Məhkəmə qərarları › İş №1(102)-570/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-570/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-570/2023 14.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, mülki iddiaçı – Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi Paşayev Kamran Natiq oğlun un, bəraət almış və cinayət məsuliyətindən azad edilməklə barələrində cinayət təqibinə xitam verilmiş Məhkum1, Məhkum2, bəraət almış X1, cinayət məsuliyyətindən azad edilərək barələrində cinayət təqibinə xitam verilmiş X3 və Məhkum5 və Məhkum1 müdafiəçisi Əhmədov Nofəl Mülazim oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü ilə Məhkum1, Məhkum2 və X1, hər birisinin "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar hissəsində təqsirsiz bilinib həmin epizod üzrə onlara bəraət verilməsinə və həmin məhkəmənin 08 iyul 2022-ci il tarixli qərarı ilə Məhkum1 "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.3-cü maddəsi ilə, Məhkum2 eyni əməlləri törətməsi ilə əlaqədar CMnin 213.3-cü maddəsi ilə, X3 və Məhkum5, hər birisinin CM-nin 213.2.2-ci maddəsi ilə barələrində CM-nin 73-2.1-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilmələrinə və cinayət işi üzrə icraata xitam verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Mirzəyev Emil Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini S.Seyidəhmədli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon M əhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu) Məhkum1, xx xxxxxx 1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Məhkum2, 22 avqust 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, “Azinko” yaşayış kompleksi ünvanında qeydiyyatda olan və yaşayan, və X5, 19 dekabr 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana-Şuşa q əsəbəsində yaşayan, hər birisi "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar təqsirsiz hesab edilmiş və onlara bəraət verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC üzrə Məhkum1, Məhkum2 və X2 qarşı 198.465,83 manat məbləğində mülki iddiası baxılmamış saxlanılmışdır. Eyni zamanda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 iyul-ci il tarixli qərarı ilə Məhkum1, Məhkum2, hər birisinin "xxxx" MMC-nin fəaliyyəti ilə bağlı vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması ilə əlaqədar CM-nin 213.3-cü maddəsi ilə, X3, 01 dekabr 1993-cü il il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmam ış, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Şıxmahmud kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana-Şuşa qəsəbəsində yaşayan, və Məhkum5, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmələri ilə bağlı, hər birisinin barəsində CM-nin 73-2.1-ci maddəsi tətbiq edilməklə onlar ayrı-ayrılıqda cinayət məsuliyyətindən azad edilmiş və barələrindəki cinayət işi üzrə icraata xitam verilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "xxxx" MMC-nin fəaliyyəti ilə əlaqədar dövlətə vurulmuş ziyanın təqsirləndirilən şxslərdən tutularaq dövlət büdcəsinə ödənilməsi haqqında mülki iddiası isə baxılmamış saxlanılmışdır. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən bəraət almış və cinayət məsuliyyətindən azad edilmiş şəxslərin hər birisinə qarşı ayrı-ayrılıqda irəli sürülmüş ittihama əsasən, Məhkum1 CM-nin 213.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ondan ötrü ki, o, vahid niyyətlə "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) direktorları X9, Məhkum5, həmçinin "xxxx" (VÖEN: **********) MMC-nin direktoru X5 və Məhkum2 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq cəmiyyətlərin fəaliyyətinə rəhbərlik edərək, müəssisələrin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olar aq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisələrin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 500376,9 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum1 X9, Məhkum5 və Məhkum2 ilə qabaqcadan əlbir olmaqla, faktiki ol araq "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı ünvan3 Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci ilin 4-cü rübü üzrə malların təqdim edilməsindən sadələşdirilmiş vergiyə cəlb olunan hasilat 184645, 0 manat, 4,00 faiz dərəcə ilə büdcəyə ödənilməli sadələşdirilmiş vergi 7385,80 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 7385,80 manat sadələşdirilmiş vergini az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 843933,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 151907,95 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 151907,95 manat ƏDV- ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 6779,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 1220,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 1220,34 manat ƏDV-ni az; 2018-ci ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 12121,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 2181,81 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 2181,81 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 175407,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 31573,38 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 31573,38 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 214249,38 ma nat, büdcəyə ödənilməli olan ƏDV-ni 38564,89 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 38564,89 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 76398,27 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 13751,69 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 13751,69 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 51698,0 manat, büdcəyə ödənilməli olan ƏDVni 9305,64 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 9305,64 manat ƏDV-ni az; 2017-ci il üzrə dövriyyəsi 843933,0 manat, xərcləri 703277,50 manat, vergi tutulan mənfəəti 140655,50 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 281 31,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 28131,10 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 536654,10 manat, xərcləri 447211,75 manat, vergi tutulan mənfəəti 89442,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17888,47 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 17888,47 manat mənfəət vergisini az hesablamaqla, ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa Məhkum1 X5 və Məhkum2 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X24 küçəsi, ev 2, mənzil 51 olan, Bakı şəhəri Lokal Gəli rlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə dövriyyəsi 5950462,80 manat, xərcləri 4958719,0 manat, vergi tutulan mənfəəti 991743,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198348,76 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 198348,76 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 3512,10 manat, xərcləri 2926,75 manat, vergi tutulan mənfəəti 585,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 117,07 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 117,07 manat mənfəət vergisini az hesablamaqla, ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat m əbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Məhkum2 CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, vahid niyyətlə "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) direktorları X9, Məhkum5, həmçinin "xxxx" (VÖEN: **********) MMCnin direktoru X5 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq cəmiyyətlərin fəaliyyətinə rəhbərlik edərək, müəssisələrin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilmə sinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1cü maddələrinin tələblərini pozaraq, müəssisələrin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək, ümumilikdə xüsusilə külli miqdar təşkil edən, 500376,9 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Belə ki, Məhkum2 X9, Məhkum5 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı ünvan 3əhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 201 7-ci ilin 4-cü rübü üzrə malların təqdim edilməsindən sadələşdirilmiş vergiyə cəlb olunan hasilat 184645, 0 manat, 4,00 faiz dərəcə ilə büdcəyə ödənilməli sadələşdirilmiş vergi 7385,80 manat olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 7385,80 manat sadələşdirilmiş vergini az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 843933,05 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 151907,95 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 151907,95 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 6779,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 1220,34 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 1220,34 manat ƏDV-ni az; 2018-ci ilin f evral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 12121,16 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 2181,81 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 2181,81 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 175407,66 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 31573,38 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 31573,38 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 214249,38 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 38564,89 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 38564,89 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 76398,27 manat, büdcəyə ödənil məli olan ƏDV-ni 13751,69 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 13751,69 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəni 51698,0 manat, büdcəyə ödənilməli olan ƏDV-ni 9305,64 manat göstərməli olduğu halda, həmin dövr üzrə vergi orqanına bəyannamə təqdim etməməklə, 9305,64 manat ƏDV-ni az; 2017ci il üzrə dövriyyəsi 843933,0 manat, xərcləri 703277,50 manat, vergi tutulan mənfəəti 140655,50 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 28131,10 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 28131,10 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 536654,10 manat, xərcləri 447211,75 manat, vergi tutulan mənfəəti 89442,35 manat, 20 faiz d ərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 17888,47 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 17888,47 manat mənfəət vergisini az hesablamaqla, ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Bundan başqa Məhkum2 X5 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, faktiki olaraq "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edərək hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, X24 küçəsi, ev 2, mənzil 51 olan, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, "xxxx" MMC-nin adından həyata keçirdiyi sahibkarlıq fəaliyyətindən 2017-ci il üzrə dövriyyəsi 5950462,80 manat, xərcləri 4958719,0 manat, vergi tutulan mənfəəti 991743,80 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198348,76 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 198348,76 manat mənfəət vergisini az; 2018-ci il üzrə dövriyyəsi 3512,10 manat, xərcləri 2926,75 manat, vergi tutulan mənfəəti 585,35 manat, 20 faiz dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 117,07 manat olduğu halda, həmin il üzrə vergi orqanına mənfəət vergisi bəyannaməsini təqdim etməməklə, 117,07 manat mənfəət vergisini az hesablamaqla, ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. X5 CM-nin 213.1-ci maddəsi ilə təqsirləndiriln şəxs qismində cəlb edilmişdir ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) direktoru vəzifəsində işləyər kən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu verg i orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək, ümumilikdə xeyli miqdar təşkil edən 198465,83 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. X9 CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş Məhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaq ədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək, ümumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Məhkum5 CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, "xxxx" (VÖEN: **********) məhdud məsuliyyətli cəmiyyətinin (MMC) direktoru vəzifəsində işləyərkən, cəmiyyətin fəaliyyətinə faktiki olaraq rəhbərlik etmiş M əhkum2 və Məhkum1 ilə qabaqcadan əlbir olmaqla, cəmiyyətin fəaliyyətinə rəhbərlik edərkən, müəssisənin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları tam yerinə yetirib, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar aparmaqla, rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 45, 67, 72, 77, 78.1, 83.2, 101, 103,104.1, 105.1, 150.1.7, 154, 159.1, 173, 174.1, 175.1, 176.4, 177.1, 177.6, 180.1-cü maddələrinin tələblərini pozaraq, müəssisənin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etməyərək, ü mumilikdə külli miqdar təşkil edən 301911,07 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə 08 iyul 2022-ci il tarixldə yuxarıda göstərilən hökm və qərar qəbul edilmişdir. Yasamal Rayon Məhkəməsinin həm 08 iyul 2022-ci tarixli hökmündən, həm də eyni tarixli qərarından dövlət ittihamçısı Zeynalov Taleh Ayaz oğlu tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Qaraqurbanlı Ramin Afad oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Mursaqulov Vaqif Ənvər oğl undan ibarət tərkibdə) 03 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü və qərarı isə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin göstərilən hökmündən və qərarından mülki iddiaçı tərəfindən həmçinin apellyasiya şikayətinə əlavə də verilmişd, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin əlavəyə baxılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protesti və mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini S.Seyidəhmədli kassasiy a şikayəti vərərək hər ikisi həmin qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestin və kassasiya şikayətlərinin dəlilləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin), CM-nin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin bir sıra maddələrinə, ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamlara və iş üzrə toplanmış və araşdırılmış sübutlar, o cümlədən təqsirləndirilən şəxsləri və şahidlərin ifadələrinə və məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərinə istinad edən dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestini onunla əsaslandırmışdır ki, işə birinci instansiya məhkəməsi ndə baxılarkən təyin edilmiş əlavə məhkəmə-mühasibat ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9/9255 saylı rəyində "xxxx" MMC tərəfindən dövlət büdcəsinə ödəməkdən yandırılmış vergi borcunun məbləği 101437,12 manat müəyyən edilərkən və guya həmin məbləğin sadələşdirilmiş vergi borcuna aid olması göstərilərkən qeyd olunan MMC-nin vergi borclarının yarandığı dövrdə qüvvədə olan Vergi Məcəlləsinin normaları yalnış təfsir edilmiş və bununla bağlı ekspertiza tədqiqatı düzgün aparılmamışdır. Belə ki, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdi rilmiş verginin ödəyicisi olmaq hüququnun mövcud olduğu göstərilmişdir. Buradan da göründüyü kimi, qanunvericilik vergi ödəyicisi üçün dispozitiv imkanlar müəyyənləşdirmiş və sadələşdirilmiş verginin ödəyicisi olub-olmaması seçimini ödəyicinin öz ixtiyarına vermişdir. Həmin məcəllənin 218.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyənnaməni və ya bu məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlarından istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyənnaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu təqdim edir. "xxxx" MMC tərəfindən sadələşdi rilmiş vergi ödəyicisi olmaq hüququndan istifadəyə dair hər hansı yazılı müraciət olmadığına baxmayaraq, məlum olmayan səbəblərdən ekspertlər tərəfindən bu norma imperativ göstəriş kimi qəbul edilərək vergi ödəyicisinin artıq sadələşdirilmiş vergi ödəyicisi olduğu yəqin edilmişdir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyul 2021-ci il tarixli rəyindən görünür ki, "xxxx" MMC-nin 198465,83 manat məbləğində vergi borcu müəyyən edilərkən məlum olmuşdur ki, 2017-2018-ci illəri əhatə edən dövr ərzində büdcəyə ödənilməli mənfəəət vergisi dövriyyəsi 6549017,7 manat, xərcləri 4961645,75 manat, vergi tutulan mənfəəti 992329,15 manat, 20 % dərəcə ilə büdcəyə ödənilməli mənfəət vergisi 198465,83 manat olduğu halda, həmin illər üzrə vergi orqanına mənfəət vergisi b əyannaməsini təqdim etməməklə, 198465,83 manat məbləğində mənfəət vergisi dövlət büdcəsinə ödəməkdən yayındırılmışdır. Məhkəməmühasibatlıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli rəyinə və ekspertlərin ifadələrinə görə isə dövlət büdcəsindən yayındırılmış 198465,83 manat məbləğində mənfəət vergisini guya gəlir və xərclər müəyyən edilmədiyindən hesablamaq mümkün olmamışdır. Halbuki "xxxx" MMC ilə bağlı hissədə ekspertlər iş materiallarında xərc sənədləri olmasına baxmayaraq rəy verməmiş, hesablamanın mümkün olmadığını qeyd etmiş, bu da birinci və apelyasiya instansiyası məhkəmələrinin gəldikləri yekun nəticənin işin faktiki hallarına uyğun olmadığını göstərir. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ek spertizasının 13 yanvar və 20 may 2022-ci il tarixli rəylərində "xxxx" MMC-nin gəlirlərini və xərclərini təsdiq edən sənədlərin olmaması səbəbindən hesablanmış mənfəət vergisinin düzgünlüyünün təsdiq edilməsinin mümkün olmadığı, eyni səbəbdən mənfəət vergisinin hesablanmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən şərti rentabellik normasının tətbiq edilməsinin mümkünsüzlüyü göstərilsə də, belə rəyə gələn ekspertlər bir tərəfdən tədqiqatın təsviri hissəsində yük gömrük bəyannamələri, elektron hesab faktura və sair xərclərlə vergilərin hesablandığını göstərsələr də, daha sonra gəlir və xərcləri təsdiq edən sənədlərin olmadığını qeyd etmiş, lakin iş materiallarında olan yük gömrük bəyannamələrinə, elektron qaimə fakturalarına və sair sənədlərə ümumiyyətlə müna sibət bildirməmiş, bununla da yenə də yanlışlığa yol vermiş və bu hal məhkəmələrin diqqətindən kənarda qalmışdır. Digər tərəfdən, məhkəmələr sübutları qiymətləndirərkən fərdin maraqları ilə ictimai maraqlar arasında ədalətli balansı gözləməmiş və tarazlığı pozmuş, həmçinin birinci instansiyası məhkəməsi 13 yanvar və 20 may 2022-cİ il tarixli rəylərə əsaslanıb "xxxx" MMC üzrə ümumilikdə vergi borcunun 301911,07 manat deyil, 101437,12 manat olması, "xxxx" MMC üzrə isə 198348,76 manat vergi borcunun ümumiyyətlə olmaması qənaətinə gələrkən təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsinə diqqət yetirməmiş və Məhkum1, Məhkum2, Məhkum5 və X3un CM-nin bu məbləğlərə uyğun olaraq tövsif edərək yalnız bundan sonra onların CM-nin 73-2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən aza d edilmələri barədə qərar qəbul etməli olduğu halda bunu etməmiş, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq belə nəticə ilə razılaşmışdır. Bütün bunlar onu göstərir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apelyasiya instansiyası tərəfindən araşdırma düzgün aparılmamış və təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirlilikləri sübuta yetirildiyi halda məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməyib, işin faktiki hallarına uyğun olmayan yanlış və əsassız yekun məhkəmə aktları qəbul edilmişdir. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı E.A.Mirzəyev kassasiya protestinin dəmin edilməsini xahin edir. Mülki iddiaçının - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi S.Seyidəhmədli dövlət itihamçısının kassasiya protestinə uyğun məzmunda verdiyi kassasyia şikayətində işə birinci instansiya məhkməsində baxılakən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 13 yanvar və 22 may 2022-ci il tarixli rəylərini mübahisələndirərək öz müraciətini belə əsaslandırmışdır ki, həmin rəylər Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1 və 157.3-cü maddələrinin tələblərinə uyğun olmamış, ekspertiza qarşısında müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olduqda hesablanmalı vergilər barədə və ya müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün müraciət etməsi və həmin müraciət əsasında vergi orqanının müəssisəni sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alması barədə hər hansı sual qoyulmadığı və bu barədə sənədlər, sübutlar olmadığı halda ekspertlər müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnda n istifadə etməklə vergiləri öz təşəbbüslərinə və mülahizələrinə əsasən hesablamışlar. Halbuki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək istədiyinə dair vergi ödəyicisinin hər hansı müraciəti vergi orqanına daxil olmamışdır. Məhkəmələr tərəfindən isə bu hal nəzərə alınmamış, vergi ödəyicisinin sadələşdirilmiş vergi ödəyicisi olmasına dair müraciətin mövcudluğu ilə bağlı hər hansı araşdırma aparmamış, nəticədə də ödənilməmiş vergi məbləğlərinin düzgün hesablanmaması barədə ekspertiza rəylərini mötəbər sübut kimi qəbul edərək prosessual pozuntulara yol vermişlər. Daha sonra kassasiya şikayətinin müəllifi Vergi Məcəlləsinin müddəalarına istinad edərək qeyd etmişdir ki,ekspertlərin məhkəmə iclasında dindirilməsi zamanı da onlar tərəfindən "xxxx" MMC-nin düzgün olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olması barədə yanlış rəy verilməsi təsdiq edilmiş, lakin buna baxmayaraq məhkəmələr tərəfindən bu hala da düzgün hüquqi qiymət verilməmiş, öz yekun məhkmə aktlarında isə ekspertin ifadələri təhrif olunaraq onun verdiyi rəyi təsdiq etməsi və həmin rəyin əsaslı olması göstərilmiş, nəticə etibarı ilə isə açıq-aşkar vergi qanunvericiliyinin kobud şəkildə pozulması ilə verilmiş əssasız və qanunsuz rəylər mötəbər sübut kimi qəbul edilmişdir. Bununla yanaşı kassasiya şikayətində o, da qeyd olunmuşdur ki, ekspertlər tərəfindən sadələşdirilmiş vergi məbləğləri hesablanarkən əməliyyatların aparıldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Bakı şəhəri üzrə 4% dərəcə ilə hesablama aparmalı olduğu halda, əsassız olaraq 2% dərəcə ilə hesablama aparılmışdır ki, əməliyy atların aparıldığı dövrdə həmin norma qüvvədə deyildi. Bundan başqa "xxxx" MMC barəsində rəy verilərkən bütün rəylərdə ekspertlər gəldikləri əsassız nəticəni əsaslandırmaq məqsədilə müəssisənin fəaliyyəti üzrə üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin tam olaraq öz əksini tapmadığnı göstərmişlər. Halbuki, bunun ziddinə olaraq məhkəmələr öz yekun aktlarında əlavə sənədlər təqdim olunmasını qeyd etmiş, bu hal da ekspertlərin gəldikləri nəticələrlə uzlaşmamışdır. Faktiki olaraq isə təqsirləndirilən şəxslər tərəfindlən heç bir əlavə sənədlər məhkəməyə təqdim edilməmiş və belə sənədlər olmamışdır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyətli məqamlar araşdırılmamış, əksinə, mə hkəmə birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı olduğunu bildirmişdir. Bütün qeyd olunanlar ona dəlalət edir ki, ekspertlər tərəfindən tətqiqat səthi aparılmış, iş materialları tam araşdırılmamışdır. Bundan başqa, ekspertlər vergitutma obyektinin müəyyənləşdirilməsinin hər hansı bir səbəbdən mümkün olmadıqda Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən vergilərin hesablanmasının ilk növbədə əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında aparılmalı olmasını qeyd etmişlər. Lakin bu zaman nəzərə alınmamışdır ki, vergi orqanı tərəfindən əlaqəli məlumat kimi vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan istifadə edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən, həmin Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotu aparılmadıqda və ya mühasibat uçotu müəyyən edilmiş qaydada aparılmadıqda, hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı basşqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. İş materiallarından müəyyən edildiyi kimi, vergi ödəyicisi tərəfindən müxtəlif malların idxalı həyata keçirilmişdir. Belə olan halda digər əlaqəli məlumatlar müəyyən edilmədiyi və vergi ödəyicisinin əsas fəaliyyəti idxal olduğu ücün vergi orqanı t ərəfindən öz hüququndan istifadə etməklə əlaqəli məlumatlardan Vergi Məcəlləsinin 67.1.6-cı maddəsində nəzərdə tutulmuş vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlarından istifadə edilmişdir. Göründüyü kimi əlaqəli məlumatlardan istifadə edilməməsi barədə məhkəmələrin gəldikləri nəticə tamamilə əsassızdır və göstərilən bu dəlillə təkzib olunmuşdur. Eyni zamanda məhkəmə istintaqı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəylərində ekspert komissiyası səlahiyyətlərinə aid olmayan Vergi Məcəlləsinin 67-ci maddəsinə şərh etməyə çalışması, hüquqi rəy verməsi qanuna ziddir. İbtidai araşdırma dövründə verimiş rəyə münasibət bildirən kassasiya şikayətinin müəllifii həmçinin qeyd etmişdir ki, həmin rəy heç bir halda əsassız və qanunsuz ola bilməz və onun mötəbər liliyi şübhə doğurmur ona görə ki, göstərilən rəy ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında verilmiş, məhkəmə istintaqı dövrünüdə isə ekspertlər onların qarşısında qoyulmuş suallara konkret cavab verməmiş, səlahiyyətlərini aşaraq məhkəmə- mühasibatlıq ekspertizasının rəyindən daha çox hüquqi rəy vermişdir. Məhkəmələr isə işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizaların rəylərini tədqiq etmədən və düzgün qiymətləndirmədən, onların məzmununda hüquqi məsələlərə qiymət verilməsinə diqqət yetirmədən həmin rəylərə əsaslanmaqla müvafiq qərarlar qəbul etmişlər. Beləliklə, məhkəmələrin sübutların qiymətləndirilməsi ilə bağlı CPM-də əks olunmuş hüquq normalarına istinad etmələrinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymə tləndirilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərarlar qəbul etmişlər. Şərh olunanlara əsaslanaraq və CPM-nin bir sıra normalarına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına istinad edərək mülki iddiaçının nümayəndəsi S.Seyidəhmədli onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin və kassasiya şikayətinin məzmunlarından göründüyü kimi, dövlət ittihamçısı E.A.Mirzəyev və mülki iddiaçının nümayəndəsi kassasiya müraciətlərində əsassız olaraq Məhkum1, Məhkum2 və M.M.Məmmədova bəraət verilməsini və eyni zamanda Məhkum1, Məhkum2, X3un və Məhkum5 cinayət məsuliyətindən azad edilərək "xxxx" MMC tərəfindən vergiləri dövlət büdcəsinə ödənilməsindən yayındırılması ilə bağlı epizod üzrə cinayət işinin icraatına xitam verilməsini, mülki iddiaların isə təmin edilməməsini və bu zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməməsini, sübutların tədqiqindən əsassız olaraq imtina olunmasını, araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, habelə iş üzrə yekun məhkəmə aktlarıı qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi haqqında kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini, yaxud da dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndi rmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və mülki i ddiaçının kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar olaraq cinayt işinin materiallarını, o cümldən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya i nstansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilmə si və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət t örətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə süb utların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Eyni zamanda bu konstitusiyon müddəa məhkəmənin özünün də həqiqətin müəyyən edilməsi məqsədilə zəruri olan sübutların əldə edilərək araşdırılması, məhkəmə iclaslarında mümkün olan müvafiq istintaq hərəkətlərinin aparılması, ekspertizaların təyin edilərək keçirilməsi və həmin sübutların da digə r sübutlarla birgə mümkünlüyü, mötəbərliyi və kifayətliliyi baxımından qiymətləndirilməsi vəzifəsindən azad etmir. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifələrin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında isə məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 1 4-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş q aydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblər inə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konsti tusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 124.2.1-124.2.5-ci maddələrinə görə, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. CPM-nin 127.3-cü maddə sinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0.1-139.0.6-cı maddələri cinayət hadisəsinin baş vermə faktı və hallarının, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin olmasının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyini n cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halların və bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı halların yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edirlər. CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 və 145.2-ci maddələrinə görə, maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 146.1-ci maddəsinin tələbindən isə görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 349.5.1-349.5.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Prosessual qanunun bu normalarının mənasına görə, məhkəmənin çıxardığı hökmün əsaslı hesab edilməsi üçün onun iş üzrə gəldiyi bütün nəticələr, o cümlədən təqsirləndirilən şəxsin təqsirliliyi, onun əməlinin hüquqi tövsifi, mülki iddianın təmin və ya rədd edilməsi üçün əsaslar, təqsirləndirilən şəxsin barəsində cinayət-hüquqi xarakterli bu və ya digər tədbirin seçilməsi üçün məhkəmənin əsaslandığı hallar, o cümlədən cəzanı yüngülləşdirən və ağı rlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilməli, həmin sübutlar isə məhkəmə iclasında tədqiq edilməlidir. Bununla yanaşı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, cinayət prosesi iştirakçılarının (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, şahidlərin) dindirilmələrinə münasibətdə “sübutların məhkəmə iclasında tədqq edilməsi” dedikdə təkcə həmin şəxslərin məhkəmə iclasında verdikləri ifadələri deyil, həmçinin cinayət təqibinin digər mərhələlərində də (təhqiqat və ya ibtidai araşdırma zamanı) verdikləri ifadələrin araşdırılması, həmin ifadələrin digər sübutlarla müqayisəli təhlili və qiymətləndirilməsi, tədqiq edilmiş ifadələrin hansına üstünlük verilib-verilməməsinin əsaslandırılması başa düşülür. Məhkəmənin məhkəmə iclasında tədqiq etdiyi məlumatların, sənədlərin və ya dgər əşyaların sübut kimi qəbul edilməsinə o halda yol verilmir ki, bunlar CPM-nin 125.2.1125.2.10-cu maddələrində göstərilmiş aşağıdakı pozuntularla əldə edilmiş olsun: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesind ə iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi b axışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. Belə pozuntuların baş verib-verməməsi, sübutların həmin pozuntulara yol verilməklə əldə edilib-edilməməsi mütləq qaydada məhkəmə tərəfindən yoxlanılmalı və məhkəmənin yekun aktında əsaslandırılmalı, məhkəmənin sübutların yolverilməzliyi barədə nəticəsi isə ehtimal xarakter daşımamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edi lmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009cu il tarixli qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələbl ərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən qanunvericilik normalarından tələblərindən, bu normalara verdiyi təfsirdən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən çıxış edərək ilk növbədə qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü və həmin tarixli qərarı ilə, məhkəmənin bu yekun aktları ilə müəyyən edilmiş hallarla və nəticələrlə razılaşan və hər hansı sübutun tədqiq edilməsinə ehtiyac görməyən apellyasiya instansiyası məhkəməsi, kassasiy a müraciətlərində göstərildiyi kimi, sübutların araşdırılması və qiymətləndirilməsinə dair tələblərə riayət etməmiş, kassasiya şikayəti və kassasiya protesti ilə öz məzmununa görə eynilik təşkil edən apellyasiya protestinin və apellyasiya şikayətinin, habelə apellyasiya şikaytinə əlavənin dəlillərinə isə tam cavab verməmişdir. Əvvəla, hazırki cinayət işi üzrə bəraət almış və cinayət məsuliyyətindən azad edilməklə barələrində cinayət işinin icraatına xitam verilmiş Ə.Ş.Şükürovun, Məhkum2, X3un, X1un və Məhkum5 ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri ifadələrinin müqayisəli təhlili göstərir ki, bu ifadələr məzmununa görə biri-biri ilə ziddiyyət təşkil etməsinə baxmayaraq həmin ziddiyyətlərin səbəbləri birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış, göstərilən şəx slərin məhkəmə iclasında verdikləri ifadələrə üstünlük verilməsi əsaslandırılmamış, işə məhkəmə istintaqı aparılmadan baxmış apellyasiya instansiyası məhkəməsi də bu kimi hallara diqqət yetirməyərək hökmdə təsvir olunmuş ifadələri olduğu kimi öz yekun qərarına köçürməklə kifayətlənmişdir (adları çəkilən şəxslərin müxtəlif məzmunulu ifadələri həm ittiham aktında, həm də birinci instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmündə və həmin tarixli qərarında, habelə apellyasiya instansiyası məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qərarında ətraflı təsvir edildiyindən, məhkəmə kollegiyası onların təkrarən təsvirinə ehtiyac görmür və CPM-nin 419.1-ci maddəsinin tələblərinə əsasən həmin ifadələrin hazırki qərarda qiymətləndirilməsini mümkün bilmir). Məhkəmə kollegiyası qeyd edir ki, ka ssasiya protestində də, kassasiya şikayətində mübahisələndirilən əsas məsələ işə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının (əlavə və komissiyon) 13 yanvar və 20 may 2022-ci il tarixli rəylərinin işin faktiki hallarına və Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə uyğun olmaması və məhkəmələr tərəfindən həmin rəylərin sübut kimi qəbul edilərək iş üzrə düzgün nəticəyə gəlməmələri, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza rəylərinin isə nəzərə alınmaması ilə bağlıdır. Kassasiya müraciətlərinin həmin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əvvəla vurğulayır ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, "xxxx" MMC-də onun tərəfindən kameral vergi yoxlaması keçirilmişdi r. Həmin MMC-nin 01 yanvar 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək bank hesabına 1.180.554,00 manat vəsaitlərin daxil olmasına baxmayaraq, müvafiq dövrlər üzrə sadələşdirilmiş və əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsi hesablamaya səbəb olmuşdur. Bununla əlaqədar olaraq vergi orqanı tərəfindən cəmiyyətə 20 sentyabr 2019-cu il tarixli **********935600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin(məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamə və ya izahat məktubunun təqdim edilməsi tələb olunmuşdur. Lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə vergi ödəyicisi tərəfindən tələb olunan sənədlər və izahatlar təqdim edilmədiyi üçün, vergi orqanının 17 oktyabr 2019-cu il tarixli **********394600 nömrəli və 22 oktya br 2019-cu il tarixli **********656500 nömrəli “Vergilərin hesablanması barədə” qərarlarla analoji qaydada müvafiq olaraq sadələşdirilmiş vergi üzrə 7388,52 manat və əlavə dəyər vergisi üzrə 151907,95 manat əlavə vergi məbləği hesablanmışdır. Bundan əlavə, cəmiyyətin bank hesabına vəsaitlərin daxil olmasına baxmayaraq, müvafiq dövrlər üzrə mənfəət vergisi bəyannamələrinin təqdim edilməməsi səbəbindən vergi orqanı tərəfindən cəmiyyətə 22 oktyabr 2019-cu il tarixli **********094500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək dəqiqləşdirilmiş bəyannamə və ya izahat məktubunun təqdim edilməsi tələb olunmuş, lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə vergi ödəyicisi tərəfindən tələb olunan sənədlər təqdim edilmə diyi üçün, vergi orqanının 01 noyabr 2019-cu il tarixli **********885000 nömrəli “Vergilərin hesablanması barədə” qərarla Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən analoji qaydada 2017-ci il üzrə 28131,10 manat və 2018-ci il üzrə 17888,47 manat əlavə vergi məbləği hesablanmışdır. Şahid2 məhkəmə iclasında verdiyi ifadələrindən görünür ki, "xxxx" MMC-də kameral vergi yoxlaması aparılaraq cəmiyyət tərəfindən 2017-2018-ci illər üzrə mənfəət vergisi bəyannaməsinin vergi orqanına təqdim edilməməsi aşkar olunmuş, lakin vergi ödəyicisinin yük gömrük bəyannamələrinə əsasən 4966086,29 manat məbləğində müxtəlif malların idxalını həyata keçirməsinin müəyyən edilmiş və Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 55 saylı Qərarına əsasən analoji qaydada həmin illər ü zrə 198465,83 manat mənfəət vergisi hesablanmışdır. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 05 iyul 2021-ci il tarixli 9/3904 saylı rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında vergi məbləğinin müəyyən edilməsi üçün gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri tam olaraq öz əksini tapmamışdır. Tədqiqatla təqdim edilmiş cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara dair ilkin mühasibat sənədləri, eyni zamanda ekspert qarşısında qoyulmuş sualda qeyd edildiyi kimi, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərin istintaq orqanı tərəfindən əsaslı hesab edildiyi halda aparılan əməliyyatlara görə iş materiallarında olan şəxsi hesab vərəqəsi, cinayət tərkibi yaradan borc ların araşdırılmasının nəticəsinə dair 25 avqust 2020-ci il tarixli akt və s. sənədlər nəzərə alınmaqla "xxxx" MMC-də 2017-2018-ci illər üzrə ümumilikdə dövlət büdcəsinə ödənilməkdən yayındırılmış vergi məbləğinin 198465.83 manat olması müəyyən edilmişdir. Cinayət təqibinin həmin mərhələsində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyul 2021-ci il tarixli 9/3151 saylı rəyinə əsasən, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlər (08 oktyabr 2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi, bəyannamələr və s.) və qərarın təsviri hissəsində gösərilənlər nəzərə alındığı təqdirdə "xxxx" MMC-nin fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməli olan vergilərin məbləği cəmi 301911.07 manat təşkil edir, o cümlədən: kameral vergi yoxlaması ilə 2017-ci ilin 4-cü rübü üzrə SV -7385.80 manat; 2017-ci ilin dekabr ayı üzrə ƏDV – 151907.95 manat; 2018-ci ilin yanvar ayı üzrə ƏDV – 1220.34 manat; 2018-ci ilin fevral ayı üzrə ƏDV – 2181.81 manat; 2017-ci il üzrə MV – 28131.10 manat; 2018-ci ilin mart ayı üzrə ƏDV – 31573.38 manat; 2018-ci ilin aprel ayı üzrə ƏDV – 38564.89 manat; 2018-ci ilin may ayı üzrə ƏDV – 13751.69 manat; 2018-ci ilin iyul ayı üzrə ƏDV – 9305.64 manat; 2018-ci il üzrə MV – 17888.47 manat. İşə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında təyin edilərək keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 13 yanvar 2022-ci il tarixli 9/9255 saylı rəyindən görünür ki, "xxxx" MMC üzrə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Vergi Məcəlləsinin tələblərinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hü ququndan istifadə edilməklə vergilər hesablandıqda iş materiallarında olan sənədlər (bank çıxarışları, ödəniş tapşırıqları, 08 oktyabr 2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi və s.) nəzərə alınmaqla "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş vergi borcu 101437,12 (184713,0 x 2% 2,72 (ödəniş) + 1629092,92 x 6%) manat məbləğində müəyyən olunur. Bundan başqa qeyd edilir ki, iş materiallarında göründüyü kimi, vergi orqanı tərəfindən hesablanmış vergi borcu üzrə istintaq zamanı 100.000,0 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC üzrə, rəyin tədqiqat hissəsində gösətrilənlərə əsasən vergi orqanı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 198465,83 (2017-ci il üzrə 198348,76, 2018-ci il üzrə 117,07) manat məbləğ ində mənfəət vergisinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Göstərilənlərdən əlavə qeyd edilir ki, Qanunvericiliyə görə vergilərin hansı hallarda Vergi Məcəlləsinin 14-cü maddəsinə (bazar qiyməti) əsasən hesablanması həmin Məcəllədə öz əksini tapmışdır. Həmçinin Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələrinin tətbiqi ilə bağlı hallar hazırki rəyin tədqiqi hissəsində ətraflı göstərilmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X16 tərəfindən verilmiş vəsatətə əsasən təyin olunaraq keçirilmiş komisyon məhkəməmühasibatlıq ekspertizasının 20 may 2022-ci il tarixli 9/2241 nömrəli rəyinə görə, "xxxx" MMC üzrə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Vergi Məcəlləsinin göstərilən tələblərinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə edilməklə vergilər hesablandıqda iş materiallarında olan sənədlər (bank çıxarışları, ödəniş tapşırıqları, 08 oktyabr 2020-ci il tarixli akt, şəxsi hesab vərəqəsi və s.) nəzərə alınmaqla "xxxx" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş vergi borcu 101437,12 (184713,0 x 2% - 2,72 (ödəniş) + 1629092,92 x 6%) manat məbləğində müəyyən olunur. Həmçinin rəydə qeyd olunmuşdur ki, təqdim edilmiş iş materiallarında 08 oktyabr 2020-ci il tarixli cinayət tərkibi yaradan vergi borcları üzrə aktda öz əksini tapmış dövrlərə dair vergi ödəyicisinin ƏDV ödəyicisi olmaq hüququndan istifadə etməsi ilə bağlı hər hansı bir məlumat mövcud deyildir. Bundan başqa, rəydə göstər ilmişdir ki, iş materiallarına əsasən, vergi orqanı tərəfindən hesablanmış vergi borcu üzrə istintaq zamanı 100.000,0 manat məbləğində ödəniş edilmişdir. "xxxx" MMC üzrə, rəyin tədqiqat hissəsində gösətrilənlərə əsasən vergi orqanı tərəfindən həmin"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 198465,83 (2017ci il üzrə 198348,76, 2018-ci il üzrə 117,07) manat məbləğində mənfəət vergisinin düzgünlüyünü müəyyən etmək mümkün olmadı. Göstərilənlərdən əlavə qeyd edilir ki, qanunvericiliyə görə vergilərin hansı hallarda Vergi Məcəlləsinin 14-cü maddəsinə (bazar qiyməti) əsasən hesablanması həmin Məcəllədə öz əksini tapmışdır. Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddələrinin tətbiqi ilə bağlı hallar hazırki rəyin tədqiqi hissəsində ətraflı göstərilmişdir. "xxxx" MMC və "xxxx" MMC üzrə ibtidai istintaq dövründə keçirilmiş 14 iyul 2021-ci il tarixli 9/3151 nömrəli və 05 iyul 2021-ci il tarixli 9/3904 nömrəli ekspertiza rəyləri ilə 13 yanvar 2022-ci il tarixli 9/9255 nömrəli rəyi arasında yaranmış fərqin səbəbi ekspertiza qarşısında qoyulan suallar olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında yuxarıda göstərilən rəylər tədqiq edilmiş və məhkəmə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı belə nəticəyə gəlmişdir ki, ibtidai araşdırma zamanı verilmiş rəylər, məhkəmə iclasında keçirilmiş rəylərdə göstərildiyi kimi, tam və hərtərəfli olmamış, məhkəmə istintaqı zamanı araşdırılmış sübutlar, təqsirləndirilən şəxslər tərəfindən təqdim edilmiş əlavə sübutlar, maliyyə-mühasibat hesabatları, maliyyə-təsərrüfat sənədləri, ödəniş sənədləri istintaq orqanı tərəfindən n əzərə alınmamış və ekspertlərə təqdim olunmamış, təqsirləndirilən şəxslər tərəfindən məhkəmə iclasında təqdim edilmiş əlavə sənədlər əsasında isə daha ətraflı tədqiqat aparılmışdır. Bu əsaslara görə, məhkəmələr hesab etmişlər ki, məhkəmə iclasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının 13 yanvar və 20 may 2022-ci il tarixli rəyləri kifayət qədər əsaslı və mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə ilə bağlı əvvəla qeyd edir ki, cinayt işinə birinci instansiya məhkəməsində baxılarkən müdafiə tərəfinin (təqsirləndirilən şəxslərin və onların müdafiəçilərinin) məhkəməyə hər hansı əlavə mühasibatlıq və ya maliyə-təsərrüfat sənədlərini təqdim etmələri iş materiallarından görünmür və belə sənədlə ri təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmış Məhkum1 müdafiəçisi Əhmədov Nofəl Mülazim oğlu da öz vəsatətinə əlavə etməmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 13 yanvar və 20 may 2022-ci il tarixli rəylərini əlavə sənədlərə əsasən tam və ətraflı hesab edən məhkəmələr isə işin bu mühüm halına diqqət yetirməmiş və məsələyə hər hansı şəkildə münasibət bildirməmişlər. Məzmunca və əsaslandırılması ilə eynilik təşkil edən hər iki rəydə "xxxx" MMC-nin əlavə dəyər vergisi ödəyicisi olması ilə bağlı göstərilmişdir ki, təqdim edilmiş iş materiallarındakı 08 oktyabr 2020-ci il tarixli cinayət tərkibi yaradan vergi borcları üzrə aktda öz əksini tapmış dövrlərə dair vergi ödəyicisinin ƏDV ödəyicisi olmaq hüququndan istifadə etməsi ilə bağlı hər hansı bir mə lumat mövcud deyildir. Bununla bağlı qeyd olunmalıdır ki, "xxxx" MMC tərəfindən əməliyyatların aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarrnın həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və va) ictimai iasə fəaliyyəti ilə məsğul olan şəxslər (bu Məcəllənin 218.4.1, 218.4.2 və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyə tlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumj dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur Kassasiya şikayətində göstərildiyi kimi, "xxxx" MMC tərəfindən ƏDV qeydiyyatına alınmasına dair ərizə verilmədiyi üçün Vergi Məcəlləsinin müddəalarına əsasən məcburi qeydiyyata alınmış və bu barədə vergi ödəyicisinə bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 15 7.3-cü maddəsinə əsasən qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1 - Məcburi qeydiyyat zamanı: • ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; • bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək. İşin halları araşdırılarkən müəyn edilmişdir ki, “Teno-MMC-nin” bank hesabına dair sənədlərə görə, 01 dekabr 2017-ci il tarixdən 31 dekabr 2017-ci il tarixədək vergi ödəyicisinin bank hesabına 1.180.554,00 manat məbləğində vəsait daxil olmuş, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri isə 200.000,0 manatdan artıq təşkil etmişdir. Belə olan halda, ƏDV qeydiyyatının qüvvəyə minmə tarixi 2017-ci İlin dekabr ayı qəbul edilmiş, yəni vergi ödəyicisi 2017-ci ilin dekabr ayında 200.000 manatlıq dövriyyəni keçdiyindən məcburi ƏDV qeydiyyatına alınmış və buna görə ibtidai araşdırma zamanı məhkəmə-mühasibatlıq ekspertizasını keçirmiş ekspert "xxxx" MMC tərəfindən sadələşdirilmiş deyil, əlavə dəyər vergisinin ödənilməsindən yayındırılmasını, bunun məbləğinin isə 301911.07 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, 13 yanvar və 20 may 2022-ci il tarixli rəyləri vermiş ekspertlər tərəfindən Vergi Məcəlləsinin normaları düzgün tətbiq edilməmiş, həmin Məcəllənin 155.1 və 157.3-cü maddələrinin tələbləri gözlənilmədən, digər rərəfdən isə CPM-nin 217.2-ci maddəsinin tələblərinə əməl etmədən (həmin maddəyə görə, ekspertin rəyində bu maddədə göstərilən digər məlumatlara yanaşı ekspertizanın aparılması xüsusiyyətlərini, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeydin əks etdirilməsi tələb olunur) işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş və onların qarşısında "xxxx" MMC-nin sadələşdirilmiş vergi ödəyicisi olduqda hesablanmalı vergilər barədə və ya müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün müraciət etməsi və həmin müraciət əsasında vergi orqanının müəssisəni sadələşdirilmiş vergi ödəyicisi kim i qeydiyyata alması barədə hər hansı sual qoyulmadığı və bu barədə müvafiq sübutlar olmadığı halda öz təşəbbüsləri ilə həmin Cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi olmasını müəyyən etmiş, məhkəmələr isə bu halı nəzərlərindən qaçırmışlar. Eyni zamanda, məhkəmələr "xxxx" MMC-nin sadələşdirilmiş vergi ödəyicisi olmasına dair heç bir araşdırma aparmamış, iş materiallarında bununla bağlı olan sübutlara isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada heç bir qiymət verməmişlər. Halbuki, Vergi Məcəlləsinin tələblərinə əsasən, vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan fiziki və ya hüquqi şəxslər məhz əlavə dəyər vergisinin ödəyicisi hesab edilir, belə ödəyici olmaq istəməyən vergi ödəyiciləri barədə isə qanunvericilik sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan isti fadə edə bilmələri barədə imkanlar yaradılmışdır (Vergi Məcəlləsinin 218-ci maddəsi). Bunun üçün vergi ödəyicisi əvvəlcədən vergi orqanına müraciət etməli, vergi ödəyicisinin müraciəti qəbul olunduqdan sonra o, sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyətini davam etdirməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 218.1-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir: 218.1.1. bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; 218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər. Vergi Məcəlləsinin 218.2-ci maddəsinin tələblərindən görünür ki, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq ed ir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. İş materialları ilə "xxxx" MMC-nin fəaliyyətinə rəhbərlik edən şəxslərin Cəmiyyətin sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınması barədə vergi orqanına müraciət etmələri müəyyən olunmur və, qeyd olunduğu kimi, məhkəmələr tərəfindən bu məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Göstərilənlərlə yanaşı, həm apellyasiya, həm də kassasiya müraciətlərində o, da qeyd olunmuşdur ki, 13 yanvar və 20 may 2022-ci il tarixli rəyləri verən ekspertlər "xxxx" MMC-nin sadələşdirilmiş vergi ödəyicisi olması barədə nəticəyə gəlib yayındırılmış vergi məbləğlərini hesablayarkən nəzərə almamışlar həmin Cəmiyyət tərəfindən əməliyyatların aparıldığı dövrdə qüvvədə olan qanu nvericiliyə əsasən vergilərin Bakı şəhəri üzrə 4% dərəcə ilə hesablanması nəzərdə tutulmuş, ekspertiza rəylərində isə əsassız olaraq 2% dərəcəsi ilə hesablama aparmışdır ki, əməliyyatların aparıldığı dövrdə bununla bağlı norma olmamışdır. Lakin, məhkəmələr bununla bağlı da heç bir araşdırma aparmamış və hesablama zamanı faiz dərəcələrinin bu həcmdə tətbiq edilməsinin səbəbəlrini aydınlaşdırmamış, hətta mübahisəli rəyləri vermiş ekspertlər X28un və X29nin dindirilməsi zamanı onlara bu haqda sual belə verilməmişdir. Daha sonra məhkəmə kollegiyası kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün bir daha cinayət işinin materiallarına müraciət edərək vurğulayır ki, "xxxx" MMC tərəfindən ödənilməsindən yayındırıllmış vergilərin düzgünlüyünün müəyyən edilməsinin mümkünsüzlüyü barədə 13 yanvar və 20 may 2022-ci il tarixli rəyləri vermiş ekspertlər bunu iş materiallarında kifayət qədər sənədlərin olmaması ilə əlaqələndirmişlər (halbuki göstərilən Cəmiyyətə dair kifayət qədər sənədlər ibtidai araşdırma zamanı toplanılaraq cinayət işinin materiallarına əlavə edilmişdir). Buna baxmayaraq, həm birinci instansiyası məhkəməsi, həm də onunla razılaşan apellyasiya instansiyası məhkəməsi iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarını belə əsaslandırmışlar ki, ibtidai araşdırma zamanı ekspertizalar keçirilərkən təqsirləndirilən şəxslər tərəfindən təqdim edilmiş əlavə sübutlar, maliyyə-mühasibat hesabatları, maliyyə təsərrüfat sənədləri, ödəniş sənədləri, istintaq orqanı tərəfindən nəzərə alınmamış və ekspertlərə təqdim edilməmiş, məhkəmə iclasında isə məhkəmə-mühasibatlıq eksper tizalarının rəyləri əlavə sənədlər əsasında aparılmış tədqiat nəticəsində verilmiş və buna görə həmin rəylər (13 yanvar və 20 may 2022-ci il tarixli) daha mötəbər sübut kimi qəbul edilməlidir. Əvvəla, yuxarıda göstərildiyi kimi, işə birinci instansiya məhkəməsində baxılarkən istər təqsirləndirilən şəxslər, isərsə də onların müdafiəçiləri tərəfindən cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən başqa heç bir əlavə sənəd məhkəməyə təqdim etməmiş və təbii ki, belə sənədlər ekspertizaların tədqiqatə predmeti olmamışdır. Digər tərəfdən, ekspertlər "xxxx" MMC barəsində rəy verərkən gəldikləri nəticəni əsaslandırmaq üçün müəssisənin fəaliyyəti üzrə üzrə hesablanmalı olan vergi məbləğinin müəyyən edilməsi üçün iş materiallarında gəlir və gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin tam oiaraq öz əksini tapmadığını bildirmişlər. Buradan görünən odur ki, ekspertlərin verdikləri rəylərlə məhkəmələrin gəldikləri nəticələr arasında ziddiyət yaranır və bu ziddiyyət ondan ibartdir ki, ekspertlər "xxxx" MMC-nin fəaliyyətinin tədqiq edilməsi üçün kifayət qədər sənədlərin olmamasına əsaslanmış, məhkəmələr isə məhz əlavə sənədlər əsasında ekspertiza tətdqiqatının aparılması barədə nəticəyə gəlmişlər. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bu xüsusat üzrə araşdırma aparmaqdan imtina etmiş, mübahisələndirilən rəyləri əsaslı saymışdır. Hərçənd həmin rəylərin iş materialları ilə müqayisəli təhlili göstərir ki, ekspertlər tərəfindən tətqiqat səthi aparılmış, iş materiallarına əlavə edilmiş sübutlar isə ümumiyyətlə tədqiq edilməmişdir. Halbuki, vergi y oxlaması zamanı gömrük bəyannamələrinə istinadən müəyyən edilmişdir ki, "xxxx" MMC”müəssisə tərəfindən 4.966.086,29 manat məbləğində müxtəlif malların idxalını həyata keçirmiş, lakin 2017-2018-cı illər üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilməmişdir Müəssisənin idxalı barədə yük gömrük bayənnamələri, elektron qaimə-faktura və sair sənədlər xərc sənədləri olduğundan həmin xərclər əsasında gəlirləri müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarına müvafiq olaraq şərti rentabellik norması əsasında mənfəət vergisi hesablanmışdır. Ekspertlər isə bu halı nəzərə almamaqla faktiki vergi ödəyicisinin vergiləri ödəməkdən yayınmasına şərait yaratmış, məhkəmələr də bu məsələyə heç bir qiymət verməmiş və yekun məhkəmə aktlarında Vergi Məcəlləsinin 67 -ci maddəsinə istinad olunsa da, həmin maddənin tələbləri baxımından təhlil aparılmamışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67. 1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar;

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar