Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-569/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əmirəliyev Fərid Mübariz oğlu) Məhkum, xx xxxxxxx 1983-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünanın 1-də qeydiyyatda olan, ünvan 2-də müvəqqəti məskunlaşmış, CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutul muş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən isə məhkəməyədək icraat zamanı 47 (qırx yeddi) gün müddətində həbsdə saxlanılması nəzərə alınıb qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xx xxxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində tanımadığı şəxsdən 20 manata istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd üzərində “Topaz” yazılmış kağız bükümdə ümumi təmiz çəkisi 1,032 qram narkotik vasitə olan “heroin”i əldə edərək əynində olan tünd qara rəngli cins şalvarı n sağ yan cibində saxlamaqla daşıyıb xx xxxxxxx 2019-cu il tarixdə saat 23.40-da Bakı şəhəri, Binəqədi rayon ərazisində yerləşən “Bakı Beynəlxalq Avtovağzal Kompleks”də Binəqədi RPİ-nin 40cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nin inzibati binasına gətirilib orada onun üzərinə keçirilmiş baxış zamanı əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibində 01 ədəd üzərində “Topaz” yazılmış kağız bükümdə ümumi təmiz çəkisi 1,032 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Tağıyev Fuad Nazim oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş və Məhkum barəsindəki Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilərək ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və CM-nin 69.3-cü maddəsinə əsasən məhkumun 47 (qırx yeddi) gün müddətində həbsdə saxlanılması müddəti həmin cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 4 (dörd) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin xx xxxxxxxx 2020-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının daha yüngül cəza ilə əvəz edilməsi və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onun barəsindəki Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protestinə baxarkən cəza təyininə aid sübutları lazımı qaydada araşdırmamış və nəticədə qeyri qanuni və ədalətsiz qərar qəbul etmiş, bu qərarla da ona həddindən artıq ağır cəza təyin olunmuşdur. Apellyasiya protestinin əsassız olaraq təmin edilməsini və birinci instansiya məhkəməsinin təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzasını daha ədalətli olmasını iddia edən kassasiya şikayətinin müəllifi ona yüngül cəzanın təyin edilməsi və bu əsasla da apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin şikayətində Məhkum ona bu məhkəmənin cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin edilməsi haqqında qərarın qəbul olunması barədə tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə əsasən isə məhkəmə c əzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarlarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onla rın dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) ol duqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1 və 12.3-c ü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunubolunmaması ilə bağlı bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx x xxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayət prosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə bütün sübutların obyektiv araşdırılmasını təmin etd iyindən, hökmdən verilmiş apellyasiya protestində isə bununla bağlı tələb irəli sürülmədiyindən apellyasiya instansiyası məhkəməsində təkrar araşdırmaya ehtiyac olmamış və məhkəmə tərəfindən məhkumun haqqında cəza tədbirinin seçilməsinə dair məsələlər üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-ediləməməsinin yoxlanılması kifayət etmişdir. Kassasiya şikayətinin də məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər məhkum tərəfindən mübahisələndirilməmişdir. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və həmin məhkəmənin nəticələri ilə razılaşmış apellyasiya instansiyası məhkəm əsinin qərarında) həmin sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda onların təkrarən təsvirinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbər liyi üzrə qiymətləndirilmiş məhz bu sübutlara əsasən Məhkum əməllərinə maddi hüquq normalarını tətbiq edən aşağı instansiya məhkəmələri onun törətdiyi həmin əməlləri CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Məhkum barəsində seçilmiş cəza tədbirinin onun şəxsiyyətinə və cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalı olan işin digər hallarına uyğun olmaması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, onun törətdiyi cinayət əməllərinə görə təqsirli bilindiyi CM-nin 234.4.1-ci maddəsinin sanksiyasında üç ilədək azadlığın məhdudlaşdırıması və ya üç ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədb irlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstəril ir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyi n edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xaraktreri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqor iyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar ı nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkum barəsindəki apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Binəqədi Rayon Məhkəməsi tərəfindən Məhkum CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş cəzanın dəyişdirərkən məhkumun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi halı istisna olmaqla Məhkum törətdiyi əməli səmimi etiraf etməklə peşmançılıq çəkməsi, himayəsində bir azyaşlı uşağın olması kimi halların birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması ilə razılaşmış, lakin məhkumun əvvəllər də məhkum olunmasını, lakin məhkumluqlarının ödənil məsini nəzərə alaraq hesab etmişdir ki, bu hallara görə o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs hesab edilə bilinmədiyindən məhkəmənin bu halı cəzanı yüngülləşdirən hal kimi nəzərə alması düzgün olmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşaraq hesab edir ki, Məhkumin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilən şəxs hesab edilməməsi barədə məhkəmənin gəldiyi nəticə iş materiallarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə də uyğundur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum əvvəllər Xətai Rayon Məhkəməsinin xx xxxx 2007-ci il tarixli hökmü ilə CM-nin 151-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah i şləri cəzasına və həmin məhkəmənin xx xxxx 2011-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək eyni cəzaya məhkum olunmuşdur. Bu hökmlərlə müəyyən edilmiş məhkumluqlar ödənilsə də Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs hesab edilə bilməz ona görə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs» anlayışının şərh edilməsinə dair” xx xxxxxx 2009-cu il tarixli Qərarının mənasından belə nəticə hasil olunur ki, şəxs o halda ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş şəxs hesab edilə bilər ki, ona qarşı əvvəllər törətdiyi cinayətlərə görə ittiham irəli sürülməsin. Digər tərəfdən, Məhku m əvvəllər azadlıqdan məhrum eməklə əlaqədar olmayan cəzalara məhkum olunması, habelə əvvəlki məhkumluqlarının ödənilməsi nəzərə alınaraq onun əməlində cinayətlərin residivi kimi cəzanı ağırlaşdıran hal müəyyən edilməsə də, məhkəmə kollegiyası hesab edir ki, bu halı məhkumun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq CM-nin 41.2-ci maddəsinin tələblərinə əsaslanıb Binəqədi Rayon Məhkəməsi tərəfindən onun barəsində tətbiq edilmiş cinayət hüquqi xarakterli tədbirin cəzanın məqsədlərinə xidmət etməməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəticəsini düzgün sayır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyini ilə bağlı məsələnin həlli zamanı hər hansı halın nəzərə alınmaması, bununla da CPM-nin 416.1.21ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi, kassasiya şikayətinə məhkəmə baxışı zamanı isə Məhkum həmin məhkəmə tərəfindən təyin olunmuş cəzanın növünə və həddinə təsir göstərə biləcək yeni hallar iş materialları ilə müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutumuş hər hansı halı müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı C.R.İsgəndərovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 234. 1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmaladır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-569/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-569/2021
06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver