Məhkəmə qərarları › İş №1(102)-57/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-57/2023

02.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-57/2023 02.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X4 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103 )-1151/2022 saylı qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 1(101)-817/2022 saylı hökmünə əsasən (hakimlər Ağayev Zeynal Qurban oğlunun sədrliyi ilə, hakimlər X7 və X2 ibarət tərkibdə) xx xxxxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-614/2016 saylı, 10 may 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apelyasiya Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərarına əsasən cəzası 03 ilə endirilmiş və Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, 17 mart 2022-ci il tarixdən həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tam toplamaq yolu ilə Məhkum qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X11 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmü, məhkum edilmiş şəхs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmiş, həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126. 1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə ilə bağlı cəza 6 (altı) ilə endirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-817/2022 saylı, 15 aprel 2022-ci il tarixli hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə, hazırki qərara əsasən Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm məhkum edilmiş şəхs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyas ının 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum tərəfindən isə kassasiya şikayəti verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Məhkum ona görə məhkum edilmişdir ki, o, qəsdən sağlamlığa ağır zərər vurmuş və qanunsuz olaraq soyuq silahı əldə etməklə gəzdirmişdir. Belə ki, o, 07 may 2021-ci il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanın qarşısında əvvəllər tanıdığı X8 ilə rastlaşdıqda, sonuncudan ona olan borcunu tələb edib istəyərkən bununla bağlı aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs onu yumruqla sifətindən vurduqda, üzərində gəzdirdiyi çantadan bir ədəd zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kə sici xassəyə malik soyuq silah hesab edilən ov bıçağını çıxararaq, Zərərçəkmiş şəxs döş qəfəsindən və qarnından ümumilikdə iki dəfə zərbə endirib, sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının və qarının ön divarının daxilə nüfuz edən mədəni, diafraqmanı və kiçik piyliyi zədələyərək daxili qanaxma törədən deşilmiş-kəsilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Bundan başqa, o, 10 may 2021-ci il tarixdə, saat 19 radələrində Nəsimi rayon Polis idarəsində olan zaman əynində olan mavi rəngli gödəkcəsinin sol yan cibindən milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan, məlum olmayan mənbədən və vaxtdan qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd zavod ü sulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan, deşici-kəsici xassəyə malik soyuq silah hesab edilən ov bıçağı aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarının ləğv edilməsi, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətində məhkum qeyd edir ki, iş üzrə hər tərəfli, obyektiv araşdırma aparılmamış, məhkəmələr tərəfindən yalnız ittiham aktına əsaslanaraq hökm çıxarılmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarının ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin müəllifi hesab edir ki, Məhkum apellyasiya instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza qanuni və ədalətli deyildir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti və kassiya protesti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protes tinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya ins tansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində iş üzrə hər tərəfli, obyektiv araşdırma aparılmadığını bildirmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarının ləğv edilməsi, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər han sı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Şikayətdə və protestdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələri ilə tövsif olunması ilə razılaşmışdır. Məhk əmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması işin faktiki halları, birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində tədqiq edilmiş sübutlar, o cümlədən onun ibtidai istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, habelə iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla tam süb uta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Dövlət itthamçısının kassasiya protestində, məhkum barəsində apellyasiya instansiya məhkəməsi cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəza təyin edilməsi mübahisə edilir. Məhkum cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya protestinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdi yi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Belə ki, məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli tə yin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. İş materiallarından görünür ki, məhkəmə cəza təyin edərkən məhkumun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, həmçinin məhkumun zərər çəkmiş şəxslə barışıq əldə etməsi, zərər çəkmiş şəxsin ona qar şı şikayət və tələbinin olmaması kimi cəzanı yüngülləşdirən halların olması, əməlində cinayətlərin təhlükəli residivinin olması kimi cəzasını ağırlaşdıran halın оlmasını nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı E.Mirzəyev tərəfindən verilmiş kassasiya protestində göstərildiyinin əksinə olaraq, hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarı n ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin və ya kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və ya kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin və protestin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlə rə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 228.4-cü maddələrilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 1(103)-1151/2022 saylı qərarı dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar