Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-566/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ X22 Qılıcov (sədrlik edən və məruzəçi), X16 və X2 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X9 iştirakı ilə, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü Məhkum Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dek abr 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim X14) xx xxxxxx 1984-cü ildə Quba rayonu, Xaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ildə Quba rayonu, Qonaqkənd qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu İİ Sovxoz yeni tikilidə yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, irəli sürülmüş ittiham üzrə Məhkum təqsirliyi sübuta yetirilmədiyindən, ona bəraət verilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tar ixli hökmü ilə Məhkum təqsirliyi sübuta yetirilmədiyindən, ona bəraət verilmişdir ona görə ki, o, X3 qeyrirəsmi ər-arvad kimi münasibəti olduğu Qazaxıstan Respublikası vətəndaşı X8 tamah məqsədilə qəsdən öldürməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini bilməsinə baxmayaraq bu barədə bilərəkdən müvafiq orqanlara xəbər verməmiş və Cinayət Məcəlləsinin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun müstəntiqi İlham Cəfərzadənin 28 mart 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı ilə X10 özünü öldürdükdən sonra arvadı X15 bildiriş alaraq hüquqi varis qismində tanınmaq istəyini bildirdiyindən hüquqi varis qismində tanınmış, ona Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsində nəzərdə tutlmuş əsasın bəraətverici əsas olmadığı izah edilmiş, Aygün Osmanova qeydin ona aydın olmasını və cinayət təqibinə xitam verilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkum 02 oktyabr 2018-ci il tarixili qərarla Azərbaycan Respublikası CM-nin 39.1.5-ci maddəsinə əsasən barəsində bərayət verici olmayan əsaslarla cinayət təqibinə xitam verilmiş Yusubov Yolçu X1 ilə 28.05.2018-ci il tarixində təyarə ilə Qazaxıstan Respublikasıdan Azərbaycan Respublikasına Bakı şəhərində yerləşən H.Əliyev adına beynəlxalq hava limanına gəldikdən sonra oradan Aygül Atçıbayevanın taksi avtomaşını ilə saat 02:30 radələrində qaynı Məhkum yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz ərazisində yerləşən nömrəsiz fərdi evin yaxınlığına apararaq orada öldürdükdən dərhal sonra bu barədə Məhkum deməsinə baxmayaraq, sonuncu Yolçu Yusubovun xususi ilə ağır cinayət törətməsini bilərək həmin cinayət barəsində məlumat verməmişdir. Hökmdən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum CMin 307.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sabunçu rayon Məhkəməsinin 19 sentyabr 2019-cu il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlilibilinib, qazancının hər ay dövlət nəfinə 20%(iyirmi faiz) pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri ilə cəzalanmış, CM-in 69.3cü maddəsinə əsasən 09 iyun 2018-ci il tarixindən 11 iyun 2018-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün təyin olunmuş islah işləri cəzasının bir gününə üç gün hesabı ilə hesablanaraq ona təyin olunmuş cəzadan çıxılmış və ona qəti olaraq qazancından hər ay dövlət nəfinə 20%(iyirmi faiz) pul tutulmaqla 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün islah işləri cəzası təyin edilmiş, Məhkum cəzaçəkmə müdətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutmaların aparıldığı vaxtdan hesablanmış, apelyasiya protesti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 dekabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə CM-nin 307.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdi r. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkum F.F.Qasımov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mən istər ibtidai istintaq, istərsə də birinci və apellyasiya instansiyası məhkəmələrində dindirilərkən mənə Azərbaycan Respublikası Cinayət Məcəliəsinin 307.1 -ci maddəsi ilə elan edilmiş ittiham üzrə özümü təqsirli bilmədim və ifadəmdə göstərdim ki, Yolçunun yanındakı qadını öldürməsi barədə sözünü ciddi qəbul etmədiyimə görə, mən ondan bunun səbəbini tam soruşmamışdım. Buna görə də Yolçunun nə hadisəsi törətməsini və bunu hansı səbəbdən etməsini mənə məlum deyil. Həmin faktı istintaq orqanı da müəyyən etməmişdir. Bununla bağlı məhkəmə qərarı da yoxdur. Hal-hazırda məni nə üçün məhkəməyə verilməsini başa düşə bilmirəm. Axı mənim nə günahım vardır. Hesab edirəm ki, Yolçunun həmin əməli hansı səbəbdən və nə məqsədlə törətməsi məhkəmə yolu ilə sübuta yetirilməyəcəyi halda mənə qarşı iş ola bilməz. Bununla əlaqədar mənə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə verilmiş ittihamda təqsirliliyim sübuta yetirilmədiyinə görə məhkəmədən bəraət verilməsini xahiş etmişdim. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənə qarşı CM-nin 307.1-ci maddəsi ilə irəli sürülmüş bu ittiham, başqa şəxsin qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmiş ağır və ya xüsusilə ağır cinayət əməli barəsində xəbər verməməsinə əsaslanmalıdır. Həmin maddəsinin dispozisiyasına görə şəxs ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməyə görə cinayət məsuliyyəti daşıyır. İş materiallarından görünür ki, mənim bu cinayət əməlim, 02.10.2018-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən barəmdə bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilmiş X3 xüsusilə ağır cinayət törətməsini bildiyi halda, həmin cinayət barəsində məlumat verməməsindən irəli gəlmişdir. Bu halda isə barəsində bəraətverici olmayan əsaslarla cinayət işinin icraatına xitam verilmiş X3 həqiqətən xüsusilə ağır cinayət törətməsini və bunda onun təqsirliliyini özündə ifadə edən məhkəmə hökmünün olması tələb olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minm iş hökmü yoxdursa, təqsirsiz sayılır.Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Şərh olunanlara əsasən belə nəticəyə gəlməyə olur ki, ibtidai araşdırma zamanı X3 barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə dair Sabunçu rayon prokurorluğunun 28 mart 2019-cu il tarixli qərarın sübut kimi qəbul edilməsi yol verilməzdir. Lakin bütün bunlara baxmayaraq, Bakı Apellyasiya Məhkəməsi birinc i instansiya məhkəməsinin tam qanuni və ədalətli olan bəraət hökmünü ləğv edərək, mənim Azərbaycan Respublikası CM-nin 307.1 -ci maddəsi ilə təqsirliliyim sübuta yetirilmədiyi halda barəmdə əsassız və qanunsuz hökm çıxartmışdır. Qeyd olunanlara əsasən və hal-hazırda mənə Azərbaycan Respublikası CM-nin 307.1 -ci maddəsi ilə elan olunmuş başqasının xüsusilə ağır cinayət əməlini xəbər verməməyə görə təqsirliliyim məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla sübuta yetirilmədiyinə görə, hesab edirəm barəmdə bəraət hökmü çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mənə qarşı CM- nin 307.1 ci maddəsi ilə irəli sürülmüş bu ittiham, başqa şəxsin qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmiş ağır və ya xüsusilə ağır cinayət əməli barəsindəibtidai araşdırma zamanı X4 b arəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-Cİ maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə dair Sabunçu rayon Prokurorluğunun 28 mart 2019-cu il tarixli qərarın sübut kimi qəbul edilməsi yol verilməzdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq mənim barəmdə olan apelyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirim sübuta yetirilmədiyinə görə mənə bəraət verilməsini xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə, Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla apellyasiya məhkəməsinin hökmünün qanuniliyini yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, apellyasiya məhkəməsi ittihamın hansı həcmdə təsdiq edilməsi və əməlin Azərbaycan Respublikası CM-nin hansı maddəsi ilə tövsif edilməli olduğu məsələlərini həll edərkən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına əsaslandığını hökmdə göstərmişdir. Məhkum əməli Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı, həmin tərkiblə tam əhatə olunduğu üçün aprellyasiya məhkəməsi tərəfindən haqlı olaraq həmin maddə ilə tövsif edilmişdir. Apellyasiya məhkəməsinin bunlara dair gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum X26 oğlunun əməlinin düzgün tövsif edilməməsi, Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə tövsif edilməli olduğu iddia olunur və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya şikaətinin həmin dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellyasiya protestində göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsi ndə araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin hökmündə bu dəlillərlə əlaqədar göstərilmişdir ki,.X10 qeyri-rəsmi ər-arvad kimi münasibəti olduğu Qazaxıstan Respublikası vətəndaşı X11 ilə 28 may 2018-ci il tarixdə təyyarə ilə Qazaxıstan Respublikasından Azərbaycan Respublikasına, Bakı şəhərində yerləşən H.Əliyev adına beynəlxalq hava limanına gəldikdən sonra oradan Aygül Atçıbayevanı taksi avtomaşını ilə saat 02:30 radələrində qaynı Məhkum yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, İİ Sovxoz ərazisində yerləşən nömrəsiz fərdi evin yaxınlığına apararaq orada öldürdükdən dərhal sonra bu barədə Məhkum deməsinə baxmayaraq, sonuncu Yolçu Yusubovun xüsusilə ağır cinayət törətməsini bilər ək həmin cinayət barəsində məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmə iclaslarında aparılmış araşdırma zamanı mərhum X5 X13 tərəfindən tamah məqsədilə qəsdən öldürülməsi və bu barədə Məhkum deməsi, lakin sonuncunun baş vermiş xüsusilə ağır cinayət hadisəsini bilib məlumatlı olmasına baxmayaraq həmin cinayət barəsində xəbər verməməsi öz təsdiqini tapmışdır, X6 ölümü ilə bağlı barəsində itihamedici hökmün çıxmaması Məhkum bəraət verilməsi üçün əsas ola bilməz və onun əməli Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi baş vermiş cinayət hadisəsində təqsirləndirilən şəxs Məhkum təqsir liliyi sübuta yetirilmədiyindən ona bəraət verərək hökmdə ona istinad etmişdir ki, barəsində bəraətverici olmayan əsaslarla cinayət işinin icraatına xitam verilmiş X6 həqiqətən xüsusilə ağır cinayət törətməsini və bunda onun təqsirliliyini özündə ifadə edən məhkəmə hökmünün olması tələb olunur. Çünki, Azərbaycan Respublikası Cinayət Proses ual Məcəlləsinin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi X3 barəsində istintaq orqanının 02 oktyabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinəəsasən bəraətveri ci olmayan əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərardan X6 arvadı X15 məhkəmə nəzarəti qaydasında şikayət vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarı ilə Sabunçu rayon prokurorluğunun 02 dekabr 2018-ci il tarixli qərarı ləğv olunmuş və əlavə araşdırma aparılması üçün Sabunçu rayon prokurorluğuna qaytarılmışdır. Bundan sonra Sabunçu rayon prokurorluğunun 28 mart 2019-cu il tarixli qərarı ilə X3 barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum ittiham olunduğu həmin cinayət əməlinin X13 adlı şəxsin ehtimal olunan xüsusilə ağır cinayəti törətməsini xəbər verməməsindən irə li gəlməsi halına hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, Y.Yusubovun ehtimal olunan xüsusilə ağır cinayət əməlini törətməsi məhkəmə hökmü ilə öz təsdiqini tapmadığına görə, Məhkum başqasının hansısa xüsusilə ağır cinayət əməlini xəbər verməməyə görə təqsirli hesab oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-cı maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2 və 125.2.7-ci maddələrinə əsasən isə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmi r. Qeyd olunan normanın tələbinə əsasən iş üzrə ibtidai araşdırma zamanı X6 barəsində olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə dair Sabunçu rayon prokurorluğunun 28 mart 2019-cu il tarixli qərarı təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülən ittihamın əsasını təşkil edə bilməzdi. Məhkəmə kollegiyası birinci instansiüya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspert rəyləri məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının “təqsirsi zlik prezumpsiyası”ndan bəhs edən 63-cü maddəsinə əsasən isə “hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir”. Bundan əlavə, İnsan hüquqlarının və X7 Haqqında Konvensiyanın “ədalətli məhkəmə araşdırması hüququ”ndan və “qanunsuz cəzalandırılmamaq”dan bəhs edən müddəalarına əsasən “cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir” (mad.6). “Heç k əsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz” (mad 7). Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyində də birbaşa göstərilir ki, «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür» (CPM, mad. 21.3). Göründüyü kimi, apellyasiya məhkəməsinin iş üzrə mövqeyinin (gəldiyi nəticənin) qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən aşağıdakı normaların tələblərinə də əsaslanır: Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinin tələblərinə görə isə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qəd ər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kassasiya şikayətində bir sıra cinayət prosessual qanunvericiliyinin normalarına istinad edilərək, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi ilə də heç bir ziddiyyət təşkil etmir. Odur ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar, o cümlədən protestdə və şikayətdə istinad edilmiş Azərbaycan Respublikası CPM-nin 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulan hallar iş üzrə mövcud olmadığından apellyasiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2019-cu il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanıl
Məhkəmə qərarları › İş №1(102)-566/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-566/2021
05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver