Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-568/2024 24.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə,) 28 aprel 2022-ci il tarixli hökmü ilə xx.xx.1984-cü ildə Xdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, Xdə qeydiyyatda olmaql a yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5, 145.2.6-cı maddələri ilə 3 (üç) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1, 182.2.2, 182.2.3, 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 24 noyabr 2021-ci ildən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Bəşirov Kamil Sücəddin oğlu və Abdullayev İlkin Qismət oğlundan ibarət tərkibdə) 6 oktyabr 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə məhkum olunmasına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(099)268/2022 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(099)268/2022 saylı hökmü apellyasiya şikayətinə əsasən Məhkum cəza təyini hissəsində dəyişdirilmişdir. Məhkum Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 1(099)268/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə və CM-in 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin olunmuş 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Hökm apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, tö rətdiyi cinayət əməlinə görə cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə Zərərçəkmiş şəxs onu, həmçinin Neftçala rayonunda yaşayan anası X5 ziyarət etməməsi səbəbindən, tanışı digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 20 noyabr 2021-ci il tarixdə saat 18:40 radələrində adına qeydiyyatda olan "Azerfon MMC” mobil operatoruna aid 077-55690-88 saylı mobil nömrədən Zərərçəkmiş şəxs adına qeydiyyatda olan "Azercell MMC” mobil operatoruna aid ***-***-**** saylı mobil nömrə ilə danışaraq onu guya Rusiya Federasiyasının Moskva şəhərində işə düzəltmək adı ilə aldadıb görüşə dəvət edərək Salyan şəhərində yerləşən avtovağzala çağırmış, 20 noyabr 2021-ci il tarixdə saat 20:30 radələrində orada görüşdükdən sonra həmin gün saat 22 r adələrində birlikdə iş barədə söhbət etmək üçün Xdəki yaşadığı fərdi yaşayış evinə dəvət edib evin birinci mərtəbəsindəki yataq otağında digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilinə aid etibarnaməni, Covid-19 əleyhinə peyvənd olunması ilə bağlı pasportunu, "Samsung” markalı mobil telefonunu əlindən alıb, mobil telefonu söndürərək həmin otaqda nəzarət altında saxlamaqla sərbəst hərəkət etmə imkanını məhdudlaşdırıb qanunsuz azadlıqdan məhrum edib 22 noyabr 2021-ci il tarixdə saat 08 radələrinə kimi olan müddət ərzində fasilələrlə istintaq zamanı əldə edilməsi mümkün olmayan metal boru parçasını silah qismində istifadə etməklə, həmçinin yumruq, təpik və sillə ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq burnun yumuşaq toxumasının sıyrığı, sağ göz orbitasının, sol göz altı nahiyəninn, sol budun orta 1/3-nin, sağ budun orta 1/3-nin qançırları, sağ gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək, sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək onu soyundurub çılpaq vəziyyətdə videosunu və foto şəkillərini çəkməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan 40000 manat məbləğində xeyli miqdarda pul tələb etmiş, Zərərçəkmiş şəxs onlar tərəfindən azadlığa buraxılmayacağını görüb azad olunması üçün Vaz 2107 markalı **-XU-*** dövlət nömrə nişanlı avtomobil aldığını, həmin avtomobilin etibarnaməsinin sahibi tərəfindən ləğv edildiyini, avto mobilin dəyəri kimi ödənilmiş 5300 manat məbləğində pulunu geri almalı olduğunu bildirdiyi üçün, həmin məbləğdə pulun avtomobilin sahibi ilə yaşadığı Sumqayıt şəhərində görüşüb geri alındıqdan sonra onlara verilməsi ilə bağlı aralarında razılıq yaranmış, bundan sonra öz cinayət əməllərini davam etdirərək 22 noyabr 2021-ci il tarixdə saat 08 radələrində cinayətin iştirakçısı olmayan, taksi sürücüsü kimi fəaliyyət göstərən X9 idarə etdiyi Mersedes Benz-E 250 markalı **-CG-*** dövlət nömrə nişanlı avtomobili ilə birlikdə Zərərçəkmiş şəxs nəzarət altında Sumqayıt şəhərinə apararaq həmin gün saat 14 radələrində sonuncunu X3 Vaz 2107 markalı ** XU *** dövlət nömrə nişanlı avtomobili almaq üçün ödədiyi 2000 manat məbləğində pulun ondan geri alınması ilə bağlı Sumqayıt şəhəri Heydər Əliyev prospek ti 2/32 ünvanında yerləşən Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə şikayət ərizəsi ilə müraciət etməyə vadar edib Zərərçəkmiş şəxs, X24 2107 markalı ** XU *** dövlət nömrə nişanlı avtomobili almaq məqsədilə ödədiyi 2000 manat məbləğində pulu polis bölməsində alıb əldə edərək həmin gün saat 23 radələrində birlikdə Xdəki yaşadığı evə qayıdaraq çılpaq vəziyyətdə çəkdiyi şəkillərinin və videosunun onda olduğunu deyərək haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrar ondan 40000 manat məbləğində, xeyli miqdarda pul tələb etmişdir. Bundan başqa, Məhkum, tanışı digər şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar 22 noyabr 2021-ci il tarixdə saat 23 radələrindən 23 noyabr 2021-ci il tarixdə saat 13 radələrinə kimi olan müddət ərzində öz cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs Xdəki yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsindəki yataq otağında nəzarət altında saxlamaqla sərbəst hərəkət etmə imkanını məhdudlaşdıraraq qanunsuz azadlıqdan məhrum edib Zərərçəkmiş şəxs məxsus şəxsiyyət vəsiqəsini, sürücülük vəsiqəsini, avtomobilinə aid etibarnaməni, Covid-19 əleyhinə peyvənd olunması ilə bağlı pasportunu, "Samsung markalı mobil telefonunu özlərində saxlayaraq çılpaq vəziyyətdə qeydə alınmış videosunu və foto şəkillərini yayacağı ilə bağlı haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan 40000 manat məbləğində xeyli miqdarda pul tələb etmiş, Zərərçəkmiş şəxs onlar tərəfindən azadlığa buraxılmayacağını görüb azad olunması üçün Neftçala rayonunun Xolqarabucaq kəndi ərazisində torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini satıb pul unu onlara verəcəyini bildirməklə inandırmış, Məhkum, X28 oğluna məxsus Qaz 3İ10101 markalı ** LP *** dövlət nömrə nişanlı avtomobili idarə edib birlikdə Neftçala rayonunun Mürsəqulu kəndinin ərazisinə gəlmiş, orada X7 məxsus yeməkxanasına gələrək torpaq sahəsinin notarial qaydada rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsini və mobil telefonla danışmaq zərurəti ilə bağlı "Samsung” markalı mobil telefonunu onlardan geri alaraq 23 noyabr 2021-ci il tarixdə saat 18 radələrində rayonun Xolqarabucaq kəndində olan evinə getmiş, bundan sonra 077 *** ** ** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan 050 *** ** ** saylı mobil nömrəyə həmin gün saat 20:14 dəqiqədə "Rosen telefona cavab ver, yenə deyesen putat eledun?”, saat 21:11 dəqiqədə "Rösen tel cavab ver Yoxsa internetde baxacaqsan özüne”, saat 21:15 dəqiqədə "Teli götür ağlını itirme Kucede saxlamisan bizi ne fikirlesirsen”, saat 21:15 dəqiqədə "Vallah Bizi basqa seye Vadar eleme dur gel” məzmunlu mesajlar yazaraq çılpaq vəziyyətdə çəkdiyi foto şəkillərinin və videosunun onda olduğunu bildirməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə təkrar 40000 manat məbləğində, xeyli miqdarda pul tələb etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, baş vermiş hadisə ilə bağlı bilavasitə heç bir şahidin olmaması, şahidlərin yalnız zərərçəkmiş şəxsin yaxın qohumu olması və həmin şahidlərlə zərərçəkmiş şəxsin ifadələrinə üstünlük verilməsi, zərərçəkmiş şəxsin saxlanıldığı iddia edilən ev və şərait, zərərçəkmiş şəxsin öz versiyasında onun dəmir boru ilə döyülmə si və sonradan buna adekvat xəsarətlərin ekspertiza rəyində olmaması, rayondan Sumqayıt şəhərinə gedən zaman taksi ilə gedişat, Sumqayıt şəhərində ilk öncə rentakara və daha sonra Polis Bölməsinə getməkləri, buna dair zərərçəkmiş şəxsin hər hansı bir məntiqli izahının olmaması, Sumqayıtdan qayıtdıqdan sonra isə Kapital Bank və kafedə olmaları cinayət işi ilə bağlı mövcud qanıınsuzluqların olduğunu göstərir. Müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülmüş ağır ittiham heç bir sübut mövcud olmadan götürülmüş bir ittihamdır. Zərərçəkmiş şəxsin özünün və iki yaxın qohumunun ifadələri ittihamın əsasını təşkil etmiş və sonradan da bunlar məhkəmələr tərəfindən sübut kimi dəyərləndirilmişdir. İttihamın zərərçəkmiş şəxsi məzlum, dünyadan bixəbər adam kimi qələmə vermək niyyəti məlumdur. Zərərçəkmiş şəxs özü də daha əvvələr ağır cinayətə görə məhkumluq həyatı yaşamış bir şəxsdir və pozulan hüquqlarınm müdafiəsinin necə həyata keçirilməsi barədə yaxşı məlumatlı idi. Məhkəmələr bu məsələlərə dair heç bir aydınlıq gətirməmiş və buna dair heç bir qiymət verməyə lüzum görməmişdir. Zərərçəkmiş şəxsin saxlanıldığı iddia edilən ev və şəraitlə bağlı ittihamın dediklərinin inandırıcı olması və məhkəmələrin də bununla razılaşması təəccüb doğurmaqdadır.İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, zərərçəkmiş şəxsin iddia etdiyi kimi onun saxlanıldığı yer hər hansı bir qala hücrəsi deyil, 60 ilin köhnə tikilisidir ki,həmin otağın qapısı çox yox, bir az zərblə vurulacağı təqdirdə yerindən çıxmalı idi. Əli-qolu bağlı olmayan zərərçəkmiş şəxs oradan xilas ola bilərdi. Zərərçəkmiş ş əxsin dəmir boru ilə döyülməsi və sonradan buna adekvat xəsarətlərin ekspertiza rəyində olmaması məsələsi də iş üçün mühüm əhəmiyyət kəsb etsə də bu xüsusata da diqqət yetirilməmişdir. Müdafiəçisi olduğu şəxsə Azərbaycan Respublikası CM-in 182-ci maddəsi ilə verilmiş ittiham da sübutlara və işin real faktiki hallarına deyil, yalnız zərərçəkmiş şəxsin ifadəsinə əsaslanmışdır. Cinayət işinin materiallarından da görünür ki, zərərçəkmiş şəxsin guya döyüldüyü zaman çəkilmiş çılpaq fotoları və ya videogörüntüləri, həmçinin guya həmin videogörüntüləri çəkmiş xəyali mobil telefon aşkar edilməmiş və cinayət işinin materiallarına əlavə edilməmişdir. Çünki aşkar edilə bilməzdi, ona görə ki, belə bir hadisə reallıqda baş verməmişdir. Həmçinin zərərçəkmiş şəxsin hansısa əmlakının tələf ediləcəyindən is ə ümumiyyətlə söhbət belə getməmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilərək Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.2, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək, 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hüquqlarını müdafiə etdiyi Məhkum barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi haqqında qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və onun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxm ış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyr inə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, şəxsin əsassız məhkum edilməsi və ona bəraət verilməsi iddia edilərək mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələblər məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyə tlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi n əinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsa slılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yaln ız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə silah kimi istifadə edilən əşyadan istifadə edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etməsinə, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında, zor tətbiq etməklə, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmişin əmlakını hədə-qorxu ilə tələb etməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Belə ki, müdafiəçi kass asiya şikayətində hüquqlarını müdafiə etdiyi Məhkum əməlində adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayətinin, yəni CM-nin 145-ci maddəsinin, eyni zamanda hədə-qorxu ilə tələb etmə cinayətinin tərkibi olmadığından sonuncuya həmin maddələrlə bəraət verilməsi barədə tələb irəli sürmüşdür. Məhkəmə kollegiyasının qənaətinə görə iş üzrə toplanmış sübutlar bu tələbin əsassız olmasına dəlalət edir. Belə ki, Cinayət Məcəlləsinini 145-ci maddəsində nəzərdə tutulan qanunsuz azadlıqdan məhrum etmə cinayəti zərərçəkmiş şəxsin olduğu yerdə iradəsi ziddinə və ya arzu etmədiyi yerdə məcburi qaydada saxlanmasıdır. Kassasiya şikayətində iddia olunanlarin əksinə olaraq, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbi q etməklə silah kimi istifadə edilən əşyadan istifadə edib adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətməsini təsdiq edən sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvir edilməsini zəruri saymır, lakin həmin sübutlara əsaslanaraq qeyd etməyi lazım bilir ki, bu sübutlar Məhkum sözügedən cinayət əməllərini törətməsinə dəlalət edir. Məhkəmə kollegiyası Məhkum istinad olunan hədə-qorxu ilə tələb etmə cinayət əməlinə münasibətdə isə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqın da rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etmə ilə xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüqu qun verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu il ə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulan hədə qorxu ilə tələb etmə cinayət əməlinin tərkibinin yaranması üçün istənilən hədə-qorxu real olmalı və şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədə-qorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədə-qorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şə xsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə oluna bilər. Hazırki cinayət işi üzrə toplanmış sübutlardan, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələrinin müqayisəli təhlilindən aydın olur ki, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə, zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə zərərçəkmiş şəxsin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs qanunsuz azadlıqdan məhrum edilməsi və ondan hədə qorxu ilə tələb edilməsi ilə bağlı qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən cinayət əməlində təqsirli olmaması barədə d əlilləri subyektiv mülahizələrdən ibarət olmaqla hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 və X1 verdikləri ifadələr, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 247 saylı rəyi, zərərçəkmişin istifadəsində olan “Samsung” markalı telefona xx.xx.2021-ci il tarixdə baxış keçirilməsi haqqında protokol, kompleks məhkəmə ambulator-psixoloji və psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 104 saylı rəyi, cinayət işi üzrə "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixli AZF/LGL-34311/21 və xx.xx.2021-ci il tarixli AZF/LGL-34333/21 məktublarla daxil olmuş telefon danış ıqlarına dair disklərə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və məhkəmədə tədqiq olunmuş digər sübutlarla müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilərək onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş cinayət məsuliyyətindən yaxa qurtarmağa, cinayət məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirilmişdir. Bu baxımdan da, kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Məhkum CM-in 145.2.4, 145.2.5, 145.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli hesab etməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiya sı Məhkum hədə-qorxu ilə tələb etmə cinayətində təqsirli bilinməsi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticəni əsaslı hesab etsə də, məhkum tərəfindən həmin cinayət əməlinin tövsifedici əlaməti kimi təkrar törədilməsi (CM-in 182.2.2 mad.) barədə qənaətləri ilə razılaşmır. Məhkum hədə qorxu il tələb etmə əməlinə Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsinin (təkrarçılıq əlamətinin) şamil edilməsinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olmayaraq təkrar törədilən hədə-qorxu ilə tələb etmə kimi CM-in 182.2.2-ci maddəsi ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiy mət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçul uq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001 -ci il, "X14rşı” 09 dekabr 1994cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslan dırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Cinayət Məcəlləsini 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. CM-in 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, ona edilmiş xəbərdarlığa məhəl qoymamasına dəla lət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyini göstərir. Təkrarlığın yaranması üçün onu təşkil edən hər bir əməlin cinayət-hüquqi əhəmiyyət daşıması, yəni ayrı-ayrılıqda götürüldükdə hər bir əməlin cinayət məsuliyyəti yaratması, o cümlədən, onların hər birində cinayət tərkibinin əlamətləri olması zəruridir. İşin hallarından göründüyü kimi, istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittiham üzrə hədə-qorxu ilə tələb etmə əməlinin təkrarçılığı qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib zərərçəkmiş şəxsi soyundurub çılpaq vəziyyətdə videosunu və foto şəkillərini çəkməklə haqqında rüsvayedici məlumatlar yayma hədəsilə ondan 40000 manat məbləğində xeyli miqdarda pulu bir neçə dəfə tələb etmələrində ifadə olunmuşdur ki, hədə-qorxu ilə tələb etmə ilə bağlı bu hərəkətlər cinayət əməli iştirakçılarının vahid niyyəti ilə əhatə olunmuşdur. Sözügedən cinayət əməli bir neçə təkrar hərəkətlə törədilsə də, vahid cinayətin ayrı-ayrı epizodları olmaqla təkrarçılıq yaratmır. Yəni, məhkəmələr Məhkum əməlinin tövsifində səhvə yol verməklə hədə-qorxu ilə tələb etmə cinayət əməlinin təkrar törədilməsi barədə əsassız nəticəyə gəlmişlər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedic i əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarlarından Məhkum hədə qorxu ilə tələb etmə cinayətinə görə Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilməli, sözügedən əməlin bu şəkildə (cinayəti ağırlaşdıran əlamətlərdən birinin xa ric edilməsi hesabına) yüngülləşdirilməsi Məhkum hədə-qorxu ilə tələb etmə cinayətinə görə, habelə cinayətlərin məcmusu üzrə (qəti olaraq) təyin olunmuş cəzada özünü göstərməli, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin təsbit etdiyi məsələlər üzrə məhkəmələr tərəfindən müəyyən edilmiş hallar nəzərə alınaraq ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası, cinayətlərin məcmusu üzrə isə həmin cəza Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum Cinayət Məcəlləsinin 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti cəza müəyyən edilməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.15-ci maddəsində göstərilən əsasla yuxarıda təsvir edilən qaydada dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 oktyabr 20 22-ci il tarixli qərarı və onunla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmündən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəalar xaric edilsin. Məhkum CM-in 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bu cəza ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 145.2.4, 145.2.5 və 145.2.6-cı maddələri ilə təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplanılmaqla, ona qəti olaraq 7 (yeddi) il 9 (doqquz) ay müddətə müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-568/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-568/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver