Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-568/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Tağıyev Beyrək Qurban oğlunun iştirakları ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim R.T.Əhmədov) xx xxxxxxx 1984-cü ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı şəhəri ünvan 1 və Bakı şəhəri ünvan 2 də yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq və məhkəmə baxışı zamanı xx xxxxxxxx 2018-ci il tarixdən xx xxxx 2019-cu il tarixədək tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı ümumilikdə 09 (doqquz) ay müddət nəzərə alınmaqla, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablanmaqla,ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkmiş hesab edilmişdir. Hökmdən məhkumun müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.E.Rəhimov, hakimlər M.Ə.Abbasov və V.Ə.Mursaq ulovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından art ıq miqdarda 5,961 qram çəkidə narkotik vasitə heroini, 6,529 qram çəkidə narkotik vasitə tiryəki və 4 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin) həblərini əldə edib üstündə saxlamaqla, yaşadığı Bakı şəhərindəki mənzilinə daşıyaraq, 4 ədəd psixotrop maddə MDMA (metilendioksimetamfetamin) həblərini yaşadığı evdə, təmiz çəkisi 6,529 qram olan bir bükümdə narkotik vasitə tiryəki özünə məxsus olan “Mersedes Benz E200” markalı, **-OT*** dövlət qeydiyyat nişanlı avtomaşınında, iki ədəd bükümdə olan 5,961 qram çəkidə narkotik vasitə heroini isə üstündə gizlətməklə saxlamışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Məh kum, xx xxxxxxxx 2018-ci il tarixdə, saat 07:50-də yaşadığı evin yaxınlığında saxlanılaraq üstünə baxış keçirilərkən sonuncu artıq yaxalandığını görüb əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq polis əməkdaşlarına təqdim etdiyi, iki ədəd şəffaf sellofan kəsiyi bükümdə xarici əlamətlərinə və tərkib komponentlərinə görə eyni olan, ayrı-ayrılıqla təmiz çəkiləri 2,730 qram və 3,231 qram olmaqla, ümumi təmiz çəkisi 5,961 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq, Məhkum özünün icazəsi ilə, həmin tarixdə, saat 08:15-də qeyd olunan ünvanda yerləşən sonuncuya məxsus “Mersedes Benz E200” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilərkən, Məhkum avtomobilin sağ qabaq oturacağının qarşısında olan saxlanc yerindən çıxararaq polis əməkdaşlarına təqdim etdiyi, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,529 qram tünd qəhvəyi rəngli, qətranəbənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Əməliyyataxtarış tədbirinin davamı olaraq, Məhkum özünün icazəsi ilə, həmin tarixdə, saat 08:45-də qeyd olunan yaşadığı mənzilə baxış keçirilərkən sonuncunun yataq otağında yerləşən tumbadan çıxararaq polis əməkdaşlarına təqdim etdiyi, bir ədəd sellofan bükümdə 04 ədəd açıq çəhrayı rəngdə həblər halında olan, təsir maddəsinin ümumi miqdarı 0,448 qram təşkil edən, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”nin siyahısına daxil olan, psixotrop maddə MDMA (metilendioksimetamfeta min) aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarı qeyri-qanuni və əsassızdır. Faktiki olaraq hadisə başqa cür olmuşdur. Belə ki, Məhkum səhər saatlarında evdən çıxıb işə gedərkən qəflətən maşının qarşısını kəsib onu maşından düşürərək əllərini bağlayıb öz maşınlarına əyləşdirmiş və Azərbaycan Respublikası DİN BMCMİ-nə aparmışlar. Oradakı otaqların birində ona izah edilmişdir ki, başqa bir şey araşdırılır, iş araşdırılıb bitənə kimi ona narkotik vasitələrin dövriyyəsi ilə bağlı ittiham veriləcək, bu məsələdə təmiz çıxacağı halda yüngül ittihamla, yəni, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi yekunlaşacaq. O isə təbii ki, buna razılıq verməmiş və buna görə də, orada ona təzyiq göstərilmişdir. Belə ki, dörd nəfər polis əməkdaşı onu başqa bir otağa aparıb möhkəm döymüşlər. O, sənədlərə imza edib əsl həqiqətləri məhkəmədə demək üçün susmuşdur. Daha sonra isə evinə getmişlər, lakin narkotik vasitə barədə və ya hansı səbəbə görə getdiklərini ona bildirməmişlər. Evdən onun noutbukunu götürüb qayıtmışlar. Həmin vaxt evdə heç kim olmamışdır. Noutbukunu onun dövlət əleyhinə fəaliyyətlə məşğul olmasından şübhələndikləri üçün götürmək istəmişlər. Lakin bunun doğru olmadığı müəyyən edildikdən sonra onun noutbuku ailə üzvlərinə qaytarılmışdır. Birinci instansiya məhkəməsində o, hər şeyi danışdıqdan sonra məhkəmə prosesində yarım saatlıq fasilə elan edilmiş və onu BMCMİ-nə aparıb orada d öymüşlər, daha sonra isə onu yenidən məhkəməyə gətirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. O, döyülməyi ilə bağlı şikayət etmiş, lakin onun bədəninə tibbi baxış o döyülən ərəfədə deyil, təxminən bir ay sonra, yəni, sağaldıqdan sonra keçirilmiş, bu səbəbdən də fakt təsdiqini tapmamışdır. Etirafedici ifadələri o, yuxarıda qeyd etdiyi kimi təzyiq altında vermişdir. xx xxxxxxxx 2018-ci il tarixli baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, Məhkum üzərinə axtarış təhqiqatçı və əməliyyat müvəkkilləri tərəfindən CPM-nin 246-cı maddəsinə əsasən uyğun olaraq deyil, baxış keçirilməsi barədə CPM-nin 236-cı maddəsinə uyğun keçirilmiş, bu zaman hər hansı bir qərar qəbul edilməmiş və ya şəxs şübhəli şəxs qismində tutulmamışdır. Şəxsi axtarış və götürmə na rkotik vasitənin aşkar olunmasında iştirak edən hal şahidləri isə (X1 və X2) dəfələrlə başqa işlər üzrə hal şahidi qismində iştirak etmişlər və “standart” hal şahidləridir. Belə ki, apellyasiya məhkəməsinə həmin şəxslərin hal şahidi kimi iştirak etdiyi bir çox cinayət işlərinin hökmləri, ittiham aktları və sorğu cavabları təqdim olunmuşdur. Həmin sübutlardan görünür ki, həmin hal şahidləri BMCMİ ilə daim əməkdaşlıq edir. Bu hala apelyasiya instansiyası məhkəməsi əhəmiyyət verməmiş, qərarlarında apellyasiya şikayətinin bu dəlillərinə münasibət belə bildirməmişdir. Göründüyü kimi, yuxarıda göstərilən hallar mövcud olduğu, yəni işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda göstərilən halların araşdırılmadığını güman etməyə əsaslar olduğu və bunlara apellyasiya şikayətində istinad olunduğu halda, apellyasiya məhkəməsi bunların araşdırılması üçün heç bir tədbir görməmiş və apellyasiya şikayətinin həmin dəlilləri ilə bağlı faktiki olaraq öz qərarında heç bir əsaslandırma aparmamışdır. Bundan başqa hazırki cinayət işi üzrə hal şahidləri X1 və X2 məhkumun üzərindən narkotik vasitənin aşkar edilməsində iştirak etmələri, həmçinin ibtidai araşdırma zamanı onlardan qeyd olunan faktın təsdiqi ilə bağlı alınmış ifadələri ilə əlaqədar diqqətə çatdırılmalıdır ki, həmin əməliyyatı qeyd edən binanın təhlükəsizlik kameraları mövcuddur və həmin görüntülərdə adları qeyd olunan hal şahidləri yoxdur. Həmin hal-şahidlərinin faktiki olaraq iştirak etmədiyi video görüntülərlə təsdiq olunması ilə bağlı, birinci instansiyaməhkəməsinə şəxslərin anten məlumatlarının dairəsinin müəyyən olun ması üçün vəsatət verərək bu məsələnin məhkəmə tərəfindən araşdırılmasını xahiş etmiş və bu vəsatət təminolunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarını ləğv edərək, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək kassasiya şikayətinin təmin olunması xahiş etdi. Daha sonra kassasiya məhkəməsində çıxış edən məhkumun müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu kassasiya şikayətində qeyd etdiyi dəlilləri bir daha qeyd edərək kassasiya şikayətinin təmin olunmasını, apelyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apel yasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasla rdan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayətində məhkum edilmiş şəxsin təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyi, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubiyyəti baxımından düzgün qiymətləndirilməməsinə, hökmün əsasının yolverilmiz sübutların təşkil etməsinə, sübutların tədqiqindən əsassız imtina edilməsinə istinad edərək bununla d a məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya mudafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. İlkin olaraq işə baxan Bakı Şəhəri Nizami Rayon Məhkəməsi ittiham hökmündə Məhkum verilmiş ittihamın məhkəmə baxışında dindirilmiş şahid ifadələri, baxış, götürmə protokolu, ekspert rəyləri və digər sübutların məcmusu ilə tam təsdiq olunduğunu, məhkəmə baxış iclasında məhkumun törətdiyi cinayəti etiraf etməməsi barədə verdiyi ifadəsində irəli sürdüyü dəlillərin məhkəmədə araşdırılan mötəbər sübutlarla tam təkzi b olunduğunu nəzərə alaraq, onun göstərdiyi həmin xüsusatları yalnız özünü müdafiə etmək və cinayət məsuliyyətindən yayınmaq məqsədilə irəli sürülən dəlillər kimi qiymətləndirmişdir. Məhkumun müdafiəçisinin verdiyi apellyasiya şikayətində eyni ilə kassasiya şikayətində göstərdiyi dəlillərə, yəni Məhkum əməlində təqsirli bilindiyi maddənin tərkib əlamətlərinin mövcud olmaması, iş üzrə olan sübutların obyektiv və hərtərəfli araşdırılmamasına istinad edərək, nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırmaları zamanı onun təqsirliliyini təsdiq edən hər hansı bir sübutun müəyyən edilmədiyini qeyd etməklə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qərarında həmin dəlilləri əsassız hesab edərək onun təqsirinin məhkəmə iclasında tədqi q edilmiş və mötəbərliyi şübhə doğurmayan cinayət işinin materiallarında olan sübutlar toplusu ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə almaqla qeyd etmişdir ki, “bu cinayətin tövsifi törədilən əməlin cəhətləri ilə cinayət hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri arasında eyniliyi müəyyən etməklə məhkəmənin yekun aktında öz əksini tapmış və cinayət hüquqi nəticələrə səbəb olan əmələ düzgün olan cinayət hüquqi qiymət verilmişdir. İşin faktiki halları prosessual qanunvericiliyin tələbləri baxımından müəyyən edilməklə seçilən hüquq normasında nəzərdə tutulan tərkib əlamətləri ilə göstərilən ictimai təhlükəli əməlin fakt iki əlamətlərinin müqayisə edilməsi nəticəsində əməl qanunauyğun qaydada tövsif edilmişdir. Qeyd edilənlərlə əlaqədar məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Məhkum barəsində qanuni və əsaslı ittiham hökmü çıxarmışdır....” Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlil lərini müzakirə edərək, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq ittihamın təsdiqi barədə yekun nəticəyə gəlmək üçün kifayət hesab etdikləri süb utları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Daha doğrusu məhkəmələr həmin sübutları formal surətdə sadalamaqla kifayətlənmiş hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməmiş, onları sübut etmə predmetinin müəyyən edilməsi, mötəbər və yekun nəticəyə gəlmək üçün kifayət etməsi baxımından dəyərləndirməmişlər. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik, sübutların tədqiqindən əsassız imtina edilməsi ni, hökmün əsasını yolverilməz sübutlar təşkil etməsini, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkumun təqsirliliyi üçün istinad olunan sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsini müəyyən edərək aşağıdakıları qeyd edir. CPM-nin 124.1-ci maddəsinə görə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 139-cu maddəsinə əsasən sübut edilməli hallar dedikdə cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və y a təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi... nəzərdə tutulur. Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Belə ki, məhkəmələrin şəxsin ittiham olunmuş əməlin törədilməsində təqsirliliyi barədə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi sübutlar Məhkum istintaq zaman ı verdiyi etiraf ifadəsi, şahidlərin – Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşları, iki nəfər hal şahidləri – X3, X1 ifadələri, baxış keçirilməsi və maddi sübutun götürülməsinə dair protokol və müvafiq ekspertiza rəylərindən ibarətdir. Məhkum edilmiş şəxs həm birinci instansiya, həm də apellyasiya məhkəmə baxışında oxşar məzmunlu ifadələr verərək ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmişdir. Həmin ifadələrdə şikayətə uyğun dəlillərə istinad edərək, işin faktiki hallarının düzgün müəyyən edilmədiyini, həmin cinayət əməlini törətmədiyini, ibtidai istintaq zamanı əməli etiraf etməsi üçün ona təzyiq edildiyini, narkotik vasitə istifadəçisi olmadığını, aşkar edilmiş narkotik vasitənin ona a id olmadığını qeyd etmişdir. CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlum atların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan malumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanda, istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həyata keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir.CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istəfadə edilə bilməz. Oxşar norma ölkənin əsas qanununda da öz əksini tapmış və Konstitutsiyanın 63cü maddəsinin lV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. Məhkəmələrin şəxsin təqsirli olmasını təsdiq edən mötəbər sübut kimi istinad etdiyi, iş materiallarında olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokolun mahiyyətindən görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında BMCMİ-nin baş əməliyyat müvəkilli Emil Səfərov tərəfindən məhkumun üzərində baxış keçirilmiş, daha sonra isə şəxsin idarə etdiyi avtomaşına və mənzilində baxış istintaq hərəkəti aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərtib edilmiş baxış keçirilməsi və götürmə haqqında protokola iş üzrə mühüm əhəmiyyətə malik olan sübut kimi qiymət verilməli və ilk növbədə qeyd edilən protokolların keçirilmiş əməliyyat tədbirlərinə aidiyyatını müəyyən etmək üçün CPM-nin 236 və 242-ci maddələrinin mahiyyətini izah etmək zəruridir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Azərbaycan Respublikası CPM-nin 242.1-ci ma ddəsinə əsasən əldə edilmiş (mövcud) sübutlar və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə, müstəntiq axtarış apara bilər. Cinayət prosessual qanunvericilik baxış istintaq hərəkəti ilə axtarış istintaq hərəkətin fərqləndirmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən əgər mənzildə əşyaları aşkar etmək və götürmək, habelə meyiti və ya axtarılan şəxsi aşkar etmək lazımdırsa bu axtarışın keçirilməsi üçün əsasdır. Əgər mənzildə şəraiti (qapıda zədələnmənin olubolmamasını və zədənin xarakterini, pəncərənin hündürlüyünü və ölçüsünü, otaqların yerləşmə vəziyyətini və s.) tədqiq etmək zərurəti varsa bu baxışın keçirilməsi üçün əsasdır. İş materiallarında olan “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokolun mahiyyətinə əsasən müəyyən olunur ki, əməliyyat müvəkillərinin Məhkum avtomobilində və fərdi yaşayış evində apardıqları istintaq hərəkətləri axtarış istintaq hərəkətinə xarakterikdir. Axtarış istintaq hərəkətinin adından da göründüyü kimi, bu istintaq hərəkətinin məqsədi sübut əhəmiyyətinə malik olan əşyaların və sənədlərin axtarılıb tapılmasıdır. BMCMİ-nin baş əməliyyat müvəkilli Emil Səfərov prosessual qanunvericiliyin tələblərini pozaraq faktiki olaraq axtarış istintaq hərəkəti aparıldığı halda baxış istintaq hərəkəti keçirilməsi barədə protokol tərtib etmişdir. Bundan əlavə Azərbaycan Respublikası CPM-nin 242.1-ci maddəsinin tələbinə əs asən axtarış istintaq hərəkətini aparmaq müstəntiqin səlahiyyətinə aiddir. Yəni, bu da onu göstərir ki, BMCMİ-nin baş əməliyyat müvəkilli Emil Səfərov səlahiyyəti olmadan müvafiq istintaq hərəkətini aparmışdır. Bundan əlavə CPM-nin 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə, bir qayda olaraq, məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə axtarış və ya götürmənin aparılması haqqında qərarı müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı olduqda çıxara bilər. Axtarış və ya götürmə bu Məcəllənin 177.2-177.6-cı maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirilməklə aparılır. Həmin Məcəllənin 243.3-cü maddəsinə görə təxirə salına bilməyən hallarda müstəntiq axtarış və ya götürməni məhkəmənin qərarı olmadan yalnız aş ağıdakıları güman etməyə əsas verən dəqiq məlumat olduqda apara bilər: 243.3.1. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsini; 243.3.2. şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizləndiyini; 243.3.3. yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olmasını; 243.3.4. yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükə olduğunu. Beləliklə, tədqiq olunmuş iş materiallarına əsasən müəyyən olunur ki, səlahiyyəti olmayan şəxs tərəfindən cinayət işi başlamazdan öncə müvafiq istintaq hərəkəti apa rılmış və cinayət prosessual qanunvericiliyin tələbləri pozulmuş, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi məhkəmə baxışı zamanı bu halı araşdırmamışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin digər bir dəlili kimi, şəxsi axtarış və götürmə zamanı narkotik vasitənin aşkar olunmasında iştirak edən hal şahidləri ilə bağlıdır. Həmin dəlillərə əsasən yuxarıda adları çəkilən hal şahidləri mütəmadi olaraq çoxsaylı başqa işlərdə də hal şahidi kimi iştirak etmişlər. Qeyd edilən prosessual hal üzrə məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 94.1ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə t utulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Qeyd edilən maddədə göstərilmiş «marağı olmayan» məfhumuna nə aid olması cinayət prossesual qanunvericilikdə açıqlanmır. Məhkəmə kollegiyası hesab edir ki, bu halda hal şahidinə etirazın əsaslarını əks etdirən CPM-nin 115-ci maddəsinə istinad edilməlidir. CPM-nin 115.2-ci maddəsində göstərilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Göründüyü kimi prosessual qanunvericilik eyni bir şəxsin həm bir cinayət təqibi üzrə həm də müxtəlif təqibləri üzrə həyata keçirilən istintaq hər əkətlərində hal şahidi kimi iştirakının mütəmadi xarakter daşımasını yol verilməz hesab edir. Eyni zamanda, CPM-nin 115.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Bu baxımdan məhkəmə kollegiyası birmənalı şəkildə hesab edir ki, qeyd edilən maddədə göstərilən hal şahidinə etirazın əsasları, CPM-nin 94.1-ci maddəsinə əsasən hal şahidinin iştirakını marağı olan şəxs kimi istisna edən hallara da aiddir. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya icraatı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən hal şahidlərinin ifadəsinin alınması üçün məhkəmə baxışı qismən istintaqla apar ılmış, hal şahidləri barədə sonradan məcburi gətirilmə qərarı verilmiş, lakin onların iştirakı təmin edilməmiş, məhkəmə kollegiyası CPMnin 141.2-ci maddəsinə istinad edib mübahisələndirilən ifadələri elan etməklə tədqiq edərək məhkəmə baxışını yekunlaşdırmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclas protokolunda qeyd edilən hal üzrə CPM-nin 141.2-ci maddəsinə istinad etməklə apellyasiya məhkəmə kollegiyası səhvə yol vermişdir. Belə ki, “sübutsuz müəyyən edilən hallar” adlandırılan CPM-nin 141.2-ci maddəsində göstərilmişdir ki, cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən mə hkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Göründüyü kimi qeyd edilən norma proses iştirakçılarının (həm ittiham, həm də müdafiə tərəfinin) razılığı ilə sübutlar tədqiq edilmədən işin hallarının təsdiq olunması imkanını əks etdirir. Belə olduğu halda baxılan iş üzrə faktiki sübutlar (bu halda hal şahidinin ifadəsi) tədqiq edilmədən baş vermiş halın - yəni narkotik vasitələrin məhkumun üzərindən, evindən və avtomaşından çıxması halı mübahisəsiz təsdiqini tapmış olur. Faktiki müdafiə tərəfi həmin sübutun tətqiqindən imtina etməklə, mübahisələndirdiyi halın həqiqiliyini etiraf etmiş olur ki, bu da müdafiə tərəfin tələbləri ilə tamamilə ziddiyyət təşkil edir. Halbuki CPM-nin 317-ci maddəsinə əsasən “...şahidin məhkəmə iclasına gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər”. Bundan əlavə apellyasiya şikayətinin dəlili kimi göstərilmişdir ki, hal şahidləri X1 və X2 Məhkumun saxlanması zamanı iştirak etməməsinin binanın təhlükəsizlik kameralarında qeyd olunmuş video çəkilişlərlə öz təsdiqini tapdığı iddia edilir. Müdafiə tərəfindən məhkumun saxlanması halını özündə əks etdirən video görüntülər məhkəməyə təqdim olunmuş, bu barədə yazılı vəsatət disklə birlikdə iş materiallarına əlavə edilmiş, lakin məhkəmə iclasında tədqiq olunmamışdır. Qeyd edilən halı kassasiya məhkəmə kollegiyası CPM-nin 416.1.1-ci maddəsinə əsasən məhkəmənin cinayət prosesi tərəfin in təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etməsi kimi qiymətləndirir. Eyni zamanda, bu kimi hallar məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması aparılmamasını, bununla da İnsan Hüquqları haqqında Avropa Konvensiyası 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməməsini təsdiq edən hal kimi qiymətləndirilir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini də nəzərə alır. Hiro Balani İspaniyaya qarşı məhkəmə işində (xx xxxxxx 1994-cü il tarixli qərar) ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyy ən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Məhkəmə kollegiyası həmçinin polis əməkdaşlarının həm istintaqda, həm də məhkəmə baxışlarında verdiyi ifadələrinin sübüt növü kimi qiymətləndirilməsi zamanı nəzərə alınmalı aşağıdakı hallara diqqət yetirilməsini zəruri hesab edir. Belə ki, qeyd edilən sübütların qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov Az ərbaycana qarşı xx xxxxxx 2007-ci il tarixli, İrlandiya Birləşmiş Krallıqa qarşı 18 yanvar 1978-ci il məhkəmə qərarında, həmçinin bir sıra qərarlarda sübütları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmasını” sübütetmə stadartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrinin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Aydın məsələdir ki, baxılan iş bizə polis əməkdaşları təqsirləndirilən üzərində baxış şəxsin keçirilməsi, pоlis şöbəsinə gətirilməsi və digər istintaq hərəkətlərinin aparılmasına dair şahid kimi ifadə vermişlər. Lakin nəzərə almaq lazımdır kı, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən info rmasiya daşıyıçısıdır. Bu ifadələr Məhkuma verilmiş ittihamın əsasını, eyni zamanda, digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. Bunlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, polis əməkdaşları istintaq aparan orqanda müxtəlif vəzifələrdə fəaliyyət göstərərək vəzifə baxımından bir-birindən asılı olduğu üçün, istintaq hərəkətləri barəsində verdikləri ifadələri ittihamın təsdiqi üçün kifayət edən mötəbər sübut kimi ciddi şübhə doğurur. Oxşar yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Muradov Azərbaycana qarşı x xxxxx 2009-cu il tarixli qərarında (128-ci bənd) öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Kassasiya məhkəmə kollegiyası Məhkum istintaq zamanı verdiyi etirafedici ifadələrə hüquqi qiymət verərək qeyd edir ki, Cinаyət Prоsеssuаl Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşdırılmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı xx xxxx 2000-ci il tarixli Məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Murreyin işi üzrə qərarda da əks olunub). Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, Məhkum elan edilmiş ittiham üzrə cinayət əməli 234.2-ci maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edildikdən sonra ümumiyyətlə hər hansı bir ifadəni imzalamaqdan imtina etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ziddiyyətlərin aradan qaldırılması üçün həmin ifadələr bir daha iş üzrə bütün sübutların məcmusu ilə birlikdə tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələbl ərinə əsasən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tədbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilmə si, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilə n şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş halları (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə, məhkumun təqsirliliyi barədə məhkəmə hökmününün əsasını yolverilməz sübutlar təşkil etdiyinə görə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən qismən məhkəmə istintaqı keçirilməklə yuxarı da sadalanan sübutların yenidən tədqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə görə kassasiya instansiya məhkəməsinin hakimləri məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxara bilər. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkum və onun müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Tağıyev Beyrək Qurban oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-568/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-568/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver