Məhkəmə qərarları › İş №1(102)-568/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-568/2021

21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-568/2021 21.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respu blikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı X9 tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: S.S.Hüseynov (sədrlik edən), A.Ə.Məcidov və Z.A.Ağayevdən ibarət tərkibdə) 08 sentyabr 2020-ci il tarixli hökmü ilə xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmuş (Gəncə hərbi məhkəməsinin 6 fevral 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 330.2.1, 332.2.1 və 332.2.3-cü maddələri təqsirli bilinərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 18 iyul 2014-cü il tarixli qərarı ilə 19 iyul 2014-cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş) məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: X4 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə) məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən X7 02 dekabr 2019-cu il tarixdə, gecə saat 03 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gələrək Zərərçəkmiş şəxs onun bacısı R R R Raya "səsin qulağımdadır”, "neynirsiz, nəvar, nə yox” məzmunlu bilərəkdən "SMS” yazdığını cüzi bəhanə kimi istifadə edib məsələyə aydınlıq gətirməyərək evdən götürüb şalvarının remeninə taxıb gizlətdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağı ilə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs qarnına 1 dəfə zərbə vuraraq "S”vari bağırsaq müsariqəsinin yaralanması ilə müşayiət olunan qarnın ön divarının periton boşluğuna (daxilə) nüfuz edən deşilmiş- kəsilmiş yarası kimi xarakterizə edilən yetirildiyi anda Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya protesti və kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti və məhkumun müdafiəçisi M üdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi işin hallarını düzgün araşdırmadan əsassız yerə birinci instansiya məhkəməsinin hökmünü dəyişdirərək məhkumun əməlinin CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etməklə səhvə yol vermiş, qanunsuz qərar qəbul etmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum məhkəmə baxışında ilkin ifadələrini təkzib edib Zərərçəkmiş şəxs onun bacısına mesaj yazması ilə bağlı evinə gedib sonuncu ilə söhbət etdiyini, bacısına mesaj yazmasının səbəbini soruşduqda Mahirin ona cavab qaytarması və söyüş söyməsi səbəbindən bıçaqla vurduğunu bildirsə də, həmin ifadələr özünü müdafiə kimi qəbul edilib məsuliyyəti yüngülləşdirməyə cəhd kimi qiymətlənd irilməlidir. Hətta təqsirləndirilən şəxsin həmin ifadəsində göstərilən halda da, təqsirkar şəxsin əməli CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Çünki Zərərçəkmiş şəxs mesajı səhvən yazdığını deyib üzrxahlıq etməyə çalışmış, lakin Məhkum intim xarakter kəsb etməyən və qısqanclığa səbəb yaratmayan həmin mesajı heç bir əsas olmadan özünə və bacısına sataşmaq, namusuna xələl gətirilməsi kimi qəbul edib cüzi bəhanə edərək məlum cinayət hadisəsini törətmişdir ki, belə olan halda əməl xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməlidir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidin ifadələri arasında olan ziddiyyətlər olmasına, eyni vaxtda təqsirləndirilən şəxsin xeyrinə və onun məsuliyyətini yüngülləşdirməyə yönəlik şəkildə dəyişdirdiyinə fikir verməyib onların sonrakı ifadələrini heç bir əsas olmadan sübut növü kimi qəbul etmiş, Mahirlə R Rnın arasındakı mesajlaşmanın mahiyyətini aydınlaşdırmamış, bununla da birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə zidd olaraq adıçəkilən proses iştirakçılarının istintaqa verdiyi ifadələrinin işin faktiki hallarına uyğun gəlməməsi qənaətinə gəlmişdir. Halbuki Məhkum əməli birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq CMnin 126.2.4-cü maddəsi ilə, yəni xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilmişdir. Apelyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, məhkəmə baxışı zamanı verilən ifadələr məqsədli şəkildə Məhkum vəziyyətinin süni surətdə yüngülləşdirilməsinə yönəlmişdir. Belə ki, apelyasiya baxışı zamanı Məh kum zərərçəkmiş şəxslə mesajla bağlı 40 dəqiqə söhbət etdiyini, söhbətin uzandığını göstərmişdir. Zərərçəkmiş şəxs isə ifadəsində həmin söhbətin vaxtı barədə heç nə bildirməmişdir. 40 dəqiqə çəkən söhbətin mahiyyəti aydınlaşdırılmadan, zərərçəkmiş şəxsin hansı ifadələrlə və nə səbəbdən Məhkum təhqir etməsi araşdırılmadan məhkəmənin onların ifadəsini mötəbər hesab etməsi isə əsaslı qənaət kimi qəbul edilə bilməz. Dövlət ittihamçısı kassasiya protestində Apellyasiya məhkəməsi tərəfindən Cinayət Prosessual qanunvericiliyin tələblərinin pozulduğunu, məhkumun əməlinin əsassız yerə CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edildiyini vurğulayaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini, işin yeni Apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum ilk dəfə cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilmiş və əvvəllər məhkum olunmamış, törətdiyi hadisənin səhəri günü könüllü şəkildə polisə gedərək törətdiyi cinayət barədə məlumat vermiş və könüllü təslim olmuş, istər cinayət işi üzrə ibtidai istintaq, istərsə də, birinci və apellyasiya instansiya məhkəmələrində törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin, iş üzrə Zərərçəkmiş şəxs ilə Məhkum barışmışlar, Zərərçəkmiş şəxs S. S ovdan heç bir şikayət və tələbinin olmadığım, S. R Run həbs olunmamasını və azad edilməsini xahiş etmiş, bu barədə məhkəmə iclaslarında ifadələr vermiş və ərizə ilə məhkəməyə də müraciət etmişdir. Bund an başqa, qeyd edirəm ki, Məhkum gənc olmaqla, onun hazırki vaxtda azadlıqdan məhrum edilməsi və uzunmüddət ərzində cəmiyyətdən təcrid edilməsi onun gələcək həyatı üçün mənfi nəticələrə səbəb ola bilər. Müdafiəçi qeyd olunanların nəzərə alınmasını, məhkumun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib,kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi. kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin çıxışılarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məh kəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edi r. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilm iş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkumun əməlinin əsassız olaraq CM-nin 126.1-ci maddəsi ilə tövsif edilməsi mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin dü zgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Məhkəmə kollegiyası kassasiya protestində məhkumun əməlinin düzgün tövsif edilməməsi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkr arlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir İş materiallarından görünür ki, Apellyasiya instansiya məhkəməsinin iclasında ona ünvanlanan sualları cavablandırarkən Məhkum bildirmişdir ki, Mahirlə aralarında olan mübahisənin Mahirin bacısı R Rya yazdığı mesaja görə başladığını, mübahisə zamanı Mahirin onun ünvanına söyüş söydüyünü və bu səbəbdən Mahiri bıçaqla vurduğunu, Mahir onu söyməsəydi onu vurmayacağını bildirmiş, ilkin ifadəsini oxumadan imzaladığından birinci instansiya məhkəməsində və hazırda verdiyi ifadələrin həqiqəti əks etdirdiyini qeyd edərək məhkəmə istintaqı verdiyi ifadələrin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan, Apellyasiya icraatı zamanı ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “hadisədən 1-2 gün əvvəl L L özünə məxsus olan mobil telefonu ona işlətmək üçün vermişdir. 1 dekabr 2019-cu il tarixdə günorta saat 15 radələrində L Lla birlikdə onun yaşadığı ünvana gəlmişlər. Yorğun olduğundan uzanıb yatmışdır. Saat 16 radələrində yuxudan ayılanda görmüşdür ki, L L yoxdur. L L ona verdiyi mobil telefonu götürüb çıxıb getmişdir. O düşünmüşdür ki, L L evlərinə getmişdir. 02 dekabr 2019-cu il tarixdə gecə saat 3 radələrində evdə olmuş, bayıra çıxmaq üçün hazırlaşmış və bu məqsədlə gödəkcəsini geyinmişdir. Bu zaman L L evə daxil olub ondan nəyə görə onun bacısına sms yazdığını soruşmuşdur. O da L La səhvən yazdığını bildirmişdir. Bu vaxt L L ilə aralarında mübahisə yaranmışdır. Söhbət uzanmış və o, bu cür söhbətdən bezib L Lu təhqir etmişdir. Bundan sonra L L ona yaxınlaşıb əlində olan bıçaqla qa rın nahiyəsinə 1 dəfə zərbə vurub çıxıb getmişdir...” Məhkum bıçaqla Zərərçəkmiş şəxs qarnına bir dəfə zərbə vurması həm məhkum edilmiş şəxsin özünün, həm Zərərçəkmiş şəxs, şahidlər X5 və X1 ifadələri, həm də iş materiallarında olan "Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 01 fevral 2020-ci il tarixli 02/t saylı rəyi ilə təsdiq olunur. CM-nin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar o lan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - cinayət əməli nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.2.4-cü maddəsində isə ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya instansiya məhkəməsi məhkumun əməlini CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif etməklə, əsaslı və qanuni qərar qəbul etmişdir. Belə ki, xuliqanlıq niyyətinin mahiyyəti bu motivlə cinayət törədən şəxsin özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoymasından, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməsindən, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər etməsidir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Qəsdən sağlamlığa ağır zərər vurmada motivin xuliqanlıq niyyəti kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs, zərərçəkmiş şəxs və şahid ifadələrindən görünür ki, Məhkum tərəfindən cinayət hadisəsi törədilməmişdən bilavasitə qabaq o, dostu Zərərçəkmiş şəxs bacısına "səsin hələ də qulağımdadır” məzmununda mesaj yazdığını görmüş, bundan qəzəblənmiş və zərərçək miş yanına getmiş və buna adekvat şəkildə irad bildirdikdə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, həmin mübahisə zamanı zərərçəkmiş şəxs onu təhqir etdikdən sonra zərərçəkmiş şəxsin qarnına bir dəfə bıçaqla vuraraq ona sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmişdir Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi yekun nəticəyə gələrkən iş materiallarında olan, şahid qismində X2 və X1 həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı verdikləri ifadələrdə Məhkumla Zərərçəkmiş şəxs arasında mübahisənin yaranma səbəbi sonuncunun R R R Raya mesaj yazması olduğu, bu da tərəflər arasında mübahisənin şəxsi münasibətlər zəminində yaranmasına və cinayətin motivinin məhz məhkum edilmiş şəxsin yaxın dostunun bacısına mesaj yazmasının olmasını əsas götürərək, əməli n CM-nin 126.1-ci maddəsinə tövsif etməklə işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələr i ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən Məhkum CMnin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, məhkum ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilərək əsaslı nəticəyə gəlinmişdir. Kassasiya şikayətində m üdafiəçi məhkumun barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəm ələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, Apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, c əzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən Məhkum cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları m üəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar