Məhkəmə qərarları › İş №1(102)-568/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-568/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-568/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Abbaszadə Ziyad İsax oğlunun iştirakları ilə XX XXXXX 1987-ci il tarixdə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı orta təhsilli, evli, himayəsində azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamı ş, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Abbaszadə Ziyad İsax oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 fevral 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və A.İ.Paşayev) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümu mi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəlinin 27 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri, digər müdafiəçiləri tərəfindən apellyasiya şikayətlərinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: H.H.Əhmədov (sədrlik edən), H.Ç.Məmmədov və İ.M.Murğuzov) verilmiş apellyasiya şikayətləri və apelyasiya şikayətlərinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 fevral 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum q abaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı X10 adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək X10 adlı şəxs tərəfindən göndərilmiş təmiz çəkisi 505 qram təşkil edən külli miqdarda psixotrop maddə metafetamini və təmiz çəkisi 710 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini 26 aprel 2021-ci il tarixdə Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə əldə edib özündə saxlamaqla daşımış, 27 aprel 2021-ci il tarixdə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsin in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 23:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində saxladığı qara rəngli sellofan torbanın içərisindən, bir ədəd sellofana bükülmüş təmiz çəkisi 505 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, bir ədəd sellofana bükülmüş təmiz çəkisi 710 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə gəzdirdiyi elektron tərəzi aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən veril miş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, aşağı instansiya məhkəmələri tərəfindən təqsirləndirilən şəxs Məhkum işin məhkəmə baxışı zamanı verdiyi aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin ona məxsus olmamasına dair verdiyi ifadələri əsassız olaraq sübut kimi qəbul etməmiş, onun ibtidai araşdırma zamanı alınmış ilkin izahat və ifadələrinə sübut kimi istinad olunmuşdur. Müdafiəçi həmçinin qeyd edir ki, müdafiə tərəfinin yol verilmiş qanun pozuntularının aradan qaldırılmasına dair verdiyi vəsatətlər apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməmiş və beləliklə də, ittiham tərəfinin hüquqi mövqeyinə yaxın hüquq normalarına istinad olunmaqla əsaslandırılmamış qərar qəbul olunmuşdur. Müdafiə tərəfi hesab edir ki, Məhkum ədalətli məhkəmə araşdırılması hüququ pozulmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı müdafiəçi Z.Abbaszadənin və dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tər əfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar