Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-57/2019 08.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti ü zrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.H.İsmayılov (sədrlik edən və məruzəçi), C.İ.Hüseynov və S.İ.Əliyevdən ibarət tərkibdə) 27 mart 2018-ci il tarixli hökmü ilə 14 may 1990-cı il tarixdə Cəlilabad rayonunun Andreyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi Rayon Məhkəməsinin 13 noyabr 2011-ci il tarixli hökmün ilə CM-inin 180.1, 178.2.2 və 310-cu maddələri ilə qəti olaraq 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Cəlilabad rayonu, Ocağlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında kirayədə yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan mər hum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, əvvəllər törətdiyi dələduzluq, soyğunçuluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətlərinə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 13 noyabr 2011ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 178.2.2 və 310-cu maddələri ilə təqsirli bilinib, qəti olaraq əmlakı müsadirə edilməməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən müəyyən olunmayan v axtda və şəraitdə naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,704 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə daşımaqla saxlamış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 sentyabr 2017-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmin gün, saat 15:00-da ünvan 1 ünvanında yerləşən tikinti materiallarının satışı bazarında saxlanılaraq polis əməkdaşlarının təklifinə əsasən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədə d şəffaf sellofan torbacığın içərisində beş ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,704 qram olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrlik edən və məruzəçi), Qədim Babayev və Mirzəli Abbasovdan ibarət tərkibdə) 09 avqust 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxsə CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə endirilmiş, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs verdiyi kassasiya şikayətində xahiş edir ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilsin və ona daha yüngül cəza təyin edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs onunla əsaslandırır ki, onun barəsində çıxarılmış ittiham hökmü şər və böhtanla dolu qondarma, heç bir sübuta söykənməyən hökmdür. Həmçinin işə apellyasiya qaydasında baxılarkən onun apellyasiya şikayətinə baxışın məhkəmə istintaqı aparılmaqla keçirilməsi barədəki vəsatəti və şifahi müraciətləri təmin edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdi rilmədən saxlanılmaldır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni ci nayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxsin əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab ed ir. Odur ki, Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələrdə işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi və təqsirinin sübuta yetirilməməsidir. İş materialından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən müəyyən olunmayan vaxtda və şəraitdə naməlum mənbədən satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 5,704 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə daşımaqla saxlamış, Təqsirləndiril ən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 sentyabr 2017ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, həmin gün, saat 15:00da ünvan 1 ünvanında yerləşən tikinti materiallarının satışı bazarında saxlanılaraq polis əməkdaşlarının təklifinə əsasən əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd şəffaf sellofan torbacığın içərisində beş ədəd şəffaf sellofan kəsiyi bükümündə külli miqdarda, yəni ümumi təmiz çəkisi 5,704 qram olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs birinci in stansiyası məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etiraf edici ifadələri ilə yanaşı, məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların preku rsorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən əməliyyat tədbirləri Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq aparılmış, məhkum Təqsirləndirilən şəxs razılığı əsasında onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş, əməliyyat ax tarış tədbirlərinin keçirilməsi müvafiq protokolla rəsmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxsin məhz satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini törətməsi tam sübuta yetirilmişdir və onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdır ılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Həmçinin, işdən göründüyü kimi apellyasiya instansiyası məhkəməsi məhkum Təqsirləndirilən şəxs na cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşin materiallarında da məhkum Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi və yaxud ona həbslə bağlı olmayan cəzanın təyin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşma yaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-57/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-57/2019
08.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver