayan cəza kimi hesab etmək olmaz. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi dəlili ilə razılaşmır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilmə si yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları n əzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dar cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-565/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-565/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver