Məhkəmə qərarları › İş №1(102)-565/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-565/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-565/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1980-ci il tarixdə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 i ünvanında yaşayan X3 Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 1(103)-1546/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(003)-11/2024 nömrəli hökmü ilə (hakim Hüseyn Hüseynli) X2 əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə bəraət verilməsi və Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməsi hökm edilmişdir. Məhkəmənin həmin hökmündə n dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 1(103)-1546/2024 nömrəli qərarı ilə (hakimlər: Z.N.Hüseynov (sədrlik edən), Ə.Q.Ələkbərov və İ.A.İbrahimli) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 15 may 2024-cü il tarixli 1(003)-11/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: X5 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində dövlət mülkiyyətində olan 0.6 ha torpaq sahəsini zəbt edərək həm in torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən baxılmasının təyin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə birinci instansiya məhkəməsi tərəfindən X3 Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə bəraət verilməsinə dair hökm əsassız olaraq qüvvədə saxlanmışdır. Belə ki, ittiham tərəfi bəraət almış şəxs tərəfindən 2012-c i ildən 2021-ci ilin dekabr ayınadək olan dövrdə mübahisə edilən torpaq sahəsində qanuni əsaslarla tikinti işləri aparmasını düşünməsinə dair gəlinən nəticə ilə razılaşsa da, 3 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində monitorinq keçirilərkən bəraət almış şəxs tərəfindən qanunsuz torpaq tutulmasının aşkar edilməsindən və ona xəbərdarlıq edilməsindən sonra da sonuncunun torpağı qanunsuz zəbt etməsinin CM-in 188.2-ci maddəsinin tərkibini yaratmaması barədə məhkəmələrin gəldikləri nəticə ilə razı deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, ve rilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhk əmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində X3 verilmiş bəraətin əsaslılığı mübahisələndirilir. Azərbaycan Respublikası Konst itusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamın sübuta yetirilməsində aradan qaldırıl ması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həq iqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin qərarında verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. İbtidai istintaq orqan tərəfindən X3 ittiham verilmişdir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində dövlət mülkiyyətində olan 0.6 ha torpaq sahəsini zəbt edərək həmin torpaq sahəsində özbaşına tikinti işləri aparmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiy a məhkəməsində tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Əzizbəyov rayon Qala Bələdiyyəsinin Sədrinin 9 noyabr 2005-ci il tarixli sərəncamı əsasında Müdafiəçi2 Sakit qızına 12 sot torpaq sahəsi ayrılmışdır. Müdafiəçi2 həmin 12 sot torpaq sahəsini 20 sentyabr 2011-ci il tarixdə etibarnamə əsasında Şahid2 vermişdir. Şahid2 isə öz növbəsində 24 yanvar 2012-ci il tarixdə etibarnamə əsasında həmin torpaq sahəsinin 3 sot hissəsini X3 vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 qeyd edilən faktı təsdiq etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində yerləşən 0,3 ha torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsi daş hasarla əhatə edilmiş, torpaq sahəsində 5 daş kürsüdə ev inşa edilmiş, evin dam örtüyü vurulmuş, lakin qapı və pəncərələri yerləşdirilməmiş, evin heç bir təmir işi aparılmamış, torpaq sahəsində tikintidə istifadə olunmuş mişar daşları yığılmamış, evin qarşısında plastik materiallardan olan yerdə su çəni qoyulmuşdur. Baxış zamanı fotoşəkillər çəkilmiş, başqa nüanslar aşkar edilməmişdir. Bundan əlavə, iş materiallarına əlavə edilmiş qəbzlərə əsasən həmin torpaq sahəsinə dair vergilər və kommunal xərclər bəraət almış şəxs və onun ailə üzvləri tərəfindən ödənilmişdir. İşin faktiki hallarından görünür ki, X5 mübahisəli torpaq sahəsini özbaşına zəbt etdiyini və orada tikinti işləri apardığını düşünməmiş, əksinə həmin torpaq sahəsinin özünə aid olduğunu hesab etmiş və buna görə də torpaq sahəsində tikinti işləri aparmış, b unun üçündə onun kifayət qədər əsasları (torpaq sahəsinin Müdafiəçi2 adlı şəxsə Bələdiyyənin sərəncamı ilə verilməsi, daha sonra həmin torpaq sahəsinin Şahid2 etibarnamə ilə verilməsi, bundan sonra sonuncunun həmin torpaq sahəsinin 0,3 ha hissəsini etibarnamə ilə Siyavuş İbrahimova verilməsi) olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bəraət almış şəxsa qarşı irəli sürülmüş ittihamda onun tərəfindən 0,6 ha torpaq sahəsinin zəbt edilərək həmin torpaq sahəsində özbaşına tikinti işlərinin aparıldığı göstərilmişdir. İş materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 bütün şikayətlərində bəraət almış şəxsun ona məxsus 0,6 ha torpaq sahəsinin 0,3 ha hissəsini zəbt etdiyini iddia etmişdir. Digər tərəfdən, hadisə yerinə baxış keçirilərkən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu ərazisində yerləşən 0,3 ha torpaq sahəsinin daş hasarla əhatə edildiyi, torpaq sahəsində ev inşa edildiyi müəyyən edilmişdir. Həmçinin, Şahid2 tərəfindən bəraət almış şəxsa verilmiş etibarnamədə də etibar edilmiş torpaq sahəsinin 0,3 ha olması qeyd edilmişdir. Göründüyü kimi, ittihamda göstərilən və bəraət almış şəxs tərəfindən zəbt edilməsi iddia olunan torpaq sahəsi faktiki olaraq 0,6 ha deyil, 0,3 ha olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cinayət işin faktiki hallarından görünür ki, bəraət almış şəxs mübahisə predmeti olan torpaq sahəsini özününkü hesab etməklə həmin torpaq sahəsində tikinti işləri aparmışdır. xx.xx.2022-ci il tarixdə tərtib edilən aktda isə məhz tikinti işlə rinin aparılması üçün müvafiq icazənin alınmaması qeyd edilmişdir. Torpaq sahəsinin mübahisəli olmasını bilməsinə baxmayaraq, bəraət almış şəxsun öz hərəkətlərini davam etdirməsi ilə bağlı protestin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarından görünür ki, hazırki cinayət işi iş üzrə şahid qismində dindirilmiş Şahid1 şikayəti əsasında başlanmışdır. Belə ki, Şahid1 bəraət almış şəxs tərəfindən hasarlanmış və tikinti işləri aparıldığı 0,3 ha torpaq sahəsinin ona aid olduğunu iddia etmişdir. Halbuki, iş materiallarında mübahisəli torpaq sahəsinin Şahid1 mülkiyyətində və ya istifadəsində olmasını təsdiq edən mötəbər heç bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X3 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan ci nayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafi q, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 4 16.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun ona elan edilmiş Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə ko llegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 oktyabr 2024cü il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar