Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-566/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Zalıyev Mayıs Mayıl oğlunun iştirakları ilə xx xxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 1(103)-1631/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Verdiktum” Vəkil Bürosunun vəkili Zalıyev Mayıs Mayıl oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2024-cü il tarixli 1(101)-180/2024 nömrəli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən), A.H.Əliyeva və V.E.Quliyev) Məhkum – Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 5 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 1(103)-1631/2024 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.F.İbrahimov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 01 oktyabr 2022-ci il tarixdə səhər saat 10 radələrində idarə etdiyi “Opel” markalı **-BO-*** dövl ət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində “İnşaatçılar” metrostansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı **-AR*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yol ayrıcında onun qarşısına çıxıb hərəkətinə mane olduğu üçün aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalayiq ifadələrlə təhqir edərək ərazidən uzaqlaşmasından sonra Zərərçəkmiş şəxs təqib etmək imkanı olmamış, 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində “Turbo.az” internet səhifəsində satışda olan avtomobillərə baxarkən Zərərçəkmiş şəxs istifadəsində olmuş həmin avtomobilin satışda olmasını gördükdə sonuncunun üç gün əvvəl şəxsi münasibətlərin pozulması zəminində onu nalayiq ifadələrlə təhqir etmə si səbəbindən qərəzli münasibət fonunda qisas almaq niyyəti Zərərçəkmiş şəxs elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng edərək avtomobilə baxmaq adı ilə görüş təyin etmiş, həmin gün Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra saat 21:30 radələrində Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küçəsi, 74 saylı binanın qarşısına gətirib qisas almaq məqsədilə niyyətini həyata keçirmək üçün üzərində olan məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs çoxsaylı zərbələr vuraraq insan həyatı üçün təhlükəli olan, xəsarət yetirildiyi andan ölümünə səbəb ola biləcək həyati əhəmiyyət kəsb edən orqanların yerləşdiyi istiqamət üzrə döş qəfəsinin sol yarısının ön səthində döş sümüyü yanı xətt üzrə V qabırğa proyeksiyası səviyyəsində bir ədəd sol döş boşluğuna nüfuz edən və döş qəfəsinin sağ yarısının arxa səthi ndə onurğayam xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində bir ədəd sağ döş boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, burun nahiyəsində bir ədəd, sağ qulaqarxası nahiyədə bir ədəd, sağ təpə nahiyəsində bir ədəd, sol təpə nahiyədə iki ədəd, sol körpücüküstü nahiyədə bir ədəd, sol bazunun yuxarı 1/3-nin ön səthində üç ədəd, sol bazunun yuxarı 1/3-nin bayır səthində dörd ədəd, sol kürək nahiyəsində daxilə nüfuz etməyən üç ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sol yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ə dəd, döş qəfəsinin sol yarısının arxa səthində kürək xətt üzrə X qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən iki ədəd, döş qəfəsinin sol yarısının yan səthində arxa qoltuqaltı xətt üzrə Vİİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə İİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, döş qəfəsinin sağ yarısının arxa səthində onurğayanı xətt üzrə Vİİ qabırğa proyeksiyası səviyyəsində daxilə nüfuz etməyən bir ədəd, sol bel nahiyəsində iki ədəd, sol budun yuxarı 1/3-nin bayır səthində bir ədəd deşilmiş kəsilmiş yarası kimi dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, lakin sonuncu vax tında Mərkəzi Klinikaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən qəsdən adam öldürməyə yönəlmiş cinayət əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni, qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və Məhkum əməlinin CM-in 29, 120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və həmin Məcəllənin 62 və ya 70-ci maddələrini tətbiq etməklə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin olunması barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum əməli CM-nin 29,120.1-ci maddəsinə düzgün tövsif edilməmişdir. Belə ki, işin faktiki hallarından görünür ki, Məhkum idarə etdiyi avtomobillə Bakı metropoliteninin İnşaatçılar stansiyası yaxınlığında hərəkətdə olarkən həmin vaxt eyni istiqamətdə hərəkətdə olan qara rəngli “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobil yol ayrıcında qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmışdır. O, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, həmin avtomobili idarə edən cavan oğlan ünvanına nalayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Avtomobilin arxasınca çata bilməmiş və avtomobil gözdən itmişdir. Buna baxmayaraq həmin avtomobilin nömrəsi onun yadında qalmışdır. “Turbo.az” saytında satışda olan avtomobillərə baxarkən təsa düfən bir neçə gün əvvəl ünvanına çox ağır nalayiq ana söyüşləri söymüş sürücünün idarə etdiyi “BMW X5” markalı ** AR *** dövlət qeydiyyatlı avtomobilin satışda olmasını görmüşdür. O, saytda avtomobili satışa qoyan Asim adlı şəxsin hazırda mobil telefon nömrəsinə zəng edib avtomobili almaq istədiyini, bunun üçün həm özü, həm də ağsaqqal atasının avtomobilə baxmalı olmasını demişdir. Həmin şəxs heç bir problem olmadığını, hara desə gələ biləcəyini bildirmişdir. O Asimə maşın almaq istədiyini demişdir. Asimlə kafenin yanında görüşmüşlər. Asimin yanında heç kim olmamışdır. Bundan sonra o, maşına göz gəzdirmiş və bir dəfə Asimlə birlikdə avtomobili kafenin ətrafında sürmüşdür. Bütün bunları Asimə özünü həqiqətən avtomobili almağına inandırmaq üçün etmişdir. O, Asimdən avtomobilə təkrar baxmaq üçün vaxtı olub-olmamasını soruşmuş, Asim də 3040 dəqiqə sonra kafedən çıxacağını bildirmişdir. Onlar razılaşmış və ona WhatsApp proqramı vasitəsilə «konum atacağım» və həmin yerdə gözləyəcəyimi, avtomobilə atasının da baxmalı olduğunu demişdir. Bir saatdan sonra Asimə «konum atmış Asim də məhlələrinə gəlmiş, aralarında anlaşılmazlıq yaranmışdır. O gələndə yanında dostları olmuş, həmin anda Asimə həmin hadisə barədə bildirməyini xatırlamır, anlaşılmazlıq nəticəsində onu bıçaqlamış, onları ayıran olmamışdır, bıçağı həmin gün götürmüşdür, Asimi qorxutmaq istəmişdir, Asimə zərbə vurarkən bıçağın dəstəyindən yox, tiyəsinin ucundan tutmuşdur ki, bıçaq Asimə dərin girməsin, onun Asimi öldürmək niyyəti olmamışdır, öldürmək istəsəydi sonuncunu maşında öldürərdi. İş üzrə keçirilmiş ekspertiza rəylə rindən görünür ki, zərərçəkmiş şəxsə çox saylı zərərçəkmiş öldürmək fikrində olmuşdur. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər iki xəsarətlər ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olsa da həyat üçün vacib olan heç bir orqanları zədələməmişdir, həmin xəsarətlər yalnız daxilə nüfuz etmişdir. Göründüyü kimi, hadisə təqsirləndirlən şəxs Məhkum idarə etdiyi avtomobili zərərçəkmiş şəxs tərəfindən idarə olunan avtomobil yol ayrıcın da qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmış, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etdikdə, zərərçəkmiş şəxs onun ünvanına nalayiq ana söyüşünü söymüş və avtomobili sürətlə hərəkət etdirib oradan uzaqlaşmışdır. Yəni bu hadisəyə səbəb zərərçəkmişin qanunsuz və əxlaqsız hərəkətləri olmuş, cinayət əməli zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında baş vermişdir. Bu hadisənin baş verməsinə zərərçəkmiş şəxs təşəbbüs göstərmiş və təqsirləndirilən şəxsin ünvanına nalayiq ana söyüşü söymüşdür. Məhkum Zərərçəkmiş şəxs qorxutmaq və cəzalandırmaq məqsədi ilə bıçaqla vurmuş, onu öldürmək niyyəti olmamışdır. Həqiqətən təqsirləndirilənin zərərçəkmişi öldürmək niyyəti olsaydı avtomobildə və ya elə hadisə yerində niyyətini həyata keçirə bilərdi. Çünki, hadisə yerində onun hərəkətlərinin qarşısını alan və ya ona mane olan olmamışdır. Qeyd edilənlərdən də görünür ki, təqsirləndirilən Məhkum ifadəsi həqiqəti əks etdirir. Cinayət işinin faktiki hallarından da məlum olur ki, həqiqətən Ələddin zərərçəkmişi etdiyi qanunsuz və əxlaqsız hərəkətlərinə görə sadəcə cəzalandırmaq istəmişdir. Təqsirləndirilənin qəsdən törədilən cinayət əməli üzrə niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməmişdir. Zərərçəkmişə yetirilən xəsarətlərin lokalizasiyası və xəsarətlərin ikisi daxilə keçsə də daxili orqanları zədələməməsi də qeyd etdikləmizi sübut edir. Lakin məhkəmə bu kimi xüsusatları nəzərə almamışdır. Məhkum zərərçəkmiş şəxs tərəfindən idarə etdiyi avtomobil yol ayrıcında Məhkum idarə etdiyi avtomobilin qarşısına çıxıb avtomobilini yol kənarına sıxışdırmış, həmin sürücüyə səs siqnalı verib nə etdiyini əli ilə işarə etməsinə iradının bildirmiş, daha sonra zərərçəkmiş şəxs onun ünvanına nalayiq ana söyüşünü söyərək əxlaqsız hərəkət etməsi nə ibtidai istintaq orqanı, nə də birinci instansiya məhkə məsi qiymət verməmişdir. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi M.Zalıyevin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasə n kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiy asının 2 oktyabr 2024-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-566/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-566/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver