Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-572/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixl i qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Əmirəliyev) 1(001)283/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1980-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, evli, ali təhsilli, “Pepsi-Cola” şirkətində avtomobil yuyucusu işləyən, əvvəllər məhkum olunmamış, Nizami rayonu, ünvan 1 mənzil 70 ünvanında qeydiyyatda olan; Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə qaldığı 2 (iki) gün müddət hazırki cəzanın müddətindən bir günə iki g ün hesabı ilə hesablanaraq çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın icrası Nizami Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, cəzanın icrası müddətinin Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xx xxxx 2020-ci il tarixdə səhər saat 08:00-da Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi yaxınlığındakı keçidin içərisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 1,032 qram psixotrop maddə olan metamfetamini və 01 ədəd ağ rəngli konfet kağızına bükülmüş içərisində təsiredici maddəsi metodonun ümumi miqdarı 0,08 qram olan 2 həb narkotik vasitə olan metodonu əldə edərək, üzərində saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Hökməli qəsəbəsinin giriş hissəsinin qarşısına daşımış, xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində Binəqədi RPİ-nin 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, B inəqədi rayonu,Hökməli qəsəbəsinin giriş hissəsinin qarşısında saxlanılaraq Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və polis bölməsinin inzibati binasında şübhəli şəxs qismində tutulduqdan sonra polis əməkdaşlarının iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarının sağ yan cibindən 01 büküm siqaretin gümüşü kağızına bükülümüş təmiz çəkisi 1,032 qram təşkil edən psixotrop maddə olan metamfetamin və 01 büküm ağ rəngli konfet kağızına bükülmüş içərisində təsiredici maddəsi metodonun ümumi miqdarı 0,08 qram olan 2 həb narkotik vasitə olan metodon preparatı aşkar edilərək götürülmüşdür. Bununla da, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının (hakimlər Həsən Əhmədov (sədrlik edən və məruzəçi), Habil Məmmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 1(103)-1029/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məһrumetmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsə olduğu 2 (iki) gün müddət hazırki cəzanın müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən һesablanmış, dövlət ittiham çısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi2 verdiyi kasasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və məhkuma azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətinin dəlilərini onunla əsaslandırır ki, apellyasiya məhkəməsinin qərarı ona görə ədalətsiz, qanunsuz və əsassızdır. Belə ki, apellyasiya protestini təmin edərkən, Məhkum ilk məhkumluğunu, səmimi peşmançılığını, ailə vəziyyətini, az yaşlı uşaqlarının və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə almamışdır. Apellyasiya prot estində və yuxarı instansiya məhkəməsinin qərarında daha ciddi cəza növünün təyin edilmə zərurəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək, Məhkum təqsirli bilindiyi CM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi xahiş edilsə də protestin təmin edilməsi üçün göstərilən bütün dəlillər formal xarakter daşımışdır. İlk növbədə qeyd olunmalıdır ki, Məhkum törətdiyi cinayət əməli ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlər kateqoriyasına aiddir və o, ittiham olunduğu CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəza növünün ən yuxarı həddində cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin üzərinə yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək, saat 23:00 - 06:00 radələrində yaşayış yerini tərk etməmək, cəzanın icrasına nəzarət edən orqana əvvəlcədən məlumat vermədən iş və ya təhsil yerini dəyişdirməmək, elektron nəzarət vasitəsini gəzdirmək və işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək kimi kifayət qədər vəzifələr qoymuşdur ki, təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi həmin vəzifələri yerinə yetirməkdən boyun qaçırarsa cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilə bilər. Təqsirləndirilən şəxs ailəlidir və xx.xx.2007-ci il təvəllüdlü Əsgərova Valentina, xx.xx.2011-ci il təvəllüdlü Əsgərzadə Z əhra və xx.xx.2020-ci il təvəllüdlü Əsgərov Vaqif adlı övladları var. Təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşaq olmaqla ailənin yeganə qazanc gətirən şəxsidir və uşaqların gündəlik qidası, təlim-tərbiyəsi, təhsili və sağlamlığı ilə məşğul olmaq onu üzərindədir. Məhkum azadlıqdan məhrum olunması ailənin bu qayğılardan məhrum olması deməkdir. Cəza təyin edilərkən təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar mühüm əhəmiyyət kəsb edir ki, qeyd edək ki, Məhkum əvvəllər hər hansı bir məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs əməlini etiraf etməklə yanaşı, səmimi peşmançılıq çəkir ki, bu da təqsirləndirilən şəxsin artıq islah yoluna qədəm qoymasının göstəricisidir. Məhkum daimi yaşayış və iş yeri var ki, yaşadığı və işlədiyi yer üzrə müsbət xarakterizə olunan şəxsdir. C əza təyin edilərkən nəzərə alınması vacib olan hallardan biri də ondan ibarətdir ki, təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göründüyü kimi, apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün heç bir əsas olmadığı halda məhkəmə kollegiyası ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəti cənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə tə siri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumlar ı islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən təqsirini etiraf etməsini, öz əməlinə mənfi münasibətini, himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi olmasını nəzərə almış və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona CM-in 234.1-ci maddəsi 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını təyin etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən birinci instansiya məhkəməsi tərəfindən məhkumun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi tam nəzərə alınmamasını nəzərə alaraq, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin etməklə, 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də maddənin sanksiyasının aşağı həddinə yaxın cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasi ya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sah əsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2020-ci il tarixli Məhkum haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilmə
Məhkəmə qərarları › İş №1(102)-572/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-572/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver