Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-566/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas X10, müdafiəçi-vəkil Əliyev Emil Namiq oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx xx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisivəkil Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: C.C.Ramazanov (sədrlik edən və məruzəçi), R.İ.Hüseynov və X.H.Səmədov) xx xxxxxxxx 2018-ci İl tarixli hökmü ilə, Təqsirləndirilən şəxs- xx xxx 1988-ci ildə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, “Region Xəbərləri.com” saytında ştatdan kənar müxbir işləmiş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ü nvan 1 qeydiyyatda olmaqla tutulan günə kimi həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzaçəkmənin əvvəli xx xxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs ona görə təqsirli bilinib məhkum edilmişdir ki, hədə-qorxu ilə özgənin əmlakını və əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini təkrar tələb etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin fevral ayının əvvəllərində özgənin əmlakını hədə-qorxu yolu ilə tələb edərək, yəni özünü müxbir kimi təqdim edib Zərərçəkmiş şəxs2 məxsus Zərdab şəhəri “xxxx” a dlanan ərazidə yerləşən “Lüks Oil” yanacaqdoldurma məntəqəsində vətəndaşlara satılan benzinə guya, dizel yanacağı əlavə edilməsi barədə sosial şəbəkələrdə rüsvayedici məlumatları yayacağı hədəsi ilə həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs2 1000 manat nağd pul tələb etmişdir. Bundan başqa, o, təkrar özgədən əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədəqorxu yolu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 11 radələrində Zərdab şəhərində “xxxx” adlanan ərazidə yerləşən Zərdab rayonu Meşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin direktoru Zərərçəkmiş şəxs4 iş otağına gəlib özünü müxbir kimi təqdim etməklə, eləcə də müxtəlif vaxtlarda mobil telefonu ilə sonuncuya zəng edərək şəxsi mal-qarasını qanunsuz olaraq yaşadığı ünvan 1 yaxınlığındakı meşə zolağının qor uq ərazilərində otarılmasına icazə verilməsini tələb etmiş, icazə verilməyəcəyi halda meşə ərazilərində ağacların qanunsuz kəsilməsi, mal-heyvanların qoruq ərazisində qanunsuz otarılması haqqında sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs4 əmlak xarakteri daşıyan hərəkətlər etməsini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu yolu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 10:30-da Zərdab şəhəri, ünvan 2 ünvanında yerləşən “xxxx” MMC bazarına gəlmiş, özünü müxbir kimi təqdim edib, bazarın nəzarətçisi Zərərçəkmiş şəxs6 1000 manat nağd pul tələb etmiş, verməyəcəyi halda ruhi xəstəlikdən əziyyət çəkərək hərbi xidmətdən yayınması, vətən xaini və vahabi olması kimi barəsində sosial şəbəkələrdə rüsvayedici mə lumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs6 pul tələb etmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edərək özünü müxbir kimi təqdim edib, sonuncunun işlədiyi ünvan 3 ünvanda yerləşən “xxxx MMC” adlı aptekin qanunsuz fəaliyyət göstərməsi barədə onda video görüntü olduğunu, həmin video görüntünün sosial şəbəkələrdə yayıb onu rüsvay edəcəyini bildirməklə, yaşadığı Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşməsini tələb edərək, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Zərərç əkmiş şəxs5 Ucar şəhəri 28 may küçəsində yerləşən “xxxx MMC” adlı aptekdə işləyən Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin kafəyə gəlib onunla görüşmüş, görüş zamanı o, aptekdə apardığı video görüntünü mobil telefonda ona nümayiş etdirərək, qanunsuz fəaliyyət göstərməsi barədə həmin görüntünü sosial şəbəkələrdə yayıb onu rüsvay etmək hədəsi ilə hədələməklə, həmin görüntülərin yayılmaması müqabilində Zərərçəkmiş şəxs5 1500 manat pul tələb edib 100 manat nağd pul alıb ələ keçirmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni 2018-ci ilin mart ayının əvvəllərində Zərərçəkmiş şəxs1 işlədiyi Ucar şəhəri 28 may küçəsində yerləşən “xxxx MMC” adlı aptekə gələrək, özünü müxbir kimi təqdim edib, heç bir əsas göstərmədən aptekdə qanunsuz çəkiliş aparıb, vətəndaşlara apte kdən satılan dərmanların çekinin vurulmamasını və kassa aparatının olmaması barədə sosial şəbəkələrdə rüsvayedici məlumatlar yaymaqla, Zərərçəkmiş şəxs1 yaşadığı Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşməsini tələb etmiş, xx xxxxx 2018-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanda yerləşən “xxxx MMC” adlı aptekdə işləyən Zərərçəkmiş şəxs5 ilə birlikdə həmin kafəyə gəlib onunla görüşmüş, görüş zamanı o, aptekdə video görüntünü mobil telefonda Zərərçəkmiş şəxs5 nümayiş etdirərək həmin görüntünü sosial şəbəkələrdə yayıb onu rüsvay etmək hədəsi ilə hədələməklə, həmin görüntülərin yayılmaması müqabilində Zərərçəkmiş şəxs1 1500 manat pul tələb edib 100 manat nağd pul alıb ələ keçirmişdir. Bundan başqa, o, təkrar özgənin əmlakını hədə-qorxu ilə tələb edərək, yəni xx xxxxx 2018-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Zərdab şəhəri Azərbaycan küçəsindəki mağazasına gəlmiş, sonuncu ondan mağazaya borclu olduğu 200 manat 50 qəpik pulunu istədikdə o, borcunu verməyərək, özünü müxbir kimi təqdim edib, Zərərçəkmiş şəxs3 barəsində sosial şəbəkələrdə həmin mağazada istifadə müddəti keçmiş ərzaq mallarının satılması barədə rüsvayedici məlumatlar yayacağı hədəsi ilə Zərərçəkmiş şəxs3 500 manat pul tələb etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi-vəkil İsmayılov Mübariz İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qər arı ilə (hakimlər: İ.H.Şükürov (sədrlik edən və məruzəçi), M.M.Hüseynov və R.Ə.Əliyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: H.Q.Nəsibov (sıdrlik edən və məruzəçi), Ə.S.Seyfəliyev və T.L.Kazımovdan ibarət tərkibdə) Təqsirləndirilən şəxs və onun müdafiəçisi-vəkil Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına qaytarılmışdır. Təqsirləndirilən şəxs və onun müdafiəçisi-vəkil İsmayılov Mübariz İslam oğlu tərəfind ən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən və məruzəçi), R.R.Rəfiyev və M.R.Hüseynov) apellyasiya şikayətləri qismən təmin edilərək, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə baqlı epizodlar xaric edilmiş qalan hissədə hökm dəyişdirilmədən saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi-vəkil Əliyev Emil Namiq oğlu kassasiya şikayətləri verərək həmin qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxı şına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi-vəkil Əliyev Emil Namiq oğlu eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsinin, həm də apellyasiya instansiyası məhkəməsinin iclaslarında verdiyi ifadələrində qeyd etmişdir ki, zərərçəkmiş şəxslərin hər biri ayrıayrılıqda ona qarşı qərəzli olan şəxslərdir. Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərin qanunsuz hərəkətləri barədə müxtəlif dövlət orqanlarına məlumatlar vermişdir. Zərərçəkmiş şəxs3 mağazasında vaxtı ötmüş mallar satdığı üçün sonuncunun bu hərəkətindən müxtəlif orqanlara şikayət etmiş, eyni zamanda sosial şəbəkələrdə bu barədə məlumat yaymışdır. Zərərçəkmiş şəxs3 onun barəsində m əhkəmədə mülki qaydada iddia qaldırmışdır. Lakin Zərərçəkmiş şəxs3 bununla da kifayətlənməyərək onun barəsində qərəzli olaraq polis şöbəsinə şikayət etmişdir. Ən təəccüb doğuran hal odur ki, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi iddia ərizəsində onun Zərərçəkmiş şəxs3 500 manat pul istəməsi ilə bağlı heç bir cümlə də qeyd edilməmişdir. Zərərçəkmiş şəxs6 ilə də Təqsirləndirilən şəxs arasında olan mülki mübahisə ilə bağlı Zərdab Rayon Məhkəməsinin icraatında mülki işə baxılmışdır. Zərərçəkmiş şəxs6 da iddia ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs 5030 manat mənəvi ziyana görə təzminat istəyir. Lakin Zərərçəkmiş şəxs6 iddia ərizəsində Təqsirləndirilən şəxs onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağını deyərək ondan 1000 manat pul tələb etməsi barədə heç bi r məlumat yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs6 qarşı məhkəmədə iddia qaldıraraq şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı Zərərçəkmiş şəxs6 ondan üzr istəməsini tələb etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 qarşı məhkəmədə iddia qaldırdığı üçün o, qərəzli olaraq polis şöbəsinə ərizə yazıb, guya Təqsirləndirilən şəxs onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat pul tələb etməsini qeyd etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 münasibətdə qeyd etmək istəyirik ki, bu şəxslər “xxxx" MMC-yə məxsus apteklərdə işləmişlər. Onların neqativ hərəkətləri barədə Təqsirləndirilən şəxs Səhiyyə Nazirliyinə şikayət etmiş, şikayətlərlə bağlı yerində araşdırma aparılarkən həqi qətən neqativ hallara rast gəlindiyi üçün aptekin fəaliyyəti dayandırılmış, aptekin sahibi Zərərçəkmiş şəxs5 isə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu hallar iş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin xx xxxxx 2018-ci il tarixli 03/3302 saylı məktubu ilə də öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs5 Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanova yazdığı izahatında Təqsirləndirilən şəxs onun barəsində sosial şəbəkələrdə qanunsuz fəaliyyət göstərməsi barədə məlumatlar yayacağı ilə hədələyərək xx xxxxx 2018-ci il tarixdə ondan 1500 manat pul tələb etməsini qeyd etmədiyi halda sonradan, xx xxx 2018- ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə birlikdə Zərdab rayon Polis Şöbəsinə bu məzmunda şikayət etmişlər. Əgər həqiqətən də Təqsirləndirilən şəxs bu şəxslərdən hədə qorxu ilə pul tələb etmişdirsə, onda bu şəxslər niyə xx xxxxx 2018-ci il tarixdə deyil, məhz xx xxx 2018-ci il tarixdə polis şöbəsinə şikayət etmişdirlər, niyə bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanova yazılan izahatda məlumat verməmişlər, əgər bu şəxslərin polis şöbəsinə yazdıqları ərizələrdəki məlumatlar etimad doğuran, dəqiq və qərəzsiz məndən olmuşdursa, niyə polis əməkdaşları xüsusi əməliyyat quraraq video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hədə qorxu yolu ilə zərərçəkmiş şəxslərdən pul alan yerdə ifşa edə bilməmişlər. Hesab edirik ki, apellyasiya instansiya məhkəməsi sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Aşağı instansiya məhkəmələrinin Təqsirləndirilən şəxs Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsində istinad etdiyi sübutlar mötəbər sübut kimi əsaslı şübhələrdən kənar olmamaqla, kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan ibarət olmamış, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlməmişdir. Aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə heç bir əsas olmadan tənqidi yanaşmış və bu yanaşmalarının səbəbləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də kassasiya şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs müdafiəçisi-vəkil Əliyev Emil Namiq oğlunun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətlərinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətlərinə mahiyyət i üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətlərinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkumun və müdafiəçisinin kassasiya şikayətlərində məhkumun əməllərində cinayət təkibinin olmaması, onun təqsirsizliyi barədə irəli sürdüyü dəlillərin tam, hərtərəfli və obyektiv araşdırılmaması səbəbindən apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərk cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi xahiş edilmişdir. Ali Məhkəmənin Cinayət Kollegiyasının cinayət işi üzrə xx xxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, əgər söhbət rüsvayedici məluma tların yayılması hadisəsindən gedirsə, bu məlumatların rüsvayedici məzmunda olmasını, təqsirkarın onları yayacağı ilə zərərçəkmiş şəxsi hədələməsini və bu yolla onun iradəsinə təsir göstərib onun əmlakını, əmlak hüquqlarını ələ keçirmək xeyrinə əmlak xarakterli hərəkətlər etməsinə nail olmaq məqsədi güdməsini ehtiva edir. Yəni baxılan kontekstdə hədə-qorxu ilə tələb etmə cinayəti təqsirkarın zərərçəkmiş şəxsin iradəsini öz iradəsinə tabe etdirmək üçün birbaşa qəsdlə aktiv hərəkətlər etməsini, o cümlədən hədəni formulə edib zərərçəkmiş şəxsin diqqətinə çatdırmasını, məzmun etibarı ilə hədənin gələcəkdə baş verə biləcək aktı (rüsvayedici məlumatların yayılmasını) ehtiva etməsini nəzərdə tutur (maddənin mənasına görə, zərərçəkmiş şəxs üçün arzuolunmaz məlumatların yayılmaq təhlükəsi onu əmlak barədə təqsirkarın iradəsinə uyğun şəkildə davranmağa məcbur edən amil rolunu oynamalıdır). Məhkum Təqsirləndirilən şəxs ifadəsinə görə isə, o heç vaxt zərərçəkmiş şəxslərdən pul, Zərdab rayonu Müşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin direktoru işləyən Zərərçəkmiş şəxs4 isə əmlak xarakterli hərəkətlər etməsini tələb etməmişdir. O, ümumiyyətlə həmin şəxsləri hədələməmiş, bunu etmək niyyətində belə olmamışdır. Çünki o həmin şəxslərin qanunsuz fəaliyyətləri barəsində müxtəlif dövlət orqanlarına rəsmi şəkildə şikayətlər etmiş və yaxud sosial şəbəkələrdə məlumat yaymışdır. Yalnız bundan sonra və məhz qanunsuz fəaliyyət və əməllərindən şikayət etdiyinə, bu barədə sosial şəbəkələrdə məlumat yaydığına görə həmin şəxslər qərəzli şəkildə-guya onun pul və əmlak xarakterli hərəkətlərin yerinə ye tirilməsini tələb etməsi barədə polis orqanına müraciət etmişlər. Baxılan işdə məhkumun digər zərərçəkmiş şəxslər barəsində gətirdiyi dəlillərlə (o cümlədən, pul tələb etməsinə görə deyil, sosial şəbəkələrdə tənqidi materiallar yerləşdirməsinə və rəsmi dövlət orqanlarına zərərçəkmiş qismində tanınmış şəxslərin qanunsuz əməlləri ilə əlaqədar şikayətlər etməsinə görə onların polis orqanına müraciət etmələri barədə iddiası ilə) uzlaşmaqla bu zərərçəkmişlərə aid hissədə də ittihama şübhə salan analoji hallar (gerçəkdən də Təqsirləndirilən şəxs dövlət orqanlarına rəsmi şikayətlər etməsi, dövlət oprqalarına şikayətlər etməsinin və internet şəbəkəsində məlumatlar yerləşdirməsinin hədə-qorxu ilə tələb etmə cinayətlərinin törədildiyi iddia edilən tarixlərdən əvvələ təsadüf etməsi, müxtəlif rayonlar dan olan zərərçəkmiş şəxslərin onların iddialarına görə cinayətlərin çox əvvəl və müxtəlif vaxtlarda törədilməsinə baxmayaraq) təxminən eyni zamanda - 2018-ci ilin 11 və 12 may tarixlərində Zərdab rayon Polis Şöbəsinə müraciət etmələri kimi xüsusatlar mövcuddur. Lakin, Təqsirləndirilən şəxs zərərçəkmiş qismində tanınmış şəxslərin qanunsuz hesab etdiyi fəaliyyət barədə dövlət orqanlarına rəsmi müraciətlərini və bu müraciətlərin qəbul edilib araşdırmaların aparılmasını, araşdırma nəticəsində onun verdiyi bir sıra məlumatların təsdiq olunduğunu əks etdirən (cinayət işinin materialları arasında olan) sənədlər ibtidai istintaqda nəzərə alınmadığı kimi, məhkəmələr tərəfindən də qiymətləndirilməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsinin hökmündə sübutlar sadəcə təsvir edilmiş, Təqsirlən dirilən şəxs gətirdiyi dəlillərlə müqayisə edilmədən (bəziləri, məsələn səs yazısını əks etdirən “CD”-nin məzmunu açıqlanmadan, əslində heç bir hadisənin şahidi olmayan, müstəsna olaraq qeyri-müəyyən mənbədən “eşitdiklərini təkrarlayan” “şahid” Şahid4 ifadəsi-CPM-nin 126.3-cü maddəsinin ziddinə olaraq), ittihamı təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilmiş, apellyasiya instansiyası məhkəməsi də qərarında birinci instansiya məhkəməsinin hökmündə təsvir edilənləri təkrarlamaqla və bunlara ümumi xarakterli mülahizələrini əlavə etməklə kifayətlənmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı qismən məhkəmə istintaqı aparılmaqla keçirilsə də, məhkəmə yalnız Təqsirləndirilən şəxs yenidən dindirmiş, başqa heç bir (birinci instansiya məhkəməsində baxılmış və yaxud yeni) sübu tu bilavasitə tədqiq etməmişdir. Qeyd olunanlar (zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, digər sübutların lazımınca yoxlanılmaması, müdafiə tərəfinin dəlillərinin araşdırılmaması və təqdim etdiyi materiallara baxılmaması, müvafiq olaraq da əks məzmunlu sübutların bir-biri ilə müqayisə edilməməsi, bir sözlə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə istintaqının natamamlığı) məhkumun və onun müdafiəçisinin apellyasiya şikayətlərində Təqsirləndirilən şəxs bəraət verilməsi barədə tələb irəli sürmələri ilə birlikdə götürülməklə apelyasiya məhkəməsindən tam şəkildə məhkəmə istintaqının aparılmasını tələb etsə də, məhkəmə əsassız olaraq bundan imtina etmiş, beləliklə də Cinayət-Prosessual Məcəllənin 8-ci maddəsindən irəli gələn vəzifələri lazımınca yerinə yetirilməmişdir. Məhkə mə kollegiyası hesab edir ki, cinayət işinə yeni apellyasiya baxışında Ali Məhkəmənin xx xxx 2019-cu il tarixli qərarında istinad edilən məsələlər tam, hərtərəfli araşdırılmamışdır. Yeni apellyasiya baxışı iclasında yenidən Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər X7, X4, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X5, Zərərçəkmiş şəxs2, şahidlər Şahid4, X8, Şahid1 dindirilsələr də təqsirləndirilən şəxsin öz təqsirsizliyi barədə irəli sürdüyü dəlillər araşdırılmamışdır. Onun zərərçəkmiş kimi tanınmış şəxslərin qanunsuz hərəkətləri barədə müxtəlif orqanlara şikayətləri üzrə araşdırmaların aparılıb aparılmaması və bu araşdırmaların nəticələri tələb edilib öyrənilməmişdir. Təqsirləndirilən şəxs yalnız zərərçəkmiş şəxslərin şikayətləri əsasında ittiham olunduğundan onların bu şikayətlərinin qərəzl i olub-olmamasının müəyyən edilməsi üçün təqsirləndirilən şəxsin öz təqsirsizliyi üçün irəli sürdüyü bu dəlillərin araşdırılması qanunun tələbinə də uyğundur. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət işinin materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində və birinci instansiya məhkəməsi iclasında öz təqsirsizliyinə dəlalət edən hallar barədə dəlillər irəli sürsə də bu dəlillərin həqiqiliyi yoxlanmamışdır. Təqsirləndirilən şəxsin öz təqsirsizliyi barədə irəli sürdüyü dəlil ləri təkzib edilmədən yalnız ittiham tərəfinin sübutlarına üstünlük verilərək çıxarılmış məhkəmə qərarı Azərbaycan Respublikası CPMnin 21.3-cü maddəsinin tələbinə cavab vermir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 qarşı epizodları üzrə göstərilmişdir ki, Təqsirləndirilən şəxs onlardan Zərdab rayonunun Çallı kəndi ərazisində, Zərdab-Ucar avtomobil yolunun sol kənarında yerləşən “Göl kafe” adlı yeməkxanadakı iş otağına gələrək onunla görüşmələrini tələb etmiş, onlar gəldikdə isə onlardan pul tələb etmişdir. Cinayət işinin 2-ci cildinin 50-ci vərəqində olan müstəntiqin tərtib etdiyi “xxxx” MMCdən alınmış telefon danışıqları barədə diskə baxış keçirilməsi haqqında xx xxxx 2018-ci il tarixli protokolunda göstərilmişdir ki, baxış zamanı müəyyən olundu ki, həqiqətən də xx xxxxx 2018-ci il tarixdə saat 14:46-da Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** nömrəli mobil telefondan Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edilmişdir. Lakin, cinayət işinin materiallarına əlavə edilmiş həmin disk öyrənilərkən müəyyən edilmişdir ki, əvvəllər həmin görüş ərəfəsində Zərərçəkmiş şəxs5 dəfələrlə öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-*****-** nömrəli mobil telefona dəfələrlə zənglər vurmuş: xx xxxx 2018-ci il tarixdə saat 17:50:28 (239 saniyə), həmin gün saat 17:54:44 (7 saniyə), xx xxxxx 2018-ci il tarixdə saat 12:00:46-da (102 saniyə), xx xxxxx 2018-ci il tarixdə saat 15:48:53 (52 saniyə), həmin gün 17:54:59 (66 saniyə), həmin gün 18:41:06 (23 saniyə) və xx.xx.2018-ci il tarixdə saat 00:06:48 (76 saniyə), saat 00:08:17-də (145 saniyə), saat 00:10:51-də (1312 saniyə), saat 00:34:21-də (185 saniyə) və s. danışıqlar aparmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının xx xxxx 2018-ci tarixli rəyi ilə ekspertizaya təqdim edilmiş səs yazısının tədqiqi zamanı müəyyən edilmişdir ki, k-1 diktoru kimi qeyd edilmiş Zərərçəkmiş şəxs5 K-2 (Təqsirləndirilən şəxs ehtimal olunan səsi) diktoru ilə söhbət zamanı bildirir ki, “Fuad dedi ki, belə-belə. Mənə ad çəkmir. Deyir vətəndaşdı sadə vətəndaş. Dedim ə, məni o vətəndaşnan tanış elə sonra sənin nömrəvi verdi”. Bu səs yazısından da görünür ki, Təqsirləndirilən şəxsla telefon danışığının təşəbbüskarı Zərərçəkmiş şəxs5 olmuş və bu məqsədlə X9 Məmmədovun mobil telefon nömrəsini əldə etmişdir. Göstərilən hallar və Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə etdiyi şikayətlər üzrə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 işlədikləri apteklərdə keçirilmiş yoxlamalar zamanı ciddi pozuntuların aşkar edilməsi hallarının onun təqsirsizliyini təsdiq edən hallar olub olmaması ciddi yoxlanılıb hüquqi qiymət verilməlidir. Eləcə də digər zərərçəkmiş qismində tanınmış şəxslərlə Təqsirləndirilən şəxs arasında olmuş məhkəmə çəkişmələrinin nəticələri və onun şikayətləri əsasında keçirilmiş digər yoxlamaların nəticələri də eyni ciddiliklə yoxlanmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin düzgün həlli üçün əvvəla zərərçəkmiş kimi tanınmış şəxslərin üzərinə onların Təqsirləndir ilən şəxs qarşı irəli sürdükləri ittihamı təsdiq edən sübutlar təqdim etmək vəzifəsi düşür. Onların iddialarını təsdiq edən başqa hər hansı sübut olmadıqda və Təqsirləndirilən şəxs özünün təqsirsizliyi barədə irəli sürdüyü zərərçəkmiş kimi tanınmış şəxslərin ona qarşı qərəzli olmaları barədə dəlillərin həqiqiliyi sübut olunduğu təqdirdə zərərçəkmiş kimi tanınmış şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Bundan başqa zərərçəkmiş qismində tanınmış şəxslərin polis orqanlarına eyni vaxtda müraciət etmələrinin səbəbi, onların hərkətlərində qabaqcadan razılaşma və ya sifarişin olub-olmaması dəqiq araşdırılmalı və hüquqi qiymət verilməlidir. Bununla əlaqədar Təqsirləndirilən şəxs dəlillərinin həqiqiliyi də yoxlanılmalıdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, zərərçəkmiş q ismində tanınmış şəxslər polis orqanlarına ərizə verərkən yalan xəbərçilik etməyə və dindirilərkən yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilmişlər. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası xx xxxxxx 2019cu il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi ittihamdan Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə bağlı epizodlar xaric edilmişdir. Lakin məhkəmə kollegiyası həmin zərərçəkmiş qismində tanınmış şəxslərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 296-cı və 297-ci maddələrinin əlamətlərinin olub-olmamasına hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmi n etməlidir. Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxsin öz təqsirsizliyi barədə irəli sürdüyü dəlilləri Azərbaycan Respublikası CPM-nin 143-146-cımaddələrinə uyğun yoxlanılmamış, ittiham tərəfin sübutlarına üstünlük verilmişdir. Bu hallar Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının ləğvetmə əsasları na uyğundur. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya şikayətlərinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci v ə 416.1.2-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarının ləğvetmə əsaslarına uyğun hallar müəyyən edildiyindən kassasiya şikayətləri təmin edilərək qərar ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi-vəkil Əliyev Emil Namiq oğlunun kassasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə y
Məhkəmə qərarları › İş №1(102)-566/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-566/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver