Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-570/2019 02.04.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)570-/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 02 aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Samirə Cavid qızı Nəsibovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə, Sabirabad rayon məhkəmə sinin 30 iyul 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X2) Məhkum- xx.xx.1975-ci il tarixdə ********** şəhərində anadan olmuş, ailəli, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər CM-nin 170.1, 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sabirabad şəhəri ************* qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəl əri ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 2018-ci ilin mart ayının sonlarında Sabirabad şəhəri **************** yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilib becərilməsi qadağan olunmuş xeyli miqdarda 5 ədəd çətənə (kannabis) bitkilərinin toxumlarını əkib, onlara aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, 13 aprel 2018-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının təxirə salınmadan keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahəsinə baxış keçirilən zaman həmin 5 ədəd yaş vəziyyə tdə olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və C6 ibarət tərkibdə) 01 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda himayəsində olan ailə üzvlərinə heç bir tərəfdən maddi dəstək yoxdur, törətdiyi cinayətdən peşmançılıq çəkir və cəzasının yüngüllə şdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya ş ikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlilləri məhkumun cəzasının yüngülləşdirilməsi barədədir, məhkum kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmişdir. Ona görə də məhkəmə kollegiyası cəza təyin edilməsində qanunvericiliyin düzgün tətbiq edilib-edilməməsinə hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Cinayət işinin materiallarında olan Sabirabad rayon məhkəməsinin 06 may 2013-cü il tarixli hökmünün surətindən müəyyən edilir ki, Məhkum Azərbaycan Respublikası CM- nin 170.1-ci, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 5 il 4 ay müddətinə azadlıqdan məhrum etmə və 100 manat cərimə cəzalarına məhk um edilmişdir. Cərimə cəzasını icra etmişdir. Həmin cinayət əməli üzrə məhkumluq müddəti ödənilmədən və götürülmədən yenidən az ağır cinayət əməli törətmişdir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən cinayətlərin residivini Məhkum cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən göstərilən maddi hüquq normalarının tələblərinə əməl edərək cinayət işinin faktiki hallarına uyğun həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsinin sanksiyasında daha ciddi cəza növünün son həddi 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin cəzanın yarısı 1 il 6 ay olduğunu nəzərə alarıq birin ci instansiya məhkəməsi demək olar ki, sanksiyanın orta həddində cəza təyin etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da düzgün olaraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Cəzanın daha da yüngülləşdirilməsi üçün qanuni əsaslar müəyyən edilməmişdir. Ona görə də kassasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarının cəzanın yüngülləşdirilməsi istiqamətində dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPm-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2018-ci il tarixli qərarı dəyişikliksiz, Məhkum kassasiya şikayəti təmin edilmədən saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-570/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-570/2019
02.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver