Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-571/2025 18.03.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlunun, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Məhkum - Məhkum, Müdafiəçilər – Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi2nın iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli 1(101)-1049/2024 nömrəli (hakimlər: Namazov Fərid Arif oğlu (sədrliyi), Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxx 1994-cü il tari xdə Tovuz şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkum olunmamış, xxx-də qeydiyyatda olmaqla, xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5-ci maddələri üzrə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 144-3.4-cü maddəsi üzrə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onu n cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuş, CM-in 79.1-ci maddəsinə əsasən Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun himayəsində olan 6 fevral 2013-cü il təvəllüdlü X8 və 15 dekabr 2014-cü il təvəllüdlü X9 on dörd yaşına çatanadək təxirə salınması, hökmün icrasına nəzarət Məhkum yaşadığı ərazi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon İcra və probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmdən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru tərəfindən ve rilmiş apellyasiya protestinə və məhkum olunmuş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli 1(103)-2184/2024 nömrəli (hakimlər: Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmündən CM-in 62-ci və 79-cu maddələrinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, hökmlə Məhkum qəti olaraq təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 9 oktyabr 2024-cü il tarixdən hesablanması, Məhkum məhkəmə iclas zalından həbsə alınması müəyyən edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin hədə-qorxu məcbur etmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib insan alveri məqsədi ilə zərərçəkmiş şəxsin pasportunu götürüb saxlamaqla təkrarən tamah niyyəti ilə iki və daha çox şəxs barəsində insan alveri, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər cinayətlərini törətmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə qadını aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı X adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2021-ci ilin iyun ayının sonlarında ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəx s1 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində tanışının restoranında xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 6 iyul 2021-ci il tarixdə saat 19:40-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra X adlı şəxslə birlikdə 7 iyul 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “X” restoranında kişi müştəriləri ilə pul ödənişləri m üqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı X adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2021-ci ilin avqust ayının ortalarında ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 7 iyul 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cin si əlaqədə olması barədə məlumatları yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcbur etmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 23 avqust 2021-ci il tarixdə saat 21:23-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra X adlı şəxslə birlikdə 24 avqust 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “X” restoranında kişi müştəriləri ilə pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi ist ismar etməklə tamah niyyəti ilə, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadını hədə-qorxu məcbur etmə vasitəsilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı X adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 1 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs1 ilə mobil telefon əlaqəsi saxlayıb onun 24 avqust 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində Türkiyə Respublikasının İğdır şəhərində nəzarəti altında kişi müştərilərlə cinsi əlaqədə olması barədə məlumatl arı yaxın qohum və tanışları arasında yayıb rüsvay edəcəyi ilə hədələyərək hədə-qorxu məcbur etmə vasitəsilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs1 razılıq verdikdən sonra onu 27 oktyabr 2021-ci il tarixdə saat 23:18-də Azərbaycan Respublikasının dövlət sərhədini Sədərək nəzarət-buraxılış məntəqəsindən keçməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra X adlı şəxslə birlikdə 28 oktyabr 2021-ci il tarixdən 25 noyabr 2021-ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “X” restoranında kişi müştəriləri ilə pul ödənişi müqabilində cinsi əlaqədə olması üçün kişi müştərilərinə təqdim edib cinsi istismar etməklə tamah niyyəti ilə, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadın aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə cinsi istismar etmək barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı X adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2021-ci ilin oktyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu ərazisində ünvanı istintaqa məlum olmayan mənzildə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq ona Türkiyə Respublikasının İğdır şəhərində yerləşən restoranda xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərba ycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra 27 oktyabr 2021-ci il tarixdə saat 23:19-da Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra X adlı şəxslə birlikdə 28 oktyabr 2021-ci il tarixdən 10 yanvar 2022ci il tarixədək olan müddət ərzində sonuncuya məxsus “X” hotelində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. Bundan başqa, Məhkum tamah niyyəti ilə qadın aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirm əklə cinsi istismar etmək və insan alveri məqsədilə zərərçəkmiş şəxsə məxsus pasportu götürüb saxlamaq barədə şəxsiyyəti istintaqla araşdırılan Türkiyə Respublikası vətəndaşı X adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan tanışı Zərərçəkmiş şəxs3 ilə Türkiyə Respublikasının İğdır şəhərindən “Whatsapp” ani mesajlaşma mübadilə sistemindən telefon əlaqəsi saxlayıb ona Türkiyə Respublikasının İğdır şəhərində yerləşən restoranda xidmətçilik etməklə yüksək gəlir əldə edəcəyini vəd edib aldatma yolu ilə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərə rçəkmiş şəxs3 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 29 aprel 2022-ci il tarixdə saat 22:03-də Azərbaycan Respublikasının dövlət sərhədinin Sədərək nəzarət-buraxılış məntəqəsindən keçirməklə Türkiyə Respublikasının İğdır şəhərinə aparıb, həmin şəhərdə yerləşən kirayə tutduğu mənzilə yerləşdirdikdən sonra insan alveri məqsədi ilə Zərərçəkmiş şəxs3 məxsus pasportu götürüb saxlamaqla X adlı şəxslə birlikdə 30 aprel 2022-ci il tarixdən 2022-ci ilin may ayının sonlarınadək olan müddət ərzində sonuncuya məxsus “X” hotelində kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki və daha çox barəsində, təkrarən insan alveri cinayətini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİ ŞLARİ: Məhkum müdafiəçiləri kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi müdafiə tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların hamısını tədqiq etməmiş, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda X11 barəsində ittiham hökmü çıxarmış, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilən apellyasiya şikayətinə baxarkən birinci instansiya məhkəməsinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün zəruri tədbirləri görməyib, hökmü dəyişdirilmədən saxlamışdır. Belə ki, hökmdə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlillərin araşdırıldığı, müdafiə tərəfinin ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini özünümüdafiə xarakteri daşıması ilə əlaqələndirdiyi bildirilsə də, faktiki olaraq, müdafiə tərəfinin dəlillərinin heç biri müqayisəli qaydada yoxlanılmamış və onların qəbul edilməsindən əsassız olaraq imtina edilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrində irəli sürülən dəlillər mötəbər və obyektiv sübutlar qismində qiymətləndirilməmiş, eyni zamanda əsassız olaraq məhkum edilmiş şəxs Məhkum dəlilləri inandırcı sayılmamışdır. Özünü ona elan edilmiş ittihamların heç birində təqsirli bilməyən Məhkum məhkəmədə verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 ilə yaxınlığının olmadığını, yaxından tanımadığını, heç vaxt onunla hər hansı ölkəyə və ya yerə səyahət etmədiyini və ona qarşı yuxarıda şərh edilən insan alveri cinayətini törətmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 verdiyi ifadəsindən və işin digər hallarından göründüyü kimi, Məhkum Türkiyə Respublikasının vətəndaşı X adlı şəxslə razılaşıb cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməmiş, tamah niyyəti ilə Zərərçəkmiş şəxs3 aldatma yolu ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirərək pul qarşılığında onun cinsi əlaqədə olmasını təşkil etməmiş və bu məqsədilə ona məxsus pasportu götürüb özündə saxlamamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 verdiyi ifadə ilə onun ibtidai araşdırmada üzləşmə zamanı verdiyi ifadə arasında fərqlərin səbəbi məhkəmədə araşdırılmamışdır. Belə vəziyyətdə isə məhkəmə baxışında verilən ifadənin mötəbərliyi şübhə doğura bilməz. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs1 da ifadəsində Məhkum və ya onun sevgilisi X adlı şəxs ona p ul qarşılığında cinsi əlaqədə olmaqla işləmək barədə təklif etmədiklərini, ümumiyyətlə başında şiş olduğundan o, tez-tez cinsi əlaqədə ola bilmədiyini, İğdırda Məhkum ilə birgə yaşadığı dövr ərzində heç kəslə pul qarşılığında cinsi əlaqədə olmadığını, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq etmədiyini, orada nə yazıldığını bilmədiyini, lakin ifadəni oxumadan imzaladığını, Türkiyə Respublikasına gedərkən Məhkum ilə hərəsinin öz yol pullarını verdiklərini, orada pasportun özündə olduğunu, Məhkum ona pul qarşılığında cinsi əlaqədə olmaqla işləmək barədə təklif etmədiyini bildirmişdir. Beləliklə, yuxarıda sadalanan fakt və hallarla təsdiq olunmuşdur ki, məhkum edilmiş şəxs Məhkum CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət hadis ələrinin hər hansı birini törətməmiş və bununla bağlı onun təqsirliliyi sübuta yetirilməmişdir. Odur ki, göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilərək, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi3 kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, iş materiallarında zərərçəkmiş şəxs kimi tanınan X və X ilə rəfiqə olduqlarını, lakin Zərərçəkmiş şəxs3 tanımadığını, istintaqda üzləşmə zamanı Türkiyədə ofisiant işlədiyini bildirdiyini, sadəcə Zərərçəkmiş şəxs1 ilə 1-2 dəfə Türkiyəyə get diyini, sənədlərinin onun özündə olduğunu, Türkiyəyə getməyin cinayət əməli olmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs2 çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs1 çıxış edərək, istintaq zamanı verdiyi ifadələri psixoloji təsir altında verdiyini, sənədlərə oxumadan qol çəkdiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmranov Hafiz Beykəs oğlu çıxış edərək, kassas iya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuli yyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apel lyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun, müdafiəçilərinin və zərərçəkmiş şəxslərin isə şikayətin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansı na əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 144-1.2.1, 1441.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmasını təsdiq edən sübutların müəyyən olunmadığı, əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prosessual qanunv ericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyə ti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri, şahid qismində dindirilmiş Şahid ifadələri, 29 may 2023-cü il və 6 iyun 2023-cü il tarixli ərizələr, “üzləşdirmə haqqında” 25 oktyabr 2023-cü il tarixli protokollar, “Baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokol, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum CM-in 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddələri ilə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən ka ssasiya məhkəmə kollegiyası bütün sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin “Məhkum zərərçəkmiş şəxs kimi tanınan şəxsləri Türkiyə Respublikasına aparmaması, onlardan Zərərçəkmiş şəxs3 ümumiyyətlə tanımaması, heç kimə pul qarşılığında cinsi əlaqədə olmasını təşkil etməməsi, insan alveri cinayətini törətməməsi” barədə gətirdikləri dəlillər və bu yönümlü ifadələr özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Həmçinin kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilmiş “zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə baxışı zamanı verdikləri fərqli ifadələrin məhkəmələr tərəfindən düzgün dəyərləndirilməməsinə” dair dəlillərinə qi ymət verərək qeyd edir ki, əvvəla həmin zərərçəkmiş şəxslərin ilkin ifadələrinin təzyiq altına vermələrinin təsdiq edən hər hansı bir hal müəyyən olunmamışdır, bundan əlavə cinayət işinin materiallarında olan “üzləşdirmə haqqında” 25 oktyabr 2023- cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Məhkum ilə üzləşdirilmiş, zərərçəkmiş şəxslər ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək Məhkum üzünə qarşı bir daha demişlər. Həmçinin məhkəmə baxışı zamanı tam sərbəst ifadə verən Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadələrini bir daha təsdiq etmiş, məhkəmələr məhz ibtidai istintaq zamanı verilən ifadələri və “üzləşmə haqqında” protokolları mötəbər sübutlar kimi qiymətləndirərək, digər zərərçəkmiş şəxslərin fərqli ifadələrini məhkum edilmiş şəxsi müdafiə etmək məqsədi daşıması nəticəsinə gəlmişlər. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya məhkəmə kollegiyası məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış edərək qeyd edir ki, kassasiya şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər müdafiəçi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.5 və 144-3.4-cü maddəl ərinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Məhkuma təyin edilmiş cəza məsələsini müzakirə edərək məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin ol unmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçilərin kassasiya ş ikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi2 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 avqust 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1, 1441.2.5 və 144-3.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum b arəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-571/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-571/2025
18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver