Məhkəmə qərarları › İş №1(102)-567/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-567/2024

06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-567/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumlar Tağıyev Rasim Xalid oğlunun və Abbasov Kənan İmran oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, həbs edilənədək fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş, X qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, halhazırda cəza çəkən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə xx.xx.1996-cı il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, X qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 1(104)-449/2023 nömrəli qərarından məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri nə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(100)-60/2023 nömrəli hökmü ilə ( hakimlər E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və R.N.Ələkbərli ) Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən yəni, 20 sentyabr 2021-ci il tarixdən hesablanmış, Məhkum isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 8 (səkkiz) il müddətə az adlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı iş üzrə şübhəli şəxs qismində tutulduğu tarixdən yəni, 20 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: N.T.Əliyev (sədrlik edən), S.B.Hüseynov və R.M.Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 mart 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tari xli qərarından məhkumlar Təqsirləndirilən şəxs1 və Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Məhkum ilə tamah niyyəti ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın törədib quldurluq etmək qərarına gəlib, razılığa əsasən onlar xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Bakı-Qazax yolunun Goranboy rayonu, Goran qəsəbəsindən keçən hissəsindən həmin yolla Qazax rayonu istiqamətində hərəkət edən Türkiyə Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs idarə etdiyi "X” mark alı XXX dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs2 idarə etiyi "X” markalı XXX dövlət qeydiyyat nişanlı avtomobillə arxası ilə hərəkət edib güdmüş, Bakı-Qazax yolunun Gəncə şəhərinin giriş hissəsində yerləşən Zazalı polis postunu keçdikdən sonra X müşahidə kameralarından yayınmaq üçün avtomobili yolun sağ kənarında saxlayıb dövlət qeydiyyat nişanını sellofan torba ilə örtərək yenidən "MercedesTır” markalı avtomobili güdmüş, onlar Gəncə şəhəri ərazisində Xocalı qaçqın şəhərciyinin bərabərliyinə çatdıqda Təqsirləndirilən şəxs2 avtomobili tırın sol kənarına çəkərək hərəkətini davam etdirə-etdirə Zərərçəkmiş şəxs avtomobilini saxladaraq yerə düşməsini təmin etmək məqsədilə yalandan o, X işarə edərək təkərindən qığılcım çıxdığını demiş, həmin sözdən sonra X onlara inanaraq avtom obili yolun sağ kənarına çəkib saxlamış, bu zaman Təqsirləndirilən şəxs2 da avtomobili onun arxasında saxladıqdan sonra Zərərçəkmiş şəxs yerə düşüb arxa sağ təkərə doğru gəlmiş, Təqsirləndirilən şəxs1, Məhkumla birlikdə avtomobildənyerə düşərək Zərərçəkmiş şəxs yanına getmiş, Təqsirləndirilən şəxs2 isə sükan arxasında qalaraq onların gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs arxa sağ təkərə əyilib baxan zaman Təqsirləndirilən şəxs1 həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib X boyun nahiyəsindən yumruqla zərbə vurub yerə yıxaraq sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol diz oynağı nahiyəsinin sıyrığı xəsarətini yetirdikdən sonra belindən qucaqlayaraq ayağa qaldırmış, eyni zamanda Məhkum isə əlində olan kustar üsulla hazırlanmış təsərrüfat-məişət təyinatlı soyuq si lah hesab edilməyən silah qismində istifadə etdiyi vintaçanla Zərərçəkmiş şəxsı hədələyərək üzərində olan pulu tələb etmiş, Zərərçəkmiş şəxs pulunun olmadığını dedikdə, Təqsirləndirilən şəxs1 sol əlini Zərərçəkmiş şəxs əynində olan şalvarın sol yan cibinə salaraq orada olan 422 manat nağd pulu ələ keçirmiş, pulu ələ keçirdikdən sonra Məhkumla birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobilə doğru qaçaraq həmin avtomobilə minib hadisə yerindən uzaqlaşmaqla quldurluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlinə düzgün hüquqi qiymət verilməmiş, cinayət prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə baxışı gedişində cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv şəkild ə araşdırılmamış nəticədə onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsif edilməli olduğu halda həmin Məcəllənin 181.2.1 və 181.2.5-ci maddələri təqsirli bilinib məhkum edilmişdir. Şikayət müəllifi hesab edir ki, məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən azyaşlı uşağın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əməlindən peşman olmasını nəzərə alınmamış, yekunda o, ağır və ədalətsiz cəzaya məruz qalmışdır. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrindən 180.2.1-ci maddəsinə tövsif o lunaraq aşağı həddə cəza təyin edilməsini xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən, eləcə də apellyasiya məhkəməsində verdiyi apellyasiya şikayəti üzrə cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilməsini, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi mü əyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkə mə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs1 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə onun əməlinin düzgün olmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə tövsif olunduğunu, əməlinə uyğun olmayan cəzaya məruz qaldığını iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, onun əməlinin Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddə ilə yüngül cəzanın təyin edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində, Məhkum isə kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən və apellyasiya məhkəməsində cinayət işinə baxılarkən məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və cəzasının yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2 023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs1 ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməlləri törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq etməsi və həmin əməllərə görə Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, yolverilənliyi təkzib edilməmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə sübuta yetirilib, tam, hərtərəfli və obyektiv araşdırılmış hallara əsasən müəyyən edilmişdir. Müdafiə tərəfinin birinci insta nsiya məhkəməsində gətirdiyi Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə, o cümlədən zərərçəkmiş şəxsə qarşı quldurluq törətmək niyyətin olmamasına dair dəlilləri apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış bütün sübutların məcmusu ilə, o cümlədən zərərçəkmiş şəxsin, digər məhkumların və şahidlərin ifadələri, cinayət işində olan başqa materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs1 hərəkətlərində quldurluq cinayətinin tərkibi ilə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələrində təsbit edilmiş cinayəti ağırlaşdıran əlamətlərlə ehtiva olunan bütün hallar mövcud olmuşdur. Apellyasiya məhkəməsinin gəldiyi nəticə lər kassasiya şikayətində də irəli sürülmüş eyni iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin sözügedən məsələ üzrə çıxardığı nəticələri, o cümlədən Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş quldurluq cinayətini törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görmür. Odur ki, məhkəmə heyəti baxılan işdə məhkum Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsfi ilə bağlı əsasla rının, yəni kassasiya şikayəti ilə ehtiva olunan CPM-in 416.1.15cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsi əsası kimi təsbit edilən halların olmaması haqqında nəticəyə gəlir. Həmçinin məhkumların cinayət qanununun tələbləri pozulmaqla ədalətsiz cəzanın təyin olunmasına dair iddialarına gəldikdə, məhkəmə kollegiyası bu məsələdə də kassasiya şikayətlərinin müəllifləri ilə razılaşmaq üçün əsas görmür. Belə ki, apellyasiya instansiyası məhkəməsi məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar həmin şikayətlərdə eyni əsalarla qaldırılan – onlara münasibətdə təyin edilmiş cəzanın ədalətsiz olması haqqında tələblərini digər məsələlərlə yanaşı yoxlamış və həmin tələblə razılaşmayaraq apellyasiya şikayətlərini təmin etməyib Təqsirləndirilən şəxs1 Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə 9 il müddətə, və Məhkum isə həmin maddələrlə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli hökmünü dəyişdirilmədən saxlamışdır. Apellyasiya məhkəməsi cəzanın dəyişdirilmədən saxlanılması haqqında nəticəyə gələrkən ona əsaslanmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi cəzanı yüngülləşdirən halları – Təqsirləndirilən şəxs1 himayəsində 1 azyaşlı uşağının olması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən təqsirləndirilənin şəxsiyyəti, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, ba xılan işdə cəzanın CM-in 65.2-ci maddəsinin qaydaları əsasında (Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin – on iki ilin üçdə ikisindən az olmamaq şərtilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – cinayətlərin təhlükəli residivinin olması, digər Məhkum himayəsində 2 azyaşlı uşağının olması, İİ-ci qrup əlil olması və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın hər iki məhkumun ailələrinin həyat şəraitinə və islah olunmalarına təsiri, eləcə də cəzanın digər məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, X6 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan normalarının və ədalət prinsipi nin (CM, maddə 8) tələblərinə cavab verən cəzalar təyin etmişdir. Kassasiya şikayətlərində apellyasiya məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş və yaxud kassasiya şikayətində istinad olunan digər halları Təqsirləndirilən şəxs1 və Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsini tələb edən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Təsvir olunanlar məhkumun apellyasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.21-ci maddəsində göstərilən halın müəyyən edilmədiyi, yəni kassasi ya şikayətlərinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumların, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumlar tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs1 və Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Təqsirləndi rilən şəxs1 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 oktyabr 2023-cü il tarixli, 1(104)449/2023 nömrəli qərarı məhkumlar tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar