Məhkəmə qərarları › İş №1(102)-57/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-57/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-57/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib Elnur Nizami oğlu İsa-zadə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə x1nun Azərbaycan Respublik ası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 və müdafiəçisi-vəkil Həsənova Elmira Xandəmir qızı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən), E.İ.Rüstəmov və X.H.Səmədovdan ibarət tərkibdə) x1 – xx xxxxx 1982-ci il tarixdə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki az yaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 a qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejmli cəzaçəkmə müıssisəsində çəkməklə, çəzaçəkmə müddətinin əvvəli xx xxxx 2018-ci ildən hesablanmışdır. İşin halları: Hökmə əsasən x1 x2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında x2 qohumu x3 ünvan 1 ünvanında yerləşən mənzilində qonaq kimi qaldığı müddət ərzində tamah niyyətilə, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə saxlanc yeri hesab edilən şkafın açarlarını qanunsuz yolla əldə edib x3 məxsus qızıl zinət əşyalarını ələ keçirmək üçün x2 ilə həmin qızılların bir neçəsinin oxşarını düzəltmək barədə razılaşdıqdan sonra vahid niyyətlə, xx.xx.2016-cı il tarixdə bir ədəd 2000 manat dəyərində 51 qram çəkidə qızıl boyunbağını, bir ədəd 8000 manat dəyərində 116 qram çəkidə qızıl boyunbağı nı, xx.xx.2016-cı il tarixdə isə bir ədəd 1500 manat dəyərində 37 qramlıq qızıl qolbağını x2dan götürərək 51 qramlıq qızıl boyunbağını xx.xx.2016-cı il tarixdə x4, digər qızılları isə istintaqa məlum olmayan tarixdə və yerdə qızılların oxşarının düzəltdirilməsi üçün sifariş verib əldə etdiyi gümüş məmulatlarını qızıl suyuna çəkdirdikdən sonra gümüş məmulatlarını oğurladıqları qızılların yerinə qoyması üçün x2ya vermiş və x3 qızıllarını sataraq zərərçəkmiş şəxsin 11500 manat dəyərində xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən x2 və x5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, x2 qohumu x3 ünvan 1 ünvanında yerləşən evində olan qızılları gizli olaraq talamağı planlaşdırıb xx xxx 2016-cı il tarixdə saat 02 radələrində binanın qarşısınd a dayanıb gözətçilik etmək barədə x5 ilə razılaşdıqdan sonra x2 həmin mənzildə qonaq kimi qaldığı müddət ərzində özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə binanın dəhlizinin giriş qapısının əvvəlcədən surətini çıxardığı açarla açıb daha sonra x3 ev əşyalarını yığmaq üçün nəzərdə tutulmuş, saxlanc yeri olan taxta şkafı qanunsuz yolla əvvəlcədən əldə etdiyi açarla açaraq şkafda x3 məxsus olan sellofan torbada qablaşdırılmış, bir ədəd 1500 manat dəyərində “çayka” markalı qadın qızıl qol saatını, bir ədəd 1500 manat dəyərində “çayka” markalı metal bilərzikli qızıldan olan qadın qol saatını, bir ədəd 4000 manat dəyərində “raketa” markalı kişi qızıl qol saatını, bir ədəd 141 manat dəyərində gözmuncuğu formasında klonlu qızıl boyunbağı, bir ədəd 3890 manat dəyərində yarpaq formalı qı zıl boyunbağı, bir ədəd 278 manat dəyərində aypara formalı qızıl kulon, bir ədəd 155 manat dəyərində gümüş boyunbağı, bir ədəd 745 manat dəyərində qızıl boyunbağı, bir ədəd 390 manat dəyərində sarı rəngi gümüş boyunbağı, bir ədəd 1720 manat dəyərində ağ şəffaf qaşları olan qızıl kolye, bir ədəd 1200 manat dəyərində ağ şəffaf qaşları olan qızıl qolbaq, bir ədəd 997 manat dəyərində qızıl qolbaq, bir ədəd 38 manat dəyərində gümüş qolbaq, bir ədəd 118 manat dəyərində qızıl qolbaq, bir ədəd 73 manat dəyərində qızıl qolbaq, bir ədəd 1008 manat dəyərində enli qızıl qolbaq, bir ədəd 51 manat dəyərində nazik halqa üzük, bir ədəd 127 manat dəyərində qızıl halqa üzük, bir ədəd 268 manat dəyərində qızıl üzük, bir ədəd 190 manat dəyərində çəhrayı qaşları olan üzük, iki ədəd 90 manat dəyərində qaşsız na zik qızıl üzük, bir ədəd 78 manat dəyərində təkqaş qızıl üzük, bir ədəd 180 manat dəyərində nişan üzüyü, bir ədəd 162 manat dəyərində 8 qaşlı üzük, bir ədəd 504 manat dəyərində gül formalı nişan üzüyü, bir ədəd 891 manat dəyərində göy və ağ şəffaf qaşları olan qızıl üzük, bir ədəd 875 manat dəyərində 7 qaşlı qızıl üzük, bir ədəd 106 manat dəyərində 3 ədəd ağ şəffaf qaşları olan qızıl üzük, bir cüt 2570 manat dəyərində yaşıl və ağ şəffaf qaşları olan sırğa cütü qızıl üzük, bir ədəd 230 manat dəyərində ağ şəffaf qaşlı qızıl sırğa cütü, bir ədəd 265 manat dəyərində 12 qaşlı sırğa cütü, bir ədəd 130 manat dəyərində çəhrayı qaşlı qızıl sırğa cütü, bir ədəd 62 manat dəyərində tünd çəhrayı qaşlı sırğa cütü, bir ədəd 188 manat dəyərində qara və ağ şəffaf qaşları olan sırğa cütü, bir ədəd 148 manat dəyərində göz formalı qızıl sırğa cütü, bir ədəd 245 manat dəyərində qızıl sırğa cütü, bir ədəd 7 manat dəyərində “G” formalı qızıl klon, hər biri 550 manat olmaqla ümumi dəyəri 17.600 manat olan 32 ədəd qızıl onluq, hər biri 300 manat olmaqla ümumi dəyəri 2100 manat olan 7 ədəd qızıl beşlik, 1 ədəd 1500 manat dəyərində qızıl onbeşlik, 7 manat dəyərində yarpaq formalı qırıq qızıl məmulatı, bir ədəd 1500 manat dəyərində lentə bənzər qızıl boyunbağı, bir ədəd paxlava formalı 2000 manat dəyərində qızıl boyunbağı, 2 ədəd ümumi dəyəri 4000 manat olan tros boyunbağı, 2 ədəd ümumi dəyəri 2500 manat olan yoluçnu qızıl qolbağı, bir ədəd işıqfor formalı 2000 manat dəyərində qızıl sırğa, 1 ədəd 800 manat dəyərində təkqaş biriliyant üzük, 28 ədəd ümumi dəyəri 1500 manat olan qızıl diş, bir ədəd 700 m anat dəyərində muncuqlu klonla olan qızıl boyunbağı,1 ədəd 800 manat dəyərində sadə qızıl boyunbağı, 3 ədəd ümumi dəyəri 1500 manat olan qızıl üzükləri, ümumilikdə 74.544 manat dəyərində külli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmündən məhkum x1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x1 və müdafiəçisi-vəkil Həsənova Elmira Xandəmir qızı tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətlərii verilmişdir. Kassasiya şikayətinə məhkəmə iclasında baxılanadək, məhkum cəzaçəkmə müəssisəsindən ərizə göndərərək kassasiya şikayətlərini geri götürdüyünü, ona görə də kassasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məhkumun ərizəsinin təmin edilməsi barədə dövlət ittihamçısının mövqeyini dinləyib hesab edir ki, məhkumun ərizəsi təmin edilərək kassasiya şikayəti geri qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumun ərizəsi təmin edilərək onun özünün və müdafiəçisi- vəkil Həsənova Elmira Xandəmir qızı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x1nun ərizəsi təmin e dilsin. x1nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il il tarixli qərarından məhkumun özü və müdafiəçisi-vəkil Həsənova Elmira Xandəmir qızı tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar