Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-567/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun, Zərərçəkmiş şəxs 1, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs1 nümayəndələri - Bakı şəhəri 18 say lı vəkil bürosunun vəkilləri Ağazadə İlkin İlqar oğlu və Məmmədzadə Əkbər Yusif oğlu, Məhkum - Məhkum1, Müdafiəçi - Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Tağıyev Beyrək Qurban oğlunun iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə bəraət verilmiş, həmin Məcəllənin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə və məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə qapalı məhkəmə iclasında baxaraq M ÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Nuriyev Xamməd Abış oğlu, hakimlər Quliyev Nizami Fərzi oğlu, Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) xx xxxxxx 1993-cü ildə Beyləqan rayonu Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Əhmədli kəndində yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 29,150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-nin 29,150.3.3-cü maddəsi ilə 10 (on) il müddətə, CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə 05 (beş) il müddətə, CM-nin 66.3-cü nə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə, cəzasını ciddi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1989-cu ildə Beyləqan rayonu, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 29,150.3.3, 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CM-nin 29,150.3.3-cü maddəsi ilə 10 (on) il müddətə, CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə 05 (beş) il müddətə, CM-nin 66.3-cü nə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq, 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkum1 və onun müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu, Məhkum2 müdafiəçisi Mədətov Asif Hükümalı oğlu, Məhkum1 və Məhkum2 digər müdafiəçisi Rüstəmov Fəxri Sərvaz oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim İ.H.Əhmədov, hakimlər R.M.Cəfərov və F.K.Soltanovdan ibarət tərkibdə) xx xxxxxx 2019cu il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, Məhkum1 və Məhkum2 CM-nin 29, 150.3.3-cü maddələri ilə təqsirli bilinərək onlara həmin maddələrlə cəza təyin edilməsinə dair müddəalar, Məhkum1 və Məhkum2 CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməsin ə dair və Məhkum1 və Məhkum2 onlara təyin edilmiş cəzaları ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmələrinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum1 CM-nin 29, 150.3.3-cü maddələri ilə əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Məhkum1 CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkum2 CM-nin 29, 150.3.3-cü maddəsi ilə əməlinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, Məhkum2 CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə və məhkumların müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum1 və Məhkum2 özgənin əmlakını açıq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xx xxxx 2017-ci il tarixdə saat 17:30 radələrində hər ikisi sərxoş vəziyyətdə olmaqla həmkəndliləri Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə yaşadığı evin ikinci mərtəbəsində yerləşən, yaşayış sahəsi olan yataq otağına qanunsuz olaraq girmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 otaqda cizgi filminə baxan oğlu, xx xxxx 2008-ci ildə doğulmuş Zərərç əkmiş şəxs1 anası Zərərçəkmiş şəxs2 məxsus pulun yerini soruşmuşlar. Zərərçəkmiş şəxs1 pulun yerini bilmədiyini dedikdə Məhkum1 əli ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ alt göz qapağı, üst dodağın selikli qişası, boynunun arxa səthində, sol çiyin qurşağında, sol kürək nahiyəsində, sol kürəkaltı nahiyədə qançır, belin sol tış səthində, sol bazuda və sol sağrı nahiyələrində qançırlardan ibarət olan, həyat və sağlamlıq üçün təhlükəli olmayan xəsarətlər yetirib, zor tətbiq edərək Zərərçəkmiş şəxs1 gözü qarşısında otaqda yerləşən servantda olan çaydanın içərisindən birgə niyyətlə Zərərçəkmiş şəxs2 məxsus 3170 manat pulu və 1100 manat dəyərində 28 qram çəkidə, “buruq-buruq” formalı qızıl qadın boyunbağısını açıq yolla talayaraq, ümumilikdə zərərçəkmiş şəxs Zərər çəkmiş şəxs2 4270 manat məbləğində maddi ziyan vurmaqla birgə soyğunçuluq etmişlər. Bundan başqa, Məhkum1 və Məhkum2 həmin vaxt xx xxxx 2008-ci il təvəllüdlü, onlar üçün aşkar surətdə ön dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 yaşadığı evdə tək qalmaqla köməksiz vəziyyətindən istifadə edərək ona qarşı uşaqbazlıq etmək niyyətinə düşmüş və hər ikisi bu barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup halında cinayət əlaqəsinə girmişlər. Bu niyyətlərini həyata keçirmək üçün əvvəlcə Məhkum2 Zərərçəkmiş şəxs1 “səni eləsəm, anana deməzsən?” sualını vermiş, azyaşlı Zərərçəkmiş şəxs1 ağlayaraq ona qarşı seksual hərəkətlər etməmələrini xahiş etmişdir. Lakin Məhkum1 və Məhkum2 buna məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 qarşı uşaqbazlıq hərəkətlərini həyata keçirmək üçün onu tutmaq istədikdə Zərərçəkmiş şəxs1 evin eyvanına qaçıb onların əlindən qurtarmaq istəmiş, sonra isə həyətə düşərək, küçəyə qaçıb uzaqlaşmağa can atmış, lakin Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 həyətin ortasında tutmuş, zor tətbiq edərək dizi və əlləri üstə torpağa oturtmuşlar. Məhkum2 Zərərçəkmiş şəxs1 əynindəki şortiki və alt tumanını dizlərinə qədər aşağı çəkmiş, Məhkum1 isə Zərərçəkmiş şəxs1 başından tutaraq onu tərpənməyə qoymamış və bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət və ağrı yetirmiş, bundan istifadə edən Məhkum2 öz şalvarını və alt paltarını aşağı çəkərək Zərərçəkmiş şəxs1 arxa keçəcəyinə daxil etmək üçün öz orqanını çıxararkən, Zərərçəkmiş şəxs1 qışqırmasını eşidib köməyə gələn qonşu X1 qışqırıb onları gördüyünü deməsinə, Şahin Bayramovu buraxmalarını tələb etməsinə görə Məhkum1 və Məhkum2 b ilavasitə cinayət törətməyə yönəlmiş əməllərini öz iradələrindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək onlar üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı köməksiz vəziyyətindən istifadə etməklə və zor tədbiq edərək uşaqbazlıq etməyə birgə cəhd etmişlər. KASSASİYA PROTESTİNİN, KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum1 və Məhkum2 törətmiş olduqları cinayət əməllərini etiraf etməsələr də, onların cinayət əməlləri məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi cinayət təq ibi ilə bağlı mühüm əhəmiyyətə malik olan iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, onları biri-biri ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv təhlil edib hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxs2 yaşayış sahəsi hesab olunan evinə qanunsuz olaraq girməklə, həmin vaxt zərərçəkmiş şəxsin evdə olan azyaşlı oğlu Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edərək 3170 manat məbləğində pulu və 1100 manat dəyərində 28 qram çəkidə qızıl qadın boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirmələri, eyni zamanda onlar üçün aşkar surətdə on dörd yaşı t amam olmayan Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə etməklə və zor tədbiq etməklə ona qarşı uşaqbazlıq etməyə cəhd etmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. İş materialarından görünür ki, hər iki məhkumun vermiş olduqları ifadələri arasında da ziddiyətli məqamlar vardır. Belə ki, Məhkum2 özünü müdafiə məqsədi ilə bir-birini təkzib edən ifadələr verməklə ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan digər ifadəsində xx xxxx 2017-ci il tarixdə saat 15 radələrində Məhkum1lə birlikdə toy məclisindən çıxaraq çimmək üçün Zərərçəkmiş şəxs2 evinin qarşı tərəfindən keçən su arxına getdiklərini, lakin çimmədən Məhkum1dən ayrılıb ev lərinə getdiyini, sonra yenidən toy məclisinə qayıtdığını göstərmişdir. Məhkum1 isə digər ifadəsində xx xxxx 2017-ci il tarixdə saat 16 radələrində toy məclisindən çıxdığını, birbaşa evlərinə getdiyini, toyda qarpız yediyi üçün zəhərləndiyini və evdə olduğunu, növbəti gün Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etməsini bildiyini göstərmişdir. Göründüyü kimi, hər iki məhkumun ifadələrində qeyd etdikləri, yəni Zərərçəkmiş şəxs2 oğluna qarşı seksual xarakterli zorakı hərəkətlər etməmələri, hadisə baş verən günü sonuncunun evinin yanından axan çayda çimməyə getmələrini, daha sonra ifadələrində Məhkum1 Zərərçəkmiş şəxs2 ilə cinsi əlaqədə olmaq məqsədi ilə sonuncu ilə birlikdə evlərinə getmələri və həmin vaxtı Məhkum2 də Zərərçəkmiş şəxs2 evinin qarşısında gözətçilik etməsi ilə bağlı ifadələri özünümüdafiə xarakteri daşıyır və iş materilları ilə tam təkzib edilir. İş üzrə yaranmış zərurətlə əlaqədar məhkəmə kollegiyası hadisə baş verən gün Məhkum1 və Məhkum2 iştirak etdikləri toyu fıksasiya edən vedeokasetin alınması üçün qərar qəbul etmiş, lakin qərar icrasız qalmış, bundan sonra zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 həmin toyu əks etdirən 4 ədəd diski məhkəməyə könüllü şəkildə təqdim etmişdir. Həmin disklərə baxış zamanı çəkilişdə saat və dəqiqə məlumatlarının olmamasına baxmayaraq hər 20-25 dəqiqədən bir ekranda xx.xx.2019 tarixi və günün saatı barədə məlumat görünərək bir neçə saniyədən sonra silinməsi müəyyən edilmış, məhkəmə kolegiyası həmin videoçəkilişin tamlığına və reallığı əks etdirməsinə şübhəli yanaşsa da, lakin bununla bağlı müvafiq ekspertizanın keçirilməsinə zəru rət duymamış, nəticə etibarı ilə, həmin şübhəli videogörüntülərə istinad etməklə Məhkum1a və Məhkum2 CM-nin 29, 150.3.3-cu maddəsi ilə bəraət vermişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi Tağıyev Beyrək Qurban oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hökmdə qeyd olunanlar, ibtidai istintaq və məhkəmə istintaqı zamanı heç bir sübutla öz təsdiqini tapmamış, əksinə əsassız olaraq kimi tanınan Zərərçəkmiş şəxs2 və şahid kimi dindirilmiş X1 ibtidai istintaqda verdiyi ifadələrə zidd olan ifadələr verməklə bu şəxslər tərəfindən həmkəndliləri Məhkum1 və Məhkum2 qarşı şər və böhtan olduğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Bu məsələ birinci instansiya məhkəməsi tərəfindən heç bir qiymət verməzkən apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verilərək zərərçəkmişlərin ifadələrinin şər-böhtan xarakterli olması təsdiq olunmuşdur. Bundan başqa, həm Zərərçəkmiş şəxs2 diqtəsi və təsiri altında ifadə vermiş zərərçəkmiş azyaşlı Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı zamanı danışarkən, başına gəlmiş hadisə barədə deyil hansısa kağız üzərində yazılmış yazını oxuyurmuş kimi ifadə vermişdir. Məhkəmə iclası zamanı azyaşlı Zərərçəkmiş şəxs1 danışarkən anası Zərərçəkmiş şəxs2 tərəfindən dəfələrlə müdaxilə olunaraq uşağı ibtidai-istintaqda yazıldığı kimi danışmağa yönləndirilməsi hallarına nə istintaq, nə də ki, birinci instansiya məhkəməsi tərəfindən əhəmiyy ət verilməmişdir. Bu halda apelyasiya məhkəməsinin qərarında öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs2 xx xxxx 2017-ci il tarixdə hadisə barədə Beyləqan Polis İdarəsinə şikayət edərkən guya baş vermiş hadisənin bir başa şahidi özü olduğunu və təsvir etdiyi hadisənin onun gözü qarşısında baş verdiyini bildirmişdir. Belə ki, iş materiallarından görünür ki Zərərçəkmiş şəxs2 ilk ifadəsində özünə məxsus yaşayış evinin yataq otağında Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmaq istədiyini görmüş və onun müdaxiləsindən sonra Məhkum1 və Məhkum2 öz əməlini başa çatdıra bilmədiklərini göstərmişdir. Bundan başqa azyaşlı Zərərçəkmiş şəxs1 ifadəsində hadisəyə anasının şahid olduğu qeyd edilmiş və Zərərçəkmiş şəxs1 ifadəsi anası Zərərçəkmiş şəxs2 verdiyi ifadəyə uyğunlaşdırılmışdır. Altı ayd an sonra təqsirləndirilən şəxslərlə düşmənçilik münasibətlərində olan və bu işə qədər dəfələrlə Beyləqan Rayon Polis İdarəsinə təqsirləndirilən şəxslərdən hasar və ya torpaq sahəsi üstündə şikayətlər etmiş qonşu X1 şahid qismində işə cəlb olunmuşdur. İlk dəfə Zərərçəkmiş şəxs2 tərəfindən hadisənin şahidi kimi verdiyi ifadələr X1 ifadələri kimi qeyd olunaraq, iş üzrə sübut kimi qiymətləndirilmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 və azyaşlı Zərərçəkmiş şəxs1 ifadələri dəyişmiş və şahid X1 ifadələrinə uyğunlaşdırılmışdır. Lakin məhkəmə öz hökmündə təqsirləndirilən şəxslərin əvvəlki ifadələrinin dəyişməsi barədə qeyd etsə də, zərərçəkmişlərin ilkin verdiyi ifadələrinin istintaq zamanı dəyişdirilməsinə münasibət bildirməmişlər. Ümumiyyətlə, birinci instansiyası məhkəmə istintaqı zamanı zərərçəkm işlərin və şahidlərin verdikləri ziddiyyətli ifadələrə diqqət yetirilməmiş və ittiham aktında göstərilən ifadələr olduğu kimi hökmə əks olunmuşdur. Bütün bu məsələlər apelyasiya məhkəməsində öz təsdiqini tapmış, faktiki olaraq cinayət hadisəsinin olmaması təsdiqlənmişdir. Şəxslərin üzərinə qanunsuz olaraq qoyulmuş maddələrdən CM 29,150.3.3 maddəsi üzrə əsaslı şəkildə bəraət vermişdir. Lakin cinayət hadisəsinin olmadığı apellyasiya instansiyasında sübut olunsa da, CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri əsasız şəkildə şəxslərin üzərində saxlanılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirməklə Məhkum2 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2 nümayəndəsi Ağazadə İlkin İlqar oğlu ilə birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən işin hərtərəfli vətam araşdırılmasında qərəzli mövqe tutmuş, hansı yollarla əldə ediliyi bilinməyən sübutlar əsasında qanunsuz hökm çıxarmışdır. Apellyasiya Məhkəməsi hökmdə birinci instansiya məhkəməsinin gəldiyi qanuni nəticənişübhə altına alaraq göstərmişdir ki,“İşdən belə görünür ki, birinci instansiya məhkəməsi Məhkum1 və Məhkum2 qarşı irəli sürülmüş ittihamı həll edərkən sübut kimi yalnız şahidlər X1 və Zərərçəkmiş şəxs2 və azyaşlı Zərərçəkmiş şəxs1 ifadələrinə və beləliklə də işdə olan sübutlar arasından yalnız ittiham tərəfinin xeyrinə olan sübutları sübut kimi qəbul etmiş, bu “şahidlərin “ hadisənin mexanizmi, baş vermə yeri və vaxtı, digər təfsilatları barədə müxtəlif vaxtlarda müxtəlif izahat və ifadələr verməsi ilə yaranmış ziddiyyəti aydınlaşdırmağa cəhd belə göstərməmiş və bu işdə heç bir ziddiyyət müəyyən etməmişdir.” Lakin təqsirləndirilən şəxslərin işin gedişatında vermiş olduqları tam fərqli ifadələrə heç bir münasibət bildirməmişdir. Sanki belə bir məsələ mövcud deyilmiş kimi, bu məsələlərin üzərindən keçmişdir. Apellyasiya məhkəməsinin bu işdə hansı dərəcədə maraqlı olmasını bir cümlə ilə də ortaya çıxarmaq mümkündür:“Hadisədən 3 ay keçdikdən sonra təqsirləndirilən şəxslərlə düşmənçilik münasibətlərində olan və bu hadisəyə qədər dəfələrlə Beyləqan rayon Polis şöbəsinə təqsirləndirilən şəxslərdən hasar və ya torpaq sahəsi üstündə şikayətlər etmiş qonşu X1 şahid q ismində ortaya çıxır.” Bu cür ifadə tərzi belə bir məhkəmə üçün zərərlidir. Apellyasiya məhkəməsinin bu işlə bağlı hökmündə qeyd olunanlar başdan sona qədər bu işlə bağlı əlaqəli olan şəxslərə qarşı irəli sürülən ittihamlarla doludur. Apellyasiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxslərin davamlı olaraq ifadələrini dəyişərək fərqli ifadələr verməsi isə belə qəbul olunur: “İş elə gətirir ki, istintaqın gedişində Məhkum1 və Məhkum2 ifadələri də dəyişmiş, onlar məhkəmə baxışınadək və məhkəmə baxışında həmçinin apelyasiya baxışında da kiçik fərqlərlə və istisnalarla elə bu məzmunda ifadələr vermişlər. Məhkəmə isə təqsirləndirilən şəxslərin əvvəlki ifadələrini dəyişmələrini, ona görə də hazırkı ifadələrinin özünü müdafiə xarakteri daşımasını hesab edərək sübut kimi qəbul etməsə də, zərərç əkmiş şəxslərin ilkin verdikləri ifadələrinin istintaq zamanı dəyişdirilməsinə münasibət bildirməmiş və bu ziddiyyətin aradan qaldırılması üçün müdafiə tərəfindən verilmiş əlavə şahidlərin dindirilməsi barədə vəsatətləri təmin etməmişdir.” Məhkəmənin qərəzini təkcə iş materialları ilə görmək deyil, həmçinin bütün hökmdə verilən ifadə tərzində aydın şəkildə görmək mümkündür.Zərərçəkmiş şəxs1 hadisəni olduğu kimi deməsini əzbər kimi qələmə almış apellyasiya məhkəməsi, digər çaşdırıcı suallar verməklə qəsdli şəkildə müdafiə tərəfinin mövqeyinə xidmət etmək naminə əlindən gələni etmişdir. Uşağın üzərinə qışqıraraq ona psixoloji təsir göstərməyə çalışmış, verilməyən cavabları da onun adından məhkəmə hökmünə qeyd etmişdir. Halbuki nə psixoloq, nə müəllim onun ifadəsində iştirak etməmişdir.Ona görə də uşağın hansı gərgin psixoloji vəziyyətdə olmasını anlamamaq mümkün deyil. Toyun video çəkilişi ilə bağlı isə qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilən hazırda toy sahiblərindən də əldə edilmiş CD disklərdə heç bir saat və dəqiqə mövcud deyil. İlk dəfə baxış keçirilən zaman heç bir saat və dəqiqə müəyyən edilməməsinə baxmayaraq sonradan müəmmalı şəkildə toyun video görüntüsndə saat və dəqiqə peyda olmuşdur. Apellyasiya məhkəməsinin qeyd etdiklərinə nəzərən həmin videoçəkilişə təkrarən və dəqiqliklə baxılması zəruridir. Həmin tarix və saatın hansı formada orada mövcudiyyətini, eyni zamanda tutaqki var idisə, o saatın real vaxt rejimi ilə uyğunlaşıbuyğunlaşmaması yoxlanılmamışdır. Video görüntü ilə bağlı qeyd etdiyi məsələlər tamamilə uydurma, yalnızca öz mülahiz əsinə əsaslanan nüanslardır ki, həmin video görüntülərə baxdıqda məhkəmənin necə qərəzli olmasını görmək mümkündür. Eynilə ekspertizaya təqdim olunan geyimlərin eyni geyimlərin olmasını bildirməsi də buna bir nümunədir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək cinayət işində olan sübutların qiymətləndirilməsi haqqında qərardan gö rünür ki, ibtidai istintaq orqanı Zərərçəkmiş şəxs2, X1, Zərərçəkmiş şəxs1 hadisə baş verdiyi vaxtdan keçən müddət ərzində verdikləri izahat və ifadələrin sübutlar siyahısından çıxarılması barədə qərar qəbul etdiyini, Məhkum1 və Məhkum2 törətmiş olduqları cinayət əməllərini etiraf etməsələr də, onların cinayət əməlləri məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirildiyini bildirib, kassasiya protesti və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin kassasiya şikayətinin təmin olunmasını, məhkumların müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi R.M.Bayramov a çıxış edərək, onun oğluna qarşı Məhkum1 və Məhkum2 tərəfindən seksual xarakterli zorakı cinayət törədilməsi niyyətində olduqlarını, övladının adına ləkə saldıqlarını, apellyasiya məhkəməsi tərəfindən ədalətsiz qərar qəbul olunduğunu, kassasiya şikayəti və kassasiya protestinin təmin olunmasını, məhkumların müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi Ə.Y.Məmmədzadə çıxış edərək, məhkumların verdikləri ifadələr arasında çoxlu ziddiyətlərin olmasına baxmayaraq məhkəmələrin onlara inanmaq qənaətinə gəldiyini, halbuki onların cinayət əməlləri məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutla rla kifayət qədər sübuta yetirildiyini bildirib, kassasiya protesti və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını, məhkumların müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi İ.İ.Ağazadə çıxış edərək, Zərərçəkmiş şəxs2 ilə birlikdə verdiyi kassasiya şikayətini müdafiə etdiyini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının məhkumlar Məhkum1 və Məhkum2 CM-nin 29,150.3.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv olunmasını, kassasiya protestinin təmin olunmasını, məhkumların müdafiəçisi B.Q.Tağıyev tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Kassasiya məhkəmə baxışında müdafiəçi B.Q.Tağıyev çıxış edərək, zərərçəkmiş şəxsin və şahidlərin verdikləri ifadələr ibtidai istintaq və məhkəmə istintaqı zamanı heç bir sübutla öz təsdiqini tapmadığını, əksinə olaraq zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs2 və şahid kimi dindirilmiş X1 ibtidai istintaqda verdiyi ifadələrə zidd olan ifadələr verməklə bu şəxslər tərəfindən həmkəndliləri Məhkum1 və Məhkum2 qarşı şər və böhtan olduğu məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığını bildirib, kassasiya protestinin əsassız olduğunundan onun təmin olunmamasını, həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi İ.İ.Ağazadə ilə birlikdə verdiyi kassasiya şikayətinin təmin olunmamasını, özü tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya məhkəmə baxışında Məhkum1 çıxış ed ərək, müdafiəçi B.Q.Tağıyevin mövqeyi ilə razı olduğunu, kassasiya protestinin əsassız olduğunundan onun təmin olunmamasını, həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin İ.İ.Ağazadə ilə birlikdə verdiyi kassasiya şikayətinin təmin olunmamasını və müdafiəçisinin kassasiya şıkayətinin təmin olunmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlam anın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum edilmiş şəxslərin müdafiəçisinin kassasiya şikayətlərində onların CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələ ndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, hökmün və qərarın əsasının yolverilmiz sübutların təşkil etməsinə, məhkəmənin cinayət tərkibi əlamətləri olmadan ittiham hökmü çıxarmasına, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində, həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə verilmiş kassasiya şikayətində qərarın məhkumlara CM-nin 29,150.3.3 maddəsi ilə bəraət verilməsini mübahisələndirib, sübutlar və sübutetməyə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz olaraq bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya həm kassasiya şikayətlərini, həm də kassasiya protestini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. Məhkəmə kollegi yası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini ilkim olaraq məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisinin kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiə tərəfin kassasiya şikayətlərində məhkum edilmiş şəxslərin Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxslərin təqsirliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə istinad edərək faktiki olaraq mübahisələndirilən qərarın hər iki məhkuma aid hissədə ləğv edərək, barələrində bəraətverici əsaslar la qərar qəbul edilməsini xahiş etmişlər. İlkin olaraq işə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi məhkəməsi ittiham hökmündə məhkumlar Məhkum1 və Məhkum2 verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxslər və şahid ifadələri, üzləşmə protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumların törətdiyi cinayətləri etiraf etməməsi barədə verdiyi ifadələrində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzib olunduğunu nəzərə alaraq, onların göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmiş və verilmiş ittihama uyğun yekun nəticəyə gəlmişdir. Məhkumların verdiyi apellyasiya şikayətlərində əməllə rində təqsirli bilindiyi maddələrin tərkib əlamətlərinin mövcud olmaması, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırmaları zamanı onların təqsirliliyini təsdiq edən hər hansı bir sübutun müəyyən edilmədiyini qeyd etməklə barələrində bəraət hökmü çıxarilmasını xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələrinə aid hisssədə müdafiə tərəfinin dəlillərini əsassız hesab etmiş və göstərmişdir ki, Məhkum1 və Məhkum2 onlara elan olunmuş ittiham üzrə birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olmaları birinci in stansiya məhkəməsinin iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla həmin hissədə tam sübuta yetirilmişdir. Apellyasiya məhkəmə kollegiyası belə nəticəsini onunla əsaslandırmışdır ki, həmin fakt üzrə şahid Zərərçəkmiş şəxs1 həmişə eyni cür izahat vermiş, Zərərçəkmiş şəxs2 ifadəsi bu ifadəyə uyğun olmuşdur. Zərərçəkmiş şəxs2 evində qeyd edilən məbləğdə pulun ola bilməsi şahidlər X2 və X3 ifadələri, həmin pulun talanması rayon İcra hakimiyyəti başçısının Aşqallar kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi X4, Beyləqan rayonu Əhmədli kəndinin X5 istintaqda verdikləri ifadələri əsasında, Məhkumların qohumları ilə Zərərçəkmiş şəxs2 evinə onları bağışlaması xahişi ilə getmələri, həmin pulun və qızılın qaytarılması barədə danışıqlar aparmaları barədə ifadələrində dediklərindən görünür. Bundan başqa Məhkum1 və Məhkum2 qohumlarının Zərərçəkmiş şəxs2 evinə gəlmələri zamanı Məhkumların onun evindən götürdükləri pulu və qızılı qaytaracaqları barədə vəd vermişlər. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 üzərində aşkar edilmiş xəsarətlərin də pul və qızılların talanmasının sübutu kimi bu zaman ona yetirilən xəsarətlər olmasına, Zərərçəkmiş şəxs1 ilk izahatı və ifadəsindən sona qədər pulun saxlanma yeri, Məhkum1 pulun yerini deməsi üçün onu döyməsi, pulun yerini deməsindən sonra Məhkum1 tərəfindən götürülməsi barəsində eyni cür ifadələr verməsinə əsaslanmışdır. İlk növbədə məhkəmə kollegiyası kassasiya şikayətlərini dəlillərinə qiymət verərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə istinad etməklə bir daha xatırladır ki, qeyd olunan norma, ümumiyyətlə CPM-in müddəaları kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişd ir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kollegiya kassasiya şikayətlərində irəli sürülən tələblərin (o cümlədən, cinayət təqibini istisna edən halın olmasına baxmayaraq ittiham hökmünün çıxarmasına dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirilən faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud də yişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Bu baxımdan kassasiya məhkəmə kollegiyası işdə olan məhkəmələrin istinad etdiyi sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1 və Məhkum2 CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirlərinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumun müdafiəçisinin kassasiya şikayətində məhkumların əməlinin sübutlarla təkzib olunması, cinayət tərkibinin əlamətlərinin olmaması və onlara bəraət verilm əli olduğu iddia edilir. Belə dəlillər məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərində də qeyd edilmiş, şikayətə baxan apellyasiya məhkəməsi də haqlı olaraq apellyasiya şikayətinin bu dəlillərinə qiymət verib, yuxarıda sadalanan sübutların qiymətləndirilməsi nəticəsinə uyğun əsassız hesab edərək birinci instansiya məhkəməsinin əməlin hüquqi tövsifinə dair həmin hissədə gəldiyi nəticə ilə razılaşmışdır. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olma dıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, məhkumlara CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, məhkəməsinin qərarı həmin hissədə qeyd edilən normalarla ziddiyyət təşkil etmir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum1 və Məhkum2 CM-nin 180.2.1, 180.2.3 və 180.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə d air məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olmuş, bu barədə müdafiəçi Tağıyev Beyrək Qurban oğlu tərəfindən kassasiya şikayətləri təmin edilə bilməz. Məhkəmə kollegiyası qərarın məhkumlar Məhkum1 və Məhkum2 CM-nin 29,150.3.3-cü maddəsi ilə bəraət verilməsi hissəsinə və bu barədə kassasiya protestinə, həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə verdiyi kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq apellyasiya məhkəmə kollegiyası məhkumlara CM-nin 29,150.3.3-cü maddələri ilə təqsirlilikləri sübuta yetirilmədiyinə görə bəraət verilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, məhkəmə əsassız olaraq şahidlər X1, Zərərçəkmiş şəxs2 və azyaş lı Zərərçəkmiş şəxs1 ifadələri və beləliklə də işdə olan şahidlər arasından yalnız ittiham tərəfinin xeyrinə olan sübutları sübut kimi qəbul etmiş, ifadələr arasındakı ziddiyyətləri aydınlaşdırmağa belə səy göstərməmiş, müdafiə tərəfinin sübutlarını əsaslı səbəb göstərmədən sübut kimi qəbul etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası şahid X1 hadisəni görməsi barədə ifadəsinin, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və azyaşlı Zərərçəkmiş şəxs1 həmin ifadəyə uyğun verdikləri və ittihamın hökmünün əsası kimi çıxış edən ifadələrinin toy məclisinin video görüntülərini əks etdirən diskə baxış keçirməklə təkzib olunması qənaətinə gəlmiş, hesab etmişdir ki, X1 həyətində nə baş verdiyini görməmiş, hadisə baş verən vaxt toyda olmuş, torpaq və hasar üstündə aralarında mübahisə olduğu üçün məhkumlar barə sində qərəzli ifadə vermişdir. Məhkəmə kollegiyası həmin şəxslərin yalnız ibtidai istintaqın ilkin mərhələsində verdikləri lakin sübutlar siyahısından xaric edilmiş (bax. sübutların qiymətləndirilməsi haqqında qərar) ifadələrini qismən mötəbər hesab edərək, məhkumların CM-nin 29, 150.3.3 maddəsi ilə təqsirli bilinməsinin bu ifadələrlə təkzib edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni həmçinin məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 405/17 saylı rəyi, məhkəmə-tibb ekspertinin xx xxxx 2017-ci il tarixli, 468 saylı rəyi, məhkəmə-psixoloji ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 579 saylı rəyi və məhkumların verdikləri ifadələr ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası yuxarıda göstərilən sübutları təkrar sadalamaqla yanaşı hesab edir ki, apellyasiya məhkəmə kollegiyası Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq həmin sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirə bilməmişdir. Daha doğrusu məhkəmə kollegiyası həmin hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə düzgün qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirərkən səhf nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Prosessual qanunvericilik bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxıl ması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilməsini, həmçinin məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil edilməsini hökm bə ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəl mək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan, əslində hər iki məhkumun bəraət verilməsi üçün istinad olunan sübutların tədqiqi zamanı yol verilən pozuntulara və bununla əlaqədar gəldiyi nəticəyə qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Əvvəla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası azyaşlı Şahin Bayramovu dindirərkən cinayət prossesual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, CPM-nin 228.2-ci maddəsinin tələbnə görə 14 yaşınadək... şahidin dindirilməsi müəllimin, zəruri hallarda i sə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır, həmin Məcəllənin 228.4-ci maddəsinə görə 16 yaşına çatmayan şahidə onun yalnız həqiqəti danışmaq vəzifəsi izah edilir, lakin o, ifadə verməkdən imtinaya, ifadə verməkdən boyun qaçırmaya və bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdar edilmir. Cinayət işi materiallarındakı məhkəmə iclas protokollarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində işə baxılarkən qeyd edilən prosessual normanın tələblərinə əməl olunmuş, lakin apellyasiya məhkəmə baxışında azyaşlı Zərərçəkmiş şəxs1 dindirilərkən müəllimin və ya həkimin iştirakı təmin olunmamış və “ona yalnız həqiqəti danışmaq” vəzifəsi izah edilməmişdir. Halbuki qeyd edilən norma imperativ xarakterli olub həqiqəti əks etdirən ifadənin alınması nı və azyaşlı şahidin hüquqlarının müdafiəsinin təmini ilə kimi çıxış etməklə, normanın tələblərinə əməl edilməməsi prosessual pozuntu kimi qiymətləndirilir və bu halda zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətində istinad etdiyi “azyaşlı Zərərçəkmiş şəxs1 hakimin təzyiq göstərməsi, gərgin psixoloji vəziyyətə salmasına” dair göstərdikləri əsaslı dəlil kimi çıxış edə bilir. Bu hal prosessual qanunvericilik baxımından sübutun mümkünlüyü, yəni toplanma mənbəyi və üsuluna görə (CPM 125-ci maddə) qanuna uyğun olmaması nəticəsinə gəlir ki, bu da öz növbəsində CPM-nin 145.1-ci maddəsində sübutların mümkünlüyü üzrə qiymətləndirilməsi zamanı mütləq nəzərə alınmalı əsas hal kimi müəyyən edilmişdir. Bu kimi prosessual pozuntular, yəni CPM-nin 416.1.2-ci maddəsinə görə məhkəmənin bu Məcəllən in 145-cı maddəsiinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi, kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirməyin əsas səbəblərdən biri kimi müəyyən etmişdir. Bundan əlavə nəzərə alsaq ki, azyaşlı Zərərçəkmiş şəxs1 həm ibtidai istintaqın sonrakı mərhələsində, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya apellyasiya məhkəməsində dəfələrlə yeni məzmunlu eyni məzmunlu ifadə verməsini nəzərə almadan “sanki əzbər formasında” ifadə verməsinin məhkəmə tərəfindən şübhəli məqam kimi dəyərləndirilməsi və həmin ifadələrin faktiki eyni məzmunlu olduğu üçün qəbul edilməməsinə dair gəldiyi nəticə də başa düşülən deyil. Apellyasiya məhkəmə kollegiyası qərarında məhkəmə-tibb eks pertinin xx xxxx 2017-ci il tarixli, 468 saylı rəyinə istinad edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 sağ alt göz qapağında qançır, üst dodağının selikli qışasında qançır, boynunun arxa səthində qançır, sol çiyin qurşağında qançır, sol kürək hisəsində üç ədəd qançır, sol kürəkaltı nahiyədə bir-birinə paralel yerləşmiş üç ədəd belin sol tış səthində üç ədəd qançır, sol bazuda qançır, sol sağrı nahiyədə qançır xəsarətləri müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, zorla cinsi əlaqədə olmağa cəhd zamanı əmələ gələ bilərdi. Xəsarətlərin yetirilmə müddəti xx xxxx 2017-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. Məhkəmə kollegiyası həmin ekspert rəyinin xəsarətlər yetirilməsinə dair bir hissəs inə istinad etməklə məhkumların CM-nin 180.2.4-cü maddəsi ilə (həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq etmək) təqsirli bilinməsi nəticəsinə gəlmişdir. Lakin ekspert rəyinin digər hissəsinə, yəni “həmin xəsarətlər zorla cinsi əlaqədə olmağa cəhd zamanı əmələ gələ bilərdi” hissəsini tədqiq etməmiş, ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, məhkumlara CM-nin 29, 150.3.3-cü maddəsi ilə həm ittiham verilərkən, həm də ittiham hökmü çıxarılarkən ekspert rəyinin məhz həmin hissəsinə istinad edilmiş və şəxsin cinsi zorakılığa məruz qalmasını təsdiq edən mötəbər sübut kimi dəyənləndirilmişdir. Bundan əlavə qərarda məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2017-ci il tarixli, 405/17 saylı rəyinə istinad olunmuş Məhkum2 həmin gün müayinə olunarkən onun sol gözaltı nahiyəsində 2,5 x 0,2 sm, sağ gözaltı nahiyəsində isə 1,5 x 0,3 sm ölçüdə sıyrıq izləri aşkar edilmişdir. Həmin xəsarətlər məhdud təsir səthinə malik bərk küt əşyanın təsirindən törənmiş, əmələ gəlmə müddəti xx xxxx 2017-ci il tarxə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Məhkum2 ilkin izahatında göstərmişdir ki, xx xxxx 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 evlərinin darvazası qarşısında tutub saxlayarkən Zərərçəkmiş şəxs1 əlləri ilə üzünü cırmışdır. Eyni ilə bu ekspert rəyi formal surətdə qərarda qeyd edilməklə tədqiq olunmadığı üçün Məhkum2 sol və sağ gözaltı nahiyəsində xəsarətlərin hansı şəraitdə və kim tərəfindən yetirilməsi barədə məhkəmənin gəldiyi nəticəni müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası hesab edir ki, xüsusilə səxsiyyətin cinsiyyət toxunu lmazlığına qəsd edən seksual xarakterli zorakı cinayətlərdə, həmçinin bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakterinin müəyyən edilməsində məhkəmə-tibbi ekspert rəylərinin tam, hərtərəfli, obyektiv tədqiqi mühüm əhəmiyyət kəsb edir. CPM-nin 264.2-ci maddəsinə əsasən... bu Məcəllənin 140.0.1-140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi məcburi hesab edilir. CPM-nin 140.0-ci maddəsinə görə cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: 140.0.1. bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri-tibb sahəsində ekspertin rəyi ilə. Eyni zamanda CPM-nin 127.3-ci maddəsinə göstərilmişdir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prok uror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, cinayət prosessual qanunvericilik bir sübutun digərdən üstünlüyünü müəyyən etməsə də, ekspert rəylərinin tədqiqinin və qiymətləndirilməsinin daha üstün formasını müəyyən etmişdir. Göstərilən norma məhkəmə üçün ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə ayrıca qərar qəbul edilməsini ehtifa etməsə də, məhkəmənin ekspertin rəyi ilə nə üçün razılaşılmadığının qərarında əsaslandırılmasını məcburu hesab edir. Qeyd edilənlərdən müəyyən olunur ki, məhkəmə kollegiyası qərarında əs aslandırma aparmadan, heç bir əsas göstərmədən sübutlara qiymət verməməklə faktiki sübutların tədqiqindən imtina etmişdir. Halbuki qeyd edildiyi kimi CPM-nin 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilməsini kassasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirməyin əsas səbəblərdən biri kimi müəyyən etmişdir. Qərarın kassasiya qaydasında ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilən eyni prosessual pozuntuya apellyasiya məhkəmə kollegiyası bir sıra şahidlərin ifadəsinin qiymətləndirilməsi zamanı da yol vermişdir. Məhkəmə qərarına əsasən müəyyən olunur ki, məhkəmə kollegiyası əmlakın talanması faktını təsdiq edərkən Məhkumları qohumları ilə Zərərçəkmiş şəxs2 evinə onları bağışlaması xahişi ilə getmələri və pulun qaytarılmasına dair danışıqlar aparmasına dair hallar üzrə bir çox şahidlərin (X2, X3, X4, X5 və s.) ifadələrinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası məhz həmin şahidlərin ifadələrində əks olunmuş Məhkunların azyaşlı Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli zorakı hərəkətlər etməsi barədə söylədiklərinə, yəni bu məsələnin də həmin danışıqların predmeti olması və müzakirə edilməsi barədə söylədiklərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya məhkəmə kollegiyası məhkumların ifadələrinin qiymətləndirilməsində də səhv nəticəyə gəlmişdir. Belə ki, Məhkum2 özünü müdafiə məqsədi ilə bir-birini təkzib edən ifadələr vermiş, ilkin izahatında (1-ci cild. səh. 22) xx.xx.2017-ci il tarixdə Məhkum1lə birlikdə toydan çıxıb Zərərçəkmiş şəxs2 evinə tərəf gəldiyini, Məhkum1 qapının qarşısında olan Zərərçəkmiş şəxs1 birlikdə evə girdiyini, o isə qapıda dayanıb kimsə gəlsə barəsində xəbər verməli olduğunu, bu zaman qaçıb çölə çıxarkən Zərərçəkmiş şəxs1 tutub saxlayərkən bədənini cırdığını, Məhkum1 isə evdən pulun götürdüyünü bildirmişdir. Daha sonra ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan digər ifadəsində xx xxxx 2017-ci il tarixdə saat 15 radələrində Məhkum1lə birlikdə toy məclisindən çıxaraq çimmək üçün Zərərçəkmiş şəxs2 evinin qarşı tərəfindən keçən su arxına getdiklərini, lakin çimmədən Məhkum1 ayrılıb evlərinə get diyini, sonra yenidən toy məclisinə qayıtdığını göstərmişdir. Məhkum1 isə bu ifadələri tamamilə təkzib edərək, ifadəsində xx xxxx 2017-ci il tarixdə saat 16 radələrində toy məclisindən çıxdığını, birbaşa evlərinə getdiyini, toyda qarpız yediyi üçün zəhərləndiyini və evdə olduğunu, növbəti gün Zərərçəkmiş şəxs2 onun barəsində şikayət etməsini bildiyini göstərmişdir. İbtidai istintaq zamanı məhkumlar ifadələrini bir daha dəyişərək Məhkum1 Zərərçəkmiş şəxs2 ilə görüşməsi üçün onun evinə gəlmələrini, azyaşlı Zərərçəkmiş şəxs1 içəri keçməsinə imkan verməmək üçün Məhkum2 qapıda dayandığını bildirmişlər. Bu hal üzrə də Məhkum2 ziddiyyətli ifadə verərək əvvəl üzündəki xəsarətin hadisədən iki gün sonra barışığa gələrkən Zərərçəkmiş şəxs2 tərəfindən yetirildiyini, daha sonra azyaşlı Zərərçəkmiş şə xs1 içəri keçməsinə mane olarkən onun tərəfindən yetirildiyini, apellyasiya baxışında isə (bax. məhkəmə iclas protokolu) ümumiyyətlə Zərərçəkmiş şəxs1 heç bir maneçilik tötətmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi həmin ifadələri ziddiyyətli hesab edərək məhkumların özlərini müdafiə etmək məqsədi daşadığını qeyd etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə üzrə məhkumlar işin halları, vaxtı, şəraiti barədə tamamilə ziddiyyətli ifadələr vermiş və faktiki olaraq ifadələrini dəyişməsinin səbəbini izah edə bilmədiyi təqdirdə apellyasiya məhkəmə kollegiyası bu ifadələri biri-birindən cüzi fərqlənən ifadə kimi dəyənləndirmiş, bununla sübutların qiymətləndirilməsi zamanı səhf nəticəyə gəlmişdir. Belə vəziyyətdə həm məhkəmədə verdikləri ifadələri ilə həm də ibtidai istintaq zamanı verdikləri müxtəlif ifadələrinin müqayisəsindən apellyasiya məhkəməsinin çıxardığı nəticəni CPM-in 143-146-cı maddələrinin tələblərinə cavab verən tədqiqatın və obyektiv qiymətləndirmənin məhsulu kimi qəbul etmək olmur. Kassasiya məhkəmə kollegiyası həm apellyasiya protestində, həm də apellyasiya şikayətinin qeyd edilmiş “toy görüntülərini özündə əks etdirən diskə mötəbər sübut kimi istinad edilməsinin qəbul edilməzliyi barədə” dəlillərinə də qiymət verərək aşağıdakıları qeyd edir: CPM-nin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar yolverilənliyi mümkünlük baxımından cinayət işi üzrə əhə miyyət kəsb edən hallarla və faktlarla tətqiq olunan mötəbər dəlillərin məzmunu arasında mövcud olan əlaqənin müəyyən edilməsini üçün mühüm əhəmiyyət daşıyır. Yəni yalnız mümkünlüyü baxımdan şübhə doğurmayan sübutlar cinayət işi ilə bağlı sübut edilməli halları özündə əks etdirmədır. CPM-nin 139-cu maddəsinə əsasən sübut edilməli hallar dedikdə cinayət hadisəsinin baş vermə faktı, halları, vaxtı, şəraiti; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; və s... nəzərdə tutulur. Sübutların mümkünlüyü baxımından mənsubiyyəti və aidliyinin məhkəmə tərəfindən yoxlanması mühüm əhəmiyyətə malikdir. Belə ki, sübutların qiymətləndirilməsi mərhələsində sübutların mənsubiyyəti və adiyyatı məsələsinin araşdırılması və bu barədə gəlinən nəticə, şəxsin təqsirlilik məsələsinin həlli z amanı bu və ya digər sübutun yolverilməz olub olmamasının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası öz yekun qərarında həmin disklərlə bağlı qeyd etmişdir ki, “video çəkilişə baxılarkən bu qəbildən olan çəkilişlərdə adətən translyasiyanın gedişinin tarixi, saatı və dəqiqələri ekranda davamlı olaraq göründüyü halda, hazırkı çəkilişdə bunun olmadığı müəyyən edilsə də məhkəmə kollegiyası bu çəkilişə baxmaq qərarına gəlmişdir. Videonümayişin gedişinin saat və dəqiqə məlumatlarının əvvəldənmi olmaması və ya kiminsə tərəfindən məqsədli şəkildə, bilərəkdən silinməsi məsələsi qaranlıq qalsa da, toy mərasimi başdan ayağa qədər izlənilərək iş üçün əhəmiyyətli olan məqamların müəyyən edilməsinə çalışılmışdir. Əvvəla çəkilişdə saat və dəqiqə məlumatlarının olmamasına baxma yaraq hər 20-25 dəqiqədən bir ekranda xx.xx.2019 tarixi və günün saatı barədə məlumat görünərək bir neçə saniyədən sonra silinməsi müəyyən edilir”. Göründüyü kimi məhkəmə kolegiyası həmin videoçəkilişin tamlığına və reallığı əks etdirməsinə şübhəli yanaşsa da, lakin bununla bağlı müvafiq ekspertizanın keçirilməsinə zərurət duymamış, nəticə etibarı ilə, tamlığına müdaxilə olunmasını qeyd etdiyi videogörüntülərə istinad etməklə digər şahid ifadələrini məhz bu video görüntülərə əsasən qiymət vermişdir. Halbuki video görüntünün ekpertizası keçirilərək video görüntünün tamlığı barədə (montaj olunub-olunmaması), görüntüdə zamanın əks olunması və real vaxt axımını əks etdirməsi barədə, işdə adı keçən şəxslərin orada hansı vaxtlarda görünməsi kimi suallara cavab verilməli, bundan sonra həmin sübut a mümkünlüyü baxımından qiymət verilməli idi. Əks halda kassasiya məhkəmə kollegiyası həmin sübutu yolverilməz sübut kimi qiymətləndirərək qeyd edir ki, CPM-nin 416.1.3-cü maddəsinə əsasən məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etməsi hökmün və ya qərarın kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən video görüntünün ekspertizası keçirilmədən mövcud vəziyyətdə həmin diskə istinad etməklə digər sübutlara qiymət verilməsi yolverilməz olmaqla həmçinin məhkumlara bəraət verilməsi üçün əsas ola bilməz. Qeyd edilən halda şahid X1 hadisəni görməsi barədə ifadəsinin, zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və azyaşlı Zərərçəkmiş şəxs1 həmin ifadəyə uyğu n verdikləri və ittihamın hökmünün əsası kimi çıxış edən ifadələrinin təkzib olunması, X1 həyətində nə baş verdiyini görməməsi, hadisə baş verən vaxt toyda olması, “müəyyən olunmuş qısa vaxt ərzində yanız oğurluq etmək mümkün olmasına” dair halların, məhkəmə kollegiyasının diskə baxış keçirməklə gəldiyi nəticə olduğu üçün kassasiya məhkəmə kollegiyası həmin hallara qiymət verməyə lüzum görmür. Apellyasiya məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün CPM-nin 145.3-ci maddəsinə istinad etməklə, ittiham üzrə sübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadıqda onların təqsirləndirilən şəxsin xeyrinə həll edilməsini də qeyd etmişdir. Bu barədə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, prosessual qanunvericilik ittihamın sübut olunmasında yaranan şübhələrin digər sübutl arla aradan qaldırmaq mümkün olmadıqda, onların təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini müəyyən etməklə bərabər, istənilən şübhənin aradan qaldırılmasını digər sübutların məcmusu ilə mümkün hesab edib. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan sübutlar prosessual qanunvericiliyə uyğun tam, hərtərli və obyektiv araşdırılmadığı üçün apellyasiya məhkəmə kollegiyasının is üzrə sübutlarla təqsirləndirilən şəxslərin bəraət verilmiş əməlinə dair məhz hansı hallara dair şübhələri aradan qaldıra bilmədiyini müəyyən etmək mümkün deyil. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən xüsusatların anlayışlarının geniş izahını verməklə, həmçinin prosessual qanunvericilik baxımından dəyərləndirməklə, baxılan iş üzrə məhz həmin halların iş üzrə müəyyən olunmuş sübutlar əsasında araşdırıl masınıa diqqəti cəlb edir. Yuxarıdakılara əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Məhkum1 və Məhkum2 CM-nin 29, 153.3.3-cü maddəsi ilə bəraət verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı hesab oluna bilməz və bu cür çatışmazlıqlarla çıxarılmış qərar qanuni hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Cinayət Prosessual qanunvericiliyin tələblərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübut ların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi və əməlin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticilərə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nət icələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı iş üzrə müəyyən olunmuş bütün sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, dövlət ittihamçısının kassasiya protestində, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə verdiyi kassasiya şikayətində irəli sürülmüş tələbi əsaslı sayır və qeyd olunan əsasla mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Kass asiya məhkəmə kollegiyası hesab edir ki, təkrar baxış zamanı apellyasiya məhkəmə kollegiyası yuxarıda sadalanan pozuntuları aradan qaldırmaq üçün iş üzrə məhkum edilmiş şəxsləri, azyaşlı zərərçəkmiş şəxsi, digər zərərçəkmiş şəxsi, həmçinin şahidlər X3, X4, X5 dindirməli, ekspertiza rəyləri tam tətqiq olunmalı, toy məclisinin video görüntülərini əks etdirən diskin ekspertizası keçirildikdən sonra rəylə birlikdə tədqiq olunmalı, həmçinin qismən məhkəmə gedişində üzə çıxan zəruri istintaq hərəkətləri aparılmalıdır. Beləliklə, məhkəmə kollegiyası şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə verdiyi kassasiya şikayət təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayət təmin edilməməlidir. Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək səlahiyyətinə malikdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti və zərərçəkmiş şəx sin qanuni nümayəndəsinin nümayəndəsi ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 29,150.3.3-cü maddəsi ilə bəraət verilməsi hissəsində ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin. Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-567/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-567/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver