Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-57/2025 20.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Xüsusi ittihamçı – X3, Nümayəndə, Bəraət almış şəxs – X5 və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qərarı ilə X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi əsasında X5 CM-in 147.1 və 148-ci maddələri ilə bəraət almasına dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmi ş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim: X11) 1(009)-73/2024 saylı, 23 fevral 2024-cü il tarixli hökmü ilə barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs 29 avqust 1984-cü il tarixdə Lənkəran rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, müğənnilik fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, X14 Küçəsi, ev 48a, mənzil 42 ünvanında qeydiyyatda olan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilmişdir. X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 CM-in 147.1 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi haqqında ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X8 onun bacısının qızıdır. Bacısı rəhmətə gedənə qədər uzun illər qonşu kimi eyni binada yaşamışlar və mehriban qohumluq əlaqələri olmuşdur. Lakin, daha sonra bacısı rəhmətə getdikdən sonra bilmədiyi səbəblərdən Nüşabə ona və övladlarına qarşı qərəzli olaraq düşmənçilik mövqeyindədir. Belə ki, “ATV” telekanalında yayımlanan “Bizimləsən” verilişində 20 iyun 2023-cü il tarixdə yayımlanmış, Zaur Baxşəliyevin aparıcısı olduğu verilişdə X8 tərəfindən olduqca pis və ağır formada təhqir olunmuş və ona böhtan atılmışdır. Həmin verilişin tam video mətni olan disk məhkəməyə təqdim olunmuşdur. Kütləvi informasiya va sitəsi olan televizada (ATV telekanalında) qeyd olunan verilişdə Nüşabə Musayeva onun haqqında dediyi təhqir və böhtan xarakterli ifadələrdən biri belədir: “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum.” Tərəfindən həmin müsahibəyə baxış keçirilərkən onun barəsində X8 tərəfindən “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməklə onu çox pis və ağır formada təhqir etmiş və ona böhtan atmışdır. Qeyd edir ki, X5 onun ünvanına istifadə etdiyi “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri açıq-aydın böhtandır və onun şərəf və ləyaqətini ləkələmək məqsədi güdür. X5 onun barəsində işlətdiyi “60 yaşlı x alam bu gün də evli kişi ilə eşq yaşayır” ifadəsi cəmiyyət arasında «əxlaqsız» mənasında işlədilir. Qeyd edilən verilişi televiziya kanalında milyonlar izləmiş, “Youtube'” sosial şəbəkəsində qeyd olunan videoya müxtəlif şəxslər tərəfindən, həmçinin onun dosttanışları, qohumları və onu tanıyan şəxslər tərəfindən 252.000 baxış olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Cavid Vaqif oğlunun sədrliyi, X9 və X2 ibarət tərkibdə) 1(103)-876/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli 1(009)-73/2024 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılm ışdır. Kassasiya şikayətinin dəlilləri: Xüsusi ittihamçı kassasiya şikayətində göstərmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X8 televiziya vasitəsilə X3 ünvanına qarşı işlətdiyi təhqiredici və böhtan xarakterli ifadələrin doğruluğunu təsdiq etmək üçün məhkəməyə şahid qismində öz qohumlarını gətirmiş və şahid qismində məhkəmə iclasında dindirilərək Nüşabə Musayevanın televiziya vasitəsilə işlətdiyi ifadələrə uyğun ifadələr vermişlər. Bundan başqa Nüşabə Musayeva tərəfindən X3 guya evli kişi ilə eşq yaşadığını təsdiq edən səs yazısı məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq olunmuş, lakin qeyd olunan halı təsdiq edəcək hər hansı bir hal səs yazısında müəyyən olunmamışdır. Bildirirəm ki, X8 həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında qeyd olunan ifadələri işlətməsini etiraf edərək xüsusi ittiham qaydasında şikayətdə qeyd olunanları qəbul etmiş və dediklərini sübut edəcəyini bildirmişdir. Lakin daha sonra X4 barəsində qeyd etdiyi ifadələrin sübuta yetmədiyini gördükdən sonra, televiziyada X4 barəsində o cür ifadələr işlətdiyini bir mənalı olaraq inkar etmişdir. Əlavə olaraq qeyd edim ki, xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərkən Nüşabə Musayevanın televiziyada qeyd etdiyi ifadələri özündə əks etdirən verilişin videoyazısı olan 1 ədəd disk xüsusi ittiham qaydasında şikayətə əlavə olunaraq məhkəməyə təqdim olunmuşdur. Bildirmək istəyirəm ki, X5 televiziyada (“ATV” telekanalında) 20 iyun 2023-cü tarixdə yayımlanmış “Bizimləsən” adlı verilişdə (müsahibədə), X3 ünvanına qarşı “Anam xəstəxanada can üstündə ola nda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” ifadələri işlətməsini təqdim olunmuş disklə yanaşı özü də məhkəmə iclasında təsdiq etmişdir. Qeyd olunan veriliş telekanal vasitəsilə canlı yayımlanmış, bunu X3 dost-tanışları, bütün qohumları, qonşuları və s. eşitmiş, eyni zamanda qeyd olunan veriliş “Youtube” platformasında yerləşdirilmişdir. Lakin daha sonradan Nüşabə Musayeva tərəfindən səsləndirilən xüsusi ittiham qaydasında şikayətdə qeyd etdiyimiz ifadələrin səsləndiyi hissə “Youtube” platformasında olan videoyazıda bağlanmışdır ki, bu da Nüşabə Musayeva tərəfindən qeyd olunan ifadələrin televiziyada səslənməməsi anlamına gələ bilməz. Bundan başqa təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş səs yazısının mötəbərliyi tərəfimizdən müb ahisələndirilsə də, məhkəmə tərəfindən araşdırılmamış və qeyd olunan səs yazısına sübut kimi qiymət vermişdir. Məhkəmə qərar qəbul edərkən yalnız müdafiə tərəfinin təqdim etdiyi sübutları nəzərə almış, iş üzrə toplanmış digər sübutları, o cümlədən şahid ifadələrini nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə qərar qəbul edərkən qeyd olunan videoyazını məhkəmə iclasında tamamilə tədqiq etməmiş, Nüşabə Musayevanın şikayətdə qeyd olunan ifadələri işlətməsini etiraf etməsini nəzərə almamış, səsləndirdiyi (ifadələrin həqiqətə uyğun olmaması məhkəmə iclasında öz təsdiqini tapsa da, məhkəmə iş üzrə toplanmış bütün sübutları nəzərə almamış və düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(103)-876/2024 saylı qərarının ləğv edər ək işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CPM-in 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. CPM-in 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələyə də baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışına hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. Belə ki, Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsinin dispozisiyası – böhtan, yəni yalan olduğunu bilə-bil ə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma, CM-in 147.2-ci maddəsinin dispozisiyası – ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma kimi hərəkətlərlə ifadə olunmuşdur. Bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – isə cəmiyyətdə, k ollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində qeyd edilir ki, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CM-in 148-ci maddəsi isə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma kimi nəzərdə tutulmuşdur. Bu cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdiril ən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq məhkəmə, ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Apellyasiya instansiya məhkəməsi qərarında göstərmişdir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şər əfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbə şəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Məhkəmə kollegiyasının qiymətləndirməsinə görə çıxışda nalayiq ifadə mövcud olmamış, xüsusi ittihamçının şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaldılmamışdır. Çıxışda olan “Anam xəstəxanada can üstündə olanda xalamla atamı yataqda tutdum”, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır”” söz birləşməsi dil üslubuna gəldikdə kəskin ifadə kimi yer almışdır. Lakin, çıxışın məqsədini və təsir göstərmək istədiyi auditoriyanı nəzərə alsaq, məhkəmə bu fikirdədir ki, istifadə edilmiş dil üslubu həddini aşan hesab oluna bilməz. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatlar ın yayılması; Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Cinayətin subyektiv cəhəti cinayət tərkibinin zəruri elementidir. Cinayətin subyektiv cəhətinin zəruri əlaməti kimi təqsir çıxış edir. Təqsir birbaşa və dolayı formalarda ola bilər. Təqsir yoxdursa deməli cinayətin subyektiv cəhəti olmamaqla cinayət tərkibi yaranmamışdır. Dolayı qəsdən fərqli olaraq birbaşa qəsd təqsirkarın əməlinin qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrinin baş verməsinin arzu etməsi ilə səciyyələnir. Bu zaman əldə olunan ictimai təhlükəli nəticə təqsirkarın çatmaq istədiyi əsas məqsəddir. Dolayı qəsd zamanı isə şəxs onun qabaqcadan gördüyü ictimai təhlükəli nəticələrin baş verməsini arzu etmir, lakin şüurlu surətdə buna yol verir və ya bu nəticələrə laqeyd münasibət bəsləyir. Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhəti birbaşa qəsdən ibarətdir. Məhkəmə kollegiyası nəzərə alır ki, X1 ifadələrin həqiqətə uyğun olmaması sübuta yetirilmir. O, bu gün də həmin ifadələrin həqəqiqə uyğun olduğunu iddia edir. Məhkəmə iclasında dindirilmiş şahidlərin bir neçəsi də səsləndirilmiş ifadələrin doğruluğunu təsdiqləmişlər. X1 ifadələr narahatlıq yaratsa da, sözlər o dərəcədə ifadə olunmamışdır ki, bu X3 şərəf və ləyaqətini ləkələsin və ya onu nüfuzdan salsın. Ən əsası məhkəmə kollegiyası qeyd edir ki, “60 yaşlı xalam bu gün də evli kişi ilə eşq yaşayır” söz birləşməsi özlüyündə hər hansı faktı deyil, fikirləri əks etdirmişdir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Xüsusi ittihamçının böhtan və təhqir hesab etdiyi həmin cümləni Nuşabə Musayeva fikir kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olub-olmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadl ığının özünü pozur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənə vi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsind ə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6, 302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, X3 xüsusi ittiham qaydasında ərizəsi üzrə məhkəmələrin cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmaması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli, 03 nömrəli Qərarının 5-ci bəndinə əsasən qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini lə kələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqra fıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələr tərəfindən X3 xüsusi ittiham qaydasında ərizəsinə baxılarkən cinayət və cinayət-prosessual qanunların p ozulması, ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, QƏRARA ALDİ: Xüsusi ittihamçı X3 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Barəsində xüsusi ittiham qaydasında şi kayət verilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə bəraət verilməsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-876/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-57/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-57/2025
20.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver