Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-569/2019 02.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-569/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 02 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və müdafiəçi S6 iştirakları ilə, Bakı şə hər Xəzər rayon məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi S6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xəzər rayon Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X11) Məhkum -xx xxxxxx 1971-ci il tarixdə ************ rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, *********** rayonunun ************ kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, **************** ******************************** yaşayan Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki,o, zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Məhkum 13 aprel 2018-ci il tarixdə, saat 17 radələrində, Bakı şəhəri, ***************************** küçəsində qaynının həyat yoldaşı X6 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən ayaqları və əlində olan çanta ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə vurub ona sağ və sol gözaltı nahiyənin, s ol bazunun qançırları, burun sümüyünün yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarəti yetirmişdir. Hökmdən Məhkum müdafiəçisi S6 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X7 və X17 ibarət tərkibdə) 16 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi S6 kassasiya şikayəti verərək qərarın ləğv edilərək, məhkuma bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi S6 kassasiya şikayət ini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslə zərərçəkmiş X8 ilə aralarında əmlak xarakterli məhkəmə mübahisələri olmuş və bununla əlaqədar aralarında münaqişə mövcuddur. Ona görə də təqsirləndirilən şəxsə qarşı qondarma ittiham irəli sürmüşlər. Birinci instansiya məhkəməsinin hökmdə ifadəsinə istinad etdiyi şahid X9 zərərçəkmiş şəxsin qızıdır. X1 göstərdiklərindən məlum olur ki, o Məhkum Ş8 xəsarət yetirməsini görməmişdir. Hadisənin baş verdiyi iddia edilən gün Məhkum Yasamal rayonu Qutqaşenli-36 ünvanında iş yerində olmuşdur. Bununla bağlı AR DİN Baş informasiya –Kommunikasiya İdarəsinə ünvanlanan məktubdan görünür ki, arxivlərin saxlama müddəti 1 ay keçdikdən sonra avtomatik olaraq sistem tərəfindən silindiyi üçün videomüşahidə kameralarının görüntülərini təqdim etmək mümkün o lmamışdır. Bununla əlaqədar Məhkum anten dairəsinin müəyyən edilməsi barədə vəsatət verilsə də təmin edilməmişdir. Məhkum D6 tərəfindən tanınması fotoşəkillərlə aparılmış, bunu zəruri edən səbəbin nədən ibarət olması qeyri-müəyyən qalmışdır. Məhkəmə-tibb ekspertizasının rəyi ilə xəsarətin özü-özünə yetirilməsinə xarakterik olması müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyab r 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək, məhkuma bəraət verilməsi barədədir. Cinayət işinin materiallarından görünür ki, məhkumun cinayət əməli zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və ekspertizanın rəyi ilə sübut edilmişdir. Zərərçəkmiş şəxs X3 işin halları barədə ifadəsinin həqiqiliyi ibtidai istintaq zamanı təqsirləndiril ən şəxslə üzləşmə zamanı eyni ifadələri onun üzünə qarşı göstərməsi və şahidlər M8, X4 ifadələri ilə və həm də məhkəmə tibb ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. X20 Əminağa qızı həm ibtidai istintaqda, həm də məhkəmə iclasında eyni məzmunlu sərbəst ifadələr verərək zərərçəkmiş X3 ifadələrində göstərdiyi hadisənin detallarını təsdiq etmişdir. X1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında hadisə zamanı orada olan qadınlardan birinin məhz təqsirləndirilən şəxs Məhkum olmasını göstərməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Ona birinci instansiya məhkəməsinin iclasında belə sual verilməmiş və o belə bir ifadə verməmişdir. Bunun əksinə olaraq birinci instansiya məhkəməsi iclasında D6 ibtidai istintaqdakı ifadələrini təsdiq etdiyini göstərmişdir. İbtidai istintaq za manı D6 təqsirləndirilən şəxsin fotoşəkilini ona tanınmaya təqdim edilmiş digər 3 nəfər qadının şəkilləri sırasında tanımışdır. Tanınmanın fotoşəkillərlə aparılması Azərbaycan Respublikası CPM-nin tələblərinə zidd olmamışdır. Tanınmanın fotoşəkillərlə aparılması şahid X5 yazılı ərizəsi əsasında edilmişdir. X24 ərizəsində (i.v-52) münaqişə edən qadınların yaşadığı ərazidə işlədiyi üçün, söz-söhbət yaranmasından çəkindiyinə görə həmin şəxslərlə üz-üzə gəlmək istəmədiyini göstərmişdir. Ona görə də üzləşmə fotoşəkillərlə aparılmışdır və bu hal Azərbaycan Respublikası CPM-nin 239.9-cu maddəsinin tələbinə uyğundur. Həmin qanuna əsasən zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər. Cinayət işinin materiallarınd a olan və birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 23.04.2018-ci il tarixli rəyində X3 bədən xəsarətlərinin 13.04.2018-ci il tarixdə yetirildiyi və yüngül dərəcəli olduğu göstərilmişdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum elan edilən ittiham üzrə yekun nəticəyə gəlmək üçün toplanmış sübutlar kifayət etmişdir. Təqsirləndirilən şəxsə məxsus mobil telefonun anten məlumatlarının yoxlanmasına gəldikdə məhkəmə kollegiyası həmin sübutun mötəbərliyini şübhə doğurmayan şübhə standartına uyğun hesab etmir. Ona görə ki, mobil telefon aparatı başqa şəxs tərəfindən də müxtəlif istiqamətlərə, o cümlədən kassasiya şikayətində göstərilən ünvana aparıla bilər. Bundan başqa ibtidai istintaq başa çatdıqdan sonra təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuş, bu barədə tərtib edilmiş 21.07.2018-ci il tarixli protokolda həm təqsirləndirilən şəxs və həm də müdafiəçi heç bir şikayətim, vəsatətim və etirazım yoxdur qeyd etməklə imza etmişlər. Yəni ibtidai istintaq müddətində və istintaqın başa çatdığı elan edildikdən sonra anten məlumatlarının alınması barədə vəsatət verilməmişdir. İbtidai istintaq müddətində təqsirləndirilən şəxs qismində 05.07.2018-ci il tarixli ifadəsində və üzləşmə zamanı, eləcə də bi rinci instansiya məhkəməsi iclasında Məhkum hadisə baş verən vaxt, yəni 13.04.2018-ci il tarixdə saat 17 radələrində Səbail rayonu ərazisində işdə olduğunu göstərmişdir, müdafiəçinin kassasiya şikayətində isə Məhkum həmin vaxt Yasamal rayonu ************** ünvanında iş yerində olduğu göstərilmişdir. Göründüyü kimi müdafiə tərəfinin bu dəlilinin mötəbərliyi və həqiqiliyi əsaslı şübhə doğurur. Ona görə də həmin dəlili əsas tutmaqla məhkəmənin hökmdə istinad etdiyi sübutların mötəbərliyi şübhə altına alına bilməz. Digər tərəfdən toplanmış sübutların mötəbərliyini şübhə altına alan başqa əsaslı dəlil kassasiya şikayətində göstərilməmişdir. CPM-nin 146.3-cü maddəsinə əsasən sübutların məcmusunun toplanması aşağıdakılara gətirib çıxarmamalıdır: 146.3.1. sübut materiallarının lüzumsuz artıq top lanmasına; 146.3.2. ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, toplanmış sübutlarla Məhkum cinayət əməli sübut edildiyindən kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir və təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri əsassız olmaqla cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində göstərilən əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan R espublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın, Məhkum müdafiəçisi S6 kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-569/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-569/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver