Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-567/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsumov Nazim Rasim oblu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Şərifov Vaqif İsgəndər oğlunun iştirakları ilə, Bakı Şəhəri Xəzər Rayon Məhkəmə sinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Nemətov Məhəmməd Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Qəhrəmanov Əkrəm Sabir oğlu) Məhkum, xx xxxxxx 1979-cu il tarixdə Dəvəçi (hazırda Şabran) rayonunun Beynəlmiləl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, "xxxx" MMCdə bağban işləyən, əvvəllə r məhkum olunmamış, Şabran rayonunun Ağalıq kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Stansiya Dübəndi deyilən ərazidə nömrəsiz fərdi evdə yaşayan, CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Stansiya Dübəndi deyilən ərazidə yerləşən nömrəsiz fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlc ədən məlumatlandırmaq vəzifələrinin qoyulması qərarara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qəsdən zərər çəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Məhkum 06 may 2022-ci il tarixdə, saat 09 radələrində Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Stansiya Dübəndi deyilən ərazidə yerləşən nömrəsiz evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı qəsdən yumruqla sonuncunun sifət və baş nahiyəsindən, təpiklə isə bədəninin müxtəlif yerlərinə vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi Nemətov Məhəmməd Nəsir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Habil Çingiz oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə) 19 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından Məhkum və onun müdafiəçisi M.N.Nemətov ayrı-ayrılıqda kassasiya şikayətləri verərək hər ikisi həmin qərarın ləğv edilməsini, müdafiəçi hüquqlarının müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını, Məhkum isə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Kassasiya şikayətində Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edən Məhkum kassasiya şikayətini belə əsaslandırmışdır ki, hazrki işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə sübut qismində təqdim edilmiş ekspert rəyi, zərəçəkmişin ifadələri, onun özünün verdiyi ifadələr, təqdim olunmuş audıodisk və digər sübutlar əlaqəli şəkildə tam və hərtərəfli təqiq edilməmiş, bu sübutlarla müəyyən edilmiş işin faktiki halları tam araşdırılmamış, məhkəmələrin iş üzrə gəldikləri nəticələr isə bu hallara uyğun olmamışdır. Məhkəmələr nəzərə almamışlar ki, zərərçəkmiş şəxsin bədəni üzərində aşkar edilmiş xəsarətlər onun hadisədən əvvəl, 5 may 2022-ci il tarixdə anasının yaşadığı evdə olduğu zaman pilləkəndən yıxılması nəticəsində almışdır. Halbuki, o, yəni kassasiya şikayətinin müəllifi verdiyi ifadələrdə 06 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs sifətindən yalnız biriki sillə vurmuş, başqa zərbələr vurmamışdır, onun vurduğu sillə zərbəsi nəticəsində isə sonuncuda aşkar edilmş xəsarətlər əmələ gələ bilməzdi. Bütün bu sübutlar məhkəmələr tərəfindən CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və onlara düzgün hüquqi qiymət verilməmişdir. Məhkum kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq apellyasiya instansiya məhkəməsin qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni ilə cinayət-prosessual qanunvericiliynin normalarına və əsasən Məhkum ifadələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən müdafiəçi M.N.Ne mətov kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum arvadı Zərərçəkmiş şəxs əxlaqsız hərəkətlərinin təsiri altında olaraq ona yalnız bir-iki dəfə sillə zərbələri vurmuş və sonuncunun bədəni üzərində aşkar edilmiş xəsarətləri o, bu zərbələr nəticəsində deyil, bundan əvvəl anasının yaşadığı evdə olarkən pilləkəndən yıxılması nəticəsində almışdır. Məhkəmələr isə işin bu halına düzgün qiymət verməmiş və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs əsassız olaraq məhkum edilmişdir. Şərh olunanlara əsaslanaraq müdafiəçi M.N.Nemətov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kasssiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı məhkum olunmuş şəxs Məhkum, onun müdafiəçisi V.İ.Şərifovun və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərər çəkmiş Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilm əsini istisna etmir. Hüquqi məsələlər: Məhkum və onun müdafiəçisi M.N.Nemətovun kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, həmin şikayətlərin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr əhəmiyyətli sübutların tədqiqindən əsassız olaraq imtina etməklə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, məhkum edilmiş şəxsin ona ittiham olunmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyi halda, o, əsassız və qanunsuz olaraq CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir. Bununla da, həm Məhkum, həm də onun müdafiəçisi M.N.Nemətov apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkəmə kollegiyası Məhkum və onun müdafiəçisi M.N.Nemə tovun kassasiya şikayətlərini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və hazırki cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPMnin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından veri lmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum e dilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və q iymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Qanunvericiliyin şərh olunanlar tələbləri ilə yanaşı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayətprosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmündən verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanması, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələ blərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bu vəzifənin yerinə yetirilməsi ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları eyni zamanda cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həy ata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, habelə hər hansı cinayətin törədilməsində təqsirli bilinmş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini, onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini və cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qi ymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi müəyyən edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına cidd i əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxili ndə tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirlil iyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasının tələbindən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 139.0.3-cü maddəsinin mənasına görə “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsası nda müəyyən edilməsi tələb olunur. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir h əcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələrində tələb olunduğu kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsi ndə təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Qeyd olunmalıdır ki, CPM-nin 349 və 351-ci maddələrinin tələbləri eyni ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmlərə və birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərin qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin yekun qərarlarına da aiddir. Həmin tələblərə əməl olunması ilə yanaşı apellyasya instansiyası məhkəməs i həmçinin iş üzrə qəbul etdiyi yekun qərarında apellyasiya müraciətlərinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab vermək vəzifəsini də daşıyır ki, bununla bağlı müddəalar da apellyasiya icraatını tənzimləyən CPM-nin müvafiq normalarında təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Təqsirə görə məsuliyyət prinsipi nəzərdə tutulmuş CM-nin 7-ci maddəsinə görə isə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və hərəkətsiziyə ) və onun nəticələrinə görə şəxs cinayət məsuliyyətinə və cəlb edilə və cəzalandırıla bilər. Kassasiya müraciətləri ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, 07 may 2022-ci il tarixdə hazırki iş üzrə sonradan zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs ailə münasibətləri zəminində aralarında baş vermiş münaqişə zamanı əri Məhkum tərəfindən yumruq və təpik zərbələri ilə döyülməsi və bun un da nəticəsində müxtəlif xəsarətlər alması ilə əlaqədar Məhkum cinayət məsuliyyətinə cəlb edilməsi tələbi irəli sürərək şikayət ərizəsi ilə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisinə müraciət etmişdir. Bu müraciət əsasında 08 may 2022-ci il tarixdə Xəzər RPİ-nin 1-ci PB-nin təhqiqatçısı tərəfindən sadələşdirilmiş icraat açılmış və 24 may 2022-ci il tarixədək aparılmış həmin icraat zamanı Məhkum və Zərərçəkmiş şəxs izahatları alınmış, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilərək keçirilib 16 may 2022-ci il tarixli 492 saylı rəy alınmış, 24 may 2022-ci il tarixdə isə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasınının nəticələrinə dair protokol tərtib edilərək materiallar baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndə rilmişdir. Kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəməyədək toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara müraciət edərək vurğulamağı lazım bilir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum özunu ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə, yəni Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmasına səbəb olan xəsarətlər yetirməkdə təqsirli bilməyərək 06 may 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evə gələrkən arvadının otaqda olmadığını, hamamda olduğunu və telefonla başqa oğlanla videogörüntülü danışıq aparmasını görüb buna görə onunla mübahisə edərkən ona yalnız 1-2 dəfə sillə vurmasını göstərsə də, məhkəməyədək sadələşdirilmiş icraat zamanı iki dəfə i zahat verərkən göstərdiyi səbəbdən, yəni qısqanclıq zəminində Zərərçəkmiş şəxsın sifət nahiyyəsindən sillə zərbələri, bədəninin müxtəlif nahiyyələrinə isə təpik zərbələri endirərək ona xəsarətlər yetirdiyini etiraf etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs həm məhkəməyədək sadələşdirilmiş icraat zamanı izahat verərəkən, həm də məhkəmə iclasında dindirilərkən ardıcıl olaraq göstərmişdir ki, 06 may 2022-ci il tarixdə saat 09 radələrində əri Məhkum işdən evə qayıdarkən onun telefonla başqa oğlanla danışdığını bildiyi üçün aralarında baş vermiş mübahisə zamanı əri yumruqla onun sifət və baş nahiyyəsindən, təpiklə isə bədəninin müxtəlif nahiyyələrindən vuraraq xəsarətlər yetirmişdir. O, baş vermiş hadisə barədə valideynlərinə məlumat vermiş və ərizə 1-ci Polis şöbəsinə müraciət edərək ərinin tör ətdiyi əmələ görə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan sonra o, Məhkumla barışıq əldə etməmiş və buna görə də ondan şikayətçi olmasını bildirərək ona hər hansı cəzanın təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik hüquqi şəxs tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 07 may 2022-ci il tarixli 492 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sağ gözaltı nahiyənin, sağ qabırğaaltı nahiyənin, sağ budun qançırları, sağ dirsəyin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağının hemartrozu və yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun «Xəzər Tibbi Mərkəzi» Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 06 may 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Bu rəydən göründüyü kimi, Zərərçəkmiş şəxs həmin xəsarətləri özü tərəfindən yetirilməsi, yaxud da yıxılması nəticəsində alması müəyyən edilməmişdir və kassasiya şikayətlərində sonuncu halın 05 may 2022-ci il tarixdə baş verməsi iddia olunsa da, bunu təsdiq edən mötəbər sübutlar nə Məhkum özü, nə də ki onun müdafiəçiləri tərəfindən məhkəmələrə təqdim olunmamış, toplanmış sübutların yolverizməliyinə dəlalət edən hallar (CPM-nin 125.2-ci maddəsində təsbit edilmiş) isə cinayət təqibinin bütün mərhələlərində aşkar edilməmiş, kassasiya şikayətlərinin müəllifləri isə böyük ictimai təhlükə törətməyən cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması zamanı toplanmış sübutların (izahatların və məhkəmə-tibbi ekspertizasının rəyinin yolverilməzliyini hər hansı qaydada əsaslandırmamışlar. Halbuki, CPM-nin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu normasının mənasından çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Məh kum müdafiəçisi ilə birlikdə onun məhkəməyədək icraat zamanı verdiyi izahatlarının, habelə Zərərçəkmiş şəxs həmin dövrdə və məhkəmə iclasında göstərdiklərinin həqiqətə uyğun olmamasını, məhkəmə-tibbi ekspertizasının rəyinin isə həqiqəti əks etdirmədiyini və buna görə bu sübutların yolverilməz olmasını iddia etsə də, bu iddiasının əsaslandırılması üçün tutarlı dəlil irəli sürməyərək bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəmələrə təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq onun iddiasını rədd edib araşdırılmış sübutların Məhkum elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edən və onun barəsində ittiham hökmünün çıxarılması üçün kifayət edən sübutlar kimi qiymətləndirmiş, apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq bu nəticə ilə razılaş mışdır. Məhkəmə kollegiyası Məhkum barəsində ittiham hökmünün çıxarılması və bu hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarınının qəbul edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasına, onların qiymətləndirilməsinə və kifayət etməsinə, habelə iş üzrə yekun məhkəmə aktlarının qəbul edilməsinə dair qanunvericiliyinin tələblərinə əməl olunması barədə nəticəyə gələrək və CPM-nin 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, habelə Məhkum barəsində cinayət işi üzrə icraata CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsinin mümkün olmadığını qeyd edərək hesab edir ki, kassasiya şikayətlərinin dəlilləri qəbul edilməz sayılaraq apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Kassasiya şikayətlərində Məhkum təyin edilmiş cəzanın açıq-aşkar qanunsuz və ədalətsiz olması ilə bağlı tələb irəli sürülməsə də, məhkəmə kollegiyası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin müraciətlərin dəlillərindən asılı olmayaraq bu məsələni də yoxlamış və məhkəmələr tərəfindən bu məsələnin həlli zamanı CM-nin 8, 41, 58-61-ci maddələrinin tələblərinə əməl edilməsini, yəni onun haqqında cəza tədbirinin seçilməsi zamanı törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsnin, himayəsində iki azyaşlı uşaqlarının olmalarını cəzanı yüngülləşdirən hal kimi düzgün qiymətləndirilərək həm bu halın, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə alındığını müəyyən etmiş dir. Belə olan halda məhkəmə kollegiyası Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsi üçün də əsaslar görmür və bütövlükdə belə qənaətə gəlir ki, onun barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsaslanaraq və Məhkum və onun müdafiəçisi M.N.Nemətovun kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkum edilmiş şəxsin və müdafiəçi V.İ.Şərifovun, həmin şikayətlərin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, Məhkum və müdafiəçi M.N.Nemətovun kassasiya şikayətləri təmin edilməməli, Məhkum CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 19 avqust 2022-ci il tarixli qərarı isə kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və onun müdafiəçisi M.N.Nemətovun kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 avqust 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-567/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-567/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver