Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-572/2019 02.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi, X3 Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızının Məhkum2 müdafiəçisi, Müdafiəçi2 iştirakları ilə ”KERMUR” ixtisaslaşdırılmış Vəkil Bürosunun vəkili 09 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərba ycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, *************************-də yaşayan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 213.2.2-ci maddəsi ilə, xx xxxxxxxx 1964-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Məhkum1 Azərbaycan Respublikası CM-in 213.2.2-ci maddəsi ilə məhkum edilmələrinə dair Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmündən Məhkum1 və onun müdafiəçisi, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 qızı, Məhkum2 və onun müdafiəçisi, ”KERMUR” İxtisaslaşdırılmış Vəkil Bürosunun vəkili Müdafiəçi2 və mülki id diaçı, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayələrinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Ş.A.Həsənova) Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nın 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlərinin sübuta yetirilməməsi əsası ilə onlara bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və mülki iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), Q.X.Babayev və V.Ə.Mursaqulov) apellyasiya protesti və apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə onlara cəza təyin edilməmişdir. İş üzrə mülki iddia Məhkum2 aid hissədə təmin edilməmiş, Məhkum1 aid hissədə təmin edilərək ondan 344.642,16 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsinə hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum2 Azərbaycan Respublikası CM-nin 213.2.2ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, "xxxx" MMC-yə (VÖEN: **********) direktor təyin olunmaqla, vergi ödəyicisinin rəhbəri qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq, vergitu tma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi 04.04.2010-cu il tarixədək olan dövrdə qeyd olunan cəmiyyət adından sahibkarlıq fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 72, 77.3, 78.1, 105.1, 130.1, 130.2, 152.1, 159.1, 163, 166.1, 168.1, 177.1.2, 177.1.3, 177.2, 177.6, 180.1-ci maddələrinin tələblərini pozmuş və qeydiyyatda olduğu Bakı Vergilər Departamentinə göndərilmiş bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə 217.342,57 manat ƏDV və 170.746,73 manat mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 388089,30 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayı nmışdır. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 04.04.2010-cu il tarixdə "xxxx" MMC-yə (VÖEN: **********) direktor təyin olunmaqla, vergi ödəyicisinin rəhbəri qismində vergi öhdəliklərini yerinə yetirən şəxs olaraq, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs kimi 01.03.2011-ci il tarixədək olan dövrdə qeyd olunan cəmiyyət adından sahibkarlıq fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.4, 16.1.7, 53.1, 72, 77.3, 78.1, 105.1, 130.1, 130.2, 152.1, 159.1, 163, 166.1, 168.1, 177.1.2, 177.1.3,, 177.2, 177.6, 180.1-ci maddələrinin tələblərini pozmuş və qeydiyyatda olduğu Bakı Vergilər Departamentinə göndərilmiş bəyannamələrə bilə-bilə təhrif edilmiş məlumatlar daxil etməklə 163.617,61 manat ƏDV və 181.024,55 manat mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 344.642,16 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və Məhkum1 qarşı verilmiş mülki iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, apellyasiya instansiya məhkəməsi öz hö kmünü "xxxx" MMC tərəfindən vergidən yayınma hadisəsinin mövcudluğunu müəyyən etmiş inzibati-iqtisadi məhkəmələrin aktlarına əsaslanmaqla səhvə yol vermişdir. Belə ki, apellyasiya instansiyasının gəldiyi nəticəyə görə aparılmış araşdırmaların nəticəsindən asılı olmayaraq əgər inzibati icraat qaydasında mübahisələrə baxan məhkəmələr vergi orqanları tərəfindən hansısa bir hüquqi şəxsə dair qəbul edilmiş vergi yoxlama aktlarını və maliyyə sanksiyalarını qərarları ilə qüvvədə saxlayırlarsa, cinayət mühakimə icraatı qaydasında həmin hüquqi şəxsin rəhbərliyi birmənalı qaydada vergi cinayətini törətməkdə təqsirli bilinməlidir. Məhkum və müdafiəçisi hesab edirlər ki, "xxxx" MMC tərəfindən vergi qanunvericiliyinin pozulmasını müəyyən edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mövcudluğu avto matik olaraq Məhkum1 vergiləri ödəməkdən yayınma cinayətində təqsirinin olmasının əsasını təşkil edə bilməz. Onların fikrincə, iş üzrə mövcud olan sübutlar Məhkum1 CM-nin 213.2.2-ci maddəsində təqsirinin olmaması barədə nəticəyə gəlməyə imkan verir. Şikayət müəllifləri həmçinin qeyd edirlər ki, "xxxx" MMC tərəfində ödənilməli olan vergi borcunun ödənilməsi vəzifəsinin Məhkum1 üzərinə qoyulması da doğru olmamışdır, çünki bir hüquq pozuntusuna görə şəxsin bir neçə növ məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi mülki iddianın təmin edilməsinə dair qərarını heç bir araşdırma aparmadan qəbul etmiş və gəldiyi nəticəni əsaslandırmamışdır. Mülki iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Ba kı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi, Departament tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mülki iddianın digər təqsirləndirilən şəxs Məhkum2 aid hissədə təmin etməməklə səhvə yol vermişdir. Məhkəmə Məhkum2 CM-nin 213.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilmiş, lakin mülki iddia ərizəsi verilərkən Məhkum2 "xxxx" MMC-nin direktoru olduğu dövr üzrə hesablanmış borcun tutulması üçün 5 il müddətin keçməsi əsası ilə mülki iddianı 388.089,30 manat hissədə təmin etməmişdir. Şikayət müəllifi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmünün həmin hissəsi əsassızdır. Belkə ki, CPM-nin 179.4-cü madd əsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Məhkum2 və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi və Məhkum2 qarşı verilmiş mülki iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifləri hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsi inzibati iş izrə qəbul edilmiş məhkəmə qərarlarını Məhkum2 təqsirinin sübutu kimi qəbul etməkdə səhvə yol vermişdir. Belə ki, həmin məhkəmə qərarları vergi qanunvericiliyinin pozulması faktını müəyyən edir. Vergi qnunvericiliyini pozmuş şəxs kimi həmin məhkəmə qəra rlarında hüquqi şəxs olan "xxxx" MMC-nin adı qeyd olunmuşdur. Hüquqi şəxsin ona rəhbərlik edən vəzifəli şəxslə eyniləşdirilməsi qanunsuzdur. Şikayət müəllifləri həmçinin qeyd edirlər ki, CPM-nin 142.2-ci maddəsinə əsasən mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olub-olmaması nəticəsini əvvəlcədən həll etmir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkumlar və onların müdafiəçilərinin kassasiya şikayətlərinin təmin edilməsi, mülki iddiaçının kassasiya şikayətinin təmin edilməməsi barədə məhkumlar Məhkum1 və Məhkum2, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, mülki iddiaçının kassasiya şikayətinin təmin edilməsi və məhkumlar və onların müdafiəçilərinin kassasiya şikayətlərinin təmin edilməməsi barədə mülki iddiaçının nümayəndəsi M6 və dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbind ən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosess ual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkəmə kollegiyası ilk növbədə məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibət bildirməyi zəruri hesab edir. Məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərində məhkumların əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmaları mübahisə edilir. Məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətlər i və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələr in yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Şikayətlərdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkumlar Məhkum1 və Məhkum2 əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlə rinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 bəraət verərkən yalnız məhkəmə istintaqı zamanı onların özlərinin ifadələrini, müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş əlavə şahidlər A8, S6, T8, K6, H6 və J6 ifadələrini və iş üzrə təyin edilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 31.10.2016-cı il tarixli 20187 nömrəli rəyini əsas götürmüşdür. Halbuki, iş materiallarından görünür ki, "xxxx" MMC-də aparılan səyyar vergi yoxlamasının nəticələrindən narazı qalan cəmiyyətin nümayəndələri iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etmişlər. Həmin məhkəmənin 18 avqust 2014-cü il tarixli qərarı ilə iddi a tələbi rədd edilmişdir. Qeyd olunan qərardan "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 dekabr 2014-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 avqust 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin həmin qərarında mötəbər sübut kimi "Azərekspertiza" Birliyinin 25.01.2012-ci il tarixli 545-VAD nömrəli mütəxəssis rəyi qəbul edilmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 20 may 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi kollegiyasının 22 dekabr 2014-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, "xxxx" MMC-də vergidən yayınma faktını müəyyən edən səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş ************ nömrəli, 07.02.2012-ci il tarixli aktın qanuni və əsaslı olmasına dair qanuni qüvvədə olan məhkəmə aktları mövcuddur və həmin məhkəmə aktları qəbul edilərkən mötəbər sübut kimi "Azərekspertiza" Birliyinin 25.01.2012-ci il tarixli 545-VAD nömrəli mütəxəssis rəyi qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.2-ci maddəsinə əsasən mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin, yaxud hərəkətin olubolmaması hissəsində məcbu ridir, lakin həmin qərar təqsirləndirilən şəxsin təqsirli olubolmaması nəticəsini əvvəlcədən müəyyən etmir. Qeyd edilən normanın mənasından göründüyü kimi, şəxslərin mülki işlər üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarında əks olunan hadisədə təqsirli olmaları iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan məhkəmə aktları hazırkı cinayət işi üzrə icraatda hadisənin olub-olmaması, yəni vergidən yayınma halının baş veribverməməsi hissəsində məhkəmə üçün məcburi xarakter daşıyır Məhkumlar Məhkum2 və Məhkum1 "xxxx" MMC-nin direktoru olduğu dövrlərdə ittihamda qeyd olunan məbləğdə vergidən yayınma cinayət əməllərini törətmələrini isə iş üzrə toplanmış sübutlar da təsdiq edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kommersiya Təşkilatlarının Dövlət Reyestrindən Çıxarışdan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilən X9 Qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, "xxxx" MMC 04.04.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Topdan ticarət sahəsi üzrə audit idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi X5 tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı, tərtib edilmiş ************* nömrəli 07.02.2012-ci il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, vergi ödəyicisinin fəaliyyəti üzrə aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, yoxlanılan dövr ərzində müxtəlif çeşiddə qida məhsullarına bioloji əlavələr idxal olunmuş və həmin malların satışı (NKA tətbiq edilməklə) həyata keçirilmişdir. Müəssisə tərəfi ndən satılmış malların çeşidləri üzrə orta satış qiymətlərini müəyyənləşdirmək üçün 27.12.2011-ci il tarixli ************** nömrəli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi tərəfindən idxal olunmuş müxtəlif növ qida məhsullarına bioloji əlavələrin və kosmetik vasitələrin orta satış qiymətlərinə dair mütəxəssis rəyi verilmişdir. Mütəxəssis tərəfindən verilmiş rəydə həmin malların aylar üzrə orta satış qiymətləri öz əksini tapmış və yoxlama zamanı həmin qiymətlərə istinad edilmişdir. Müəssisə tərəfindən idxal edilmiş və parakəndə satılmış malların qiymətinin bazar qiymətlərindən 30 faizdən çox aşağı olduğu müəyyən edilmişdir. Azər baycan Respublikası VM-nin 14.6.6 maddəsinə əsasən vergi ödəyicilərinin təqdim olunan mallara tətbiq etdikləri qiymətlərin səviyyəsi bazar qiymətlərindən 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında hesablanmalıdır. Qeyd edilənləri nəzərə alaraq, aparılan yoxlama ilə, ümumilikdə 380.960,18 manat ƏDV-nin azaldılması aşkar olunmuşdur. Mənfəət vergisi üzrə müəssisə yoxlamanın əhatə etdiyi dövrdə mənfəət vergisinin tədiyyəçisi olmuşdur. Mənfəət vergisinin hesablanmasının və büdcəyə ödənilməsinin düzgünlüyü yoxlanılmış və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin 25.01.2011-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuş orta satış qiymətlərinə istinad edilməklə mənfəət vergisinin 2008-ci il üzrə 13.781,24 manat, 2009-cu il üzrə 156.965. 49 manat və 2010-cu il üzrə isə 181.024,55 manat azaldılması aşkar edilmişdir. Verginin azaldılmasına səbəb illər üzrə gəlirlərin düzgün əks etdirilməməsi olmuşdur. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin ekspertləri M6 və O8 tərəfindən verilən 25 yanvar 2012-ci il tarixli, 545-VAD nömrəli mütəxəssis rəyindən görünür ki, malların qiymətini müəyyən etmək üçün ekspertiza keçirilən vaxtı sifarişçinin məktubuna əsasən "xxxx" MMC tərəfindən alınmış dərman preparatlarının ölkə daxilində satış qiymətlərinin müəyyənləşdirmək üçün tədbirlər görülərək araşdırmalar aparılmışdır. Araşdırmalar Bakı şəhərinin müxtəlif ünvanlarında, o cümlədən ünvan 5, Nizami küçəsi, İstiqlaliyyət küçəsi, Həsən Əliyev küçəsi, Dilarə Əliyeva küçəsində siyahıda adları göstərilən pr eparatların satışı ilə məşğul olan əczaxanalarda aparılmışdır. Əlavə olaraq "xxxx" MMC tərəfindən alınmış dərman preparatlarının qiymətlərinin müəyyənləşdirilməsində internet məlumatlarıadan istifadə edilmişdir. Analoji əsaslarla aparılmış araşdırmalar nəticəsində adları siyahıda göstərilən dərman preparatlarının 01.07.2008-01.03.2011-ci il dövrü üçün orta satış qiymətləri müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 13 may 2015-ci il tarixli, 7505 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının "Azərekspertiza" Birliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 25.01.2012-ci il tarixli mütəxəssis rəyinin məlumatları nəzərə alınmaqla "xxxx" MMC-də 380.9 60,18 manat ƏDV və 335.442,08 manat mənfəət vergisi olmaqla, ümumilikdə 716.402,26 manat məbləğində vergilər dövlət büdcəsinə az hesablanması müəyyən edilir. Hazırkı, ekspertizanın nəticəsi ilə 07.02.2012-ci il tarixli səyyar vergi yoxlaması aktının nəticəsi arasında olan fərq vardır. Həmin fərq 2008 və 2009-cu illər üzrə mənfəət vergisinin 22 faizlə yox, 20 faizlə hesablanması nəticəsində əmələ gəlmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 31 oktyabr 2016-cı il tarixli, 20187 nömrəli rəyindən görünür ki, hazırkı, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, "Azərekspertiza" Birliyinin 25.02.2012-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmadan aparılan tədqiqat zamanı müəssisənin vergi orqanı na təqdim etdiyi əlavə dəyər vergisi bəyannamələri və mənfəət vergisi bəyannamələrinin göstəriciləri üzrə hər hansı bir kənarlaşma müəyyən edilməmişdir. İş materiallarmda olan 04 aprel 2007-ci il tarixli 1 nömrəli əmrdən və 04 aprel 2010cu il tarixli 7 nömrəli əmrdən görünür ki, Məhkum2 04 aprel 2007-ci il tarixdə "xxxx" MMCnin direktoru vəzifəsinə təyin edilmiş, 04 aprel 2010-cu il tarixdə onunla MMC arasında əmək müqaviləsinə xitam verilmiş və Məhkum1 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Məhkəmə kollegiyası "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarına istinad etməyi zəruri hesab edir. Həmin Qərara əsasən: “VM -in 53-cü maddəsinin tələbinə görə vergi hüquqpozmalarına görə məsuliyyəti hüquqi və fiziki şəxslər olan vergi ödəyicisi daşıyır. Vergi ödəyicisinin və ya vergi agentinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, onları vergi öhdəliklərinin və vergi orqanlarının vəzifəli şəxslərinin qanuni tələblərinin yerinə yetirilməsindən azad etmir (VM-in 53.7-ci maddəsi). Eyni zamanda, vergi ödəməkdən qəsdən yayınma halında vergi ödəyicisi vergi məsuliyyətinə, müvafiq səlahiyyətli şəxs isə CM-in 213-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb oluna bilər. Göstərilən hər bir halda sahəvi təbiətinə görə bir-birindən fərqlənən müstəqil hüquq pozuntuları yer alır, həmçinin belə hallarda hüquqpozmaların subyektləri də fərqlidir. Buna görə də bir tərəfdən bu hərəkətl ərin tövsifində mübahisə istisna olunur, digər tərəfdən isə bu və ya digər şəxsin məsuliyyətin hər hansı növünə (cinayət, inzibati, vergi) təkrar cəlb olunmasına və borc məbləğinin eyni vaxtda həm təşkilatdan, həm də onun rəhbərindən tutulmasına imkan vermir. Bu nəticə VM-in 53.1-ci maddəsinin tələblərindən irəli gəlir. Nəzərə almaq lazımdır ki, VM-in 52.2-ci maddəsinə görə vergi orqanları tərəfindən maliyyə sanksiyalarının alınması barədə iddialara MPM-ə müvafiq olaraq baxılır. Bu isə o deməkdir ki, vergi orqanları müəyyən edilmiş müddətlərdə vergi ödəyicisinə vergi borcuna görə hesablanmış faizlərin və maliyyə sanksiyalarının məhkəmə qaydasında tutulması barədə iddialar qaldıra bilərlər. Cinayət işi çərçivəsində isə bilavasitə cinayət nəticəsində dəymiş zərər ödənilir. Belə ki, CM-in 213 -cü maddəsi ilə şəxsə vergidən yayınmaya görə ittiham irəli sürüldükdə ona bütün zərər (ziyan) deyil, məbləği vergi orqanlarının müvafiq aktları və ya ekspertlərin vergi yoxlamaları nəticəsində verdikləri rəy əsasında müəyyənləşdirilən konkret vergi və yığımları ödəməkdən yayınma kimi tövsif edilməlidir. Belə nəticə CM-in 213-cü maddəsinin dispozisiyasından irəli gəlir. Buna görə təqsirləndirilən şəxsdən ödənilməmiş hər növ vergiyə dair vergi qalığının məbləği və onlara dair yekun məbləğ tutula bilər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, vergi cinayətlərinə görə məhkum olunmuş şəxsdən yalnız cinayət nəticəsində vurulmuş zərər tutulmalı olduğundan, həmin şəxsdən maliyyə sanksiyalarının və faizlərin tutulmasına yol verilmir. Vergi cinayətlərinə dair qəbul olunmuş hökmün mülki iddiaya aid olan hissəsi maliyyə sanksiyalarının və faizlərin tutulması ilə eyni predmeti təşkil etmədiyindən, VM-in 52-ci maddəsinə uyğun olaraq həmin faizlərin və maliyyə sanksiyalarının tutulması bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya vergi ödəyicisinə qarşı verilmiş iddia üzrə MPM-ə müvafiq olaraq məhkəmə tərəfindən həyata keçirilir.” Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu vergi ödəyicisi olan hüquqi şəxslərin və onların vəzifəli şəxslərinin məsuliyyətlərinin fərqləndirilməsi məsələsini zəruri hesab etmiş və məsuliyyətlərin fərqini şərh etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsində nəzərdə tutul an cinayət əməlini törətmələrində təqsirləri tam sübuta yetirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X6rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi xahiş olunur. Məhkəmə kollegiyası mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində əks edilmiş dəlilləri əsassız hesab edir və öz mövqeyini əsaslandırmaq üçün aşağıdakıları qeyd edir: Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılmas ı zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyy ə, sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Qanunun mənasına görə vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən: “Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına ic ra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VM-in 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin e tməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqs ədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir.” İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, 04.04.2010-cu il tarixədək olan müddətdə "xxxx" MMC-nin direktoru Məhkum2, 04.04.2010-cu il tarixdən 2013-cü ilin aprel ayına kimi isə Məhkum1 olmuşdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 cəmiyyətin direktor olduğu dövr üçün vergi orqanı tərəfindən hesablanmış vergi borcu məbləği 04.04.2010-cu il tarixdən hesablanmaqla 5 il ərzində tutula bilərdi. Yəni, vergi orqanı həmin tarixdən etibarən 5 il müddətində mülki iddia ərizəsi verərək Məhkum2 vergi borcunun tutulmasını tələb edə bilərdi. Lakin, iş materialları ilə müəyyən olunur ki, vergi orqanı 09.04.2015-ci il tarixdə mülki iddia ərizəsini cinayət prosesini həyata keçirən orqana təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iddiaçı tərəfindən cinayət mühakimə icraatı qaydasında iddia ərizəsi verilərkən təqsirləndirilən şəxs Məhkum2 cəmiyyətin direktoru olduğu dövr üçün hesablanmış vergi borcunun tutulması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulan 5 illik müddət keçmişdir. Belə olan halda, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Vergi Məcəlləsinin 85.4-cü maddəsini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 yanvar 2011-ci il tarixli Qərarına əsasən mülki iddianı Məhkum2 münasibətdə təmin edilməmişdir. Mə hkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, CPM-nin 409.5-ci maddəsinin tələblərinə müvafiq olaraq mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri hökmdən mülki iddiaya aid hissədə və yalnız birinci instansiya məhkəməsinə verilmiş tələblərə uyğun olaraq şikayət vermək hüququna malikdirlər. Bu isə o deməkdir ki, mülki iddiaçı öz kassasiya şikayətlərində iddia tələblərindən kənara çıxa bilməzlər, o cümlədən cinayət törətmiş şəxsin ittihamının həcmini mübahisələndirə bilməzlər. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan onun təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmünün dəyişdirilməsi və ya ləğv edilməs i üçün heç bir əsas yoxdur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Məhkumlar, onların müdafiəçiləri və mülki iddiaçının kassasiya şikayətləri təmin edilməsin. Məhkum2 və Məhkum1 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli hökmü kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-572/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-572/2019
02.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver