Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-568/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1647/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Göyüşov Əhrəman Mehralı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Baş Qərvənd kəndində daimi yaşayış qeydiyyatında olmaqla faktiki olaraq X ünvanında yaşamışdır. 2. 16 oktyabr 2023-cü il tarixli ittiham aktına əsasən Məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 07 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 2023-cü ilin mart ayının ortalarında istintaqa konkret məlum olmayan tarixdə X yerləşən yaşadığı x nömrəli otaqda sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı əzab vermək məqsədi ilə yumruqla qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsinə zərbə vuraraq ona burun belinin sıyrığı və piqmentasiya sahəsi ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirməklə güclü fiziki ağrı vermiş, 2023-cü ilin aprel ayının ort alarında vahid niyyətlə əhatə olunan cinayət əməlini davam etdirərək istintaqa konkret məlum olmayan tarixdə saat 15 radələrində x nömrəli otaqda sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs divanın üzərində yatmasından, yəni köməksiz vəziyyətindən istifadə edib qısqanclıq zəminində Zərərçəkmiş şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə yüksək hərarətə malik yanar vəziyyətdə olan siqaretin ucunu Zərərçəkmiş şəxs alt dodağına basıb ona alt dodağın sağ yarısının yanıq yarası və oval şəkilli zərif çapıq toxuması ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək işgəncə verməklə güclü fiziki ağrı və psixi iztirab vermiş, bununla kifayətlənməyib mütəmadi olmaqla cinayət əməlini davam etdirərək 28 aprel 2023-cü il tarixdə, saat 17 radələrində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının yaxınlığında sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs ondan ayrılmasını bəhanə edib Zərərçəkmiş şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə əvvəlcə əlləri ilə saçından tutub dartmış və sifət nahiyəsinə qəsdən əli ilə zərbə vuraraq onu zorla öz ardınca dayandığı yerdən bir neçə metr kənara dartıb apardıqdan sonra sol əlini qəsdən buraraq və təpik zərbəsi ilə vurub yerə yıxaraq ona sol dirsək oynağının şişkinli hematoması və sıyrığı, sol baldırın qançırı, sol əlin 4-cü barmağının dırnaq sədəfinin qansızması və dırnaq ucunun sınması ilə nəticələnən, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirməklə güclü fiziki ağrı və əzab vermiş, yenidən mütəmadi olmaqla cinayət əməl ini davam etdirərək növbəti dəfə 03 may 2023-cü il tarixdə saat 12 radələrində ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki pilləkəndə sevgili münasibətlərində olduğu Zərərçəkmiş şəxs onunla birlikdə getməkdən imtina etməsini bəhanə edib Zərərçəkmiş şəxs qisas alıb onu cəzalandırmaq məqsədi ilə təpiklə sağ ayağına, habelə yumruqla sol qoluna və bel-oma nahiyəsinə bir neçə zərbə vurub güclü fiziki ağrı vermişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-67/2024 nömrəli, 04 iyun 2024cü il tarixli hökmü ilə Məhkuma Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 04 iyun 2024-cü il tarixdən hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Göyüşov Əhrəman Mehralı oğlu apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, Məhkuma təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1647/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-67/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərar ından Məhkumun müdafiəçisi Göyüşov Əhrəman Mehralı oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmələr məhkumun cəzasını yüngülləşdirən hallar kimi ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsinə, zərərçəkmiş şəxslə barışmasına, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə yetəri qədər əhəmiyyət verməmişdir. Məhkumun zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmaması, vurduğu maddi və mənəvi ziyanı kompensasiya etməsi onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini xeyli dərəcədə azaldan hallardır. Eyni zamanda məhkəməyə Məhkum mütəmadi müalicə aldığı xəstəliklərə bağlı müxtəlif sənədlər təqdim edilməsinə baxmayaraq həmin hallar da nəzərə alınmam ışdır. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1647/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarının dəyişdirilməsi, Məhkum təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu i nstansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasi bətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkumun müdafiəçisi kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələnd irmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1647/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alı nmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddə sinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanu ni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləşmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Öz növbəsində, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.
23. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı).
24. Qeyd olunan cinayət-hüquqi normalara və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla kassasiya şikayətinin dəlill əri baxılan işin müvafiq materialları ilə müqayisə edilməklə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi haqqında xahişin əsassız olduğu müəyyən edilir.
25. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
26. Azərbaycan Respublikası CM-nin 133.2-ci maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
27. Baxılan cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum cəza təyin edən birinci instansiya məhkəməsi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəl ilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 133.2.4 və 133.2.6-cı maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin edib, qanunla nəzərdə tutulan məqsədlərə xidmət edən və Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində göstərilən tələblərə uyğun olan cəza növü və müddətini seçmişdir.
28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
29. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən müəyyən edilmiş işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə (Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinin mümkünlüyü məsələsi daxil olmaqla) əsas verən hallar kimi qiymətləndirmək üçün əsas aşkar edilmir.
30. Müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etməklə, hər iki instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrində əksini tapan, cinayət əməlini törətmiş şəxslərə tətbiq edilən cəza üzrə tələblərə tam riayət etmişlər.
31. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
32. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
33. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxış ını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkumun müdafiəçisi Göyüşov Əhrəman Mehralı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1647/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Göyüşov Əhrəman Mehralı oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1647/2024 nömrəli, 05 avqust 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.