Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-571/2019 08.05.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 571/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "08" may 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlu, Zərərçəkmiş şəxs X5 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il ta rixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs X6 nümayəndəsi X15 ilə birlikdə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-cı il tarixli hökmü ilə (sədrlik edən hakim S.İ.Əliyev, hakimlər C.İ.Hüseynov və E.H.İsmayılovdan ibarət tərkibdə) xx xxxxxx 1980-ci ildə Quba rayonu Atuc kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Quba rayonu, Atuc kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 08 noyabr 2015-ci il tarixdən 16 iyul 2016-cı il tarixə qədər həbsdə saxlanıldığı 08 ay 08 günün hər günü azadlıqdan məhrum etmə cəzanın 01 gününə bərabər tutulmaqla cəza müddətindən çıxılmaqla, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 03 il 03 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-cı il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X2 təsərrüfatında olan özü və anası X1 məxsus xırda buynuzlu heyvala rın ona nisyə olaraq satılması və aldığı heyvanların pulunun yarısını səhəri gün, qalan hissəsini isə 20 iyul 2015-ci il tarixədək ödəyəcəyi barədə yalan vəd edib, sonuncunun etibarından sui-istifadə edərək, aldadıb 2015-ci ilin iyun ayının sonlarında Quba şəhəri, Cimi kəndində bir baş xırda buynuzlu heyvanın dəyəri 115 manat olmaqla, ümumilikdə məbləği 17.250 manat təşkil etmiş 150 baş xırda buynuzlu heyvanı, eyni məqsədlə iki gün sonra həmin ünvanda ümumilikdə məbləği 5.520 manat təşkil etmiş 48 baş xırda buynuzlu heyvanı alıb vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 22.770 manat məbləğində, yəni xeyli miqdarda özgə əmlakını aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib, 138 baş xırda buynuzlu heyvanların zərərçəkmiş şəxs X2 məxsusluğu ilə əlaqədar sonuncuya xeyli miqdarda yəni, 15.870 manat, 60 baş xırda buynuzlu heyvanların isə X1ya məxsusluğu ilə əlaqədar sonuncuya 6.900 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs təsərrüfatında olan ümumilikdə 65 baş iri buynuzu heyvanların ona nisyə olaraq satılması və aldığı heyvanların pulunun bir hissəsini nağd, digər hissəsini isə xırda buynuzlu heyvan şəklində 27 oktyabr 2015-ci il tarixədək ödəyəcəyi barədə yalan vəd edib, sonuncunun etibarından sui-istifadə edərək aldadıb 24.10.2015-ci il tarixdə Siyəzən rayonu, Beşdan kəndində ümumilikdə məbləği 26.000 manat təşkil etmiş 65 baş iri buynuzu heyvanları, yəni xeyli miqdarda özgə əmlakını aldatma və etibarda n sui-istifadə yolu ilə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 26.000 manat maddi ziyan vurmaqla, dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim E.M.Əhmədov, hakim R.N.Mövsümov və H.Ə.Nəbiyevdən ibarət tərkibdə) 28 mart 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 05 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 08 noyabr 2015-ci il tarixdən 16 iyul 2016-cı il tarixə qədər həbsdə saxlanıldığı 08 ay 08 günün hər günü azadlıqdan məhrum etmə cəzanın 01 gününə bə rabər tutulmaqla ona təyin edilmiş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 04 il 03 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarından zərərçəkmiş şəxs X6 nümayəndəsi X15 ilə birlikdə kassasiya şikayəti verərək hazırkı cinayət işini məhkəməyədək icraatın zərərçəkmiş şəxsin hüquqlarını əhəmiyyətli dərəcədə pozulmaqla cinayət işini aparmış müstəntiqlər barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Zərərçəkmiş şəxs X6 və onun nümayəndəsi X15 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, ibtidai istintaq zamanı araşdırma aparmış müstəntiqlər Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İda rəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı X7 və digər müstəntiq, AR DİN-nin BMCMİ-nin İŞ-nə ezam edilmiş, Xətai RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X8 cinayət işi üzrə həyata keçirdikləri bir sıra istintaq hərəkətlərinin sənədləşdirilməsi zamanı xeyli sayda kobud prosessual-qanun pozuntularına, hətta saxtakarlığa yol vermişlər. Bu səbəbdən zərərçəkmiş şəxs və onun nümayəndəsi cinayət işini aparmış müstəntiqlər barəsində xüsusi qərar çıxarılmasını xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının isə apellyas iya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsi nin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Apellyasiya məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, sübutların hansına üstünlük verilməsi, bunun səbəbləri şərh olunmaqla qərarda göstərilmişdir. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respu blikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Kassasiya şikayətində də Məhkum təqsirli bilinməsi və əməlin tövsifi məsələləri mübahisələndirilmir. Həmin şikayətdə cinayət işini aparmış müstəntiqlər barəsində xüsusi qərar çıxarılması xahiş edilir. Belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, qeyd olunan məhkəmə apellyasiya şikayətini qismən təmin etmiş, buna dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... Məhkəmə kollegiyası c inayət işinin materiallarını yoxlayıb, apelyasiya şikayətlərini müdafiə edən zərərçəkmiş şəxslər və onların nümayəndələri, şikayətlərin rədd edilməklə hökmün dəyişdirilmədən saxlanılması barədə məhkumun, müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edirki, apelyasiya şikayətləri qismən təmin edilməklə hökm dəyişdirilməli, məhkuma təqsirli bilindiyi maddənin maksimum həddində cəza təyin edilməlidir. Belə ki, Məhkum ittiham olunduğu cinayət əməlini törətməkdə özünü təqsirli bilmişdir. Onun əməli səmimi etirafından başqa birinci instansiya məhkəməsində iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də, məhkəmə baxışı zamanı tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmış və bu hissə üzrə hökmün qanuniliyi apelyasiya şikayətlərində də müba hisə olunmur. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan edilmiş və 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017ci il tarixli Qanununa əsasən təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyan 6.900 (altı min doqquz yüz) manat, 15.870 (on beş min səkkiz yüz yetmiş) manat və 26.000 (iyirmi altı min) manat olduğundan, yəni, “xeyli miqdar” təşkil etdiyindən onun əməli işə baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə kollegiyası h esab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, X2 və X1nın apelyasiya şikayətlərində irəli sürdüyü tələblər cinayət prosessual-qanunvericiliyində apelyasiya instansiyası məhkəməsinin səlahiyyətlərində nəzərdə tutulmadığından təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə müvafiq olaraq məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. İbtidai araşdırma orqanı tərəfindən X16, X17 və X18 ittiham elan edilib məhkəməyə verilmədiyindən onlar barəsində hər hansı bir qərar qəbul edilməsiq eyri-mümkündür. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş tələblər daxilində məhkəmə cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərli yi həyata keçirən prokurora göndərilməsi barədə qərar çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 391.81-ci maddəsi istisna olmaqla, təqsirləndirilən şəxsə başqa, daha ağır ittihamın irəli sürülməsi və ya digər şəxslərə ittiham elan edilməsi üçün hökmün ləğv edilib cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi səlahiyyəti apellyasiya instansiyası məhkəməsinə verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2017- ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs Məhkum məhkəməyə verilmiş, 15 mart 2017-ci il tarixdə məhkəmə istintaqı başlanılmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər dindirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin mülki iddia ərizəsi isə 15 may 2017-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxsin mülki iddia ərizəsi mülki qanunvericiliyin tələblərinə riayət edilməməklə verilmişdir. Azərbaycan Respublikası CPM-nin 354cü maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirlməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddanın rədd edilməsi, iddianın baxılmamış saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası CPM-ni n 184-cü maddəsinin tələblərinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi bu Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alan məhkəmə kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsun mülki iddianın tam təmin edilməsi barədə apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir və ona Azərbaycan Respublikası CPM-nin 354.1-ci maddəsinin tələblərinə əsasən məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququnun olmasını izah edir. Məhkum təyin edilmiş cə zanın əsaslılığını və ədalətliliyini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən cinayət qanununun normalarına kifayət qədər əməl etməmiş, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, nəzərə aldığı iş üzrə cəzanı yüngülləşdirən halları hökmdə əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağının olmasını yüng ülləşdirici hal kimi nəzərə alsa da, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməməsi, nəticədə zərərçəkmiş şəxslərin sahibkar kimi müflis olması kim cinayətin ağır nəticələrə səbəb olduğu hal hökmdə öz əksini tapmamışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum dələduzluq hərəkətləri nəticəsində X2 15870 manat, X1ya 6900 manat, Zərərçəkmiş şəxsa isə 26000 manat məbləğində maddi ziyan vurulmuş və həmin ziyanlar zərərçəkmiş şəxslərə ödənilməmişdir. Göründüyü kimi, qeyd edilən cinayətin ağır nəticələrinə görə zərərçəkmiş şəxslər sahibkar kimi iflasa uğramış, maddi vəziyyətləri ağırlaşmış, bu hal isə həm onların, həm də ailələrinin həyat şəraitinə pis təsir göstərmişdir. Həmçinin, zərərçəkmiş şəxslər apelyasiya məhkəməsindəki çıxışlarında qeyd etdilər ki, hadisədə n sonra Məhkum əməlinə görə peşmançılıq hissi keçirməmiş, onlarla razılıq əldə etməyə cəhd göstərməmiş, cinayət nəticəsində vurulmuş maddi ziyanı ödəməkdən belə imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin bu halları nəzərə alınmadan, məhkumun şəxsiyyətinə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan halı məhkumun şəxsiyyətini, həmçinin onun cinayət törədərkən və ondan sonrakı davranışını səciyyələndirən hal kimi qiymətləndirir və hesab edir ki, bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə t əqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Məhkum şəxsiyyətini, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın miqdarını və ödənilmədiyini nəzərə alıb, təqsirləndirilən şəxsin islah edilməsi, habelə cəzanın digər məqsədlərinə nail olmaq üçün ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti artırılmalıdır. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası Ağası İbrahim ovun apelyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq məhkuma təyin edilmiş cəzanın ağırlaşdırılması üçün əsaslar müəyyən edir və ona görə də hesab edir ki, zərərçəkmiş şəxs Ağası İbrahimovun apelyasiya şikayəti qismən təmin edilməli, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli hökmü dəyişdirilməlidir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla əlaqədar Məhkum birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha sərt cəza təyin edilməli olduğu qənaətinə gəlmiş, belə qənaətə gəlməsinin səbəblərini qərarda göstərmiş, bunlara dair nəticəni işin hallarına istinad edərək şərh et məklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır (zərərçəkmiş şəxs X6 nümayəndəsi X15 ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə) və hesab edir ki, kassasiya şikayətinin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya məhkəməsinin qərarında göstərilənlərlə birlikdə təhlil etməklə qeyd edir ki, həmin məhkəmə tərəfindən Məhkum cəza təyin olunarkan bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələbləri bax ımından ona daha ağır cəza təyin edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası belə qənaətinə gələrkən (zərərçəkmiş şəxs X6 nümayəndəsi X15 ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə) Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri nəzərə alır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 419.14-cü maddəsinə əsasən kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası məhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəs ində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Məhkəmə kollegiyası qanunun bu normasına əsaslanaraq qeyd edir ki, kassasiya şikayətinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs X5 hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına yol verilməsi müəyyən edilməmişdir və bu səbəbdən hesab edir ki, iş üzrə xüsusi qərarın qəbul edilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulan əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddə sində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı (zərərçəkmiş şəxs X6 nümayəndəsi X15 ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətdə), kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2018ci il tarixli qərarı zərərçəkmiş şəxs X6 nümayəndəsi X15 ilə birlikdə verilmiş kassasiya şikayətinə münasibətində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Hafiz Nəsibov Tahir Kazımov
Məhkəmə qərarları › İş №1(102)-571/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-571/2019
08.05.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver