Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-571/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxs x1 iştirakları ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xx xx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş x2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim İbrahimli İbrahim Adil oğlu) x2- xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları olan, ali təhsilli, hazırda heç bir yerdə işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan, ünvan 2-də yaşamış Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri i lə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, x2nun xx xxx 2016-cı il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək, yəni 08 (səkkiz) ay 18 (on səkkiz) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınaraq ona təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə x3 da Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x2 ona g örə təqsirli bilinib məhkum edilmişdir ki, o, təkrarən və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətlərini törətmişdir. Belə ki, x2 özgə əmlakını aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə uzun müddətli tanışlıq münasibətindən yaranmış etibarından sui-istifadə edərək tanışı x1 ünvan 3 yerləşən 30 sot və Bakı şəhəri Suraxanı rayon, Hövsan qəsəbəsində yerləşən 11 sot torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində sonuncunun tanışı x4 adına mülkiyyət hüququnun tanınması haqqında çıxarış alınmasını təşkil edəcəyi adı ilə aldadıb vahid niyyətlə 2013-cü ilin iyulsentyabr aylarında, ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Xətai rayonu, «Ukrayna» d airəsinin yaxınlığında ümumilikdə 22.000 manat, 2013-cü ilin dekabr ayında isə ünvan 4 ünvanda tanışı x5 iştirakı ilə həmin dövr Azərbaycan manatı məzənnəsi ilə 4.000 manat təşkil edən 5.000 ABŞ dolları pul almış, həmin pulun 6.300 manat hissəsini torpaq sahəsinə dair məhkəmədə qərardad alınması işini təşkil etməsi üçün x5 vermiş, qalan 19.700 manat hissəsini isə öz xərclərinə yönəltməklə zərərçəkmiş şəxs x1 ümumilikdə 19.700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, x2 təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı x3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək 2014-cü ilin avqust ayında ev almaq üçün onlara müraciət edən x6 aldadaraq onlara məxsus olmayan Abşeron rayonu Abşer on Quşçuluq yaşayış massivində «Ələsgəroğlu-K» şirkətinə məxsus ərazidə x7 tərəfindən inşa edilən 116 kv.m sahəsi olan, 3 otaqlı fərdi yaşayış evini 24.000 manata satmağı yalandan vəd etmiş, sonuncu bununla razılaşdıqdan sonra xx xxxxxx 2014-cü il tarixdə x3 mənzilin sənədlərinin düzəlməsi adı ilə ilkin olaraq x6 ünvan 5 qarşısında 6.000 manat pul almış, x xxxxxx 2014-cü il tarixdə x2 x6 evin sənədlərinin düzəlməsindən ötrü qalan pulun x3a çatdırılmasının vacib olduğunu bildirməklə sonuncunun evin sənədlərinin rəsmləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində onları gözləməsi barədə həqiqətə uyğun olmayan məlumat verib aldadaraq x6 ünvan yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin inzibati binasının yaxınlı ğına aparıb orada sonuncudan 15.500 manat pul almış, guya DƏDRX-nin inzibati binasına giribçıxdıqdan sonra x6 pulu sənədləşmə işini görən şəxsə verdiyini və evin sənədlərinin yaxın günlərdə hazır olacağına dair yalan vəd etmiş, lakin sonradan heç bir iş görməyib aldığı pulu qaytarmaqdan yayınaraq əldə etdiyi pul vəsaitini öz xeyrlərinə yönəltməklə zərərçəkmiş şəxs x6 ümumilikdə 21.500 məbləğində xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdirlər. Hökmdən məhkum x2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Əkbərov Hüseyn Kamran oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Mirzəyev Sahibxan Arzuman oğlundan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etməd ən, hökmü isə x2na aid hissədə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkum x2 kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan şərti olaraq azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o zərərçəkmiş şəxslərə ziyanın müəyyən qismini ödəmiş, ilk dəfə məhkum olunması məhkəmə tərəfindən nəzərə alınmamış, bu cinayət işi üzrə onunla birgə məhkum edilmiş R.H.Aslanova 1000 manat cərimə cəzası verilərək azadlığa buraxılmışdır. Bunları nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilərək onun barəsində də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxs x1 və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Məhkum x2 kassasiya şikayətində göstərmişdir ki, zərərçəkmiş şəxslərə ziyanın müəyyən qismini ödəmiş, ilk dəfə məhkum olunması məhkəmə tərəfindən nəzərə alınmamış, bu ci nayət işi üzrə onunla birgə məhkum edilmiş R.H.Aslanova 1000 manat cərimə cəzası verilərək azadlıga buraxılmışdır. Bunları nəzərə alaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilərək onun barəsində də azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinin materiallarından müəyyən edilmişdir ki, cinayət işinə birinci instansiyada baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi cəza təyin edərkən x2nun əməlindən peşiman olduğunu, ilk dəfə məhkum olunduğunu, ailəli olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın bir qismini ödədiyini cəzanı yüngülləşdirən hallar kimi və cəzasını ağırlaşdıran halların olmamasını, cinayətin ictimai təhlükəliliyni xarakterizə edən halları nəzərə almış və onun təqsirli bi lindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının nisbətən aşağı həddində cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi x2nun törətdiyi cinayət əməllərinin bir epizodunda iştirak etmiş digər təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən eyni hallarla yanaşı onun yaşlı olması və cinayət əməlinin törədilməsində iştirak dərəcəsi nəzərə alınmaqla ona nisbətən yüngül cəza təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkumun törədilmiş cinayət əməllərində iştirak dərəcəsini və vurulmuş zərərin ödənilməsində rolunu nəzərə alaraq düzgün cəza təyin edilmişdir. Məhkum x2na təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başqa hər hansı əsasla yüngülləşdirilməsi halları müəyyən edilməmişdir. Ona g örə də, kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, x2nun müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-c i maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum x2nun kassasiya şikayəti təmin edilməsin. x2nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-571/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-571/2020
22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver