Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-571/2023 21.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 Rüstəm oğlunun, Zərərçəkmiş şəxs1 Rüstəm oğlunun nümayəndəsi - Sumqayıt şəhə r 1 saylı Vəkil Bürosunun vəkili Əliyev Fərhad Qurban oğlunun, Zərərçəkmiş şəxs2 nümayəndəsi - “MBM” Vəkil Bürosunun vəkili Mehtiyev Əli Həsənqulu oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu tərəfindən birgə verilmiş və Zərərçəkmiş şəxs2 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli (hakim Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə) hökmü ilə xx xxxxxx 1962-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin ed ilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 20 oktyabr 2021-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi,onun barəsində həbs qətimkan tədbiri seçilməsi və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddiaların qismən təmin olunması, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddiların qismən təmin edilməsi, Məhkum 56,513 (əlli altı min beş yüz on üç) manat alınaraq Zərərçəkmiş şəxs2, 202,126 (iki yüz iki min yüz iyirmi altı) manat Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Hökmdən Zərərçəkmiş şəxs1 Rüstəm oğlu, Məhkum müdafiəçisi İsaye v Samir Nadir oğlu, Zərərçəkmiş şəxs2 və müdafiəçisi-nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əhmədov Həsən Hüseyn oğlunun sədrliyi və məruzəsi, Hüseyn Cavid Vaqif oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) 29 aprel 2022-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddət i keçdiyi üçün həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi nəzərə alınmaqla, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə də təqsirli bilinərək ona cəza təyin edilməməsi, Məhkum Zərərçəkmiş şəxs2 xeyli miqdarda - 16513 manat məbləğində maddi ziyan vurduğuna görə onun törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməklə, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, iş üzrə Məhkum 46,326 (qırx altı min üç yüz iyirmi altı) manat alınaraq Zərərçəkmiş şəxs2, 214,258 (iki yüz on dörd min iki yüz əlli səkkiz) manat Zərərçəkmiş şəxs1 ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu tərəfindən birgə və Zərərçəkmiş şəxs2 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, Məhkum öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə poz ulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2000-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək üçün yaxın münasibətləri olan qohumu Zərərçəkmiş şəxs1 Rüstəm oğlunun Bakı şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini və bunun üçün 13.400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 12.132 manat) məbləğində pulunun olmasını öyrəndikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə 2000-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq, sonuncuya qanuni əsaslarla tam mülkiyyət hüququ təsbit olunmuş torpaq sahəsi alacağına dair yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 28 sentyabr 2000-ci il tarixdə həmin vaxt yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1la görüşüb torpaq sahəsinin alınması üçün razılaşdırılan məbləği, yəni həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində nağd pul vəsaitini sonuncudan almış, 2003-cü ildə istintaqla müəyyən edilməyən gündə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Zərərçəkmiş şəxs1 özünə qarşı olan inamını möh kəmləndirmək məqsədilə sonuncu ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsinə gəlib orada sahibi bilinməyən 7 sot torpaq sahəsi olan boş ərazini göstərib guya həmin torpaq sahəsini tam mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 adına aldığını bildirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə öz cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş ş əxs1 2006-cı ilin noyabr ayının sonlarında Bakı şəhərinin Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən birində dənizkənarı ərazidə torpaq sahəsi almaq istədiyini, bunun üçün 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 87.260 manat) məbləğində pulunun, hətta həmin məbləğdən daha da artıq pulunun olmasını dəqiqləşdirdikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə, qeyd olunan ərəfədə Türkiyə Respublikasında yaşayan Zərərçəkmiş şəxs1la istintaqla müəyyən edilməyən şəraitdə telefon əlaqəsi saxlayaraq sonuncu üçün Bakı şəhərinin ən gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 12.000 kvadrat metrlik torpaq sahəsi tapdığını, həmin torpağın ümumi dəyərinin 500.000 ABŞ dolları təşkil etməsinə baxmayaraq tutduğu hakim vəzifəsinə görə 240.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 209.424 manat) ala biləcəyini, 100.000 ABŞ dollarının ilkin olaraq nağd qaydada verilib, qalan məbləğin isə növbəti vaxtlarda hissəhissə ödənilməsinin mümkün olduğunu bildirməklə yalan vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək torpaq sahəsinin alınacağı adı ilə 2006-cı ilin noyabr ayının sonlarında həmin vaxt yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 arvadı Şahid1 həmin dövrün məzənnəsi ilə 87.260 manat ekvivalentində 100.000 ABŞ dolları, eyni niyyətlə 2007-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə öz qayını və sürücüsü, cinayətdən xəbərsiz olan Şahi d5 vasitəsilə Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evində həmin dövrün məzənnəsi ilə 65.085 manat ekvivalentində 75.000 ABŞ dolları, 2007-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 22.245 manat ekvivalentində 25.000 ABŞ dolları məbləğində pulu əldə etdikdən sonra, eyni niyyətlə, Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2008-ci il tarixli, 2769 saylı Sərəncamı ilə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq bunu Zərərçəkmiş şəxs1 gizlədib özbaşına özünü vəzifəli şəxs, yəni Suraxanı Rayon Məhkəməsinin sədri kimi təqdim edərək sonunc u dəfə 2008-ci ilin oktyabr ayının sonlarında ünvan 3 ünvanında yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid7 həmin dövrün məzənnəsi ilə 27.536 manat ekvivalentində 34.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 202.126 manat ekvivalentində 234.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin - Suraxanı Rayon Məhkəməsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səl ahiyyətlərini mənimsəmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2012-ci ilin may ayının əvvəllərindən həmin ilin iyun ayının əvvəllərinədək ola n müddət ərzində istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 15.716 manat ekvivalentində 20.000 ABŞ dolları məbləğində pulu, 2012-ci ilin iyun ayının ortalarında isə istintaqla müəyyən edilməyən gündə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Pervouralskiy şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 1.571 manat ekvivalentində 2.000 ABŞ dolları məbləğində pulu Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankda olan öz hesabına köçürülməsi yolu ilə, daha sonra eyni niyyətlə 2012-ci ilin avqust ayının əvvəllindən həmin ilin sentyabr ayının sonunadək olan müddət ərzində, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Bakı şəhəri, Səbail rayonu, S.Vurğun adına parkın y axınlığında yerləşən, “Atra Bank”ın Nəsimi rayon filialının 6 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar işləyən Şahid19 hissəhissə ümumilikdə həmin dövrün məzənnəsi ilə 22.526 manat ekvivalentində 28.000 ABŞ dolları məbləğində pulu şəxsən və tanışı Şahid20 vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 39.813 manat ekvivalentində 50.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində su və kanalizasiya xətlər inin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Abşeron rayonu, Saray qəsəbəsi, “Bolmart” mağazasının qarşısında Zərərçəkmiş şəxs2 qardaşı Şahid21 9 aprel 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 5.109 manat ekvivalentində 3.000 ABŞ dolları, 24 aprel 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 3.404 manat ekvivalentində 2.000 ABŞ dolları, 2017-ci ilin may ayında müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Gəncə şəhərində Zərərçəkmiş şəxs2 qayını Şahid 23 ümumilikdə həmin dövrün məzənnəsi ilə 6.809 manat ekvivalentində 4.000 ABŞ dolları, 30 may 2017-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar məhəlləsində işçisi Şahid24 həmin dövrün məzənnəsi ilə 1.191 manat ekvivalentində 700 ABŞ dolları məbləğində pulu şəxsən və adları qeyd olunan şəxslər vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 16.513 manat ekvivalentində 9.700 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırıl mışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı Məhkum barəsində törədilmiş cinayət əməlinə münasibətdə yüngül cəza təyin edildiyindən qanunsuz və əsassız hesab edilərək dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağı rlaşdıran halları, habelə təyin olunmuş cəzasının şəxsin islah olunmasına onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Məhkum 2012-ci ilin may ayından 2012-ci ilin sentyabr ayının sonunadək 39.813 manat ekvivalentində 50.000 ABŞ dolları, 09 aprel 2017-ci ildən 30 may 2017-ci ilə qədər 16.513 manat ekvivalentində 9.700 ABŞ dolları m əbləğində nağd pul vəsaitini, cəmi 56.326 manat ekvivalentində 59.700 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Məhkum törətdiyi cinayət əməli məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin və məhkəmədə tədqiq olunmuş digər sənədlərlə tam sübuta yetirilimişdir. Məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir ki, Məhkum 59.700 ABŞ dolları pulu ABŞ dolları ilə almışdır. Ona görə də real ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın ABŞ dolları ilə qaytarılmasını xahiş etmişəm. Təkcə real zə rər olan 59.700 ABŞ dolları bu günkü məzənnəyə görə 101.490 manat təşkil edir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə kollegiyası Məhkum əməlini yüngülləşdirmək məqsədi ilə Məhkum törətdiyi hərəkəti qanunsuz iki yerə bölərək onun cinayət əməlini yüngülləşdirmişdir. Ona görə də, Məhkum əməli Zərərçəkmiş şəxs2 münasibətdə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməli və həmin maddə ilə cəzalandırılmalıdır. Lakin, məhkəmə Məhkum cəza təyin edərkən onun şəxsiyyətini nəzərə almış, onun hərəkətinin zərərçəkmiş şəxslərə vurduğu maddi və mənəvi zərərin həcmini, Məhkum zərərçəkmiş şəxslərə bu zərəri ödəmək fikrində olmaması, onlara münasibətdə özünü məhkəmədə qeyri-səmimi aparmasını, Məhkum ictimai təhlükəliliyini nəzər almamış, ona yüngül cəza təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs1 Rüstəm oğlu çıxış edərək, iddiasının tam təmin olunmasını, məhkuma 120 sot torpaq alması üçün verdiyi 234.000 ABŞ dollarını və 7 sot torpaq alması üçün verdiyi 13.400 ABŞ dollarını günümüzün məzənnəsinə uyğun olaraq ona geri qaytarılmasını və məhkuma verilmiş cəzanın ağırlaşdırılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs1 Rüstəm oğlunun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu çıxış edərək, məhkuma verilmiş cəzanın ağırlaşdırılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs2 nümayəndəsi Mehtiyev Əli Həsənqulu o ğlu çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu tərəf indən birgə verilmiş kassasiya şikayətində məhkəmə tərəfindən məhkum barəsində yüngül cəza təyin edildiyi iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar CPM-nin 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Zərərçəkmiş şəxs2 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətində isə məhkəmə tərəfindən məhkum barəsində yüngül cəza təyin edildiyi ilə həmçinin onun tərəfindən törədilmiş cinayət əməlinin yanlış tövsif olunduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğvini şərtləndirən əsaslar CPM-nin 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırl aşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Kassasiya şikayətlərinin şərh olunan dəlillərınə münasibət bildirməmişdən öncə kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya mür aciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinlə yərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azər baycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiy yətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, Məhkum elan edilmiş ilk 3 epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən, həmin üç epizod üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməməsi, dordüncü epizod üzrə isə Zərərçəkmiş şəxs2 xeyli miqdarda – 16.513 manat məbləğində maddi ziyan vurduğundan Məhkum törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi düzgün qərardır. Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası onu qeyd etmək istərdi ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətləri konkret olaraq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə, xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin, müddətlərin cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablandığı və şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablandığı göstərilmişdir. Bu səbəbdən kassasiya şikayətində qeyd olunduğu kimi cinayətlərin çoxluğu prizması ilə Məhkum xeyli miqdarda deyil, külli miqdarda dələduzluq cinayətini törətməsi barədə dəlillər əsaslı hesab edilməməlidir. Cinayətlərin çoxluğuna dair ətraflı açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 6 5-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında verilərək qeyd edilmişdir ki, cinayətlərin çoxluğu dedikdə, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halları başa düşülür. Həmin Plenum Qərarına görə “əgər şəxs törətdiyi əmələ görə cinayət məsuliyyətindən azad olunubsa və ya törətdiyi hərəkətlərə görə məhkumluğu ödənilibsə, habelə cinayət məsuliyyətinə cəlb olunma müddəti başa çatıbsa, çoxluğun (təkrarlığın) müəyyən edilməsi zamanı bu əməllər nəzərə alınmır”. Yəni, qeyd olunan Plenum qərarından o aydın olur ki, əvvəllər törədilmiş hərəkətə görə cinayət məsuliyyətinə cəlb o lunma ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi halı cinayətin çoxluğunu (təkrarlığını) yaradır. Cinayət işinin materiallarına nəzər yetirdikdə də məlum olur ki, Məhkum törətmiş olduğu cinayət üzrə Zərərçəkmiş şəxs1 az ağır cinayət əməli olan birinci epizod üzrə 12.132 manat və ağır cinayət əməli olan ikinci epizod üzrə 202.126 manat məbləğində maddi ziyan vurmaqla öz qulluq mövqeyindən istifadə edərək, etibardan sui istifadə etmək yolu ilə dələduzluq cinayətini və az ağır cinayət əməli olan üçüncü epizod üzrə Zərərçəkmiş şəxs2 Həmid oğluna 39.813 manat məbləğində maddi ziyan vurmaqla etibardan sui istifadə etmək yolu ilə dələduzluq cinayətini 2000-ci ilin sentyabr ayının 28dən 2012-ci ilin sentyabr ayının sonunadək törətmişdir. Məhkum son epizod üzrə cinayət əm əlini isə 2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 qarşı törətmişdir. Odur ki, həmin dövr üçün qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə görə az ağır və ağır cinayət görə cinayət məsuliyyətinə cəlb etmə müddətləri hər üç epizod üzrə keçmişdir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Odur ki, Məhkum ümumilikdə həmin dövrün məzənnəsi ilə 16.513 manat ekvivalentində 9.700 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir, ona görə də Məhkum həmin epizod üzrə isə Zərərçəkmiş şəxs2 xeyli miqdarda - 16513 manat məbləğində maddi ziyan vurduğundan Məhkum törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Verilmiş hər iki kassasiya şikayətində həmçinin, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədik də yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmə tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (Zərərçəkmiş şəxs2 dəymiş ziyanın bir qisminin ödənilməsi), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olu nması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şə rti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünü r ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətlərinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, zərərçəkmiş şəxslərin məhkuma cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan mə hrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəticəsində nail olunacağını zərərərçəkmiş şəxslər kassasiya şikayətlərində əsaslandıra bilməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, zərərərçəkmiş şəxslər kassasiya şikayətində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüng ülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bun ları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs1 Rüstəm oğlu və onun nümayəndəsi Əliyev Fərhad Qurban oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs2 nümayəndəsi Mehtiyev Əli Həsənqulu oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-571/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-571/2023
21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver